Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə54/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   51   52   53   54   55   56   57   58   59

ahmedalhasan313.wordpress.com 
119 
 
- Üsuli-Kafi, Höccət kitabı: 1/413 
Əmirəl  möminin  (ə.s)  buyurdu:  “Vay  olsun  Mehdi  və  əsgərlərindən,  hakimiyyətin 
taxtlarından yapışmış kəslərə gələcək günə. Onlar ölənə qədər orada oturacaqlar. Farslar 
üçün də rəhbərlər vardır. Vay olsun onlara (hakimiyyəti) Mehdiyə veməsələr.” 
- Cifr kitabı (İmam Əli ə.s.) 
Əmirəl möminin Əli (ə.s) buyurdu: “Xilafət, ZƏVRAYA qayıdacaq və o, ŞURA olacaq. O 
zaman  Süfyani  çıxacaq  və  doqquz  ay  hökm  sürəcək  və  millətləri  rəzil  edəcək.  Sonra, 
bayrağı İsa ibn Məryəm (ə.s)’dan təslim alan Mehdi (ə.s) zühur edəcək.”  
– Məlahim vəl-Fitən: s.134  
QAİM İNTİQAMA QÜREYŞDƏN BAŞLAYACAQ 
Muhəmməd  ibn  Müslim  rəvayət  edir  ki,  Əba  Cəfər  (ə.s)  buyurdu:  “Əgər  insanlar 
bilsəydilər  ki,  Qaim  qiyam  etdiyi  zaman  nə  edəcək  və  nə  qədər  insan  öldürəcək, 
əksəriyyəti onu görmək istəməzdilər. Bilin, o birinci QÜREYŞDƏN başlayacaq və onlarla 
yalnız  qılıncla  rəftar  edəcək.  Hətta  bir  çox  şəxslər  deyəcəklər:  bu  şəxs  Muhəmməd 
ailəsindən (ə.s) deyil, əgər Muhəmməd ailəsindən (ə.s) olsaydı rəhm edərdi.” 
-  Əqdüd-Dürər:  227;  İsbatul-Huda:  3/539,  hədis  501;  Biharul-Ənvar:  52/354,  hədis  113; 
Bəşarətul-İslam: 263; Mucəmul-Əhadis: 3/304; Qeybəti-Numani: 256, hədis 18 
Bişr ibn Qalib əl-Əsədi nəql edir: Hüseyn ibn Əli (ə.s) mənə dedi: “Ey Bişr, görəsən Qaim 
Məhdi  gəlib  QÜREYŞDƏN  500  nəfərin  əl-qolunu  bağlayıb  boynunu  vurduqda,  sonra 
yenə  əl-qollarını  bağlayıb  500  nəfərin  boynunu  vurduqda,  sonra  yenə  də  əl-qollarını 
bağlayıb  500  nəfərin  boynunu  vurduqda  onlardan  geriyə  nə  qalacaq?”  Dedim:  “Allah 
işinizi yoluna qoysun, onların sayı bu həddə çatacaq?” Buyurdu: “Bir qövmü sevənlər də 
həmin qövmdən sayılır.” (Abdullah ibn Şərik deyir:) Bişrin qardaşı Bəşir ibn Qalib mənə 
dedi: “Şəhadət verirəm ki, Hüseyn ibn Əli (ə.s) altı dəfə qardaşım üçün təkrar etdi.” 
-  İsbatul-Huda:  3/540,  hədis  506;  Biharul-Ənvar:  52/349,  hədis  100;  Mucəmul-Əhadis:  3/183, 
hədis 706; Qeybəti-Numani (azəricə): səh.206, hədis 23 
İmam  Cəfər  Sadiq  (ə.s)  buyurdu:  “O  (bayraq)  bizimlədir  və  QAİM  (ə.s)  qalxmayınca 
qaldırılmayacaq.  O  qiyam  etdiyi  zaman  onu  açıqlayacaq.  Şərqdə  və  qərbdə  elə  bir  kəs 
qalmayacaq ki, onu lənətləməsin. Onun önündə bir ay, arxasınca bir ay, sağında bir ay və 
solunda da bir ay (boyunca) qorxu olacaq, Ey Əbu Muhəmməd, o intiqam, qəzəb və kədər 
içində  ortaya  çıxacaq,  Allahın  bu  məxluqata  olan  qəzəbindən  dolayı.  Rəsulullah  (s)’ın 
Uhudda geyindiyi köynəyi əynindədir, sarığı Səhabdır və zirehi Rəsulullahın zirehi olan 
Səbiğadır, qılıncı Rəsulullah (s)’ın qılıncı olan Zülfüqardır. O SƏKKİZ AY boyunca onu 
qınından  çıxarıb  döyüşəcək,  durmadan  öldürəcək.  (Öldürməyə)  başladığı  ilk  yer  Bəni-
Şeybə olacaq, onların əllərini kəsib Kəbədən asacaq, bir carçı da belə səslənəcək: “Bunlar 


Ansarullah Production 
120 
 
Kəbənin  oğrularıdır!”  SONRA  QÜREYŞƏ  DOĞRU  İRƏLİLƏYƏCƏK,  ONLARLA 
YALNIZ QILINCLA DAVRANACAQ, və onlara qılıncdan başqa bir şey verməyəcək. İki 
kitab oxumadan oranı tərk etməyəcək, bir kitab Bəsrədə, o birisi isə Kufədə…” 
- Biharul-Ənvar: 52/361 
“Qüreyş” Rəsulullahın (s) dövründə onun qohumları, yaxınları olan tayfanın adı idi. Və 
bugün  Qüreyş  əhli  Qaimin  (ə.s)  yaxınları  sayılır.  Nəyə  görə  Qaim  (ə.s)  Qüreyşdən 
başlayacaq?  Çünki  ona  qarşı  zülm  etdilər.  Və  burada  Qüreyş  əhli  İraq  camaatı 
arasındadır, zira Əhməd əl Həsən (ə.s) İraqa gəldi, İmam Muhəmməd Mehdi (ə.s) da Kufə 
camaatına  gələcək,  çünki  İmam  Hüseynin  (ə.s)  intiqamı  alınacaq.  Və  bugünün  Qüreyş 
əhli İraq camaatıdır.  
Kəbdən nəql edilir: “Əgər Yəmani çıxarsa, Qüreyş Beytül-Məqdisdə qətl ediləcək.” 
- Məlahim vəl-Fitən (İbn Həmmad): 384/1 
QAİMDƏN ƏVVƏL QİYAM EDƏN QAİMLƏR 
Əba Əbdillah Cəfər ibn Muhəmməd (ə.s) buyurdu: Əmirəl-Möminin (ə.s) özündən sonra 
Qaimin qiyamına qədər baş verəcək hadisələrdən danışdı. Hüseyn ibn Əli (ə.s) dedi: “Ey 
möminlərin Əmiri, nə vaxt Allah yer üzünü zalımlardan təmizləyəcək?” Əmirəl-möminin 
(ə.s) dedi: “Haram qan tökülmədən Allah yer üzünü zalımlardan təmizləməyəcək.” Sonra 
Bəni-Üməyyə və Bəni-Abbas barədə uzunca danışıb dedi: “Xorasanda QAİM qiyam edib 
Kufan  və  Moltan  əraziləri  üzərində  qələbə  çalacaq  və  Bəni-Kavan  Cəzirəsini  keçəcək. 
BİZDƏN  OLAN  BİR  QAİM  Gilanda  qiyam  edəcək  və  Abir  və  Deyləman  ona  cavab 
verəcək  (qoşulacaq).  Bu  zaman  övladım  üçün  müxtəlif  ərazilərdən  və  tərəflərdən 
türklərin  bayraqları  aşkar  olacaq.  Onlar  şər  və  fəsad  olan  bir  dövrdə  zahir  olacaqlar. 
Həmin  vaxt  Bəsrə  xarabalığa  çevriləcək,  Misirdə  əmirlərin  rəhbəri  olan  BİR  ŞƏXS 
QİYAM EDƏCƏK.” Sonra həzrət (ə.s) uzun bir hadisə nəql etdikdən sonra dedi: “Minlər 
hazır olduqda, cərgələr nizamlandıqda, qoç quzunu öldürdükdə başqa bir nəfər qiyam 
edəcək, inqilabçı inqilab edəcək, kafirlər həlak olacaq. Sonra ÜMİD EDİLƏN QAİM VƏ 
MƏCHUL İMAM qiyam edəcək. O şərəf və fəzilət sahibidir. O sənin övladlarındandır ey 
Hüseyn. Onun kimi övlad yoxdur. O iki rükn arasında iki köhnə paltarda zühur edəcək. 
İnsanlar  və cinlər  üzərində qələbə çalacaq. Yer  üzündə şərr  insan saxlamayacaq. Onun 
zamanına yetişib onun dövründə yaşayanların və onun günlərini görənlərin xoş halına!” 
- Biharul-Ənvar: 52/235, hədis 104; Mucəmul-Əhadis: 3/16, hədis 570; Qeybəti-Numani (azəricə): 
s.308-310, hədis 55 
Bu və bunun kimi hədislər vardır ki, bir neçə Qaimin qiyamından bəhs etməkdədir və bu 
da  göstərir  ki,  hədislərdə  keçən  “Qaim”  ləqəbi  sadəcə  İmam  Mehdi  (ə.s)’a  xas  olan  bir 
ləqəb deyil. Hətta haqq və batil Qaimlər də olacaqdır zühurun astanasında.  


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə