Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə56/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   51   52   53   54   55   56   57   58   59

ahmedalhasan313.wordpress.com 
123 
 
bu, mənim diqqətimi çəkdi. 23 Yanvardan əvvəl bu şeylər mövcud deyildi. 23 Yanvarda 
iddia  edildi  və  Facebookda  afişalar  yayınlandı.  YouTube  videosu  düzəldildi.  12  nəfər 
Ənsarlarla  əlaqə  qurmağa  başladı.  23  Yanvardan  əvvəl  heç  nə  yox  idi.  23  Yanvarda 
internet birdən birə onların iddiaları ilə doldu.  
Beləliklə,  Misir  Ənsarları  Abdullah  Haşim  ilə  birlikdə  Ofisə  qarşı  birləşdilər,  həmçinin 
dünyanın  bir  çox  yerlərindən  olan  Ənsarlar  da  Qara  Bayraqlara  qoşularaq  Ofisə  qarşı 
birləşdilər. Və bütün dəlillər qarşılığında Ofis, Ənsarların qarşısına tutarlı bir  dəlil qoya 
bilmədi.  
Və bütün bu fitnələrdə insanların tutunması lazım olan tək şəxs Allahın Höccəti və onun 
dəvəti olmalıdır  və onu tanımağın da  yeganə yolu bir  höccəti tanıdan 3 dəlildir ki, hər 
kim  bu  3  dəlillə  gəlsə  və  Allah  da  onun  ömrünü  kəsməsə,  o  kəs  qəti  olaraq  Allahın 
xəlifəsidir.  Və  bizdən  tələb  edilən  də  Allahın  ipindən,  yəni  o  xəlifədən  möhkəm 
yapışmaqdır. 
Əba Əbdillahın (ə.s) belə dediyini eşitdim: “Bu işin sahibinin iki qeybə çəkilməsi olacaq. 
Onlardan birində onun (xəbəri) yaxın şəxslərinə çatacaq, digərində isə deyiləcək: həlak 
olub, hansı dərəyə gedib?” Dedim: “Bu baş verdikdə nə edək?” Buyurdu: “ƏGƏR BİR 
KİMSƏ  (QAİM  OLDUĞUNU)  İDDİA  ETSƏ,  ONDAN  YALNIZ  (QAİMİN)  CAVAB 
VERƏ BİLƏCƏYİ ÇƏTİN SUALLARI SORUŞUN.” 
- Kafi: 1/340, h.20; İsbatul-Huda: 3/445, h.30; Biharul-Ənvar: 52/157, h.18; Mucəmul-Əhadis: 
3/364, h.911; Ğeybəti Numani (azəricə): bab 10, h.9, s.187-188 
Rəsulullah  (s)  belə  buyurdu:  “Ruhum  əlində  olan  (Allah)’a  and  olsun  ki,  özünüzdən 
əvvəlkiləri izləyəcəksiniz, ADDIM-ADDIM, NÖQTƏ-NÖQTƏ, belə ki, onların yolun-
dan ayrılmayacaqsınız və İsrailoğullarının yolu da sizdən ayrılmayacaq.” 
- Təfsiri-Əyyaşi: 1/303; Müsnədi-Əhməd: 5/340; Sünəni-Tirmizi: 3/332 
Əbu Abdullah Cəfər Sadiq (ə.s) belə buyurdu: “Hədid surəsindəki bu ayə: {Bundan öncə 
kitab  verilən  şəxslər  kimi  olmayın.  Onların  MÜDDƏTLƏRİ  UZADILDI  və  beləcə 
qəlbləri qəsavətləndi. Onların əksəriyyəti fasiq oldular.} [57:16] ayəsi qeybət dövründə 
yaşayan insanlar barəsində nazil olmuşdur. Sonra izzətli və uca Allah deyir: {Həqiqətən 
də Allah yeri öldükdən sonra dirildər. Sizlər üçün ayələri izah etdik ki, bəlkə düşünəsiniz.} 
[57:17]. (Sonra) buyurdu: “Buradakı “müddət” QEYBƏT MÜDDƏTİDİR
Allah əzzə və cəllə belə demək istəyir: Ey Muhəmməd ümməti, ey şiələr! daha öncə kitab 
verilmiş  şəxslər  kimi  olmayın  ki,  onlar  üçün  müddət  uzadıldı.  Bu  ayənin  təvili  başqa 
zamanların deyil, MƏHZ QEYBƏT DÖVRÜNÜN İNSANLARI barədədir. Allah şiələri 
onun höccəti barədə şəkk etməkdən, yaxud Allahın yer üzünü bir göz qırpımı belə olsun 
ondan boş saxlayacağını zənn etməkdən çəkindirmişdir. Necə ki, Əmirəl Möminin (ə.s) 
Kumeyl  ibn  Ziyad  ilə  etdiyi  söhbətində  buyurur:  “Xeyr,  and  olsun  Allaha  ki,  Allahın 
höccət  və  dəlilləri  naqis  olmasın  deyə  yer  üzü  Allahın  höccətindən  xali  qalmaz.  İstər 


Ansarullah Production 
124 
 
aşkarda və məlum olsun, istərsə də gizlində və naməlum. Allah-təala bununla şiələri şəkk 
və şübhəyə düşməkdən çəkindirmiş, belə edəcəkləri təqdirdə müddətlərinin  uzanacağı 
və  qəlblərini  qəsavət  bağlayacağı  barədə  xəbərdarlıq  etmişdir.”  Sonra  dedi:  “Məgər  bu 
ayədən  sonra  gələn  ayədə  Allahu-təalanın  nə  dediyini  eşitməmisən?  Orada  Allah 
buyurur:  {Bilin  ki,  həqiqətən  də  Allah  yer  üzünü  öldükdən  sonra  dirildər.  Sizlər  üçün 
ayələri izah  etdik  ki,  bəlkə düşünəsiniz.}.  Yəni,  Qaim  zühur  etdiyi  zaman  Allah  zəlalət 
başçılarının zülmü ilə ölmüş olan yer üzünü onun ədaləti ilə dirildər.” 
- Təvilul-ayat, 2/662, hədis 14; İsbatul-Hidayə, 3/53, hədis 457; Təfsirul-Burhan, 4/291, hədis 1 və 
3; Əl-məhəccətul-beyza, s.219, 220; Qeybəti-Numani (azəricə): s.23 
İmam  Sadiq  (ə.s)  atalarından  (ə.s)  nəql  edir:  Rəsulullah  (s)  buyurdu:  “Mən  meraca 
götürüldüyüm  zaman  Rəbb-Təala  mənə  vəhy  etdi:  “...  (Axırzamanda)  LAT  VƏ  UZZA 
ortaya  çıxacaq,  o (Qaim  ə.s.)  da  onları  yandıracaq.  O  gün  onların  yanındakı  insanların 
azğınlığı BUZOV VƏ SAMİRİNİN AZĞINLIĞINDAN DAHA ŞİDDƏTLİ olacaq.” 
- Kəmalud-Din: s.253; Ğeybəti-Tusi: s.173; Biharul-Ənvar: 52/379; İlzamun-Nasib: 1/169 
Əba Əbdillah (ə.s) buyurdu: “Qaim (ə.s) xüruc etdiyi zaman əvvəllər bu işin ƏHLİ hesab 
edilən şəxslər ondan ÇIXACAQ, günəşə və aya pərəstiş edənə oxşayanlar isə ona daxil 
olacaqlar.” 
- Biharul-Ənvar: 52/363, hədis 137; Bəşarətul-İslam: 222; Mucəmul-Əhadis: 3/501, hədis 1073; 
Qeybəti-Numani (azəricə): səh.360, hədis 1 
Əbu Əbdillah (ə) buyurdu: “Qaimin (ə) qeybət günləri ÇOX UZUN olacaq. Elə ki, həqiqət 
aşkar  olacaq  və  pis  fitrətə  sahib  Şiədən  olan  hər  kəsin  dönəkliyi  nəticəsində  əqidə 
çirkabdan təmizlənəcək. Bu kəslər, Qaimin (ə) hökmranlığı dövründə varisliyi, gücü və 
geniş  bir  təhlükəsizliyi  GÖZLƏDİKLƏRİ  HALDA,  MÜNAFİQ  OLDUQLARINDAN 
QORXULAN kəslərdir..." Sonra İmam (ə) buyurdu: "…İslamın adından başqa, Quranın 
yazısından başqa heç nəyin qalmadığı və əmrin sahibi, onun üçün açıqlanmış bir səbəblə 
yalnış yola sürüklənmiş qəlblərdən dolayı arzulandığı zaman, nəhayət ONA ƏN YAXIN 
OLAN, ƏN DÜŞMƏN KƏS OLACAQDIR. Ona görə də Allah onu GÖRMƏDİYİNİZ 
ƏSGƏRLƏRLƏ  dəstəkləyəcəkdir,  əlləri  ilə  Öz  Nəbisinin  (s)  dinini  aşkar  edəcək  və 
müşriklər istəməsə də, onu bütün dinlər üzərində qalib edəcək." 
- Kəmalud-Din: s.356; Qeybəti-Tusi: s.172; Biharul-Ənvar: 51/222 
Əsbağ ibn Nəbatə nəql edir: İmam Əli (ə.s) buyurdu: “Yüz əlli il sonra sizə kafir əmirlər, 
xəyanətkar katiblər və fasiq başçılar üz gətirəcək. Tacirlər çoxalacaq, mənfəətlər azalacaq. 
Sələmçilik  aşkarda  ediləcək,  zinazadələr  çoxalacaq,  sifah  (zina)  çoxalacaq,  marif  inkar 
ediləcək,  hilallar  böyüyəcək,  qadınlar  qadınlarla,  kişilər  də  kişilərlə  kifayətlənəcəklər.” 
Bir nəfər dedi ki, Əli ibn Əbu Talib (ə.s) bu sözləri dediyi zaman bir nəfər qalxıb dedi: “Ey 
möminlərin  Əmiri,  həmin  dövrdə  biz  nə  edək?”  Buyurdu:  “QAÇMAQ,  QAÇMAQ 
(lazımdır).  Bu  ümmətin  qariləri  əmirlərə  meyl  etmədikcə  və  yaxşıları  pislərini 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə