Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə53/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

Ansarullah Production 
116 
 
nida  kimi  əcib  şeyləri  görmələrinə  BAXMAYARAQ  CAMAAT  YENƏ  DƏ  QAİMLƏ 
VURUŞACAQ?!”  Buyurdu:  “Şeytan  onlardan  ƏL  ÇƏKMƏYƏCƏK.  Əqəbə  günündə 
Allah Rəsulu (s) üçün etdiyi kimi nida edəcək.” 
- Biharul-Ənvar: 52/295, h.47; Mucəmul-Əhadis: 3/456, h.1014; Qeybəti-Numani: s.297, h.29 
Hişam ibn Salim nəql edir: Əbu Əbdillah (ə.s) belə buyurduğunu eşitdim: “Güclü səslər 
ikidir.  Biri  gecənin  əvvəlində,  o  biri  isə  ikinci  gecənin  axırında  eşidiləcək.”  Dedim: 
“Bunlar necə olacaq?” Buyurdu: “Biri səmadan olacaq, o biri də İblisdən.” Dedim: “Bunu 
ondan  necə  ayırmaq  olacaq?”  Buyurdu:  “O  BAŞ  VERMƏMİŞDƏN  ÖNCƏ  ONA 
ETİQAD EDƏNLƏR ONU AYIRA BİLƏCƏKLƏR.” 
- Biharul-Ənvar: 52/295, hədis 49; Mucəmul-Əhadis: 3/457, hədis 1017; Qeybəti-Numani (azəri-
cə): s.298, hədis 31 
32- Əbdür-Rəhman ibn Müslimə əl-Cəriri nəql edir: Əba Əbdillaha (ə.s) dedim: “Camaat 
bizə rişxənd edib deyirlər: Əgər o iki səs baş versə,  haradan bilinəcək  ki, hansı  haqdır, 
hansı batil?” Buyurdu: “Siz onlara nə cavab verirsiniz?” Dedim: “Heç bir cavab vermirik.” 
Buyurdu: “Onlara belə  deyin: O səslər baş  verdiyi zaman o kəslər doğrunu (yalandan) 
ayırd edə biləcəklər ki,  DAHA ÖNCƏ MÖMİN OLUB ONLARA İMAN GƏTİRMİŞ-
DİLƏR.” Sonra dedi: “İzzət və cəlal sahibi olan Allah deyir: {Belə isə, arxasınca gedilməyə 
HAQQA TƏRƏF HİDAYƏT EDƏN KƏS daha layiqdir, yoxsa hidayət edilməyincə doğru 
yolu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?} [10:35]” 
- Kafi: 8/208, hədis 252; əl-Məhəccə: 99; Təfsirul-Burhan: 2/185, hədis 2; Biharul-Ənvar: 52/296, 
hədis 50; s.299, hədis 64; Mucəmul-Əhadis: 5/161, hədis 1584; Qeybəti-Numani (azəricə): s.298-
299, hədis 32 
Allah Rəsulu (s) buyurdu: “Ey Əli (ə.s), şahanə imana və ən böyük yəqinliyə sahib olanlar 
axırzamanda yaşayan bir ümmətdir, onlar heç vaxt peyğəmbəri və onlardan pərdələnmiş 
höccəti  görməyiblər,  belə  ki,  onlar  AĞIN  ÜSTÜNDƏKI  QARAYA  (yəni  nəql  edilmiş 
hədislərə) iman gətirmişlər.” 
- Biharul-Ənvar: 52/125 
Hədislərdən də aydın olur  ki, səmadan gələn səsi eşidən  hamı qəbul etməyəcək. çünki 
şeytan insanları çaşdıracaq. Və səsi qəbul edənlər Yəmaniyə (ə.s) iman gətirənlər olacaq 
ki,  bugün  onun  (ə.s)  dəvətinə  ləbbeyk  demiş,  YARDIMÇISINA  –  YƏMANİYƏ  yardım 
etməkdə və onun düşmənini rədd etməkdədir.  
İmam Sadiq (ə.s) buyurmuşdur: Rəsulullah (s) əshabına belə buyurdu: “Müjdələr olsun o 
kəslərə  ki,  mənim  nəslimdən  olan  Qaimə  yetişib,  QİYAMINDAN  ƏVVƏL  onu  təqib 
edəcək, onun YARDIMÇISINA yardım edəcək və düşmənini rədd edəcək və ondan öncə 
hidayət  edici  İmamları  mövlalar  edinəcək.  Onlar,  mənim  əshabımdır  və  onlar  mənim 
eşqimə  və sevgimə sahib kəslərdir. Və onlar, ümmətimin mənə ən comərd olanlarıdır." 


ahmedalhasan313.wordpress.com 
117 
 
Rəfa deyir ki (Rəsulullah (s) belə buyurdu) “Və onlar, Allahın yaratdıqlarının mənə qarşı 
ən comərd olanlarıdır.” 
- Qeybəti-Tusi: səh.457 
Allah  Rəsulu  (s)  buyurdu:  “QEYBƏT  DÖVRÜNDƏ  ondan  (ə.s)  olan  SÖZ  üzərində 
möhkəm duranlar, qırmızı kükürddən daha əndər olacaqlar.” 
- Bəşarətul-İslam: s.18 
BÖYÜK VƏ KİÇİK ŞURA 
Allah Rəsulu (s) buyurdu: “Ümmətimin bəlası böyük və kiçik şuralardandır.” Əshab bu 
barədə soruşdu və o (s) belə buyurdu: “Böyük Şura mən öldükdən sonra qardaşımın (Əli 
ə.s.)  və  qızımın  haqqının  qəsb  edilməsi  ilə  başlayacaq.  KİÇİK  ŞURA  isə  böyük  qeybət 
dönəmində ZƏVRA’DA mənim Sünnəmi və qanunlarımı dəyişməklə olacaq.” 
- Mənaqibul-İtrəti Miatain və Xəmsin Əlaməti əl-Təbətəbaəş: s.130; Bəyanul-Əimmə: 1/295 
Kiçik Şura – demokratiya – Bağdadda baş verdi və Əli Sistani Seyyid Həkimi ilə birlikdə 
Allah Rəsulunun sünnəsini dəyişmək üçün bir addım atdılar. 
 


Ansarullah Production 
118 
 
Şəkildəki mətnin tərcüməsi: 
Sual:  Böyük  Mərceyi-Təqlid  Ayətullahul-Üzma  Seyyid  Əli  Hüseyni  əl-Sistani;  Ey 
Seyyidim və Mövlam, keçən günlərdə ətrafda söz-söhbət gəzirmiş ki, sizi təmsil edən bir 
Mərceyi-Təqlid Amerikalılardan 200 milyon dollar miqdarında pul alıb və belə ki o pul 
işğalı mühafizə üçün söz-söhbət və onlara qarşı hər hansı bir fətva verilməməsi və bunu 
etməyə cəhd edən hər kəsi pərişan etmək üçün idi. Və bu dedi-qodu hər yerdə yayıldı. 
Beləliklə  sizin  bu  haqda  fikrinizi  öyrənməyə  ehtiyacım  yarandı.  Və  mən  qəti  şəkildə 
əminəm  ki,  bu  bir  yalandır,  lakin  öz  elmimlə  istədim  ki  sizin  də  bu  barədə  fikrinizi 
öyrənim. Əmr sizindir ey seyyidim. 
Cavab: Bismihi Təala. Bəli, biz o pulu məhrum olanlar, kasıblar və ehtiyacı olanlar üçün 
aldıq. 
Cəmadiul-Əvvəl, 1432 (Sistaninin ofisinin möhürü) 
Bu  sənəd  Əhlibeyt  (ə.s)’a  xəyanətin  bariz  nümunəsidir.  Bu  sənəd  Səqifənin  geri 
qayıtmasıdır. Bəlkə bəzilərinə adi bir şey kimi gələn və hətta bəzilərinin təqdir etdiyi bu 
razılaşma əslində Əhlibeyt (ə.s)’ın, Şiələrə aşıladığı həqiqi tövhid inancının məhv edilmə-
sinin təməlinin atılmasının başlanğıcının qoyulmasıdır. Əhlibeyt (ə.s)’ın bizlərə öyrətdiyi 
Hakimiyyətullah  inancının  məhvi  üçün  çalışan  axırzaman  alimlərinin  atdığı  böyük 
addımlardan  biridir.  Çünki  insanları  demokratiyaya  çağıran  Amerika  hökumətinin 
məqsədi məhz insanların hakimiyyətullah inancını məhv etməkdir ki, Əhlibeytin (ə.s) və 
bütün  peyğəmbərlərin  Xəlifə  olaraq  seçilməsinin  başlıca  məqsədi  yer  üzündə  Allahın 
hakimiyyətini qurmaq olmuşdur və İmam Mehdi (ə.s)’ın zühurunun təməli də məhz İlahi 
Ədalət  Dövlətini  quraraq  hakimiyyətullahı  yer  üzündə  yaymaqdır.  Lakin  axırzaman 
alimləri tağutlarla əlbir olaraq tədriclə insanların qəlbindən bu inancı silmək üçün artıq 
neçə illərdir ki, addımlar atmaqdadırlar. Bu müqavilələr nəticəsində nəhayət İraqda xalq 
səsverməsi  yolu  ilə  ilk  dəfə  şiələrin  də  qatıldığı  seçkilər  keçirildi  və  bu  seçkilərin  baş 
tutmasında Əli Sistaninin xüsusən rolu olmuşdur. Belə ki, Əli Sistani bütün şiə camaatını 
seçkilərdə iştiraka təşviq etmiş və hətta qadınların seçkilərə getməsinin – haşa – Zeynəb 
(s.ə)’nın Yezidin sarayında çıxışına bərabər olduğunu söyləmişdir.  
Odur  ki,  özünü  Əhlibeyt  (ə.s)  şiəsi  adlandıranlar  kimlərin  ardınca  getdiklərinə  diqqət 
etsinlər.  Əks  halda  Qaim  (ə.s)  qiyam  etdiyi  zaman  əməlsiz  alimlərin,  fətva  əhlinin, 
mürciələrin  fitnəsinə  düşüb  ona  (ə.s)  qarşı  savaşanlardan  olacaqlar.  Çünki  əməlsiz 
alimlərin çoxu son nəfəslərinə qədər Qaim (ə.s)’a qarşı savaşacaqlar. 
Əbdür-Rəhman ibn Kəsir Əbi Əbdillah (ə.s)’dan Allahın {İman gətirdikdən sonra iman-
larına zülmə qatışdırmayanlar…} [6:82] ayəsi haqqında belə nəql edir: “Muhəmmədin (s) 
vilayət haqqında gətirdiyi əmrə iman edib filan və filanın vilayətini ona qarışdırmayanlar 
nəzərdə tutulmuşdur. Çünkü filan və filanın vilayətini Əli (ə.s)’ın vilayətinə qarışdıranlar 
zülm etmişdir.” 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə