Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə29/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   25   26   27   28   29   30   31   32   ...   59

Ansarullah Production 
62 
 
Cavab:  Əhməd  əl  Həsənin  (ə.s)  anası  qara  dərili  olmuşdur  ki,  İraqın  bəzi  şəhərlərində 
bugün  də,  Afrika  əsilli,  İraqlılara  nisbətdə  qara  olan  tayfalar  yaşamaqdadır.  Və  İmam 
Əhməd əl Həsən (ə.s)’ın anası da o tayfadan olmuşdur. 
Yəhya ibn Fazil Novfili dedi: Mən Bağdadda Əbəl Həsən Musa ibn Cəfər (ə.s)’ın yanına 
daxil oldum və o (ə.s) zöhr namazını bitirirdi, belə ki əllərini göyə qaldırıb belə buyurdu: 
“Sən Allahsan, Səndən başqa ilah yoxdur, Əvvəl və Axırsan, Zahir və Batinsən. Muhəm-
məd  və  Al-i  Muhəmmədə  salavat  eylə,  və  düşmənlərinə  qarşı  intiqamçının  zühurunu 
tezləşdir,  vəd  etdiyin  şeyi  yerinə  yetir.  Ey  Cəlal  və  İkram  sahibi.”  Sonra  dedim:  “Bəhs 
etdiyin  o  şəxs  kimdir?”  Buyurdu:  “O,  Al-i  Muhəmməd  (s)’dən  olan  Mehdidir.  Geniş 
qarınlı, QIVRIM SAÇLI, ayaqları azacıq çölə əyilmiş, geniş çiyinli, TÜND DƏRİLİDİR, 
GECƏDƏN SONRA QARANLIĞIN ARDINDAN GƏLƏN SARIMTILLIQ KİMİ. O, 
ulduzların qeydinə qalar, səcdə və rüku edər.” 
- Biharul-Ənvar: 83/81 
Bu  hədisdən  də  göründüyü  kimi  hədisdə  keçən  Mehdi  12ci  İmam  (ə.s)  deyil,  başqa 
birisidir. Çünki İmam Mehdi (ə.s) hədislərdən də bildiyimiz kimi ağ dərilidir. Odur  ki, 
burada keçən Mehdi, Qara Kənizin oğlu və özü də qarayanız və qıvrım saçlı olan Əhməd 
əl Həsən (ə.s)’dır ki, qeybətindən əvvəl onu görənlər də bu cür təsvir edirlər. 
YUSİFƏ BƏNZƏRLİYİ OLAN YƏMANİDİR 
Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: “Bu işin Sahibində 4 peyğəmbərin əlaməti 
vardır:  Musanın  əlaməti,  İsanın  əlaməti,  YUSİFİN  ƏLAMƏTİ,  və  Muhəmmədin  (s) 
əlaməti.” … Dedim: “YUSİFİN ƏLAMƏTİ NƏDİR?” Buyurdu: “ZİNDAN və QEYBƏ 
ÇƏKİLMƏ.”  Dedim:  “Bəs  Muhəmmədin  (s)  əlaməti  nədir?”  Buyurdu:  “Qiyam  etdiyi 
zaman Allah Rəsulunun (s) davrandığı kimi  davranacaq. Bir fərqlə  ki, o Muhəmmədin 
irsini açıqlayacaq və Allah razı qalanadək SƏKKİZ AY QILINCINI ÇİYNİNDƏN ASIB 
MƏHV EDƏCƏK…” 
-  əl  İmamətu  vət-Təbsirə:  93,  h.84;  İsbatul-vəsiyyə:  226;  Kəmalud-Din:  s.152,  h.16;  s.326,  h.6; 
s.329, h.11; Dəlailul-İmamə: 291; Təqribul-Məarif: 190; Ğeybəti Tusi: 160, h.57; İlamul-Vəra: 403; 
Qeybəti Numani (azəricə): 10cu bab, s.176, h.5 
Südeyr  əs-Seyrəfi  rəvayət  edir  ki,  Əba  Əbdillah  Sadiqin  (ə)  belə  dediyini  eşitdim: 
“Həqiqətən də BU İŞİN SAHİBİNİN YUSİFLƏ BİR BƏNZƏRLİYİ VARDIR.” Dedim: 
“Sanki siz bizə hansısa bir QEYBƏTDƏN və ÇAŞQINLIQDAN xəbər verirsiniz.” Buyur-
du: “Bu donuza bənzər məlun camaat bunun nəyini inkar edir? Yusifin qardaşları ağıllı, 
dərrakəli, peyğəmbər nəvəsi və peyğəmbər övladları idilər. Onlar Yusifin yanına gedib 
onunla  danışmış,  söhbət  etmiş,  ticarət  etmiş  və  onu  razı  salmağa  çalışmışdılar.  Yusif 
onların qardaşı, onlar da Yusifin qardaşları idilər, lakin özünü onlara tanıtmayınca ONU 
TANIMAMIŞDILAR. O vaxt Yusif demişdi ki, “Mən Yusifəm”, bu zaman onu tanımışdı-
lar. Bu çaşqın camaat niyə inkar edir ki, nə vaxtsa izzət və cəlal sahibi olan Allah (Yusif 


ahmedalhasan313.wordpress.com 
63 
 
kimi)  Öz  höccətini  də  onlardan  GİZLƏDƏ  BİLƏR?!  Yusif  peyğəmbər  (ə)  Misirin 
hökmdarı idi. Onunla atasının arasında 18 günlük məsafə var idi. Əgər öz yerini atasına 
bildirmək istəsəydi, şübhəsiz ki, bunu edə bilərdi. Allaha and olsun ki, (Yusifin) müjdəsi 
gəlib çatan zaman Yaqub və övladları öz çöllərindən Misirə 9 günə çatdılar. Bu camaat 
Allahın  Yusifə  etdiyini  Öz  höccətinə  də  edə  biləcəyini  niyə  inkar  edir?  Onlar  sizin 
MƏZLUM  VƏ  HAQQI  TAPDANAN  AĞANIZIN,  bu  işin  Sahibini  onların  arasında 
dolaşmasını,  küçə-bazarlarında  gəzməsini,  ərazilərindən  keçməsini,  lakin  bu  zaman 
onların onu tanımamasını necə inkar edə bilərlər? Ta o zamana kimi ki, Allah ona özünü 
tanıtdırmaq izni verər. NECƏ Kİ, Yusifə vermişdi. {(Qardaşları dedilər): Həqiqətən sən 
Yusifsən?” Dedi: “(bəli) mən Yusifəm!} [12:90]” 
- Kafi: 1/336, hədis 4; Kəmalud-Din: səh.144, hədis 11; səh.341, hədis 21; İləluş-Şərai: 244, hədis 
3; Dəlailul-İmamə: 290; Təqribul-Məarif: 189; İlamul-Vəra: 405; əl-Xəraic vəl-Cəraih: 1/934; 
İsbatul Huda: 3/442, hədis 17; Qeybəti-Numani: s.174-175, hədis 4 
Yəzid  əl-Kinasi  nəql  edir:  Əbu  Cəfər  Baqirin  (ə.s)  belə  buyurduğunu  eşitdim:  “Bu  işin 
sahibi  ilə  YUSİF  ARASINDA  BİR  BƏNZƏRLİK  VARDIR.  O  QARA  KƏNİZİN 
OĞLUDUR. Allah onun işini bir gecədə yoluna qoyacaq.” 
–  Biharul  Ənvar:  51/41,  h.23;  Muntəxəbul-Əsər:  300,  h.3;  Mucəmul-Əhadis:  3/239,  h  768; 
Qeybəti Numani (azəricə): bab 10, s.173-174, h.3 
Kəbul-Əhbar  dedi:  “...  Əlinin  (ə.s)  övladlarından  olan  QAİMİN,  YUSİFİN  QEYBƏTİ 
KİMİ  qeybə  çəkilməsi,  İsa  ibn  Məryəmin  qayıdışı  kimi  bir  qayıdışı  olacaq.  SONRA 
qırmızı ulduzun (planetin) çıxması, Zəvranın xarabalığa çevrilməsi, Məzvərənin batması, 
SÜFYANİNİN ÇIXMASI və Abbas övladlarının Ərməniyyə və Azərbaycan gəncləri ilə 
döyüşməsindən sonra zühur edəcək. Bu döyüş elə bir döyüşdür ki, minlər və minlərlə in-
san burada qətlə yetiriləcək. Hər kəs üzərində QARA BAYRAQLAR dalğalanan bəzəkli 
bir qılıncdan yapışacaq. Bu elə bir döyüş olacaq ki, onu qırmızı ölüm və boz taun müşayət 
edəcək.” 
- Biharul-Ənvar: 52/225, hədis 89; İsbatul-Huda: 3/532, hədis 464; Muntəxəbul-Əsər: s.300, h.2; 
Ğeybəti-Numani (azəricə): səh.152-153, hədis 4 
Hədislərdən də açıq-aydın göründüyü  kimi  Yusifə bənzərliyi olan bu  işin sahibi İmam 
Mehdi  (ə.s)  deyil.  Bu  hədislərdə  bəhs  edilən  şəxs  Əhlibeytin  (ə.s)  Yəmanisi,  İmam 
Mehdinin  (ə.s)  oğlu,  İlk  Mehdi  Əhməd  əl  Həsəndir  (ə.s).  Zira  Əhməd  əl  Həsən  (ə.s)’ın 
qeybəti dövründə, qardaşı da  daxil olmaqla vaxtilə ona yaxın olanlar, ona (ə.s) xəyanət 
etdi, mərceyi-təqlid və dövlətlə əməkdaşlıq edərək, dəvətin və İmamın (ə.s) adından sui-
istifadə  etdi  və  nəticədə  Əhməd  əl  Həsən  (ə.s)’a  inanan  insanları  batilə  və  tağuta  tərəf 
yönəldərək yoldan azdırdılar. Belə ki, 2012ci ilə Nəcəfdə Əhməd əl Həsən (ə.s) ilə rabitədə 
olduqlarını iddia edən bir neçə nəfərin başçılığı ilə ofis quruldu və İmamın (ə.s) qeybətə 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə