Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə35/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

ahmedalhasan313.wordpress.com 
75 
 
Əli ibn Hüseyn (ə.s) buyurdu: “İmam məsum olmalıdır, və məsumluğu zahiri xüsusiyyət-
lə olmamalıdır ki, sonra ona görə tanınsın. Ona görədir ki, gərək ona MƏTNLƏ İSNAD 
EDİLSİN.” 
- Məaniul-Əxbar: s.132 
İmam  Rza  (ə.s)  Məmunun  sarayında  olarkən  bir  nəfər  ondan  soruşdu:  “Ey  Allah 
Rəsulunun oğlu (ə.s), hansı halda İmamət, onu iddia edən tərəfindən doğru olar?” O (ə.s) 
buyurdu: “MƏTN və dəlillə.” O dedi: “Bəs İmam(lığın)ın dəlili nədir?” O (ə.s) buyurdu: 
ELMİ və tələb edilənə cavab verməsi.” 
- Uyuni-Əxbarir-Rza (ə.s): 2/216 
Haris ibn Müğirə Əbi Əbdillah (ə.s)’a belə dedi: “Əmrin Sahibini necə tanıyaq?” O (ə.s) 
buyurdu: “Sükunət, şərəf, ELM və VƏSİYYƏT ilə.” 
- Bəsairud-Dərəcat: s.509; Kafi: 1/378; Biharul-Ənvar: 62/217 
Cabir əl Cufi nəql edir: Əbu Cəfər (ə.s) belə buyurdu: “Hər nə səni çaşqınlığa salsa da, 
Allah  Rəsulunun  ƏHDİ,  BAYRAĞI  VƏ  SİLAHI  səni  çaşqınlığa  salmasın,  və  Al-i 
Muhəmməddən (ə.s) olan azğın insanlardan ehtiyatlı ol, zira Al-i Muhəmməd (ə.s) və Əli 
(ə.s) üçün bir bayraq vardır, və qalan başqa bayraqlar da vardır. Olduğun yerdə qal və 
heç  kimi  izləmə,  ta  ki  Hüseyn  (ə.s)  oğullarından  bir  nəfər  Allah  Rəsulunun  ƏHDİ, 
BAYRAĞI VƏ SİLAHI ilə gələnə qədər.” 
- Biharul-Ənvar: 52/224 
Son  hədisə  diqqət  yetirdiyimizdə  ƏHD,  BAYRAQ  və  SİLAHDAN  bəhs  edildiyini 
görürük.  Bir  daha  qeyd  edək  ki,  əslində  bu  Allahın  Höccətini  tanıma  qanununun  üç 
şərtidir ki, bütün Allah Xəlifələri, Peyğəmbərlər və Vəsilərin hamısı bu üç dəlillə insanlara 
höccəti tamamlamışdır. Və bu burada  keçən  ƏHD Vəsiyyətdir ki, hər bir Allah  xəlifəsi 
özündən sonra hakimiyyətə keçəcək olan höccətin və ya höccətlərin adlarını yazılı olaraq 
o  vəsiyyətdə  açıqlayır.  İkinci  –  BAYRAQDIR  ki,  bütün  Xəlifələrin  bayraqı  bir  məqsəd 
uğruna qaldırılmışdır, bu da Allahın yer üzündəki hakimiyyətini təmsil edir və Qaimin 
bayrağın  üzərində  də  buna  istinadən  “Beyət  Allahadır”  sözləri  yazılmış  olacaqdır, 
Əhlibeyt (ə.s)’dan olan hədislərdə də açıqlandığı kimi. SİLAH isə xəlifənin ELMİDİR ki, 
zamanının bütün alimlərini susdursun və öz haqqaniyyətini ortaya qoysun, o şəkildə ki, 
soruşulan elə bir məsələ olmayacaq ki, ona cavab verməkdə qalsın. 
İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Biz Əhlibeyt (ə.s) üçün bir bayraq  var ki, ondan önə 
keçən şərr əhlidir, geriyə qalan isə azmışdır, onu izləyən hidayət olunmuşdur. Üzərində 
ƏL-BEYƏTULİLLAH (Beyət Allahadır)” yazılmışdır.” 
- 250 Əlamət (Şeyx Korani): s.15 
Bu hədislərə görə Allahdan Rəsulullaha (s) bir ƏHD və ya VƏSİYYƏT endilirmiş və bir-
biri ardınca onun (s) Vəsilərinə ötürülmüşdür. Bu ƏHD ya da VƏSİYYƏT nədir? Və bu 


Ansarullah Production 
76 
 
əhd elə bir yazıdır ki, Rəsulullahın (s.a.a) özündən sonraki Vəsilərinin adlarını açıqlayır. 
Çünki İmam Sadiq (ə.s) imamətin verilməsindən bəhs edir və onun bu  ƏHD ilə əlaqəli 
olduğundan danışır. Bu ƏHD Peyğəmbərin (s) vəfat gecəsi İmam Əliyə (ə.s) yazdırdığı 
Vəsiyyət deyilsə bəs nədir? Və bu vəsiyyət indi haradadır? Əgər bu vəsiyyət və ya Əhd 
öz  sahibinin,  yəni  Qaim  (ə.s)  zamanına  gəlib  yetişməyəcəksə  o  zaman  bu  vəsiyyətin 
yazılmasının nə anlamı qalır? Və əgər bu vəsiyyət yazıldısa, o halda haradadır və onun 
sahibi  bugün  kimdir?  Və  ƏN  ÖNƏMLİSİ  bu  VƏSİYYƏT  ÜMMƏTİN  ZƏLALƏTƏ 
DÜŞMƏKDƏN QURTULMASI ÜÇÜN YAZILMIŞDIR. Həmçinin üçüncü hədisdə İmam 
Sadiq (ə.s) 12 ad sadaladıqdan sonra SUSDU. Və Muaz sonra kim olduğunu soruşduqda 
KİFAYƏTDİR deyə buyurdu. Buradan məlum olur ki İmam Sadiq (ə.s) 12 nəfərdən sonra 
gələcək  kəsləri  açıqlamaq  İSTƏMİR.  Çünki  bu  Al-i  Muhəmmədin  (ə.s)  sirridir  ki, 
Qaimdən (ə.s) başqası açıqlamamalı idi. 
O  əhd  yazıldı  və  bugün  onun  sahibi  Qaim  və  Yəmani  olan  Əhməd  əl  Həsən  (ə.s)  o 
vəsiyyəti ortaya çıxardı və vəsiyyətin sahibi olduğunu rədd edilməsi mümkün olmayan 
dəlillərlə  sübut  etdi.  Və  12  nəfərdən  sonra  gələcək  kimsələrin  12  Mehdilər  olduğunu 
açıqladı ki, bu zamana qədər heç kim bu açıqlamaları etməmişdi. 
Həmçinin digər hədisdə qeyd edilir ki, “İMAM YALNIZ VƏSİ VƏ VƏSİNİN OĞLU OLA 
BİLƏR”. Vəsi vəsiyyət sahibi olan şəxsə deyilir. Buradan da bizə məlum olur ki, əgər bir 
kəs  İmamlıq  iddiası  edirsə,  onun  bir  VƏSİYYƏTİ  olmalıdır.  Və  bəhs  edilən  vəsiyyət 
budur: 
Bir qrup insan, Əbu Abdullah Hüseyn ibn Əli ibn Süfyandan, o da Əli ibn Sinan əl-Musəli 
əl-Ədlidən, o da Əli ibn Hüseyndən, o da Əhməd ibn Muhəmməd əl-Xəlildən, o da Cəfər 
ibn Əhməd əl-Məsridən, o da Həsən ibn Əlidən, o da atasından, o da Əbu Abdullah Cəfər 
ibn  Muhəmməddən  (ə),  o  da  atası  Muhəmməd  ibni  Əlidən  (ə),  o  da  atası  Əli  ibn 
Hüseyndən (ə), o da Hüseyn ibn Əlidən (ə), və o da atası Əmirəl-Möminin Əli ibn Əbu 
Talibdən (ə) bu cür nəql edir: Rəsulullah (s) vəfat etdiyi gecə belə buyurdu: … “Ya Əli, 
məndən sonra 12 İmam olacaq və onlardan sonra da 12 Mehdi. Sən, Ya Əli, 12 İmamın 
ilkisən. Allah səni səmalarda Əli Əl-Murtəza, Möminlərin Əmiri, Ən Doğru danışan 
(Siddiq’ul  Əkbər), Ən  şəffaf  və  aydın  qərar  verən,  Haqla  batil  arasında  hakim, ən 
güvənilən və hidayətçi (Mehdi) adları ilə adlandırmışdır. Bu sifətlər (həqiqi mənada) 
səndən  başqa  heç  kimə  aid  deyildir.  Ya  Əli,  sən  (məndən  sonra) ailəmin üzərinə, 
onların həyatlarında və ölümlərində və qadınlarımın üzərinə Vəsimsən. Kimi təsvib 
(təsdiq) etsən, sabah məni tapar və kimi rədd etsən, mən ondan nifrət edərəm və məni 
görməz. Və sən mənim ümmətimə, məndən sonra Vəsisən. Əgər ölüm sənə yaxınlaşsa, 
vəsiyyəti xeyirli olan oğlum Həsənə və onun ölüm zamanı gəldiyində vəsiyyəti oğlum 
Hüseynə, şəhid, təthir və məqtul olana təslim etsin. Sonra ölüm ona yaxınlaşsa,  onu 
oğluna,  ibadət  edənlərin  Mövlası  (Zeynəl  Abidin)  olan  Əliyə  təslim  etsin.  Onun  da 
vəfat zamanı gəldiyində, onu oğluna, Muhəmməd Baqirə təslim etsin. Onun da vəfat 
zamanı  gəldiyində, onu  oğlu  Cəfər  Sadiqə  təslim  etsin.  Onun  da  vəfat  zamanı 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə