Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə41/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   37   38   39   40   41   42   43   44   ...   59

Ansarullah Production 
88 
 
tərəfindən çaşqınlığa düşməsi; əgər onlar batili axtarmırsa; mümkün olmaya bilər. Ki əgər 
axtarırsa, elə isə onlar, daha əvvəl açıqladığım xarakteri tanıdan mətn olmadan, o şəxsi 
izləyər.  Və  onun  çoxlu  sayda  axmaqlıqları  üzə  çıxar.  Beləliklə  Allah  onun  batilliyini 
insanlar üçün zahir və aşkar edər. Və bu iddiaçı üzərinə ayənin tətbiq edilməsinə ehtiyac 
da  qalmaz.  Əksinə,  axmaqcasına  batilə  çağıran  o  kəslərlə  qalması  üçün  ona  uzun  bir 
zaman kəsiyi verilər.  
Və bu mövzunu daha da dəqiqləşdirmək üçün: Üç ədəd dairə olduğunu təsəvvür edək; 
ağ  dairə,  boz  dairə  və  qara  dairə.  Ağ  dairə,  içinə  yalançının  girilməsindən  qorunmuş 
dairədir. Bu səbəbdən, içinə kim girsə, iddiasında dürüstdür  və ona inanmaq lazımdır. 
Ona görə də bu ayənin də bu  dairəyə tətbiq edilməsi məcburidir: {Əgər o, bəzi sözləri 
özündən uydurub Bizə aid etsəydi, Biz onu sağından yaxalayar, sonra da şah damarını 
qopardardıq!}.  
Boz  dairə,  içinə  yalançının  girməsi  qorunmamış  olandır.  Bu  səbəbdən  içindəkilərə 
bağlanmaq və ya onlara inanmaq doğru olmayacaq. Bununla birlikdə, o dairə içində kim 
olursa olsun, arxasınca getmək üçün bir bəhanələri olmasa belə; qullar üçün bir rəhmət 
olaraq; bəzən yalançıdan qoruna bilər, içinə girdikdən sonra. Ona görə də ayə bu dairəyə 
tətbiq edilə bilər, lakin tətbiq edilməsi məcburi deyildir.  
Üçüncü  dairəyə  gəldikdə,  o  qaradır  və  içinə  yalançının  girməsindən  qorunmamışdır. 
Əksinə bu, yalançıların dairəsidir. Və bunun yalançıların dairəsi olduğu çox bariz şəkildə 
aşikardır. Ona görə də əvvəlcədən bunu yalançılardan qorumağa ehtiyac yoxdur, nə içinə 
girmələrindən əvvəl, nə də girdikdən sonra.  
Bundan sonra, bir həqiqətə diqqət etməkdə fayda var. Bu da bizim, zəlalətə düşməkdən 
qoruyucu  olaraq  açıqlanmış  xarakteri  tanıdan  mətnin,  iddia  edilməsinin  qarşısının 
alınması haqqındakı söhbətlərimiz, ümumiyyətlə İlahi Məqamın iddia edilməsi ilə bağlı 
deyil. İlahi Məqamı  və ya Peyğəmbərliyi yaxud da Onun (s.v.t) yer  üzündəki Xilafətini 
yalnışlıqla və axmaqca iddia etmək, vəsiyyət (xarakteri tanıdan mətn) olmadan bu barədə 
mübahisə  etmək  dəfələrlə  baş  vermiş  bir  haldır.  Və  buna  nümunə,  Rəsulullahın  (s) 
zamanında  peyğəmbər  olduğunu  iddia  edən  yalançı  Müseyləmədir.  Və  Müseyləmə, 
Rəsulullahın (s) vəfatından sonra sağ qalmışdır. Bu səbəbdən, Allahın şahidliyi və əmri 
olmadan, vəsiyyətsiz edilən iddia lüzumsuz və axmaqca bir iddiadır. Kim belə hiyləgər 
bir  dəvətçiyə  inansa,  Allah  onun  qarşısında  heç  bir  bəhanə  sahibi  deyil.  Bu  baxımdan, 
sözü gedən şey, heç bir halda batil əhlinin iddia etməsinin qarşısını almaq deyildir, əksinə 
ondan  möhkəm  yapışanları  zəlalətə  düşməkdən  qoruyucu  olaraq  açıqlanmış  şəxsi 
(xarakteri) tanıdan mətni, onların iddia etməsinin qarşısını almaqdır. Və bu da, Allahın 
Xəlifəsinin insanlara vəsiyyətidir. Və səbəbləri ilə isbat etmiş olduğumuz, Quran ayəsi və 
hədislərlə təsdiqlənmiş bu hifz etmə eyni zamanda reallıq ilə də sübut edilmişdir. Mətnin 
üstündən  onu  iddia  edən  hər  hansı  biri  olmadan  yüz  illər  keçməsi,  bu  həqiqəti  sübut 
etməyə  də  kifayətdir.  Tövratda  peyğəmbərlərin  vəsiyyətlərinin  və  İsanın  (ə.s) 


ahmedalhasan313.wordpress.com 
89 
 
vəsiyyətinin  üstündən  yüz  illər  keçmiş  və  Hz.  Muhəmməd  (s)  və  ondan  sonra  onun 
Vəsiləri xaric, heç kim onu iddia etməmişdir. Eyni şəkildə, İmamlar (ə.s) xaric heç kim o 
Həzrətin (s) vəsiyyətini iddia etməmişdir. Və İmam Rıza (ə.s) bu  həqiqətlə Katoliklərlə 
münazirə  etmişdir.  Tövrat  və  İncildə  keçən  Hz.  Muhəmməd  (s)  haqqındakı,  əvvəlki 
peyğəmbərlərdən  olan  bu  mətnləri  açıqladıqdan  sonra  Katolik  bu  mətnin  birdən  çox 
şəxsə  tətbiq  edilə  bilən  olduğu  iddiasını  irəli  sürmüşdü.  Beləliklə  İmam  Rzanın  (ə.s) 
Katolikə  qarşı  münazirəsi,  bu  yalançıların  bundan  sonra  vəsiyyəti  heç  bir  halda  iddia 
etməmələrinə  səbəb  olmuşdur.  Və  bizə  fayda  verəcək  olan  mətnin  bir  hissəsi  belədir: 
“Amma  onun  bu  Muhəmməd  olduğunun  doğru  olduğu  bizə  sübut  olunmamışdır, 
doğrusu  onun  adı  Muhəmməddir,  yəni  biz  onun  sizin  Muhəmmədiniz  olduğundan 
şübhə etdiyimiz halda, onun peyğəmbərliyini etiraf etməyimiz doğru deyil.” İmam Rza 
(ə.s) da belə buyurdu: “Şübhə ilə bəhs edirsiniz?! Allah, Adəmin zamanından bizim bu 
zamanımıza  qədər,  adı  Muhəmməd  olan  başqa  bir  peyğəmbər  göndərib?  Və 
kitablarınızda  gördüyünüz,  Onun  (s.v.t)  bütün  peyğəmbərlər  üzərinə  göndərildiyi 
Muhəmməd, başqa bir Muhəmməddir?” Beləliklə ona cavab qaytarmaqdan çəkindilər.” 
[İsbatul-Huda c.1, s.194-195] 
Beləliklə,  əvvəlki  Vəsilərin,  bu  mətnlə  etdikləri  münazirələr,  onlara  inananlar  üçün  bir 
dəlildir.  İsa  (ə.s)  və  Muhəmməd  (s)  buna  istinad  edərək  bəhs  ediblər.  İsa  (ə.s),  onların 
ondan  bəhs  etmiş  olmalarına  baxmayaraq,  özündən  əvvəlki  peyğəmbərlərin  mətni  ilə 
münazirə etmişdir. Və Muhəmməd (s), İsanın (ə.s) və İsadan (ə.s) əvvəlki peyğəmbərlərin 
ondan bəhs etmələri üzərindən münazirə etmişdir. O (s.v.t) buyurmuşdur:  
{Bir zaman Məryəm oğlu İsa demişdi: 'Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə 
göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək 
ƏHMƏD ADLI ELÇİSİ ilə (sizi) müjdələyən bir elçisiyəm!'} [Saff Surəsi: 6] 
{O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri 
ümmi elçinin ardınca gedərlər. O, onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə 
qadağan  edər,  onlara  pak  şeyləri  halal,  murdar  şeyləri  isə  haram  qılar.  Onların  ağır 
yüklərini  yüngülləşdirər  və  onları  buxovlardan  xilas  edər.  Ona  iman  gətirən,  onu 
dəstəkləyən,  ona  kömək  edən  və  ona  endirilmiş  nurun  ardınca  gedənlər  isə  nicat 
tapanlardır'.} [Əraf (7): 157] 
Və Allah, Qurani-Kərimdə açıqladığı üzrə, əgər Hz. Muhəmmədin (s) iddiası batil olsaydı 
–  ki  o  bundan  münəzzəhdir  –  onun  bunu  iddia  etməsinə  izn  verilməzdi.  Çünki  Allah 
mətni mühafizə edəcəyinə və yalançılar tərəfindən iddia edilməsinin qarşısını alacağına 
dair söz verir və ya Allah, yalançıları mətndən məhrum edəcəyinə dair söz verir: 
{And  içirəm  həm  gördüklərinizə  və  həm  də  görmədiklərinizə!  Bu,  möhtərəm  bir 
Elçinin  sözüdür.  O,  şair  sözü  deyildir!  Necə  də  az  inanırsınız!  O,  kahin  sözü  də 
deyildir!  Necə  də  az  düşünürsünüz!  O,  aləmlərin  Rəbbi  tərəfindən  vəhy  edilmişdir! 
Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi, Biz onu sağ əlindən 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə