Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə44/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

ahmedalhasan313.wordpress.com 
95 
 
FƏRƏC DUASINDA QAİMİN ÖVLADLARI  
Siz heç bilirdinizmi ki, Axır Zamanın əməlsiz alimləri İmam Mehdi (ə.s)’dan sonra onun 
zürriyyəsindən olan 12 Mehdinin  varlığını gizlədirlər? Ən azından 12 Mehdilər barədə 
məlumatınızın az olması buna sübutdur. Bəs niyə? Və buna görə də özünü İmamın Vəsisi 
sayan və özünü dövrünün yeganə ələmi hesab edən bəzi üləmalar böyük səy hesabına bu 
həqiqəti gizlətməyə çalışır ki, öz naib və vəsi və rəhbərlikləri haqda yalanlarını asanlıqla 
camaatın  beyinlərinə  yedirə  bilsinlər  və  insanları  hakimiyyətullah  inancından 
uzaqlaşdırsınlar.  Əks  halda  insanlar  heç  vaxt  seçkilər  və  səsvermə  ilə  rəhbərlərin 
seçilməsinə razı olmaz və beləliklə axırzaman alimlərinin də iç üzü açılmış olardı.  
Və  siz  heç  bilirsinizmi  ki,  hər  gün  oxuduğunuz  “fərəc”  duasını  sizə  dəyişdirilmiş  və 
natamam  olaraq  təlim  ediblər?!  Çünki  duanın  bitdi  dediyiniz  hissəsindən  sonrakı  ilk 
cümlə 12 İmamdan sonrakı 12 Mehdiyə işarə edir!! 
İndi isə buyurun DÜZGÜN “FƏRƏC” DUASINA nəzər salın! 
“Allahummə kun li-vəliyyik’əl-qaim bi əmrikə Muhəmməd ibn əl-Həsən əl-Mehdi əleyhi 
və əla əbâih, əfzəlus-salatu vəssəlam, fî hazîh’is-sâəti və fî kulli sâətin, vəliyyən və hafizən 
və qaidən və nâsirən və dəlîlən və muəyyida; hətta tuskinəhû ərzakə tav’an və tuməttiəhû 
fîhâ tulân və ərza, və təc’aləhu və zurriyətəhu minəl əimmətil varisin.” 
Tərcüməsi: 
“Allahım! Qaim olan vəlin Muhəmməd ibn əl-Həsənil Mehdinin, səlat və salam onun və 
atalarının  üzərinə  olsun,  (insanların)  təslimiyyətiylə  birlikdə  yer  üzünə  yerləşdirib 
(hakim  qılıb)  uzun  zaman  orada  faydalandırana  qədər,  indi  və  hər  zaman  dostu, 
qoruyucusu,  rəhbəri,  yardımcısı,  yol  göstərəni  və  qüvvətləndiricisi  ol  və  ONU  VƏ 
ÖVLADLARINI VARİS İMAMLARDAN ET.” 
- Biharul Ənvar: 94/349; Əqbəl Seyyid ibn Tavus: səhifə 86 
http://shiaonlinelibrary.com/…/%D8%A7%D9%84%D8%B5%D9%81%D8%… 
Beləliklə, çoxumuzun bildiyi və hər gün oxuduğu fərəc duası belə Mehdilərə işarət etdiyi 
halda bunu insanlardan gizlədən alimlərə təqlid edənlər bir daha tutduqları yolu gözdən 
keçirsinlər. 
YEDDİNCİDƏN OLAN BEŞİNCİ YƏMANİDİR 
Allah  Rəsulu  (s)  buyurdu:  "Ya  Əli,  sən  məndənsən,  mən  də  səndənəm.  Sən  mənim 
qardaşım və vəzirimsən. Mən vəfat etsəm, insanların qəlbində sənə qarşı olan nifrətləri 
ortaya  çıxacaq.  Və  məndən  sonra  səssiz  məşəqqətli  bir  fitnə  olacaq  ki,  hər  "vəliyah"  və 
"bitana"  (o  fitnəyə)  düşəcək.  Bu,  Şiələrinin,  SƏNİN  OĞULLARINDAN  OLAN 
YEDDİNCİNİN BEŞİNCİSİNİ İTİRDİKLƏRİ zaman olacaq. Göy və yer əhli bu itkiyə 


Ansarullah Production 
96 
 
hüzünlənəcək.  Onu  itirdikləri  zaman  nə  qədər  mömin  və  möminələr  kədər  içində, 
nigaran və çaşqınlıqda olacaqlar." 
- Biharul-Ənvar: 26/350; Qeybəti-Məram: 1/212 
Abdurrahman ibn Əbu Leyla nəql edir ki, İmam Əli (ə) buyurdu: Mən, Ümmü Sələmənin 
evində, Peyğəmbərin (s) yanında idim... ta ki Allah Rəsulu (s) bizə tərəf döndü və səsini 
ucaldaraq  dedi:  “ÖVLADLARIMDAN  YEDDİNCİNİN  BEŞİNCİSİNİ  İTİRSƏNİZ 
diqqətli  olun.”  Mən  dedim:  “Ey  Allahın  Nəbisi,  bu  qeybət  nədir?”  O  (s)  buyurdu: 
SƏSSİZLİK, ta ki Allah ona XÜRUC etmək izni verənə qədər.” 
- Biharul-Ənvar: 36/333; İsbatul-Huda: 1/589; Mucəmul-Əhadis (Şeyx Korani): səh.65 
Əli ibn Cəfər nəql edir ki, qardaşı Musa ibn Cəfər (ə.s) buyurdu: “Elə ki, YEDDİNCİDƏN 
OLAN BEŞİNCİ  ÖVLAD GÖZDƏN İTDİ, amandır, aman, dininizdən ehtiyatlı olun. 
Məbadə  sizi  ondan  uzaqlaşdıralar!  Həqiqətən  də  bu  işin  sahibinin  elə  bir  QEYBƏ 
ÇƏKİLMƏSİ  olacaq  ki,  həmin  vaxt  DAHA  ÖNCƏLƏR  BU  İŞƏ  ETİQAD  EDƏN 
ŞƏXSLƏR  etiqadlarından  DÖNƏCƏKLƏR.  Bu,  Allah  tərəfindən  bir  imtahandır  ki, 
onunla bəndələrini imtahan edəcək. Əgər atalarınız  və babalarınız bundan daha doğru 
və daha səhih bir din tanısaydılar, şübhəsiz ki, onun ardınca gedərdilər." Deyir, dedim: 
"Ey  ağam,  yeddincidən  olan  beşinci  övlad  kimdir?"  Buyurdu:  "Ey  oğlum,  SİZİN 
AĞILLARINIZ ONU DƏRK ETMƏZ, düşüncələriniz onu daşımaqdan aciz olar. Lakin 
ƏGƏR YAŞASANIZ, onu görəcəksiniz." 
- Kafi: 1/336; Hidayətul-Kübra: 361; Kəmalud-Din: 359, h.1; Qeybəti-Numani (aze): s.161, h. 11 
Bu  hədislərdə  keçən  Rəsulullahın  (s)  övladlarından  YEDDİNCİNİN  BEŞİNCİSİ  İmam 
Mehdi (ə.s) deyildir. Çünki İmamların sayının 12 olduğunu hamımız bilirik. Və İmam Əli 
(ə.s)’ın da Rəsulullahın (ə.s) övladı olmadığı da məlum məsələdir. Halbuki hədisdə İmam 
Əli (ə.s) xaric 12 nəfərdən (7+5) bəhs edilir. Və bu halda 11ci övlad İmam Mehdi (ə.s)’dır. 
Və  burada  12ci  şəxsin  kimliyi  tarix  boyu  gizli  qalmış  və  nəhayət  bu  işin  sahibinin  özü 
tərəfindən açıqlanmışdır. Beləliklə, 11ci övlad, İmam Muhəmməd ibn əl-Həsən (ə.s)dır. 
Və  12ci  övlad  bugünə  qədər  hamı  üçün  bir  sirr  olaraq  gizli  qalmış  və  ağıllarımızın  bu 
zamana qədər dərk etmədiyi kəsdir ki, özü gələrək bu sirr pərdəsini araladı və beləliklə 
də hədislərdəki qarışıqlıqlar aradan qalxdı. Və bu şəxs, İmam Muhəmməd Mehdi (ə.s)ın 
oğlu Əhməd əl Həsən (ə.s)dır. Və bu hədislərdə keçən qeybət də onun qeybətidir ki, artıq 
baş vermişdir.  
ON BİRİNCİNİN [İMAM MEHDİNİN (Ə.S)] ÖVLADI 
Əsbağ ibn Nubatə’dən: Bir gün Mö’minlərin Əmirinin (ə.s) yanına getdim və gördüm ki, 
həzrət  fikirli  şəkildə  yeri  eşir.  Dedim:  “Ey  Əmirəl  Mö’minin!  Yeri  eşirsiniz.  Ona  bir 
meylinizmi var?” Buyurdu ki: “Xeyr, Allah’a and olsun, nə ona nə də dünyaya bir an belə 
meyl  etməmişəm.  Lakin  mən,  mənim  nəslimdən  dünyaya  gələcək  ON  BİRİNCİDƏN 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə