Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə34/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   30   31   32   33   34   35   36   37   ...   59

ahmedalhasan313.wordpress.com 
73 
 
nemət olmayacaq ki, aradan aparmasın. Vay halına ona düşmən olan kəsin! O daim bu 
şəkildə  olacaq.  Nəhayət  qələbə  çalacaq  və  qələbəsini  mənim  itrətimdən  olan  bir  şəxsə 
verəcək. O, haqqı deyəcək və haqqı tətbiq edəcək.”  
- Əqdüd-dürər: 47; Minhacul-kəramə: 109; İsbatul-Huda: 2/470, hədis 241; Biharul-Ənvar: 8/359; 
Bəşarətul-İslam: 45; Ğeybəti-Numani: 278, hədis 4 
Qeyd  edək  ki,  hədislərdə  keçən  Bəni-Abbas  höküməti  sadəcə  bir  dövlətə  deyil,  Abbasi 
zehniyyətli  bütün  dövlətlərə  işarət  edir.  Abbasilər  tarix  boyunca  Şiəlik  donuna 
bürünərək,  Əhlibeyt  (ə.s)  və  şiələrinə  zülm  etmişlər.  Zülmdən  məqsəd  sadəcə  fiziki 
işkəncələr deyil, həmçinin dini, mənəvi, əqidəvi məsələlərdə Əhlibeyt (ə.s) adına bidətlər 
ortaya  çıxararaq  şiələri  Əhlibeyt  (ə.s)  yolundan  ayrı  salmış  və  onlara  ən  böyük  zülmü 
etmişlər. Bəni-Abbas hökumətləri tarix boyu  Şiəlik donuna bürünərək şiələrin dinlərini 
əllərindən almağa çalışdılar ki, bu dövrdə də buna davam etməkdədirlər. Və bugün Bəni-
Abbas hökuməti İraq dövlətidir.  
VƏSİYYƏT_HAQQINDA_AÇIQLAMA__{Sizlərdən_birinə_ölüm_gəldiyi_zaman_qoyub_gedəcəyi_varidatdan_müvafiq_qaydada_vali'>VƏSİYYƏT HAQQINDA AÇIQLAMA 
{Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi varidatdan müvafiq qaydada vali-
deynlərə və yaxın qohumlara VƏSİYYƏT ETMƏSİ ona vacib edilmişdir. (Bu,) MÜTTƏ-
QİLƏR ÜÇÜN BİR BORCDUR.} [2:180] 
Müttəqilərin ağası Rəsulullah Muhəmməd (s) olduğu halda, ondan (s) sadəcə Ömərin (l.ə) 
sözünə  görə  vəsiyyəti  yazmadan  getdiyini  düşünmək  ən  azından  Rəsulullaha  (s) 
haqsızlıqdır. Həmçinin başqa bir ayədə Allah Adəmi seçməmişdən əvvəl onun xəbərini 
mələklərinə bildirmişdir. Həmçinin Allah xəlifəni Özünün seçəcəyini açıqlayaraq bu işi 
insanların və ya məxluqatın öz iradəsinə buraxmamışdır. Allah buyurmuşdur: 
{MƏN yer üzündə bir xəlifə bərqərar EDƏCƏYƏM!} [2:30] 
Sonra  Allah  xəlifəni  tanıdan  digər  bir  qanunu  mələklərinə  açıqlayır  ki,  bu  da  xəlifəyə 
verilmiş ELMDİR: 
{(Allah) Adəmə bütün (şeylərin) adlarını ÖYRƏTDİ.} [2:31] 
Əmr  ibn  Əşəsdən  nəql  edilir:  Biz  təxminən  20  nəfərlə  birgə  Əba  Əbdillah  Cəfər  ibn 
Muhəmmədin (ə.s) evində idik. Həzrət üzünü bizə tutub buyurdu: “Bəlkə də siz elə hesab 
edirsiniz ki, imamət məsələsi bizdən olan bir kəsə verilir və o da onu istədiyi yerə qoyur? 
(Elə  deyil).  Allaha  and  olsun  ki,  o  Allah  tərəfindən  olan  bir  ƏHD'DİR  ki,  adları  (daha 
öncədən)  bildirilən  şəxslərə  verməsi  üçün  Allah  Rəsuluna  (s)  nazil  edilmiş  və  bir-bir 
ötürülərək öz sahibinə yetişir.” 
- Kəmalud-din: 222/hədis 11; Bihar-ul Ənvar: 23/75, hədis 25; Ğeybət-i Numani, bab 3, hədis 1 
Əba Əbdillah (ə.s) Allah Təalanın "Həqiqətən, Allah sizə ƏMANƏTLƏRİ öz sahiblərinə 
qaytarmağınızı  əmr  edir.  İnsanlar  arasında  hömk  çıxaranda.  ədalətlə  hökm  çıxarın. 


Ansarullah Production 
74 
 
Doğrudan da Allah sizə gözəl bir öyüdlə  nəsihət edir" sözü barədə buyurdu: (Ayədəki 
əmanət) VƏSİYYƏTDİR, onu bizdən olan şəxs başqa bir şəxsə ötürür. 
-  Bihar-ul  Ənvar:  23/278,  hədis  16;  Təfsir-ul  Burhan:  1/380,  hədis  4;  əl-Yətimə  vəddurrətus-
səminə: 175, hədis 5; Ğeybət-i Numani, bab 3, hədis 2 
Əba Əbdillah (ə.s) buyurdu: VƏSİYYƏT səmadan Allah Rəsuluna (s) möhürlənmiş bir 
kitab halında endi. Allah Rəsuluna (s) səmadan möhürlənmiş olaraq nazil olan TƏK ŞEY 
VƏSİYYƏTDİR. O zaman Cəbrail (ə.s) dedi: Ya Muhəmməd (s), bu sənin Əhlibeytin (ə.s) 
barədə ÜMMƏTİNƏ olan VƏSİYYƏTİNDİR. Allah Rəsulu (s) dedi: Hansı Əhlibeytim 
barədə, ey Cəbrail? Dedi: Allahın  nəcib bəndəsi (yəni  İmam Əli ə.s.) və onun övladları 
(barədə). O kəslər ki, İbrahimdən əvvəl nübüvvət elmini səndən miras almışlar. O vəsiy-
yətin  üzərində möhürlər  var idi. Əli (ə.s) birinci möhürü açdı və orada yazılana əsasən 
hərəkət  etdi.  Sonra  Həsən  (ə.s)  ...”  Muaz  ibn  Kəsir  deyir:  Həzrətə  dedim:  “Siz  həmin 
şəxssiniz?” Buyurdu: “Ey Muaz, sənin üzərinə düşən vəzifə gedib bu hədisi məndən nəql 
etməyindir, bəli mən o şəxsəm.” Bundan sonra həzrət mənim üçün 12 ad sadaladı, sonra 
SUSDU. Dedim: “SONRA KİM?” Dedi: “KİFAYƏTDİR!” 
- Biharul-Ənvar: 36/209, hədis 10; Əvamul-Ulum: 3/56, h.4; Ğeybət-i Numani (az): bab 3, h.3 
Haris  ibn  Müğeyrə  ən-Nəsri  rəvayət  edir:  Əba  Əbdillaha  (ə.s)  dedim:  “İmam  nə  ilə 
tanınar?” Buyurdu: “Aramlıq və vüqar ilə.” Dedim: “Başqa nə ilə?” Buyurdu: “Onu halal 
və haram ilə tanıya bilərsən, (həmçinin) insanların ona möhtac olmasından, onun isə heç 
kəsə möhtac olmamasından tanıya bilərsən. Allah Rəsulunun (s) silahı da onun yanında 
olur.”  Dedim:  O,  VƏSİ  VƏ  VƏSİNİN  OĞLU  OLA  BİLƏR?”  Buyurdu:  “O  YALNIZ 
VƏSİ VƏ VƏSİNİN OĞLU OLA BİLƏR.” 
- Təvilul-Ayat: 2/639, hədis 21; İsbatul-Huda: 3/532, hədis 515; Təfsirul-Burhan: 4/268, hədis 1; 
Mucəmul-Əhadis: 5/436, hədis 1872; Qeybəti-Numani (azəricə): s.269-270, hədis 40 
“Əgər  onlara  qoşulmasalar  və  ya  onları  inkar  etsələr,  (bunlardan)  heç  biri  onlara  zərər 
verməyəcək, çünki onlar, Allah Rəsulu (s) tərəfindən olan MƏTNDƏ zikr edilmişdir.” 
- Kəmalud-din: 247 
Əbu Carud  nəql edir: Mən Əbu  Cəfər Baqir (ə.s)’dan soruşdum: “Biz İmamı  necə tanı-
yaq?” O (ə.s) buyurdu: “Xüsusiyyətləri ilə və onlardan ilki, Allah tərəfindən onun haqda 
olan bir MƏTNDİR ki, orada o, insanlar tərəfindən tanınsın deyə TƏYİN EDİLMİŞDİR
belə ki bu, onlar üzərinə höccət (dəlil) olsun. Çünki Rəsulullah (s) Əli (ə.s)’ı təyin etdi və 
onun haqqında camaata danışdı və onu seçdi. İmamlar üçün də bu cürdür, beləliklə ilki 
təyin edilməkdir. İKİNCİSİ isə budur ki, ondan soruşulan hər sualı cavablayar.” 
- Məaniul-Əxbar (Şeyx Səduq): s.101 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə