Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə25/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   21   22   23   24   25   26   27   28   ...   59

Ansarullah Production 
54 
 
QAİM’Ə (Ə.S) QARŞI QURANLA DÖYÜŞƏNLƏR 
Fuzeyl ibn Yəsar nəql edir: Əba Əbdillahın (ə.s) belə dediyini eşitdim: “Bizim Qaimimiz 
qiyam  etdiyi  zaman  insanların  cəhaləti  ilə  qarşılaşacaq.  Elə  bir  şəkildə  ki,  Allah 
Rəsulunun (s) cahiliyyə dövrünün cahil insanlarından gördüyü cəhalətdən daha şiddətli 
olacaq.” Dedim: “Bu necə ola bilər?” Buyurdu: “Allah Rəsulu (s) insanlara göndərildiyi 
zaman  onlar  daşlara,  qayalara,  daşdan  və  taxtadan  yonulmuş  bütlərə  sitayiş  edirdilər. 
Bizim  Qaimimiz  qiyam  edib  camaatın  yanına  gəldiyi  zaman  isə  onların  HAMISI 
ALLAHIN KİTABINI ONUN ƏLEYHİNƏ TƏVİL EDƏCƏKLƏR, ALLAHIN KİTABI 
İLƏ ONUN ƏLEYHİNƏ DƏLİL GƏTİRƏCƏKLƏR.” Sonra dedi: “Bil, Allaha and olsun 
ki, onun ədaləti onların evlərinin içinə daxil olacaq, eynilə istilik və soyuqluq daxil olduğu 
kimi.” 
-  İsbatul-Huda:  3/544,  hədis  529;  Hilyətul-Əbrar:  2/630;  Biharul-Ənvar:  52/362,  hədis  131; 
Mucəmul-Əhadis: 3/501, h.1072; Qeybəti-Numani (azəricə): 17-ci bab, s.335, h.1 
Əba Əbdillah (ə.s) belə buyurdu: “Qaim (ə.s) döyüşündə Allah Rəsulunun (s) qarşılaşma-
dığı şeylərlə qarşılaşacaq. Çünki Allah Rəsulu (s) onların yanına gələndə onlar oyulmuş 
daşlara və yonulmuş taxtalara ibadət edirdilər. Qaim (gələndə isə) ONA QARŞI ÇIXIB 
ALLAHIN  KİTABINI  ONUN  ƏLEYHİNƏ  TƏVİL  EDƏCƏKLƏR  VƏ  ALLAHIN 
KİTABI ƏSASINDA ONUNLA DÖYÜŞƏCƏKLƏR. 
- Hilyətul-Əbrar: 2/631; Biharul-Ənvar: 52/362, hədis 133; Mucəmul-Əhadis: 3/501, hədis 1072; 
Qeybəti-Numani (azəricə): 17-ci bab, s.336, h.3 
Əhməd  Əl  Həsənə  (ə.s)  qarşı  Quranla  dəlil  gətirməyə  çalışanlara  gəlsin!!  Onun  Quranı 
oxuya  bilmədiyini  deyənlərə,  iddia  edənlərə  gəlsin!!  Xüsusən  ŞEYX  ZƏKƏRİYYANIN 
VİDEOLARINI  YƏMANİYƏ  QARŞI  İSTİFADƏ  EDƏNLƏRƏ  GƏLSİN!!  O  şeyx  ki, 
Əhlibeyt qiraətini, Əhlibeyt hədislərini tərk etmiş, Əhli-Sünnə qiraəti ilə Yəmaninin (ə.s) 
Quranı  düzgün  oxumadığını  iddia  edir!!  Bəli,  məhz  tərk  etmiş,  çünki  Yəmaninin  (ə.s) 
qiraəti Əhlibeyt hədislərinə dayanır, Şeyx Zəkəriyyanın qiraəti isə bugünki Əhli-Sünnə 
qiraətinə!!  Budurmu  Əhlibeyt  tərəfdarlığı??  Budurmu  Şiəlik??  Buyurun,  bu  da  İmam 
Sadiqdən olan hədis, açıq şəkildə bildirilir ki, HAMISI Allahın kitabını Qaimə qarşı təvil 
edəcək. Bunun kimi onlarla, bəlkə də yüzlərlə hədislər var kitablarda. 
Diqqət  edək!  Allahın  kitabını  bildiyini  iddia  edənlər  kimlərdir  bugün?  Əlbəttə  ki,  din 
xadimləri, axırzaman alimləri… onlara təqlid edənlər də, öz müctehidlərinin iddialarını 
Yəmaniyə (ə.s) qarşı istifadə edirlər. Əhlibeytin məsələsi günəşdən daha aydındır. Diqqət 
edək, Allah Rəsulunun (s) zamanında insanlar taxtalara, daşlara ibadət edirdilər deyilir. 
Sizcə İmam (ə.s) bununla bizə nəyi bildirmək istəyir? Yəni o vaxtın bütləri taxtadan  və 
daşdan  idilər,  Qaimin  dövründə  isə  canlı  bütlər  olacaq  ki,  onlar  Qaimə  qarşı  Quranla 
döyüşəcəklər.  OYANIN  EY  ŞİƏLƏR!  ƏMƏLSİZ  ALİMLƏRİN  SİZİ  DOĞRU  YOLDAN 
AZDIRMASINA İZN VERMƏYİN. 


ahmedalhasan313.wordpress.com 
55 
 
Əbu  Bəsir  deyir:  İmam  Sadiqdən  (ə.s)  {Onlar  Allahı  qoyub  BAŞ  KEŞİŞLƏRİNİ  VƏ 
RAHİBLƏRİNİ rəblər qəbul etdilər.} [9:31] ayəsi ilə bağlı soruşduğum zaman belə cavab 
verdi: “Allaha and olsun ki, ALİMLƏR və DİN RƏHBƏRLƏRİ, insanları onlara ibadət 
etmək  üçün  çağırmadılar.  Əgər  belə  etsəydilər  insanlar  qəbul  etməzdilər.  Bunun  üçün, 
Allahın HARAMINI HALAL və HALALINI HARAM ETDİLƏR və bu şəkildə insanlar 
fərqində olmadan, bilməyərək ONLARA İBADƏT ETMİŞ OLDULAR.” 
- Üsuli-Kafi, cild 1, s.53 
ƏHMƏD ƏL HƏSƏN (Ə.S) MƏSUMDUR 
Bəziləri İmam Əhməd əl Həsənin (ə.s) danışdığı zaman xəta etdiyini dəlil olaraq təqdim 
edərək, onun (ə.s) məsum olmadığını, və bir məsumun  danışdığı zaman xatə etməməli 
olduğunu deyirlər. Beləliklə onlar ismətin (məsumluğun) nə olduğunu başa düşmədikləri 
halda, öz rəylərinə istinad edərək belə iddialar edirlər. Halbuki Qurani Kərimdə Allahın 
ən əzmli peyğəmbərlərindən biri olan Musanın (ə.s) danışığında qüsur olduğunu diqqətə 
almırlar  və  beləliklə  də  öz  qüsurlu  ağılları  ilə  bilmədən  Allahın  elçilərindən  birinin  – 
Musanın (ə.s) ismətini rədd etmiş olurlar.  
[Və ürəyim sıxılır, dilim də söz tutmur. Buna görə Harunu da göndər.] [Şüəra (26):13] 
Musa (ə.s) nə istəyir? Danışan kim idi? O (ə.s), danışanın Harun (ə.s) olmasını istədi və 
Allah  da  onun  duasını  qəbul  etdi.  İndi  isə  məsum  peyğəmbərlərdən  bir  neçəsinin 
Quranda keçən xəta və günahlarına nəzər salaq: 
Rəhman  və  Rəhim  olan  Allahın  Adı  ilə.  Sizə  ismət  və  onun  mənasından  bəhs  etmək 
istəyirəm. İsmət (məsumluq) iki hissəyə ayrılır: Zati (doğuşdan olan) ismət və (sonradan) 
qazanılmış  ismət.  Gəlin  onların  hər  birinin  açıqlamasına  baxaq  və  hansının  hansı 
kateqoriyaya aid olduğunu görək. Əvvəlcə zati ismətdən başlayaq. Zati ismət o deməkdir 
ki,  bu  kateqoruyaya  aid  olan  kəs  fitri  olaraq,  doğulduğu  gündən  öləcəyi  günə  qədər 
məsumdur.  Bu  kəs  bütün  həyatı  boyunca  heç  bir  xəta  və  ya  günah  işləməz.  Bu 
kateqoriyaya aid sadəcə 14 şəxs və ya 14 ad var. Onlar Muhəmməd (s), Fatimətüz-Zəhra 
(s.ə), və Əhlibeytdən (ə.s) olan 12 İmamlardır ki, Əmirəl möminin Əli ibn Əbu Talib (ə.s) 
ilə başlayır, İmam Mehdi (ə.s) ilə bitir. Bu 14 adın, bu 14  şəxsin isməti zati ismətdir  və 
onlar fitri olaraq məsumdurlar.  
Tarix  onların  bircə  dənə  də  xətasını  tapa  bilməmişdir.  Tarix  onların  bircə  dənə  də 
günahını tapa bilməmişdir. Tarix heç vaxt onların hər hansı bir günahını və ya xətasını 
yazmamışdır. Bunun əksini deyən kəsin, dediyini sübut etməsi lazımdır. Əlbəttə bu, 14 
məsum ilə bağlı “şiələrin” və mürciə təqlidçilərinin tutunduğu normal inancdır və hamısı 
da buna iman edir. Həmçinin Əhli-Sünnə də inanır ki, Muhəmməd (s) doğuşdan ölənə 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə