Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə46/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

ahmedalhasan313.wordpress.com 
99 
 
İmamlardan  (ə.s)  nəql  edilən  Çərşənbə  axşamı  duasında  belə  buyurulur:  “Allahım, 
Mustafa olan Muhəmmədə, Mürtəza olan Əli'yə (1), Bətül olan Fatimətüz Zəhra'ya, İki 
nəvələrə: Həsən və Hüseyn (2, 3), Zeynəl Abidin olan Əli'yə (4), Baqir olan Muhəmmədə 
(5),  Sadiq  olan  Cəfərə  (6),  Kazim  olan  Musaya  (7),  Riza  olan  Əli'yə  (8),  Təqi  olan 
Muhəmmədə (9), Nəqi olan Əli'yə (10), Zəki olan Əskəri'yə (11), Höccət olan Qaimə (12) 
və sonrakı CƏSUR İMAMA (13) salavat eylə ya Rəbb.” 
- Əl Cəvhərçi, Ziyaül-Salihin Kitabı "Çərşənbə axşamının Tilsimi və Duası", s.396. 
Allah  Rəsulu  (s)  buyurdu:  “Mən  və  ON  İKİ  övladım  VƏ  SƏN  YA  ƏLİ  (ə.s)  bu  yerin 
sütunlarıyıq, yəni onun mismarları və dağlarıyıq.” 
- Kafi: 1/534 
Allah Rəsulu (s) buyurdu: “Mənim ÖVLADLARIMDAN ON İKİ NÜQƏBA olacaq.” 
- Ənvarul-Bəhya (Şeyx abbas Qummi): s.91 
Həsən ibn Əli (ə.s) buyurdu: “Allah Rəsulu (s) bizə vəd etdi ki, bu əmr ƏLİ VƏ FATİMƏ-
NİN (Ə.S) ÖVLADLARINDAN ON İKİ İMAM vasitəsilə idarə olunacaq.” 
- Biharul-Ənvar: 44/138-139; Siratul-Müstəqim (Əli Yunus əl-Amili): 2/128 
İmam Əli (ə.s) buyurdu: “Allaha and olsun ki, Allah Rəsulu (s) bizə vəd etdi ki, bu əmr 
ƏLİ  VƏ  FATİMƏNİN  (Ə.S)  ÖVLADLARINDAN  OLAN  ON  İKİ  İMAM  vasitəsilə 
idarə ediləcək.” 
- Cəvahirul-Tarix (Şeyx Korani): 3/217, həmçinin s.172-173 
Allah Rəsulu (s) buyurdu: “Məndən sonra İMAMLAR (Ə.S) ON İKİ NƏFƏRDİRLƏR
onlar ƏLİ VƏ FATİMƏNİN (ə.s) nəslindəndirlər.” 
- Şeyx əs-Safi: s.220 
Əmirəl Möminin Əli (ə.s) buyurdu: “Bu ümmət üçün PEYĞƏMBƏRİN (S) SOYUNDAN 
ON  İKİ  HİDAYƏT  EDİCİ  İMAM  var…  və  beləliklə,  bunlar  ONUN  (S)  SOYUNDAN 
GƏLƏN ON İKİ NƏFƏRDİR.” 
- Kafi: 1/535 
Əmirəl-möminin  (ə.s)  dedi:  “Haram  qan  tökülmədən  Allah  yer  üzünü  zalımlardan 
təmizləməyəcək.”  Sonra  Bəni-Üməyyə  və  Bəni-Abbas  barədə  uzunca  danışıb  dedi: 
“Minlər hazır olduqda, cərgələr nizamlandıqda, qoç quzunu öldürdükdə başqa bir nəfər 
qiyam edəcək, inqilabçı inqilab edəcək, kafirlər həlak olacaq. Sonra ümid edilən Qaim və 
MƏCHUL İMAM qiyam edəcək...” 
- Biharul-Ənvar: 52/235, hədis 104; Mucəmul-Əhadis: 3/16, hədis 570; Qeybəti-Numani (azəricə): 
s.308-310, hədis 55 


Ansarullah Production 
100 
 
Əba Əbdillah (ə.s)’dan Allah Əzzə və Cəllənin “Elə ki, sura üfürülər” ayəsi barədə sual 
soruşuldu. Həzrət buyurdu: “Həqiqətən də bizim içimizdə GİLZİ BİR İMAM vardır. Elə 
ki,  Allah  əzzə  və  cəllə  onun  işini  aşkar  etmək  istədi,  qəlbinə  bir  əlamət  salacaq.  Beləcə 
zühur edəcək və Allah əzzə və cəllənin İŞİNİ HƏYATA KEÇİRƏCƏK.” 
- Kafi: 1/343, hədis 30; İsbatul-Vəsiyyə: 228; Kəmalud-Din: 349, hədis 42; Ğeybəti-Tusi: 164, hədis 
126; Ricalul-Kəşşi: 192, hədis 338; Ğeybəti-Numani (azəricə): s.204, hədis 40 
Əli  ibn  Cəfər  nəql  edir:  Musa  ibn  Cəfər  (ə.s)’a  dedim:  “Bu  ayənin  yozumu  nədir:  {De: 
Mənə xəbər verin görüm, əgər sizin suyunuz yerə hopsa, kim sizə axar su gətirə bilər?!} 
[67:30]?”  Buyurdu:  “(Yəni)  əgər  imamınızı  İTİRSƏNİZ,  kim  sizə  YENİ  İMAM  gətirə 
bilər?!” 
-  Kafi:  1/339,  hədis  14;  Təvilul-Ayat:  2/708,  h.13;  İsbatul-Huda:  3/44,  h.  26;  Təfsirul-Burhan: 
4/366, h. 4, s.367, h. 5-7; əl-Məhəccə: 231; Biharul-Ənvar: 24/100, h.3; Mucəmul-Əhadis: 5/455, 
h.1889; Ğeybəti-Numani (azəricə): bab 10, s.191, hədis 17 
Bu  hədisdə,  İTİRİLMİŞ  İMAM  Muhəmməd  ibn  əl-Həsən  (ə.s)’dır,  və  ondan  (ə.s)  sonra 
YENİ İMAM ifadəsinin keçməsi heç də təsadüfi deyildir. Çünki  nə Allahın ayəsi  nə də 
Əhlibeyt  (ə.s)’ın  sözləri  heç  bir  həqiqətə  dayanmadan,  boş  yerə  deyilməmişdir.  Və  bu 
hədis  də  sübut  edir  ki,  İmam  Mehdi  (ə.s)’dan  sonra  onun  soyundan  gələn  Mehdilər 
olacaqdır  ki,  onların  da  imamət  məqamı  vardır  və  onlar  İmamların  (ə.s)  Şiələridir, 
İbrahim (ə.s) kimi.  
{Rəbbi  İbrahimi  kəlmələrlə  sınadığı  zaman  o,  bunları  tamamilə  yerinə yetirdi.  (Allah:) 
“Mən səni insanlara İMAM edəcəyəm!”– dedi.} [2:124] 
Və qeyd etdiyimiz kimi, Əhməd əl Həsən (ə.s) bu məsələni açmış və ilk Mehdinin (ə.s) 
nəyə görə digər 12 İmamla birlikdə zikr edilməsinin sirrini açıqlamışdır ki, indiyə qədər 
kimliyi insanlardan gizlədilmiş və hamıya məchul qalmışdır. Cavabdan bəzi hissələri sizə 
təqdim edirik: 
İmam  Əhməd  əl  Həsən  (ə.s)  Mütəşabihat  kitabının  4cü  cildində,  180ci  suala  cavabında 
belə buyurmuşdur: 
“… İmam Sadiq (ə.s) buyurdu: “Elm 27 hərfdir, bütün elçilərin gətirdiklərinin hamısı 2 
hərfdir.  Odur  ki,  insanlar  bugünə  qədər  o  iki  hərfdən  başqa  heç  nə  bilmirlər.  Bizim 
Qaimimiz qiyam edərsə, 25 hərfi çıxarar və insanlar arasında yayar və iki hərfi də onlara 
əlavə edər, beləliklə də 27 hərfi onlara yayar.” - Bihar, cild 52, s.336 
Həqiqət budur ki, insanoğlunun öyrənə biləcəyi elm 28 hərfdir. Yuxarıda qeyd edildiyi 
kimi,  bunlardan  27-si  yayılacaqdır.  Yerdə  qalan  (28-ci)  hərfə  gəldikdə,  bu  Al-i 
Muhəmmədə (ə.s) xas qılınmış və seçilmişdir. Və bu, onların sirr içində sirridir ki, sirlə 
örtülmüşdür (yəni insanların bilməsinin mümkün olduğu 27 hərflə örtülmüşdür). Və “27 
hərf” elə bir elmdir ki, mürsəl nəbidən, müqərrəb mələkdən və ya qəlbi Allah tərəfindən 


ahmedalhasan313.wordpress.com 
101 
 
iman ilə imtahan edilmiş mömindən başqası onu daşıya bilməz. 28 hərfdən yerdə qalan 
(28-ci) hərfə gəldikdə, onu nə mürsəl bir nəbi, nə müqərrrəb bir mələk nə də qəlbi Allah 
tərəfindən iman ilə imtahan edilmiş mömin qaldıra bilər. 
Və bu 28 hərf Ayın mövqeləri kimidir. 14 Qəmər – Muhəmməd (s), Əli, Fatimə, Həsən, 
Hüseyn, Əli, Muhəmməd, Cəfər, Musa, Əli, Muhəmməd, Əli, Həsən və Muhəmməddir 
(ə.s). 
14 Hilal – Bunlar 12 Mehdilərdir ki, onların ilkinin həm risalət həm də  vilayət məqamı 
var.  14’cü  hilal  isə  Fatimənin  (ə.s)  qızıdır.  İlk  Mehdinin  həm  Risalət  həm  də  Vilayət 
statusu  var  ki,  bu  da  Ayın  iki  mövqeyi  deməkdir.  O,  həm  qəmərlərdən,  həm  də 
hilallardandır. Ona görədir ki, o (ə.s) bəzi hədislərdə İmam olaraq zikr edilir. 
Beləliklə  bunlar  28  hərfdir  ki,  Ayın  mövqeləri  kimidirlər  və  onlar,  Muhəmməd  və  Al-i 
Muhəmməd, İmamlar və Mehdilərdir (ə.s). Təqvim ayından geriyə bir gün və ya bir gün 
və günün bir hissəsi qalır ki, orada Ay (12ci İmam) qeyb olur (zira ay ya 29 ya da 30 gün 
olur). Və bir gün və ya bir gün və günün bir hissəsi (yaxud bir hərf və ya bir hərf və hərfin 
bir  hissəsi)  Vəlinin  məqamından  asılıdır.  Belə  ki  o,  Muhəmməd  (s)  üçün  sadəcə  bir 
gündür (yaxud bir hərfdir, zira o, Allaha ən yaxın olandır) və o gün qeyb günüdür, və o, 
gizli və qorunmuş isimdir ki, məxluqata açıqlanmamışdır, həmçinin o, Allahın Özündən 
başqa  heç  kimin  bilmədiyi  sirridir.  Əli  və  Fatimə  (ə.s)  üçün  o,  bir  gün  və  günün  bir 
hissəsidir. Həsən və Hüseyn (ə.s) üçün günün bir hissəsi artan şəkildə davam edir, bunun 
kimi İmamlar və Mehdilər üçün də bu şəkildə davam edir…” 
QAİMDƏN SONRA MEHDİLƏRİN HAKİMİYYƏTİ 
Əba Cəfər Muhəmməd ibn Əlinin (ə.s) belə buyurduğunu eşitdim: “Allaha and olsun ki, 
BİZ ƏHLİBEYTDƏN OLAN BİR NƏFƏR ÜÇ YÜZ (ON ÜÇ) İL VƏ DOQQUZ İL DƏ 
ARTIQ  HAKİMİYYƏT  EDƏCƏK.  Cabir  deyir,  dedim:  Bu  nə  vaxt  baş  verəcək?” 
Buyurdu:  “QAİMİN  (Ə.S)  ÖLÜMÜNDƏN SONRA.”  Ona  dedim:  “Qaim  (ə.s) öldüyü 
zamana  qədər  neçə  il  hakimiyyət  edəcək?”  Buyurdu:  “ON  DOQQUZ  İL.  Qiyama 
başlandığı gündən ölənədək.” 
-  Təfsirul-Əyyaşi:  2/326,  h.24;  əl-İxtisas:  257;  Qeybəti-Tusi:  478,  h.505;  Muxtəsərul-Bəsairid-
dərəcat: 38,39 və 213; Muntəxəbul-ənvaril-muziə: 202; əl-İyqaz minəl-Həc’ə: 337, h.61; İsbatul-
Huda: 3/557, h.609; Hilyətul-Əbrar: 2/640; Təfsirul-Burhan: 2/465, h.2; Biharul-Ənvar: 52/298, 
h.61; 53/100, h.121 və 122; səh.103, h.130, səh.146, h.5; ər-Rəcət: 71; Mucəmul-əhadisil-İmamil-
Məhdi (ə.s): 3/329, h.874; Qeybəti-Numani: bab 26, s.382, h.3 
Hədis qəti surətdə Qaimdən SONRA Əhlibeytin (ə.s) HAKİMİYYƏTİNİ bəyan edir. Təbii 
ki,  burada  qəsdi  keçən  və  simvolik  olaraq  bir  nəfər  deyə  ifadə  edilən  12  Mehdilərdir. 
Çünki
 
digər hədislərdə Qaimdən sonra Mehdilərin hakimiyyətinin olması barədə çoxlu 
sayda hədislər var. Bunlara nümunə olaraq aşağıdakı hədislərə nəzər yetirə bilərsiniz: 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə