Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə48/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

ahmedalhasan313.wordpress.com 
105 
 
Rəhmanın  haqları  zərər  görmədikcə  zühur  etməyəcək.  Quran  musiqi  söyləmək  üçün 
istifadə  ediləcək.  Bəni-Abbasın  hökmdarları  öldürülsə,  korluq  və  çaşqınlıqda  ən 
öndəkilər müfsitlərin üzlərinin önünü hədəf alan insanlar olacaq. BƏSRƏ DAĞILACAQ 
VƏ ORADA HÜSEYNİN (Ə.S) OĞULLARINDAN OLAN QAİM QİYAM EDƏCƏK.” 
– Əli ibn Yusif Hilli, əl-Ədəd’ül-Qəviyyə fi Dəf’il-Məhavif’il-Yəvmiyyə: s.75-76 
İmam  Əli  (ə.s)  buyurdu:  “İmama  (Mehdiyə)  BƏSRƏDƏN'>BƏSRƏDƏN'>İMAN  EDƏNLƏRİN  İLKİ  BƏSRƏDƏN
sonuncusu isə İbdaldandır.” 
– Bəşaratul-İslam: səh.148 
İmam Cəfər Sadiq (ə.s) İmam Mehdi (ə.s)’ın əshabından bəhs edərkən belə buyurdu: “Və 
BƏSRƏDƏN Abdurrəhman, ƏHMƏD və Məlih.” 
- Bəşarətul-İslam: s.181 
Əmirəl möminin Əli (ə.s) belə buyurdu: “Sonra CƏSUR HALİK (həlakdan qorxmayan 
şəxs) Bəni-Ümrədən olan bir neçə ərəblə BƏSRƏDƏN gələcək.” 
- Axırzaman əlamətləri (Seyyid Əli Aşur): s.274 
{Edomdan, BOSRADAN, al paltarlar içində bu gələn kimdir? Göz qamaşdırıcı paltarlar 
içində, böyük güclə yeriyən kimdir? O mənəm! Ədaləti eşitdirən, qurtarmağa gücü olan.} 
- Tövrat, Yəşaya: 63:1 
Bosra Bəsrənin Tövratdakı adıdır. Bu pasaj da Əmrin Sahibinin (ə.s) Bəsrədən çıxacağının 
dəlillərindən biridir. 
İmam  Əli  (ə.s):  “BƏSRƏ  tərəflərində  bir  hərəkat  olacaqdır  ki,  mən  onu  sizə  bəyan 
etməyəcəyəm.” 
- Tatanca Xütbəsi, səh.504. İmam Əlinin (ə.s) axırzaman barəsində dedikləri 
Əmirəl Möminin Əli (ə.s) axırzaman əlamətləri barədə belə buyurdu: “Və ondan sonra 
ərəblər  xüruc  edəcək...  və  BƏSRƏDƏ  QARA  BAYRAQLA  bir  nəfərin  öz  gəncləri  ilə 
Şama doğru yürüyüş məqsədilə xürucu baş verəcək.” 
- Axırzaman Əlamətləri (Seyyid Əli Aşur): s.274 
Cabir əl Cufi nəql edir: Əbu Cəfər (ə.s) belə buyurdu: “Hər nə səni çaşqınlığa salsa da, 
Allah Rəsulunun əhdi, bayrağı və silahı səni çaşqınlığa salmasın, və Al-i Muhəmməddən 
(ə.s) olan azğın insanlardan ehtiyatlı ol, zira Al-i Muhəmməd (ə.s) və Əli (ə.s)  üçün bir 
bayraq vardır, və qalan başqa bayraqlar da vardır. Olduğun yerdə qal və heç kimi izləmə, 
ta  ki  HÜSEYN  (Ə.S)  OĞULLARINDAN  BİR  NƏFƏR  Allah  Rəsulunun  ƏHDİ, 
BAYRAĞI VƏ SİLAHI ilə gələnə qədər.” 
- Biharul-Ənvar: 52/224 


Ansarullah Production 
106 
 
Cabir əl Cufi nəql edir: Əbu Cəfər (ə.s) belə buyurdu: “Hər nə səni çaşqınlığa salsa da, 
Allah  Rəsulunun  ƏHDİ,  BAYRAĞI  VƏ  SİLAHI  səni  çaşqınlığa  salmasın,  və  Al-i 
Muhəmməddən (ə.s) olan azğın insanlardan ehtiyatlı ol, zira Al-i Muhəmməd (ə.s) və Əli 
(ə.s) üçün bir bayraq vardır, və qalan başqa bayraqlar da vardır. Olduğun yerdə qal və 
heç kimi izləmə, ta ki HÜSEYN (Ə.S) OĞULLARINDAN BİR NƏFƏR Allah Rəsulunun 
ƏHDİ, BAYRAĞI VƏ SİLAHI ilə gələnə qədər.” 
- Biharul-Ənvar: 52/224 
Əmirəl Möminin (ə.s) buyurdu: “Şübhəsiz ki, üyüdən bir dəyirman olacaq. O dəyirman 
öz mehvəri üzrə qalxıb ayağı üstə sabit olunca Allah ƏSLİ NAMƏLUM OLAN (XAMİL 
ƏSLƏHU)  SƏRT  BİR  BƏNDƏ  göndərəcək.  Qələbə  onunla  və  onun  əshabı  ilə  olacaq. 
Onun  əshabı  uzun  saçlı,  bığlı,  qara  geyimlidirlər.  Onlar  Qara  Bayraqların  sahibləridir. 
Vay  onlarla  düşmənçilik  edənlərin  halına.  Onlar  düşmənlərini  aman  vermədən 
öldürəcəklər.  Allaha  and  olsun  sanki  mən  onları  və  onların  etdiklərini  görürəm.  Sanki 
facirlərin  və  zalım  bədəvi  ərəblərin  onlardan  nə  çəkdiklərini  görürəm.  Allah  onları 
bunların  üzərinə  müsəllət  edəcək.  Onlar  da  rəhm  etmədən  və  aman  vermədən  onları 
FƏRATIN SAHİLİNDƏKİ ŞƏHƏRLƏRİNDƏ QURUDA VƏ SUDA qətlə yetirəcəklər. 
Daha öncə etdikləri işlərin cəzası olaraq. Sənin Rəbbin bəndələrinə zülm edən deyil.” 
– ər-Rəcət: 157; Mucəmul-Əhadis: 3/253, h.783; Ğeybəti-Numani: 14cü bab, s.286, h.13 
Sonuncu  hədisdə  keçən  “FƏRATIN  SAHİLİNDƏKİ  ÖZ  ŞƏHƏRLƏRİNDƏ  QURUDA 
VƏ SUDA” ifadəsi də məhz BƏSRƏ şəhərinə işarət edir. Çünki Bəsrədən başqa dünyada, 
Fəratın sahilində quruda və suda yerləşən heç bir şəhər yoxdur. 
MEHDİNİN (Ə.S) DAVRANIŞI – YENİ İSLAM 
(Abdullah deyir ki) Əba Əbdillahdan (ə.s) Mehdinin davranışı barədə sual soruşdum və 
(dedim ki) necə bir yol tutacaq? Buyurdu: “Allah Rəsulu (s) nə etmişdisə o da onu edəcək. 
ÖZÜNDƏN ƏVVƏLKİLƏRİ UÇURUB YIXACAQ. Necə ki, Allah Rəsulu (s) cahiliyyəti 
yıxıb uçurdu. İSLAMI YENİDƏN BAŞLADACAQ.” 
-  İsbatul-Huda:  3/539,  hədis  499;  Hilyətul-Əbrar:  2/627;  Biharul-Ənvar:  52/352,  hədis  108; 
Mucəmul-Əhadis: 4/51, 1123; Qeybəti-Numani (azəricə): 254, hədis 13 
Abdullah ibn Əta nəql edir: Əbu Cəfər Baqirə (ə.s) sual verib dedim: “Qaim qiyam etdiyi 
zaman  insanlarla  nə  cür  rəftar  edəcək?”  Buyurdu:  “Allah  Rəsulu  (s)  kimi  ÖZÜNDƏN 
ƏVVƏLKİLƏRİ YIXIB UÇURACAQ, İSLAMI YENİDƏN BAŞLADACAQ.” 
- Əqdüd-Dürər: 227; Biharul-Ənvar: 52/354, hədis 112; Qeybəti-Numani (azəricə): 256, hədis 17 
və digər mənbələr. 
Müfəzzəl  ibn  Ömər  nəql  edir:  Mən  Əbi  Əbdillah  (ə.s)’ın  belə  buyurduğunu  eşitdim: 
“Qaim qiyam etdiyində Şiələrin içindəki yalançılardan başlayacaq və onları öldürəcək.” 


ahmedalhasan313.wordpress.com 
107 
 
- İxtiyar Mərifətul-Ricali-Tusi: 2/589; əl-Kəşşi: s.253 
Malik ibn Zəmrə nəql edir: Möminlərin Əmiri Əli (ə.s) buyurdu: “Ey Malik ibn Zəmrə! 
Şiələr bir-birilə ixtilaf edərsə nə edərsən? (Əllərini bir-birinə yaxınlaşdıraraq barmaqlarını 
bir-birinə keçirdi) Ərz etdim ki: “O zamanda heç bir xeyir yoxdur!” İmam (ə.s) buyurdu: 
“Xeyirin  hamısı  o  zamandadır,  ey  Malik!  O  zaman  Qaimimiz  qiyam  edəcək,  Allahı  və 
Rəsulunu inkar edən 70 nəfər çıxacaq. O da onları öldürəcək. Sonra Allah hər kəsi onun 
ətrafında cəm edəcək.” 
- Bəşarətul-İslam: s.50; Biharul-Ənvar: 52/115 
Əbu  Cəfər  Baqir  (ə.s)  buyurdu:  “Qaim  yeni  bir  əmr,  yeni  bir  kitab  və  yeni  bir  qəzavət 
gətirəcək.  Ərəblərə  qarşı  sərt olacaq.  İşi  yalnız  qılıncla  olacaq. Heç  kəsdən  tövbə  qəbul 
etməyəcək. Allah yolunda bir kimsənin məzəmmət və qınağından narahat olmayacaq.”  
-  İsbatul-Huda:  3/540,  hədis  502;  Biharul-Ənvar:  52/354,  hədis  114;  Mucəmul-Əhadis:  3/253, 
hədis 783; Qeybəti-Numani (azəricə): 257, hədis 19 
Əbu  Həmzə  Somali  rəvayət  edir  ki,  Əbu  Cəfər  Muhəmməd  ibn  Əli  (ə.s)  buyurdu: 
“Muhəmməd ailəsinin Qaimi (ə.s) qiyam etdiyi zaman Allah musəvvimin (nişanlanmış), 
mürdifin (bir-birinin ardınca gələn), munzəlin (nazil olan) və kərrubiyyin mələklərlə ona 
yardım edəcək. Cəbrail önündə, Mikail sağında, İsrafil solunda olacaq. Qorxu bir ay onun 
önündə,  arxasında,  sağında  və  solunda  addımlayacaq.  Müqərrəb  mələklər  onun 
arxasında  olacaqlar.  Onu  izləyən  ilk  şəxs  Muhəmməd  (s),  ikinci  şəxs  Əli  (ə.s)  olacaq. 
Onunla  qınından  sıyrılmış  bir  qılınc  olacaq.  Allah  onun  üçün  Rumu,  Deyləmi,  Sindi, 
Hindistanı, Kabil şahı və Xəzəri fəth edəcək. 
Ey Əbu Həmzə, Qaim (ə.s) (camaat) güclü qorxuda olduqları, zəlzələlər  və fitnələr baş 
verdiyi, insanlar bir bəlaya və ondan öncə isə tauna düçar olduqları bir zamanda, ərəblər 
arasında  kəskin  bir  qılıncın  mövcud  olduğu  bir  zamanda,  insanlar  güclü  münaqişə  və 
ixtilafa düşdükləri, dinlərində parçalandıqları və  halları dəyişildiyi bir zamanda qiyam 
edəcək.  
O zaman bir çoxları insanlarda gördüyü azğınlıq və vəhşilik səbəbindən və onların bir-
birlərinin ətini necə yemələrini görməsi üzündən gecə-gündüz özünə ölüm arzulayacaq. 
Onun zühuru (insanlar) ümidsizlik və məyusluğa düçar olduqları zaman baş verəcək. 
Xoş  olsun  onu  görüb  onun  köməkçilərindən  olan  şəxslərin  halına!  Vay  olsun,  çox  vay 
olsun ona qarşı və onun əmrinə qarşı çıxana və ona düşmən olana! 
O  yeni  əmr,  yeni  sünnə,  yeni  qəzavət  gətirəcək.  Ərəblərə  qarşı  sərt  olacaq.  İşi  yalnız 
öldürmək olacaq. Heç kəsdən tövbə qəbul etməyəcək. Allah  yolunda bir  kimsənin onu 
danlayıb məzəmmət etməsindən qorxmayacaq.” 
- İsbatul-Huda: 3/540, hədis 506; Biharul-Ənvar: 52/349, hədis 100; Mucəmul-Əhadis: 3/183, 
hədis 706; Qeybəti-Numani (azəricə): səh.258, hədis 22 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə