Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə26/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

Ansarullah Production 
56 
 
qədər məsum idi. Niyə bu belədir? Allah (s.v.t) sadəcə Muhəmməd və Al-i Muhəmmədi 
(ə.s) yaratmışdır. Onlar Rəbbin ən mükəmməl surətidir. O (s.v.t) onları Öz surətlərində 
yaratdı. Onlardan qəsdim Muhəmməd (s), Fatimə, Əli, Həsən və Hüseyndir (ə.s). Allah 
(s.v.t)  onları  ən  mükəmməl  formada  yaratdı.  Və  onlardır  yerdə  qalan  məxluqatı 
yaradanlar.  Bəli,  Allah  hər  şeyi  və  hər  kəsi  yaratdı.  Və  O  (s.v.t)  insanlara  yaratmaq 
bacarığı  verən  Kəsdir.  Lakin  Allah  (s.v.t)  birbaşa  Yaradıcı  olaraq  sadəcə  o  pak  ruhları 
yaratdı, və o pak ruhlar digər ruhları yaratdı, və onlar da digərlərini və bu şəkildə davam 
etdi. 
İkinci  növ ismət olan qazanılmış ismətə gəldikdə isə, 14 məsum istisna olmaqla, bütün 
peyğəmbərlər,  elçilər,  salehlər  bu  kateqoriyaya  aiddir.  Yəni  onların  isməti  qazanılmış 
ismət idi. Hər bir peyğəmbər və elçi xəta etmişdir, Muhəmməd (s) xaric. O, peyğəmbər 
olduğunu bilməzdən əvvəl də heç bir xəta etmədi, bildikdən sonra da. Qazanılmış ismət 
o  deməkdir  ki,  şəxs  məsum  olaraq  doğulmamışdır,  və  o  öz-özlüyündən  məsum  deyil. 
Doğrusu  o  öz  səmimiyyəti  və  Allaha  bağlılığı  ilə  ismətin  məlum  bir  dərəcəsinə  çatdı. 
Qazanılmış ismət zati ismətdən aşağıdır. Çünki təsvir edildiyi kimi, isməti zati olmayan 
şəxs  şübhəsiz  ki,  keçmişdə  bəzi  xətalar  və  ya  günahlar  etmişdir.  Bu  məsələ  Qurani 
Kərimin bir çox yerlərində çox aydın şəkildə vurğulanmışdır. Və bunu sübut etmək üçün 
bir  dənə  nümunənin  də  kifayət  olmasına  baxmayaraq,  gəlin  Qurandan  bir  çox  fərqli 
nümunələrə baxaq. 
Birinci nümunə – Adəm (ə.s).  
Adəm (ə.s) bir peyğəmbər idi  və o, ilk peyğəmbər idi. Peyğəmbər  və məsum olmağına 
baxmayaraq  o,  böyük  bir  xəta  etdi.  Çünki  o  doğuşdan  məsum  deyildi.  Onun  isməti 
qazanılmış ismət idi. Daha doğrusu o, müəyyən bir zaman dilimində Allaha bağlılığı ilə 
məsumluq əldə etdi. Adəmin (ə.s) etdiyi xəta budur ki, hər şeyin Yaradıcısı olan Allah 
ona,  ağaca  yaxınlaşmamasını  və  ondan  yeməməsini  əmr  etdiyi  zaman,  Adəm  Allahın 
birbaşa əmrinə üsyan edərək ağacdan yedi və İblisə (l.ə) tabe oldu. Çünki İblis (l.ə) ona 
fısıldadı  və  dedi  ki,  “ey  Adəm,  sənə  əbədilik  ağacının  və  heç  vaxt  səni  tərk  etməyəcək 
hökmranlığın harada olduğunu göstərib deyimmi?” Beləliklə iblis ona bunu bildirdi və 
ayənin sonunda da buyurulur  ki, Adəm öz Rəbbinə  üsyan etdi  və bundan sonra Allah 
onu əfv etdi. Beləliklə, bəzi peyğəmbərlərin xətalar etməsi ilə bağlı bir ziddiyət yoxdur və 
bu aşikardır. Allah onların xətalarını zikr etmişdir. Və bu da nümunələrdən biri idi. 
İkinci nümunə – Nuh (ə.s). 
Allah Nuha (ə.s) vəd etmişdi ki, bütün salehlər xilas olacaq və onunla birlikdə yer üzünə 
varis olacaqlar. Və bu, Allahın Nuha  vədi idi və Nuh bu  vədə  inandı  və bu  vədi 950 il 
müjdələdi.  Və  Nuh  (ə.s),  peyğəmbərlərdən  biri  olmasına  baxmayaraq,  hətta  Ulul-Əzm 


ahmedalhasan313.wordpress.com 
57 
 
peyğəmbərlərindən biri olmasına baxmayaraq – ki Ulul-Əzm ən böyük mürsəl nəbilərdir 
–  o,  Allahın  hökmünə  şübhə  etdi.  O,  Allahın  hökmünü  sorğuladı.  O,  Allahı,  vədini 
tamamlamadı deyə günahlandırdı. Necə? Qurani-Kərim buyurur: Bismillahir Rəhmanir 
Rəhim,  [Nuh  Rəbbini  çağırıb  dedi:  'Ey  Rəbbim!  Axı
 
oğlum  da  mənim  ailəmdəndir. 
Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!' O dedi: 'Ey Nuh! 
O,  sənin  ailəndən  deyildir.  Doğrusu,  bu,  pis  bir  işdir.  Elə  isə  bilmədiyin  bir  şeyi 
Məndən  istəmə.  Həqiqətən  də,  Mən  sənə  cahillərdən  olmamağı  tövsiyə  edirəm'.  O 
dedi: 'Ey Rəbbim! Bil-mədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni 
bağışlamasan,  mənə  rəhm  etməsən,  ziyana  uğrayanlardan  olaram'.]  [Hud:  45-47]. 
Beləliklə Nuh Allaha yalvarır və deyir ki, əgər məni bağışlamasan, Sənə qarşı etdiyim bu 
günahı  bağışlamasan,  mən  ziyana  uğrayanlardan  olaram.  Və  bu,  Qurandan  olan  ikinci 
nümunə  idi  ki,  peyğəmbərlərin  və  elçilərin,  hətta  Nuh  (ə.s)  kimi  Ulul-Əzm 
peyğəmbərlərinin də isməti zati ismət deyildi. 
Üçüncü nümunə – Musa (ə.s). 
O  da  Ulul-Əzm  peyğəmbəri  olmasına  baxmayaraq,  böyük  bir  xəta  etdi.  İndi  bunun 
detayına  girməyəcəyəm.  Lakin  məsələ  ona  yetişdi  və  Quranda  da  keçdiyi  kimi  o, 
Allahdan bir şey istədi və Rəbbinə dedi: [Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi 
onunla danışdı. (Musa) dedi: 'Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım'. O dedi: 
'Sən məni görə bilməzsən. Lakin dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni 
görəcəksən'.  Rəbbi  dağa  göründükdə  onu  parça-parça  et-di.  Musa  da  bayılaraq  yerə 
sərildi. Özünə gəldikdə isə dedi: 'Sən pak və müqəd-dəssən! Sənə tövbə etdim və mən 
iman gətirənlərin birincisiyəm!'] [Əraf: 143]. 
Dördüncü nümunə – Yusif (ə.s). 
Yusif  (ə.s)  bir  çox  xəta  etmişdir.  Qurani-Kərimdə  keçən  Yusifin  xətalarının  bəziləri 
bunlardır:  Yusifin  Züleyxa  ilə  bağlı  düşüncələri  var  idi.  Züleyxanın  da  Yusiflə  bağlı 
düşüncələri  var idi. Əlbəttə bu  yalnış  hərəkət və əməl idi. Çünki Yusif özü bunu etiraf 
etmişdi.  Quranda  buyurulur  ki,  [(Qadın)  ona  meyl  etmişdi.  Əgər  (Yusif)  Rəbbinin 
dəlilini  görməsəydi, o  da  ona  meyl  edərdi. Beləcə,  Biz  pisliyi  və  çirkin  əməli  ondan 
uzaqlaşdırdıq.  Həqiqətən,  o,  Bizim  seçilmiş  qullarımız-dandır.]  [Yusif:  24]  və  Yusif 
dedi ki, [Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna 
olmaqla,  nəfs (adama) pis  işləri  əmr  edər. Həqiqətən, Rəbbim  Bağışlayandır,  Rəhm-
lidir'.] [Yusif: 53]. Yusif başqa bir xəta da etdi. O, birbaşa Yaradandan istəmək əvəzinə, 
Allahın yaratdığı bir məxluqdan yardım istədi. Quranda bu belə keçir: [(Yusif) onlardan 
qurtulacağını yəqin etdiyi kimsəyə dedi: 'Rəbbinin (Ağanın) yanında məni yada sal!' 
Lakin şeytan ona (Yusifi) ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə