Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə22/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

Ansarullah Production 
48 
 
biləcək bir alim yoxdur. Əgər var idisə o zaman onun (ə.s) qeybətdən əvvəlki dövrlərində 
onun mübahilə dəvətinə cavab verməyə cəsarət edəcək bir nəfər belə önə çıxmadı. Əksinə 
hər dəfəsində onu dəlilsiz sübutsuz inkar etməkdən başqa bir bəhanələri olmadı. 
“Və mən Mübahilə etməyə hazıram; daha doğrusu İslamın bütün məzhəblərindən olan 
bütün alimlərə meydan oxuyuram. Sünni, Şiə, hətta Xristian və Yəhudi alimlərinə ki, mən 
Mehdi (ə.s)’dan Müsəlmanlara, İsa (ə.s)’dan Xristianlara və İlyas (ə.s)’dan Musəvilərə  
göndərilmiş bir Elçiyəm. Və onların hər biri ilə öz kitabları ilə münazirə etməyə hazıram. 
Və mən Qurani-Kərimi, İncili və Tövratı onların bildiklərindən daha artıq bilən, miskin 
cahil bir qulam. Və Allahın mənə bəxş etdiyi xüsusi elm ilə, onların uydurduğu yerləri də 
bilirəm.”  
Əhməd əl Həsən (ə.s)’ın “İmam Mehdi (ə.s) ilə Görüş” xütbəsindən
MƏRCEYİ-TƏQLİD QAİMƏ (Ə.S) QARŞI 
Əsbəğ ibn Nəbata nəql edir: Əlinin (ə.s) belə dediyibi eşitdim: “Qaimin qiyamından əvvəl 
aldadıcı  illər  olacaq.  Həmin  vaxt  DOĞRU  DANIŞANLAR  YALANÇI,  YALANÇILAR 
DOĞRU hesab ediləcək, “mahillər” (məkrli şəxslər) yuxarı məqamda olacaqlar.” 
Başqa bir hədisdə: “Həmin vaxt “ruvəybəzələr”danışacaqlar.” Dedim: “Rubəyvəzə nədir, 
mahil  nədir?”  Dedi:  “Məgər  Quran  oxumursunuz?  Allah  buyurur:  {O,  məkrə  qarşı 
şiddətlidir.} [13:13]” Sonra dedi: “Mihal sözü ilə məkri nəzərdə tutur.” Dedim: “Bəs mahil 
nədir?” Buyurdu: “Yəni, çoxlu məkr edən.” 
-  İsbatul-Huda:  3/738,  hədis  115;  Biharul-Ənvar:  52/245,  hədis  124;  Mucəmul-Əhadis:  5/187, 
hədis 1610; Qeybəti-Numani (azəricə): səh.312-313, hədis 62 
Əmirəl-Möminin  Əli  (ə.s)  buyurdu:  “Qaim  qiyam  etdiyində  FƏTVA  ƏHLİNDƏN 
intiqam alacaq. Onlar bilməyərək özlərindən fətva verən kəslərdir. FƏTVANI VERƏNƏ 
DƏ, ONUN ARXASINCA GEDƏNƏ DƏ VAY OLSUN. Din əksikmiydi, onlar tamamla-
mağa çalışdılar, yoxsa dində əyrilik varmıydı ki, onlar düzəltməyə çalışdılar?!”  
- Bəyanul-Əimmə (ə.s): 3/298; İlzamun-Nəsib: 1/196 
Bəşir  dedi:  …  Əbu  Cəfər  Baqir  (ə.s)  buyurdu:  …  “VAY  OLSUN  BU  MÜRCİƏLƏRİN 
halına. Sabah bizim Qaimimiz qiyam etdiyi zaman görəsən kimə sığınacaqlar?” Dedim: 
“Onlar  deyirlər  ki,  əgər  bu  baş  versə,  biz  də,  siz  də  ədalət  baxımından  eyni  olacağıq.” 
Buyurdu:  “Kim  tövbə  etsə  Allah  onun  tövbəsini  qəbul  edər.  Kim  nifaqda  israr  edərsə 
Allah onu (rəhmətindən) uzaq edər. Kim bir şey izhar edərsə Allah onun qanını tökər.” 
Sonra dedi: “Allaha and olsun ki, qəssab qoyunun başını kəsdiyi kimi O DA ONLARIN 
BAŞINI KƏSƏCƏK.” Bunu deyib əli ilə boğazına işarə etdi. Dedim: “Onlar deyirlər ki, 
bu baş verdiyi zaman işlər onun üçün öz-özünə düzələcək. o bir həcəmət qanı qədər belə 
qan axıtmayacaq.” Dedi: “Xeyr, elə deyil. Canım əlində olana and olsun ki, bizlər və sizlər 
qanı və təri siləcəyik.” Bunu deyib əli ilə alnına işarə etdi. 


ahmedalhasan313.wordpress.com 
49 
 
-  İsbatul-Huda:  3/543,  hədis  525  və  526;  Biharul-Ənvar:  52/356,  hədis  122;  Mucəmul-Əhadis: 
3/305, hədis 844; Qeybəti-Numani (azəricə): səh.320-321, hədis 1 
Baxaq  görək  Mürciə  kimlərə  deyilir.  Elə  Ğeybəti-Numani  kitabının  bu  hədis  keçən 
səhifəsində  altyazıda  belə  buyurulur:  Mürciə  deyərkən  Peyğəmbərdən  (s)  sonra  öz 
aralarından  özlərinə  bir  başçı  təyin  edən,  onun  xətadan  məsum  olduğuna  etiqad 
ETMƏDİKLƏRİ halda dediyi bütün sözlərinə itaət etməyi VACİB hesab edən bir dəstə 
nəzərdə  tutulur.  Onlara  ona  görə  “mürciə”  (bir  kənara  qoyan)  deyilir  ki,  onlar  Allahu-
Təalanın İmam təyin etməyi bir kənara qoyub bunun, ümmətin seçimi ilə olmasını iradə 
etdiyini iddia edirlər. Həmçinin mürciə adı Qədərilər və Hərəvilər üçün də işlədilir. (Əli 
Əkbər əl-Ğəffari). Müt. 
İmam  Əli  (ə.s)  buyurdu:  "Övladlarınıza  bizim  elmlərimizi  ÖYRƏDİN  ki,  Allah  onu  o 
elmlə faydalandırsın. MÜRCİƏ ÖZ RƏYİ İLƏ onlara qalib gəlməsin." 
- əl-Hisal: s.614 
Əbi Əbdillah Cəfər Sadiq (ə.s) buyurdu: "Kiçiklərinizə HƏDİS ÖYRƏTMƏKDƏ tələsin 
ki, MÜRCİƏ (bu işdə) sizdən öncə onlara yetişməsin." 
- Kafi: 6/47 
Və Mərceyi-Təqlidin insanları bugün nəyə dəvət etdiyinə nəzər etsək, elə bu hədisdə bəhs 
edilən  mürciələrin  bugünki  təqlid  mürciələri  olduğunun  açıq-aydın  göz  qabağında 
olduğunu  görəcəyik.  Ümid  edirik  ki,  bilmədən  mürciələrin  fitnəsinə  düşənlər  bu 
hədislərdən bir nəticə çıxarıb onlara təqlid etməyi tərk edərlər. Bir halda ki, yalançıların 
doğru  sözlü sayıldığı, mahillərin  yuxarı məqamda olduğu bir dövrdə yaşayırıq, elə isə 
bugün  yuxarı  məqamlarda  olanların  kimlər  olduğuna  bir  nəzər  edək  və  görək  bugün 
hörmət sahibləri kimlərdir. O kəslər ki, haqları olmadığı və İmam Mehdi (ə.s)’ın qeybət 
dövründə,  ta  ki  zühura  qədər  xümsü  şiələrinə  halal  etdiyi  halda
4
  onu  camaatdan 
toplayırlar. Allah buyurmuşdur: 
{Onlar  Allah  üçün  Onun  yaratdığı  əkindən  və  mal-qaradan  pay  ayırıb  öz  (batil) 
iddialarına  əsasən:  “Bu,  Allah  üçündür,  bu  da  şərik  qoşduqlarımız  (bütlər)  üçündür”– 
deyirlər. Şərikləri üçün ayırdıqları (pay) Allaha çatmır, Allah üçün ayırdıqları (pay) isə 
şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir!} [6:136] 
                                                             
4
 
İshaq ibn  Yaqub  nəql  edir: Muhəmməd ibn  Umman  Öməri  (İmam  Mehdinin ikinci  vəkili  və 
naibi) İmamdan (ə.s) onun öz əlyazması olan bir məktub gətirdi… “Həvadislər zamanında hədis 
ravilərimizə müraciət edin  ki, onlar  mənim  və sizin  aranızdakı höccətlərdir  və  mən  də  Allahın 
höccətiyəm... Xümsə gəlincə, mən əmrimizin zühuruna qədər onu Şiələrim üçün HALAL ETDİM
Ta  ki,  nəsillərinin  vəladəti  tərtəmiz  olub,  (özlərindən  sonraya)  kirli  (pak  olmayan)  nəsil  və 
övladlar qoyub getməsinlər.” 
- Ğeybəti-Tusi: 290; Kəmalud-Din: 483
 
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə