Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə40/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

Ansarullah Production 
86 
 
deyildir. Əksinə qəsd edilən şey, dəlilin ortaya qoyduğu  ilahi  əmri iddia edərək, Allah 
haqqında  yalan  söz  uydurmaqdır.  Belə  olarsa,  o  halda  burada  Allah,  ilahi  buyruğu 
qorumaq üçün, ortaya qoyulan dəlil ilə, qəti surətdə bu duruma müdaxilə edəcəkdir. Və 
bu,  zəlalətə  düşməkdən  bir  qoruma  olaraq  təsvir  edilən  və  Allahın  Xəlifəsinin, 
izləməyimiz  lazımlı  olan  kəslərin  xarakterini  təsvir  etmək  üzrə  təslim  etdiyi  ilahi  bir 
əmrdir.  Yəni,  [bu  halda]  Onun  (s.v.t)  müdaxilə  etmədəki  nöqsanlığı,  Onun  ələmliyini 
inkar etmək olar.  
Və bu əmrə və ya mətnə bir nümunə də, İsanın (ə.s), Rəsul Muhəmməd (s) haqqındakı 
vəsiyyəti ilə Rəsul Muhəmmədin (s) İmamlar və Mehdilər (ə.s) haqqındakı vəsiyyətidir. 
Yəni ayədə yalan sözlər uydurmağın qarşısının alınması ilə bağlı açıqlama vardır və bu 
səbəbdən bu mətn, öz sahibi üçün qorunmuşdur və ondan başqa hç kim bunu iddia edə 
bilməyəcəkdir.  Və  ayənin  ilahi  əmr  haqqında  olduğunu  və  Allahın  Xəlifələri  haqqında 
olduğunu,  xüsusən  də  bunun  sahibinə  çatana  qədər  qorunmaq  məcburiyyətində 
olduğunu açıqlayan hədislər vardır. 
Beləliklə  bu  mətn,  ona  təsir  edəcək  hər  hansı  müdaxiləyə  qarşı  qorunmuş  ilahi  bir 
mətndir,  istər  bu  müdaxilə,  bunu  təslim  edəcək  Xəlifəyə  keçən  zamandaki  mərhələdə 
olsun,  istərsə  də  onu  iddia  edəcək  Xəlifəyə  çatış  mərhələsində  olsun.  Və  bu  həqiqəti 
açıqlayan hədislər vardır. Və bu da, bu ayədə keçən sözlərin uydurulmasının, ilahi mətn 
ilə bağlı olduğudur. 
Muhəmməd ibn Füzeyl, Əbul-Həsən (Əli ibn Musa) (ə.s)’dan belə  nəql edir: İmamdan, 
{Onlar  Allahın  nurunu  ağızları  ilə  söndürmək  istəyirlər…}  [Səff:  8]  ayəsnin  təfsirini 
soruşdum. Buyurdu: “Bu ifadə, ağızları ilə Əmirəl-Möminin (Əli ibn Əbu Talib) (ə.s)’ın 
vilayətini söndürmək istəyirlər, deməkdir.” Dedim: “{Allah nurunu tamamlayacaqdır…} 
[Səff: 8] ifadəsinin təfsiri nədir?” Buyurdu: “Allah imaməti tamamlayacaqdır.” Dedim: 
“{Şübhəsiz ki, o çox möhtərəm bir elçinin sözüdür.} [Haqqə: 40] ayəsinin təfsiri nədir?” 
Buyurdu: “Yəni, Cəbrailin Allah qatından Əlinin (ə.s) vilayəti ilə bağlı sözüdür.” Dedim: 
{O, şair sözü deyildir! Nə az inanırsınız!} [Haqqə: 41] ayəsinin təfsiri nədir?” Buyurdu: 
“Müşriklər dedilər ki, Muhəmməd (s) Rəbbinə qarşı yalan deyir. Allah, Əli (ə.s) ilə bağlı 
ona belə bir əmr verməmişdir. Bunun qarşılığında Allah Qurandan bir bölüm endirərək 
belə buyurdu: {Şübhəsiz ki, o – Əlinin (ə.s) Vilayəti – aləmlərin Rəbbi tərəfindən nazil 
edilmişdir. Əgər o, bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onu sağından 
yaxalayar, sonra da şah damarını qopardardıq!} [Haqqə: 43-45].” [Üsul-i Kafi Höccət kitabı 
6-515 & 91-1171] 
Həmçinin Əbu Abdullah (ə.s) belə buyurmuşdur: “Bu elə bir məsələdir  ki,  sahibindən 
başqası onu iddia etməz, əks halda Allah (yalnışlıqla) onu iddia edənin ömrünü kəsər.” 
[Üsuli-Kafi,  Höccət  kitabı:  5/958].  Yəni  yalançı(lar),  ondan  möhkəm  yapışanlar  üçün 
azğınlıqdan  bir  qoruyucu  olaraq  tanımlanan  İlahi  Vəsiyyəti,  iddia  etməkdən  məhrum 
edilmişdir. Ya da onun (yalançının) İlahi Vəsiyyət iddiası, bu iddia ilə insanların qarşısına 


ahmedalhasan313.wordpress.com 
87 
 
çıxmasından  əvvəl onun sonunu (əcəlini) gətirər. Çünki o, vəsiyyəti iddia edərkən ona 
möhlət vermək, cəhalət anlamına gələr və ya ağılsızlıq anlamına gələr, yaxud da ondan 
möhkəm yapışanları əsla batilə dürükləməyəcəyinə söz verən Allaha yalan isnad etmək 
anlamına gələr. Və bunların da, Mütləq Həqiqətdə olması mümkün deyil, bütün həmdlər 
Ona  məxsusdur.  Bu  səbəbdən  də  Allah  Təala  belə  buyurmuşdur:  {Biz  onu  sağından 
yaxalayar, sonra da şah damarını qopardardıq!}. Və İmam Sadiq (ə.s) da belə buyurub: 
“Allah onun ömrünü kəsər”. 
Və daha artıq açıqlama üçün belə deyəcəyəm ki: Ayə, [yalnış] iddianın qarşısının alındığı 
və mümkün olmaması ilə bağlı, əvvəlki qəbul olunmuş nəticəyə uyğundur. Bununla bağlı 
olaraq  Onun  (s.v.t)  {Əgər  o,  bəzi  sözləri  özündən  uydurub  Bizə  aid  etsəydi,  Biz  onu 
sağından  yaxalayar,  sonra da  şah damarını qopardardıq!}  buyruğunun  mənası,  məhv 
etmək; sözlərin uydurulmasının qarşısını alar. Yəni, əgər o kəs (yalançı) bir söz uydurmuş 
olarsa, məhv edilər. Və ayə Muhəmmədə (s) və Qurana inanmayanlara işarə etməkdədir. 
Bu  səbəbdən  də  ayədəki  sözlərə  etiraz  etməkdən  məqsəd,  Allahın  sözləri  mənasında 
deyil,  çünki  onlar  buna  inanmazlar.  Doğrusu,  etiraz,  ayənin  mənası  ilə  bağlıdır.  Yəni 
etiraz,  məqbul  formada  onlara  sübut  edilən  şey  ilə  bağlıdır  və  bu  da,  ondan  möhkəm 
yapışanları zəlalətə düşməkdən qoruyan və öz sahibindən başqası tərəfindən əsla iddia 
edilməcək  ilahi  bir  mətndir.  Çünki  sahibindən  başqası  tərəfindən  iddia  edilə  bilən 
olduğunu  demək,  Allah  Təalaya  cəhaləti,  acizliyi  və  yalançılığı  isnad  etmək  deməkdir. 
Ona  görə  də,  səbəbə/məntiqə,  Qurana  və  hədislərə  görə,  yalançının,  ondan  möhkəm 
yapışanları  zəlalətə  düşməkdən  qoruyan  olaraq  açıqlanan  xarakteri  tanımlayan  ilahi 
mətni iddia etməsi mümkün deyil. Yəni, əslində mətn, öz məqsədinə çatmaq üzrə, onun 
sahibi onu iddia edənə qədər qorunacaq deməkdir. Və bu məqsəd, Allah Təalanın onlara 
söz verdiyi üzrə, ondan möhkəm yapışanların batil yola düşmələrinin qarşısını almaqdır. 
Və  daha  artıq  açıqlama  və  detallandırma  üçün  deyəcəyəm  ki,  əsasən,  ilahi  vəzifənin 
iddiaçısı: 
a) Ondan möhkəm yapışanları zəlalətdən qoruyacaq olan xarakterin tanıdıldığı bu mətnlə 
gələn kəs; həqiqəti deməlidir və yalan deməsi və ya aldatması mümkün deyil. Çünki bu 
mətn yalançı və saxtakarların iddia etmələrindən qorunmuş olmalıdır. Əks halda Allah, 
mətn  haqqında,  əbədiyyən  zəlalətdən  bir  qoruyucu  olduğunu  söyləmiş  olmasına 
baxmayaraq;  onları  batilə  sövq  edə  biləcək  şeydən  insanların  möhkəm  yapışmalarını 
buyurmuş olardı. Və bu bir yalandır və heç vaxr Allahın etməyəcəyi bir şeydir. 
b)  Ya  da  o,  ilahi  vəzifənin  iddiaçısıdır;  lakin  ondan  möhkəm  yapışanları  zəlalətdən 
qoruyan xarakteri tanıdan mətnin iddiaçısı deyil. Bu dəvətçinin iddiası, imtahan edilən 
bəzi  şəxslər  üçün,  onların  bəzi  mövzulardakı  cəhalətləri  səbəbilə  çaşdırıcıola  bilər  və 
Allah  (s.v.t)  iddiaçı  üzərinə  ayəni  tətbiq  edə  bilər;  hətta  onu  təqib  edənlərin,  nə  bir 
bəhanəsi, nə də bir səbəbi olmamasına baxmayaraq, iddia etməsindən müəyyən zaman 
sonra  qulları  üçün  bir  mərhəmət  olaraq  onu  məhv  edə  bilər.  ya  da  hər  kəsin,  onun 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə