Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə37/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

Ansarullah Production 
80 
 
İmam  Sadiq  (ə.s)  buyurdu:  “Bu  elə  bir  məsələdir  ki,  SAHİBİNDƏN  BAŞQASI  ONU 
İDDİA ETMƏZ, əks halda Allah (yalnışlıqla) onu iddia edənin ömrünü kəsər.” 
- Kafi: 1/373 
YƏMANİ YALANÇI OLA BİLƏRMİ 
Bismillahir  Rəhmanir  Rəhim.  Həmd  olsun  Aləmlərin  Rəbbi  Allaha.  Allahın  salamı  və 
rəhməti Muhəmməd və Al-i Muhəmmədin, İmamların və Mehdilərin üzərinə olsun.  
{Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: 'Bizim 
məbudlarımız  yaxşıdır,  yoxsa  o?'  Onlar  bunu  sənə  yalnız höcət  etmək  üçün dedilər. 
Doğrusu, onlar höcətləşən adamlardır. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və 
İsrailoğullarına  nümunə  etdiyimiz  bir  quldur.  Və  biz  onu  İsrailoğullarına  ilahi 
qüdrətin bir nümunəsi  etdik.  İstəsəydik,  sizdən  yer üzündə  hökmran  olan  mələklər 
(bərqərar) edərdik. Həqiqətən o, Saat üçün bir elmdir. Onun haqqında şəkk etməyin 
və Mənə tabe olun. Budur, düz yol!} [Zuxruf Surəsi (43):57-61] 
Qüreyşlilər  və  Ərəblər,  Muhəmməddən  (s)  istədikləri  cavabla  bağlı,  sual  halında  ifadə 
edilən  xürafələr  üzərindən  bəhs  edərdilər.  Və  sualları,  iddia  etdikləri  üzrə;  bütlərin 
ilahlığı ilə Xristianların iddia etdiyi, İsanın (ə.s) ilahlığının qarşılaşdırılma-sı idi. Bu arada, 
sual verilən və bütləri ilahlaşdırmağı rədd edən kəs (s) olduğunu və Allahın qullarından 
bir qul və yer üzündəki Xəlifələrindən bir Xəlifə olduğunu deyirdi. Bu səbəbdən, Allah 
(s.v.t) onları məsxərə edənlər olaraq tanıtdırır. Sualları, sual verilən kəsin belə, etiraf edib 
inanmayacağı, bir yalnış və zənn üzərinə inşa edilmişdi. Və bu metod, müşrik öndərlər 
tərəfindən;  İlahi  Dəvətin  dəlilləri,  onları  boyunlarından  yaxaladığı  zaman;  hər  dəfə 
istifadə edilmişdir. Və beləliklə onlar sual verilən kəs tərəfindən belə qəbul edilməyən və 
inanılmayan,  sırf  ilahi  dəvətin  ətrafında  qarışıqlıq  yarada  bilmək  üçün,  xürafələrinə  və 
zəlalətə dayanmış yalnış suallarına bir cavab tələbində ola bilmək üçün xürafəyə və zənnə 
dayanmış  bir  sual  forumu  yaradarlar.  Bu  insanlara  cavab  da,  Quranın  açıqladığı  kimi 
{Onlar  bunu  sənə  yalnız  höcət  etmək  üçün  dedilər.  Doğrusu,  onlar  höcətləşən 
adamlardır.},  onların  sırf  məsxərəçi  olduqlarını  onlar  üçün  dəqiqləşdirmək  üzrə, 
suallarının yalnış ehtimala dayandığını açıqlamaq olacaqdır. Və ona görə də ilahi mətn 
buna keçər: {İstəsəydik, sizdən yer üzündə hökmran olan mələklər (bərqərar) edərdik.}, 
yəni;  istəsəydik  sizdən  mələklər  kimi  məsum,  təmiz  və  arındırılmış;  Allah  Təalanı, 
Muhəmməddən (s) sonra müvəffəq qılacaq,  Muhəmmədin (s) yüksək aləmə çıxışından 
sonra da, onu müvəffəq qılacaq və bir-birinin ardınca müvəffəq olacaq olanları, xəlifələr 
edərdik. Həmçinin, Allah Təala öncədən İsanı (ə.s) Allahın qulu, yer üzündə Öz xəlifəsi 
etdi. Allah, İsa haqqında belə buyurur: {Və biz onu İsrailoğullarına ilahi qüdrətin bir 
nümunəsi etdik.}, sonra O (s.v.t) belə buyurur: {İstəsəydik, sizdən yer üzündə hökmran 
olan mələklər (bərqərar) edərdik.} və bu,  iki ayədə  keçən “etmək”, {O (İsa), yalnız və 
yalnız Bizim nemət verdiyimiz və İsrailoğullarına nümunə etdiyimiz bir quldur. Və 


ahmedalhasan313.wordpress.com 
81 
 
biz  onu  İsrailoğullarına  ilahi  qüdrətin  bir  nümunəsi  etdik.  İstəsəydik,  sizdən  yer 
üzündə  hökmran  olan  mələklər  (bərqərar)  edərdik.},  mənası;  O  (s.v.t)  İsanı  (ə.s) 
İsrailoğulları  tərəfindən  axtarılan  və  izlənilən  bir  misal,  model  və  öndər  etmişdir.  Və 
Allah istəsəydi; izləyə biləcəyiniz, öyrənə biləcəyiniz və izlənilən bir nümunə olaraq ala 
biləcəyiniz;  eynilə  Allahın  İsanı  (ə.s)  İsrailoğullarına  bir  nümunə  etdiyi  kimi;  sizin 
aranızdan bu ümmətdə də Xəlifələr edərdi. 
Və  həqiqət  budur  ki,  o  özlərini  Quran  yorumçusu  olaraq  çağıranlarla  bağlı  olaraq, 
çaşqınlıq  əsla  uzaqlaşmır  və  bunun;  {İstəsəydik,  sizdən  yer  üzündə  hökmran  olan 
mələklər  (bərqərar)  edərdik};  mənasını  belə  yorumlayırlar:  “sizin  yerinizə  edərdik”! 
Mənalar, bu çirkin formada təhrif edilərsə və əlverişsizin əlverişli olması, əlverişlinin isə 
əlverişsiz  olması  məqsədilə  kəlimələr  tamamilə  söhbətin  mənasını  dəyişdirmək  üçün 
əlavə edilərsə, o halda söhbətin bir mənası olmazdı. Ağlı başında bir insan, necə olar ki, 
“sizdən”in  mənasının  “sizin  yerinizə”  olduğunu  deyə  bilər?!  Bu  tamamilə  bir  kəsin 
“bəli”nin mənasının “xeyr”, və “xeyr”in mənasının da “bəli” olduğunu deməsi kimidir! 
Halbuki,  Cinləri  vəya  İnsanoğlunu,  mələklərdən  saymağın  bir  səbəbi  vardır  ki,  bu  da 
itaətdə və ya daxili saflıq və təmizlikdə, yaxud da mələkutda onlarla yüksəlmədə onlara 
bənzər olduqlarıdır. Bu, əsasən Quranda keçmişdir; Allah İblisi mələklərdən saymışdır, 
çünki  o,  itaətsizlik  etməzdən  əvvəl  cənnətdəki  yüksəlişinə  istinadən,  mələklərdən 
sayılmışdır:  {Bir  zaman  mələklərə:  'Adəmə  səcdə  edin!'–  demişdik.  İblisdən  başqa 
hamısı  səcdə  etdi. O,  imtina  etdi.} [Taha (20):116]  {Bir  zaman  Biz  mələklərə:  'Adəmə 
səcdə  edin!'–  dedikdə,  İblisdən  başqa  (hamısı)  səcdə  etdi.  O  imtina  edib  təkəbbür 
göstərdi və kafir oldu.} [Bəqərə (2):34].  
Və təqdim edilən ayələrdəki “etmək” ilə, Adəm (ə.s)’ı, Onun ərzində, Allahın ilk Xəlifəsi 
“etmək”  ilə  eynidir:  {Sənin  Rəbbin  mələklərə:  'Mən  yer  üzündə  bir  canişin  bərqərar 
edəcəyəm!'– dedikdə, onlar: 'Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs 
tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?'– 
söylədilər. O dedi: 'Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!'} [Bəqərə (2):30]. 
Və Allah Təalanın Davudu (ə.s) yer üzündə Xəlifə etməyi ilə də eynidir: {Ey Davud! Biz 
səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin 
istəyinə uyma,  yoxsa  o  səni  Allahın  yolundan  azdırar. Həqiqətən,  Allahın  yolundan 
azanları  Hesablaşma  gününü  unutduqları  üçün  şiddətli  bir  əzab  gözləyir.}  [Sad 
(38):26].  Beləliklə,  əgər  ayələri  nizamlasaq  və  onları  bir-birinin  ardınca  sıra  ilə  oxusaq, 
Quranın  açıq  şəkildə  Xəlifə  təyin  etmə  məsələsinin  Adəm  (ə.s)  ilə  başladığından  və 
Muhəmməddən  (s)  sonra  davam  etmiş  olduğundan  bəhs  etdiyini  görürük:  {Sənin 
Rəbbin  mələklərə:  'Mən  yer  üzündə  bir  canişin  bərqərar  edəcəyəm!'–  dedikdə…  Ey 
Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm 
ver...  O  (İsa),  yalnız  və  yalnız  Bizim  nemət  verdiyimiz  və  İsrailoğullarına  nümunə 
etdiyimiz  bir  quldur.  Və biz  onu  İsrailoğullarına ilahi  qüdrətin  bir nümunəsi  etdik. 
İstəsəydik, sizdən yer üzündə hökmran olan mələklər (bərqərar) edərdik.}. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə