Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə30/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   26   27   28   29   30   31   32   33   ...   59

Ansarullah Production 
64 
 
çəkilməzdən əvvəl yazıb buraxdığı elmdən yararlanaraq insanları özlərinə cəlb etdilər və 
xaincəsinə bir fitnənin təməlini atdılar.  
Həmçinin birinci hədisdə ZİNDANDAN bəhs edilir ki, bu əlamət də İmam Mehdi (ə.s)’a 
aid deyildir. Digər hədisdə isə Süfyaninin Mehdidən (ə.s) sonra çıxacağı söylənilir ki, bu 
Mehdi Yəmanidən başqası deyildir.  
MUSAYA BƏNZƏRLİYİ OLAN YƏMANİDİR 
Həsən  ibn  Məhbub  əz-Zərrad  nəql  edir:  İmam  Rza  (ə.s)  mənə  dedi:  “Həqiqətən  də  ey 
Həsən, elə bir amansız və dəhşətli fitnə baş verəcək ki, bu zaman bütün dost və sirdaşlar 
aradan gedəcək. Bu, şiələrin mənim övladlarımdan olan dördüncü şəxsi itirdikləri zaman 
baş verəcək. Onun  itkisinə yer  və göy əhli  hüzünlənəcək. Onun itkisinə görə neçə-neçə 
mömin  və  möminələr  kədərlənib  həsrət  çəkəcək,  narahat  və  qəmgin  olacaqlar.”  Sonra 
həzrət başını aşağı saldı və bir qədər sonra başını qaldırıb dedi: “Atam anam qurban olsun 
adı  babamın  adı  ilə  eyni  olan  şəxsə.  Atam  anam  qurban  olsun  mənə  və  MUSA  İBN 
İMRANA  bənzəyən  şəxsə.  Onun  üzərində  nurdan  köynəklər  vardır.  O,  qüds  işığının 
şüası ilə aydınlanıb. Sanki mən insanlar ƏN ÜMİDSİZ olduqları zamanda onu görürəm. 
O zaman insanlar bir nida eşidəcəklər. Bu elə bir nida olacaq ki, yaxında olan onu eşitdiyi 
kimi  uzaqda  olan  da  eşidəcək;  möminlərə  rəhmət  olacaq,  kafirlərə  isə  əzab.”  Dedim: 
“Atam  anam  sizə  qurban  olsun,  o  nida  nədir?”  Buyurdu:  “Rəcəb  ayında  eşidiləcək  üç 
səsdir.  Birincisində  deyiləcək:  “Bilin,  Allahın  lənəti  olsun  zalımlara!”.  İkincisində: 
“Yaxınlaşmalı olan yaxınlaşmışdır, ey möminlər”. Üçüncüsündə isə günəş  çıxan zaman 
bir  əl  görəcəklər  ki,  belə  səslənəcək:  “Bilin,  Allah  zalımları  məhv  etmək  üçün  filankəsi 
göndərmişdir”. Bu zaman möminlərə fərəc və qurtuluş gələcək, Allah onların qəlblərinə 
rahatlıq verəcək və qəlblərindəki qəzəbi aradan aparacaq.” 
-  Dəlailul-İmamə:  245;  Muxtəsəru-bəsairud-dərəcat:  214;  ər-Rəcət  (Astrabadi):  159;  Ğeybəti-
Numani: s.196, hədis 28 
Humran ibn Əyən  nəql edir: Əbu Cəfər Baqir (ə.s)’a dedim: ... “Sizi and  verirəm Allah 
Rəsulu  (s)  ilə  olan  qohumluğunuza,  siz  bu  işin  sahibi  və  qiyam  edəcək  şəxssiniz?” 
Buyurdu:  “Xeyr.”  Dedim:  “Atam  anam  sizə  qurban  olsun,  bəs  o  kimdir?”  Buyurdu: 
“Rəngi  qırmızımtıldır,  gözləri  çuxurludur,  qaşları  çatmadır,  çiyinlərinin  arası  genişdir, 
saçında kəpək vardır, üzündə bir iz (xal) vardır. Allah MUSAYA rəhmət etsin.” 
- İsbatul-Huda: 3/538, hədis 494; Biharul-Ənvar: 51/40, hədis 20 və 21; Mucəmul-Əhadis: 3/238, 
hədis 764; Ğeybəti-Numani (azəricə): 238, hədis 3 
Əbu  Cəfər  Baqirin  (ə.s)  belə  dediyini  eşitdim:  “Bu  işin  Sahibində  dörd  peyğəmbərin 
əlaməti vardır: MUSANIN ƏLAMƏTİ, İsanın əlaməti, Yusifin əlaməti, və Muhəmmədin 
(s)  əlaməti.”  Dedim:  “Musanın  əlaməti  nədir?”  Buyurdu:  “QORXU  İÇİNDƏ  OLUB 
GÖZDƏ-QULAQDA OLACAQ.” Dedim: “Bəs Muhəmmədin (s) əlaməti nədir?” Buyur-
du: “Qiyam etdiyi zaman Allah Rəsulunun (s) davrandığı kimi davranacaq. Bir fərqlə ki, 


ahmedalhasan313.wordpress.com 
65 
 
o  Muhəmmədin  irsini  açıqlayacaq  və  Allah  razı  qalanadək  SƏKKİZ  AY  QILINCINI 
ÇİYNİNDƏN ASIB MƏHV EDƏCƏK…” 
-  əl  İmamətu  vət-Təbsirə:  93,  h.84;  İsbatul-vəsiyyə:  226;  Kəmalud-Din:  s.152,  h.16;  s.326,  h.6; 
s.329, h.11; Dəlailul-İmamə: 291; Təqribul-Məarif: 190; Ğeybəti Tusi: 160, h.57; İlamul-Vəra: 403; 
Qeybəti Numani (azəricə): 10cu bab, s.176, h.5 
Zürarə  rəvayət  edir  ki,  Əba  Əbdillah  Cəfərin  (ə)  belə  dediyini  eşitdim:  “QİYAM 
ETMƏSİNDƏN ÖNCƏ Qaimin (ə) QEYBƏ ÇƏKİLMƏSİ olacaq.” Dedim: “Nəyə görə?” 
Buyurdu:  “Çünki  QORXACAQ.”  Bunu  deyib  əli  ilə  qarnına  işarə  etdi  və  bununla 
öldürülməyi nəzərdə tuturdu. 
- Kafi: 1/337, h.5, səh.338, h.9, səh.340, h.18, səh.342, h.29; Kəmalud-Din: 342, h.24, səh.346, h.32, 
səh.481, h.7 və 10; Qeybəti-Tusi: 332, hədis 274; Qeybəti-Numani: 192, hədis 21 və 22 
Müfəzzəl ibn Ömər nəql edir ki, Əba Əbdillah (ə) buyurdu: “Bu işin sahibinin bir qeybə 
çəkilməsi  olacaq  ki,  bu  zaman  o  deyəcək:  “Sizdən  qorxduğum  zaman  (sizdən)  qaçdım, 
sonra Rəbbim mənə hikmət əta etdi, məni Öz ELÇİLƏRİNDƏN etdi.” [Şüəra 21] 
-  İsbatul-Huda:  3/535,  hədis  477;  Biharul-Ənvar:  52/157,  hədis  19,  s.292,  hədis  39;  Mucəmul-
Əhadis: 5/304, hədis 1735; Qeybəti-Numani (azəricə): s.189, hədis 10 və digər mənbələr. 
İSAYA BƏNZƏRLİYİ OLAN YƏMANİDİR 
{Onlar (həm də) küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: 
“Həqiqətən,  BİZ  ALLAHIN  ELÇİSİ  MƏRYƏM  OĞLU  İSA  MƏSİHİ  ÖLDÜRDÜK!”– 
dediklərinə  görə  (lənətə  düçar  edildilər.)  Halbuki  onu  nə  öldürdülər,  nə  də  çarmıxa 
çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun 
barəsində  şəkk-şübhə  içindədirlər.  Bu  haqda  onların,  zənnə  uymaqdan  başqa  heç  bir 
məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.} [4:156-157] 
Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: “Bu işin Sahibində 4 peyğəmbərin əlaməti 
vardır: “Musanın əlaməti, İsanın əlaməti, Yusifin əlaməti, və Muhəmmədin (s) əlaməti.” 
Dedim:  “Musanın  əlaməti  nədir?”  Buyurdu:  “Qorxu  və  həmişə  gözdə-qulaqda  olma.” 
Dedim:  “İsanın  əlaməti  nədir?”  Buyurdu:  “İSA  HAQQINDA  DEYİLƏNLƏR  ONUN 
HAQQINDA DA DEYİLƏCƏK.”  
-  əl  İmamətu  vət-Təbsirə:  93,  h.84;  İsbatul-vəsiyyə:  226;  Kəmalud-Din:  s.152,  h.16;  s.326,  h.6; 
s.329, h.11; Dəlailul-İmamə: 291; Təqribul-Məarif: 190; Ğeybəti Tusi: 160, h.57; İlamul-Vəra: 403; 
Ğeybəti Numani (azərbaycanca): 10cu bab, s.176, h.5. 
Bu  hədisdə  bizə  bir  mesaj  verilir  ki,  sanki  elə  bir  hadisə  baş  verəcək  ki,  insanlar  Qaim 
(ə.s)’ın öldürüldüyünə inanacaqlar. Lakin bu onlara belə göstərilmiş olacaq və Qaim (ə.s) 
yenidən  ortaya  çıxdığı  zaman  insanlar  bunu  təəccüblə  qarşılayacaqlar.  Ki  başqa 
hədislərdə də buna işarə edildiyini görürük. Allahu Alim! 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə