Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə51/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   47   48   49   50   51   52   53   54   ...   59

Ansarullah Production 
112 
 
Buyurdu:  “Çünki  QORXACAQ.”  Bunu  deyib  əli  ilə  qarnına  işarə  etdi  və  bununla 
öldürülməyi nəzərdə tuturdu. 
- Kafi: 1/337, h.5, səh.338, h.9, səh.340, h.18, səh.342, h.29; Kəmalud-Din: 342, h.24, səh.346, h.32, 
səh.481, h.7 və 10; Qeybəti-Tusi: 332, hədis 274; Qeybəti-Numani: 192, hədis 21 və 22 
Əbu Cəfər Baqir (ə.s) buyurdu: “Sizlər hər zaman bizdən olan bir şəxsə tərəf boynunuzu 
uzadıb  "o  budur"  deyəcəksiniz  və  bu  səbəbdən  də  ALLAH  ONU  APARACAQ.  Ta  ki, 
Allah bu iş  üçün ELƏ BİR ŞƏXSİ məbus edəcək ki, doğulub  doğulmadığını, yaradılıb 
yaradılmadığını BİLMƏYƏCƏKSİNİZ.” 
- İsbatul-Huda: 3/535, h.480; Biharul-Ənvar: 51/139, h.10 və 11; Mucəmul-Əhadis: 3/228, h.851; 
Ğeybəti-Numani (azərbaycanca): bab 10, h.32 və 33, s.200 
Bu  hədislərdən  həmçinin  görürük  ki,  doğulub  doğulmadığı  bilinməyən,  yəni  özü 
açıqlayana qədər kim olduğu məlum olmayan şəxs Yəmanidir.  
İMTAHAN VƏ ƏLƏNMƏLƏR QAÇINILMAZDIR 
Malik  ibn  Zəmrə  nəql  edib  dedi:  Əmirəl-Möminin  (ə.s)  öz  şiələrinə  dedi:  “Quşlar 
arasındakı arılar kimi olun. Elə bir quş yoxdur ki, arıları zəif və dəyərsiz hesab etməsin. 
Əgər  quşlar  bilsəydilər  ki,  onların  daxillərində  necə  bir  bərəkət  var,  onlara  etdiklərini 
etməzdilər.  Dilləriniz  və  cisimlərinizlə  camaata  qarışın,  qəlbləriniz  və  əməllərinizlə 
onlardan  ayrılın.  Hər  kəsin  elədiyi  özünədir  və  hər  kəs  qiyamət  günü  öz  sevdiyi  ilə 
birlikdə olar. Sizlərə gəlincə isə ey şiələr, biriniz o birinizin üzünə tüpürmədikcə, biriniz 
o  birinizi  yalançı  adlandırmadıqca  və  sizlərdən  bu  əmrə  yalnız  gözdəki  sürmə  və  ya 
yeməkdəki  duz  qədər  olan  insan  –  hansı  ki,  duz  yeməkdəki  ən  az  şeydir  –  sabit 
qalmadıqca istədiyinizə və arzuladığınıza çatmayacaqsınız.” 
- Biharul-Ənvar: 2/79, hədis 70; Əvalimul-Ulum: 3/304, hədis 3; Qeybəti-Numani: s.24 
Əbdül  Kərim  nəql  edir:  Əba  Əbdillah  (ə.s)’ın  yanında  Qaimdən  söz  düşdü,  həzrət 
buyurdu:  “Dövran  dönüb  (uzun  zaman  keçməmiş)  bu  necə  baş  verə  bilər?  O  zaman 
deyəcəklər ki, “ölüb və ya həlak olub, görəsən hansı dərəyə gedib?” Dedim: “Dövranın 
dönməsi nədir?” Buyurdu: “Şiələrin öz aralarında ixtilaf etməsi.”  
-  Biharul-Ənvar:  52/227,  hədis  91;  Mucəmul-Əhadis:  3/421,  hədis  974; İlzamun-Nasib:  2/161; 
Qeybəti-Numani: s.165, hədis 20 
Muhəmməd ibn Əbu Yəqub əl-Bəlxi nəql edir: Əbul-Həsən Rza (ə.s)’ın belə buyurduğunu 
eşitdim:  “Siz  daha  çətin  və  daha  böyük  bir  şeylə  imtahan  olunacaqsınız.  Siz  anasının 
bətnində  olan  cəninlə  və  südəmər  körpə  ilə  imtahan  olunacaqsınız.  Onun  barəsində 
deyəcəklər:  qeybə  çəkilmişdir,  ölmüşdür.  Həmçinin  deyəcəklər:  heç  bir  imam  yoxdur. 
Halbuki,  Allah  Rəsulu  (s)  da  qeybə  çəkilmiş,  qeybə  çəkilmiş  və  qeybə  çəkilmişdi.  Və 
budur, mən də öz yatağımda ölürəm.” 


ahmedalhasan313.wordpress.com 
113 
 
- Biharul-Ənvar: 51/155, hədis 7; Mucəmul-Əhadis: 4/159, hədis 1216; Ğeybəti-Numani (azəricə): 
s.195-196, hədis 27 
Əbu  Cəfər  Muhəmməd  ibn  Əli  Baqir  (ə.s)  buyurdu:  “Sizin  bu  sözlərinizdən  insanların 
qəlbləri ikrah  hiss edər. Elə isə ondan bir azını onlara deyin. Kim onu qəbul etsə, daha 
çoxunu deyin. Kim onu inkar edərsə, (daha deməyin,) saxlayın. Şübhəsiz, elə bir fitnə baş 
verəcək ki, BÜTÜN dost və sirdaşlar həmin vaxt süqut edəcəklər. Hətta tükü tükdən seçə 
bilən şəxslər belə süqut edəcəklər. Yalnız biz və şiələrimiz qalacağıq.” 
- Biharul-Ənvar: 52/115, hədis 36; Ğeybəti-Numani (azəricə): s.224, hədis 3 
Umeyrə  binti  Nəfil  nəql  edir:  Hüseyn  ibn  Əli  (ə.s)’ın  belə  buyurduğunu  eşitdim:  “Bir-
birinizdən  ayrılmadan,  bir-birinizin  üzünə  tüpürmədən,  bir-birinizin  küfrünə  şəhadət 
vermədən  və bir-birinizə lənət oxumadan gözlədiyiniz iş (fərəc) baş verməyəcək.” Ona 
dedim:  “O  zamanda  bir  xeyir  olacaq?!”  Hüseyn  (ə.s)  buyurdu:  “Bütün  xeyir  elə  o 
zamandadır.  (Həmin  vaxt)  bizim  Qaimimiz  qiyam  edəcək  və  bütün  bunları  aradan 
aparacaq.” 
- Ğeybəti-Tusi: 437, hədis 429; İsbatul-Huda: 3/726, hədis 48; Biharul-Ənvar: 52/211, hədis 58; 
Ğeybəti-Numani (azəricə): s.227-228, hədis 9 
Malik ibn Zəmrə nəql edir: Əmirəl Möminin (ə.s) buyurdu: “Ey Malik ibn Zəmrə, şiələr 
bu  şəkildə  olduqları  zaman  halın  necə  olacaq?”  Bunu  deyib  barmaqlarını  bir-birinə 
keçirdi. Dedim: “Ey möminlərin Əmiri, görəsən bunda bir xeyir var?!” Buyurdu: “Bütün 
xeyir elə onda olacaq, ey Malik. Həmin vaxt bizim Qaimimiz qiyam edəcək və Allaha və 
Rəsuluna (s) yalan nisbət verən yetmiş nəfər şəxsin yanına gəlib onları öldürəcək. Daha 
sonra Allah onları bir iş üzərinə cəm edəcək.” 
- İsbatul-Huda: 3/537, hədis 491; Biharul-Ənvar: 52/115, hədis 34; Mucəmul-Əhadis: 3/30, hədis 
584; Ğeybəti-Numani: s.228, hədis 11 
Əbu Cəfər (ə.s) buyurdu: “Ey Ali-Muhəmmədin şiələri, gözdəki sürmətək təmizlənəcək-
siniz.  Belə  ki,  gözünə  sürmə  çəkən  şəxs  sürməni  nə  vaxt  çəkdiyini  bilir,  lakin  nə  vaxt 
təmizləyib  aradan  gedəcəyini  bilmir.  Eynilə,  bir  nəfər  səhəri  bizim  yolumuzda  olduğu 
halda  açacaq,  axşama  isə  ondan  çıxmış  bir  halda  çıxacaq,  (habelə)  axşama  bizim 
yolumuzda olduğu halda çıxacaq, səhəri isə ondan çıxmış halda açacaq.” 
- Biharul-Ənvar: 52/101, hədis 2; Ğeybəti-Numani: s.229, hədis 12 
Səfvan  ibn  Yəhya  nəql  edir:  Əbul-Həsən  Rza  (ə.s)  buyurdu:  And  olsun  Allaha  ki, 
gözünüzü  dikdiyiniz  iş  SİZ  ARINMAYINCA,  TƏMİZLƏNMƏYİNCƏ  və  sizlərdən 
olduqca az adam sabit qalmayınca baş verməyəcək.” 
- Biharul-Ənvar: 52/114, hədis 30; Ğeybəti-Numani (azəricə): s.231, hədis 15 
Əba Əbdillah (ə.s) buyurdu: ... “Bilin, ƏGƏR daha öncədən bildirilən say – üç yüz on üç 
sayı – tamam olsaydı, İSTƏDİYİNİZ BAŞ VERƏRDİ. Lakin bizim şiələrimiz o kəslərdir-


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə