Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə32/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

ahmedalhasan313.wordpress.com 
69 
 
birlikdə Allah Rəsulunun (s) ƏHDİ və BAYRAĞI vardır. Beləliklə də o, dua edib oranı 
tərk edəcək, VƏZİRİ DƏ ONUNLA BİRLİKDƏ OLACAQ.” 
- Biharul-Ənvar: 52/222-223 
Əmr ibn Sabit nəql edir ki, İmam Baqir (ə.s) buyurdu: “… Sonra Müntəsir rəcət edəcək və 
öz  düşmənlərini  qətlə  yetirəcək…  Sonra  SƏFA  qəzəblə  qiyam  edəcək  və  bütün 
düşmənləri  məhv  edəcək.  Ey  Cabir,  bilirsənmi  Müntəsir  və  Səfa  kimdir?  Müntəsir 
Hüseyn ibn Əli (ə.s)’dır, SƏFA İSƏ ƏLİ İBN ƏBU TALİB (ə.s)’dır.”  
- əl-İxtisas: h.122 
İmam  Əli  (ə.s)’ın  ziyarətnaməsində  belə  deyilir:  “Salam  olsun  sənə,  ey  peyğəmbərlərin 
soyundan olan ALLAHIN SƏFASI.” 
Səfanın Mərvəsi kimdir? 
İmam Sadiq (ə.s) buyurmuşdur: “MƏRVƏ bir QADINA verilmiş addır.” 
Beləliklə, Səfa ilə Mərvədən gələn, yəni Əli (ə.s) və Fatimə (ə.s)’ın soyundan gələn SALEH 
QUL, Əhməd əl Həsən (ə.s)’dır.  
Əhməd əl Həsən (ə.s) buyurmuşdur: “Qulağı olan hər kəs eşitsin: Bu, Dəbbətül-Ərzdir 
ki, insanlarla danışır və bu, gəlməsi nəzərdə tutulan Əli ibn Əbu Talib (ə.s)’dır.” 
YƏMANİDƏN ÖNCƏ QALXAN BÜTÜN BAYRAQLAR 
TAĞUTDUR 
Malik ibn Əyən əl-Cuhəni nəql edib deyir: Əbu Cəfərin (ə.s) belə buyurduğunu eşitdim: 
“Qaimin  (ə.s)  QİYAMINDAN  ÖNCƏ  qalxan  və  ya  xüruc  edən  BÜTÜN  bayraqların 
sahibi TAĞUTDUR.” 
– Bihar-ul Ənvar: 25/114, hədis 15; Ğeybət-i Numani: bab 5, hədis 9 
Əbi Əbdillah Cəfər Sadiq (ə.s) buyurdu: “Qaimin qiyamından əvvəl qaldırılan HƏR BİR 
BAYRAQ SAHİBİ ZALIM HAKİMDİR və Allahdan qeyrisinə ibadət edir.”  
- Üsuli-Kafi: 8/295 
Əli ibn Huseyn (ə) buyurdu: “Allaha and olsun ki, biz Əhlibeytdən (ə) hər hansı bir şəxs, 
Qaimin  (ə)  QİYAMINDAN  ÖNCƏ  QİYAM  ETMƏZ  və  hər  kim  qiyam  edərsə,  eynilə 
yumurtadan vaxtsız çıxıb uşaqların oyun-oyuncağına çevrilən cücəyə bənzəyər." 
- Vəsailuş-Şiə: 15/51, hədis 2, “Qaimin (ə) qiyamından əvvəl qılıncla xuruc edənlərin hökmü” babı 
Cabir  nəql  edir:  Əbu  Cəfər  Muhəmməd  ibn  Əli  Baqir  (ə.s)  buyurdu:  “Biz  Əhlibeytdən 
olan Qaimin xürucu Allah Rəsulunun (s) xürucu kimidir. Qaimin qiyamından əvvəl biz 
Əhlibeytdən olan qiyamçıların məsəli isə yuvasından uçmaq istəyən lakin (uça bilməyib) 
yerə düşən və uşaqların əlində oyuncağa çevrilən bala quşun mələsi kimidir.” 


Ansarullah Production 
70 
 
- Biharul-Ənvar: 52/139, hədis 48; Ğeybəti-Numani: s.219-220, hədis 14 
Muhəmməd ibn Yəqub, Muhəmməd ibn Yəhyadan, o da Muhəmməd ibn Hüseyndən, o 
da Əli ibn Numandan, o da Suveydil-Qəlaidən nəql edir ki, Bəşir adında bir şəxs, İmam 
Cəfər Sadiqə (ə.s) dedi: “Mən yuxuda gördüm ki, sizə belə deyirəm: “İtaəti müsəlmanlara 
Allah tərəfindən vacib edilən İmam ilə birgə (onun rəhbərliyi altında) OLMADAN cihad 
etmək HARAMDIR, necə ki leş, qan və donuz ətinin yeyilməsinin haram olduğu kimi. 
Və  siz  mənə  (yuxuda)  deyirsiniz  ki,  BƏLİ  elədir.”  Həmin  şəxs  yuxusunu  danışıb 
qurtarandan sonra İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Sən düz dedin. Bəli elədir, elədir.” 
- Vəsailuş-Şiə, 15/45, hədis 1. “Cihadın vacib şərtinin İmamın (ə) əmri və izni ilə olması və adil 
olmayan İmam ilə (Allahın Höccəti olmayanla) birlikdə cihad etməyin haram olması” babı 
Əba Əbdillah Cəfər ibn Muhəmməd (İmam Sadiq) (ə.s) uzun bir hədisdə belə buyurdu: 
“Qaimimizin QİYAMINA QƏDƏR zülmü dəf etmək, yaxud haqqı bərpa etmək üçün biz 
Əhlibeytdən HEÇ KƏS qiyam etməyib və ETMƏYƏCƏK. Amma əgər bəla tufanı bizdən 
birini yerindən qopartsa və nəticədə qiyam etsə, onun qiyamı bizim və şiələrimizin qəm 
qüssəsini artıracaqdır.” 
– Mədiynətul-Məaciz (Haşim Bəhrani): 6/142. Səhifeyi Səccadiyyənin müqəddiməsinə istinadən 
Ubeyd ibn Zürarə deyir: Muhəmməd ibn Abdullah ibn Həsən qiyam edən il İmam Sadiq 
(ə.s)  ilə  görüşdüm  və  ona  dedim:  “Sizə  fəda  olum,  Muhəmməd  ibn  Abdullah  qiyam 
etmişdir,  onunla  birləşsək,  ona  kömək  etsək  sözünüz  nə  olar?”  Həzrət  (ə)  buyurdu: 
SAKİT OLUN! Ta o vaxta qədər ki, göy sakitdir və o vaxta qədər ki, yer sakitdir.” 
- Vəsailuş-Şiə: 15/55, Bab 13 “Qaimin (ə) qiyamından əvvəl edilən qiyamların hökmü” 
Ömər ibn Hənzələ İmam Cəfər Sadiq (ə.s)’dan belə nəql edir: İmam Cəfər Sadiq (ə.s)’ın 
belə buyurduğunu eşitdim: “Qaimin qiyamından öncə beş əlamət  var: “Səmadan səsin 
gəlməsi,  Süfyaninin  çıxması  və  yerin  onları  udması,  nəfsi-zəkiyyənin  öldürülməsi, 
Yəmaninin  çıxması.”  İmam  (ə.s)’a  dedim:  “Sənə  fəda  olum,  əgər  saydığınız  bu  beş 
əlamətdən ƏVVƏL SEYYİD BİR ŞƏXS QİYAM EDƏRSƏBİZ DƏ ONA QOŞULUB 
ONA DƏSTƏK OLA BİLƏRİK?” İmam (ə) buyurdu: “XEYR!” 
- Fürui-Kafi: cild 8, səhifə 310 
Əbdul Məlik ibn Əmr deyir ki, İmam Sadiq (ə.s) mənə belə dedi: “Ey Əbdul Məlik, sənə 
nə  olub  ki,  mən  səni  öz  yaşadığın  ölkənin  (yerin)  camaatı  ilə  birlikdə  bu  yerlərə  cihad 
etməyə gedən görmürəm?” Dedim: “Haralara (cihad etmək üçün getməyi) deyirsiniz?” 
Dedi: “Cuddə (Səudiyyə Ərəbistanında olan şəhər), Əbadan (İranın Xuzistan vilayətində 
olan şəhər), Məssisə (Amudərya və Sırdərya çayları vadisi olan Orta Asiya torpaqları) və 
Qəzvin.”  Dedim:  “Sizin  əmrinizin  (hökumətinizin)  intizarında  olduğum  üçün  və  sizə 
iqtida etdiyim üçün.” Dedi: “Allaha and olsun ki, doğrudur”, (və bu ayəni tilavət etdi): 
{Əgər  bu  işdə  bir  xeyr  olsaydı,  onlar  bizdən  qabağa  keçə  bilməzdilər}  [46:11].”  Dedim: 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə