Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə45/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

ahmedalhasan313.wordpress.com 
97 
 
OLACAQ BALANI düşünürəm. O haqsızlıq və zülmlə dolduğu kimi yer üzünü ədalət 
və düzlüklə dolduracaq MEHDİ’dir. O QEYBƏTƏ ÇƏKİLƏCƏK VƏ BİR ÇAŞQINLIQ 
DÖVRÜ  OLACAQ,  bu  zaman  bir  dəstə  şəxslər  zəlalətə  uğrayacaq,  digər  bir  dəstə  isə 
nicat tapacaq.” Dedim: “Ey Möminlərin Əmiri, bu qeybə çəkilmə və çaşqınlıq müddəti nə 
qədər olacaq?” Dedi: “SƏBT
7
 QƏDƏR (başqa bir rəvayətdə: 6 GÜN VƏ YA 6 AY VƏ YA 
6  İL  (Üsuli-Kafi  1/338;  Qeybəti-Tusi:  165,  hədis  127))”  Dedim:  “Həqiqətən  də  bu  baş 
verəcək?” Dedi: “Sən onu necə görə bilərsən ey Əsbəğ? (Onu görən şəxslər) bu ümmətin 
xeyirli şəxsləridirlər ki, bu itrətin pak şəxsləri ilə birgə o zamanı görəcəklər.” Dedim: “Bəs 
ondan  sonra  nə  olacaq?”  Dedi:  “Sonra  Allah  nə  istəsə  onu  da  edəcək.  Həqiqətən  də 
Allahın bəzi iradə etdiyi, hədəflədiyi və dilədiyi şeylər var.” 
– Kafi 1/338: hədis 7; Hidayətul-Kubra: 88; Kəmalud-din: 228, hədis 1; Kifayətul-Əsər: 219; əl-
İxtisar: 209; Qeybəti-Tusi: 164; Biharul Ənvar: 51/117, hədis 18; Ğeybəti Numani: s.57, hədis 4 
Ümmü Hani əl-Səqəfi dedi: Axşam mövlam Muhəmməd ibn Əli Baqir (ə.s)’ın hüzuruna 
getdim və dedim: “Ey Mövlam, Allahın Kitabında bir ayə var ki, ürəyimdə qalıb və məni 
narahat edir, bütün gecəni oyaq qalmışam.” İmam (ə.s) buyurdu: “Soruş ey Ümmü Hani”. 
Dedim: “Allah buyurur ki, {And içirəm batan ulduzlara, seyrə çıxıb gizlənənə} [81:15-16].” 
O  (ə.s)  buyurdu:  “Bəli  ey  Ümmü  Hani,  soruşduğun  bu  sual  AXIRZAMANDA 
DOĞULACAQ OLAN BİR UŞAQ barədədir ki, BU SOYDAN OLAN MEHDİDİR.” 
- Kəmalud-Din və Təmamun-Nima (Şeyx Səduq): s.330, 308, 312. 
Əbu Bəsir nəql edir: Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: “Bu işin Sahibində 4 
peyğəmbərin əlaməti vardır: Musanın əlaməti, İsanın əlaməti, YUSİFİN ƏLAMƏTİ, və 
Muhəmmədin  (s.a.a)  əlaməti.”  …  Dedim:  “YUSİFİN  ƏLAMƏTİ  NƏDİR?”  Buyurdu: 
ZİNDAN və QEYBƏ ÇƏKİLMƏ…” 
-  əl-İmamətu  vət-Təbsirə:  93,  h.84;  İsbatul-vəsiyyə:  226;  Kəmalud-Din:  s.152,  h.16;  s.326,  h.6; 
s.329, h.11; Dəlailul-İmamə: 291; Təqribul-Məarif: 190; Ğeybəti Tusi: 160, h.57; İlamul-Vəra: 403; 
Qeybəti Numani (azəricə): 10cu bab, s.176, h.5 
Hüseyn  ibn  Əbul-Həsən  əl-Bəsri  rəvayət  edir  ki,  Cəbrail  Peyğəmbərin  (s)  yanına  gəlib 
dedi: “Ya Muhəmməd, izzət və cəlal sahibi olan Allah sənə əmr edir ki, Fatiməni qardaşın 
Əli ilə evləndirəsən.” Allah Rəsulu (s) Əliyə (ə) xəbər göndərib (yanına çağırtdı) və ona 
dedi: “EY ƏLİ, mən səni qızım Fatimə ilə; aləmlərdəki xanımların ən üstünü və səndən 
sonra onlar içərisində mənə ən sevimli olan şəxs ilə evləndirmək istəyirəm. Cənnətin iki 
ağası SİZDƏN olacaq, qanlarına bulaşıb incidilən və əziyyət görən şəhidlər, nəcib və uca 
şəxslər SİZDƏN olacaqlar. Allah ONLARLA zülmətləri yox edəcək,  ONLARLA haqqı 
dirildəcək və ONLARLA batili məhv edəcək. ONLARIN SAYI İLİN AYLARININ SAYI 
                                                             
7
 
Səbt ərəbcədən tərcümədə Şənbə günü deməkdir.
 


Ansarullah Production 
98 
 
QƏDƏRDİR  və  ONLARIN  SONUNCUSU  o  şəxsdir  ki,  İsa  ibn  Məryəm  (ə)  onun 
arxasında namaz qılacaq.” 
- Biharul-Ənvar: 36/272, hədis 94; İsbatul-Huda: 10/619, hədis 659; Əvalimul-Ulum: 3/135, hədis 
73; Qeybəti-Numani (azəricə): s.57, hədis 1 
Müfəzzəl  ibn  Ömər,  Əbu  Abdullah  Cəfər  Sadiqdən  (ə.s)  "Sura  üfürüldüyü  zaman." 
(Müddəssir, 8) ayəsi ilə bağlı belə rəvayət etmişdir: “Biz Əhlibeyt'dən müzəffər və GİZLİ 
BİR  İMAM  çıxacaq.  Allah,  onun  ortaya  çıxmasını  dilədiyi  zaman,  onun  qəlbinə  ilham 
verər. Bunun üzərinə ortaya çıxar və Allah Təbarəkə və Təala'nın əmri ilə imamlıq əmanət 
və təbliğini üstlənər.” 
- Üsul-i Kafi, cild 1. Höccət Kitabı, s.635; Qeybəti-Tusi, s. 118-119 
İmam Əlinin (ə.s) övladlarından 11ci şəxs İmam Mehdidir (ə.s) və onun övladı Yəmanidir 
(ə.s).  2008ci  ildən  başlayan  bu  qeybət  hal-hazırda  da  davam  etməkdədir.  2015ci  ildə 
Əhməd  əl  Həsən  (ə.s)’ın  adına  qurulmuş  ‘OFİS’in  iç  üzü  ortaya  çıxdı.  Həmçinin  digər 
hədisdə də görürük ki, İmam Əli (ə.s) və Fatimə (s.ə)’nın soyundan 12 nəfər çıxacaq deyə 
buyurulur. İmam Əlinin (ə) 11ci övladının İmam Mehdi (ə) olduğunu bildiyimiz halda 
12ci şəxs sadəcə və sadəcə 11cinin övladı olan Əhməd əl Həsəndir (ə.s). 
Lakin  bu  hədisi  tərcümə  kitablarında  təhrif  edərək  “11Cİ  ÖVLADIMI  DÜŞÜNÜRƏM” 
deyə tərcümə edirlər. Lakin İmam Mehdinin (ə.s) Səbt qədər (yaxud da 6 gün, 6 ay və ya 
6 illik) qeybəti yoxdur. Hədisin təhrifi hədisi anlaşılmazlığa soxur və insanları sual altında 
qoyur.  Elə  isə  Allahın  lənəti,  Əhlibeyt  (ə.s)  hədislərini  təhrif  edənlərin  üzərinə  olsun. 
Onlar istəməsələr də Allah Öz nurunu tamamlayacaqdır. 
Əbi  Cəfər  İmam  Baqir  (ə.s)  Cabir  ibn  Əbdillah  Ənsaridən  rəvayət  edir:  “Fatimə  (ə.s)'ın 
hüzuruna getdim və əlində bir kağız var idi, bu kağızın üzərində  ÖVLADLARINDAN 
olan vəsilərin adları yazılmışdı,  ON İKİ dənə saydım, sonuncusu da Qaim idi, üçünün 
adı Muhəmməd, digər ÜÇÜNÜN adı da ƏLİ idi. 
- Üsul-i Kafi, Cild 1, s. 532; Şeyx Səduq; əl-Hisal, s. 477-478; Şeyx Səduq; Uyuni Əxbar'ir-Riza, 
Cild  2,  s.  52;  Şeyx  Səduq;  Kəmalud-Din  və  Tamamul-Nimə,  s.  269;  Şeyx  Səduq;  Mən'la 
yəhzuruhul-Fəqih, Cild 4, s. 180; Rəvzatul-Vaizin, s. 261; Hürr Amili, Vəsailuş-Şiə, Cild 16, s. 
244; Şeyx Müfid, İrşad, Cild 2, s. 346; Biharul-Ənvar, Cild 36, s. 201-202 və digər mənbələr. 
Əgər Fatimə (ə.s)’ın övladlarından bəhs edilirsə, deməli İmam Əli (ə.s) bu siyahıya daxil 
deyildir. Hədisin son cümləsindən də bu, açıq-aşkar məlum olur. Zira İmamlardan (ə.s) 
dördünün  adı  Əlidir  (ə.s).  Lakin  hədisin  sonunda  üçünün  adının  Əli  (ə.s)  olmasının 
bildirilməsi, Əmirəl möminin Əli (ə.s)’ın bu siyahıya daxil edilmədiyini bir daha sübut 
edir.  Odur  ki,  bu  hədisdə  keçən  ON  İKİNCİ şəxs  İmam  Mehdi  (ə.s)’ın  soyundan  gələn 
Mehdilərin  ilkindən  başqası  ola  bilməz,  ki  bunun  səbəbini  Əhməd  əl  Həsən  (ə.s) 
açıqlamışdır. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə