Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə13/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

ahmedalhasan313.wordpress.com 
29 
 
əmrlərinə  qarşı  çıxarsa,  Allahın,  mələklərin  və  bütün  insanların  lənəti  o  kəsin  üzərinə 
olsun.” 
- Hadiyəl-Kübra (Hüseyn ibn Həmdan əl-Hasibi): “İmam Həsən əl-Əskəri (ə.s) babı” bölümü 
Seyyid Əba Əbdillah Hüseyn ibn Həmdan əl-Hasibi nəql edir ki, Muhəmməd ibn Saleh 
ibn  Əli  mənə  dedi  ki:  “Mövlam  İmam  Əba  Muhəmməd  Həsən  (ə.s)'ın  hüzuruna  daxil 
olub  soruşdum:  “Ey  Mövlam!  Sizdən  sonra  dini  bilgiləri  kimdən  öyrənim,  həqiqət 
yolunda kimə iqtida edim?” İmam (ə.s) buyurdu: “Dini bilgiləri Nasibilərin Rafizilikdə 
günahlandırdıqları,  Müqəssirənin  Ğüluvda  günahladırdıqları,  Ğulatların  küfrdə 
günahlandırdıqları və Əhli-Beytin (ə.s) seçkin əshabı arasında qısqanılan kəsdən öyrən, 
ondan istə, dini elm barəsində hər istədiyini onda tapacaqsan, haqq və həqiqət ondadır.” 
Sonra  Muhəmməd  ibn  Saleh  ibn  Əli  dedi:  “Mövlam  İmam  Əskərinin  (ə.s)  saydıqları 
bütün  bu  xüsusiyyətləri  Seyyidim  Əbu  Şüeyb  Muhəmməd  ibn  Nuseyrdə  tapdım  və 
anladım ki, İmamın (ə.s) işarət etdiyi kəs o idi. Və ona tabe olaraq haqq və həqiqət yoluna 
iqtida etmiş oldum.”  
- Hadiyəl-Kübra (Hüseyn ibn Həmdan əl-Hasibi): “İmam Həsən əl-Əskəri (ə.s) babı” bölümü 
Hüseyn ibn Həmdan dedi: Mənə Əhməd ibn Yusif, İshaq ibn Muhəmməddən, o da Əbu 
Sukeynadan, o da Muhəmməd ibn Sinandan rəvayət etdi ki, Müfəzzəl ibn Ömər İmam 
Əba  Əbdillah  Cəfər  (ə.s)'dan  nəql  etdi:  “Allah  (svt)  peyğəmbərlikdən  sonra  İmaməti 
Əmirəl-Möminin Əli (ə.s) və onun 11 övladında qərar qıldı. Onları Məkkə əhli arasında 
Öz  əmr  və  nəhylərini  xatırladan  Höccətlər,  elm  və  sirrinin  mədənləri  təyin  etdi.  Hər 
İmama  (ə.s)  BİR  BAB  olmaqla,  onlara  12  bab  təyin  etdi.  Mömin  bir  kəs  İmamın  (ə.s) 
elminə  o  bab'dan  daxil  olar.  Hər  kim  bir  babı  inkar  edərsə,  birbaşa  İmamı  (ə.s)  inkar 
etmişdir. Və Allah münkirin iman və əməllərini qəbul etməkdən imtina edər. On birinci 
bab zühur edincə, on birinci İmam (ə.s) da zühur edər, və on ikinci İmam (ə.s) qeybətə 
çəkildiyi  zaman  on  ikinci  bab  da  onunla  (ə.s)  birlikdə  qeyb  (məxfi)  olar.”  Sonra  İmam 
Sadiq  (ə.s)  belə  buyurdu:  “On  birinci  İmam  (ə.s)  oğlum  Əli  Nəqidən  (ə.s)  olan  oğlum 
Həsəndir (ə.s), Əli (ə.s) də oğlum Muhəmməddən (ə.s), Muhəmməd (ə.s) də oğlum Əlidən 
(ə.s),  o  da  oğlum  Musa  Kazımdandır  (ə.s).  Onun  (yəni  Həsən  Əskəri  (ə.s))  BABI 
MUHƏMMƏD  İBN  NUSEYR'dir.  Bablığı  zamanında  çoxu  onu  qısqanacaq.  Elə  ki,  bu 
qısqanclıq  onların  çoxunu  ondan  ayıracaq,  onu  bizə  şikayət  belə  edəcəklər  ki,  biz 
onlardan uzağıq, onlar da bizdən uzaqdırlar. Axirətdə də onlar itirənlərdəndirlər.” 
- Hadiyəl-Kübra (Hüseyn ibn Həmdan əl-Hasibi): “İmam Həsən əl-Əskəri (ə.s) babı” bölümü 
Müfəzzəl ibn Ömərdən nəql olunur ki, İmam Cəfər Sadiq (ə.s) ona İmam Mehdi (ə.s)'ın 
anadan  olacağı  vaxtı,  yeri,  onun  zamanındaki  çətinlikləri  və  qeybətini  xəbər  verdi.  Və 
buyurdu: “Daha sonra qeybətə çəkilərək gözlərdən gizli qalacaq.” Müfəzzəl soruşdu: “Ey 
Mövlam!  Bu  əsnada  onunla  kim  danışacaq?”  İmam  (ə.s)  buyurdu:  “Qeybəti  əsnasında 


Ansarullah Production 
30 
 
BABI olaraq onu əvəz edən ƏBU ŞÜEYB MUHƏMMƏD İBN NUSEYR ƏN-NUMEYRİ 
onu görəcəkdir, daha sonra o (yəni İmam Mehdi (ə.s)) Məkkədə zühur edəcəkdir.” 
- Hidayətül-Kübra (Əllamə Əbu Əbdullah Hüseyn ibn Həmdan əl-Hasibi): bab 14, səh.395-396; 
Biharul-Ənvar: cild 53, səh. 1-16 
Muəmməd Deynuridən rəvayətlə o zamanlarda yaşanan vəkillik mübahisələrinin hansı 
boyutlarda olduğunu göstərən hadisələri qısaca nəql edək: “İmam Həsən Əskərinin (ə.s) 
vəfatından  bir  və  ya  iki  il  sonra  Həcc  niyyətile  Ərbildən  Deynura  gəldim.  İnsanlar 
çaşqınlıq  içində  idilər.  Gəlişimə  çox  sevindilər.  Ələvilər  evimdə  toplandılar.  Əhlibeytə 
(ə.s)  təslim  edilmək  üzrə  aramızda  16000  Dinar  topladıq.  Bu  malları  özünlə  götürüb 
lazımi  yerə  təslim  etməyini  istəyirik  dedilər.  Dedim  ki,  mən  də  çaşqın  haldayam, 
zamanımızın qapısının (Bab) kim olduğunu bilmirik. Biz sənin bu malı yanında sahibinə 
daşımağını istəyirik. Çünki sənin çox əmin və kərim olduğunu bilirik. Bu malı sənə dəlil 
təqdim edə bilməyən heç kəsə verməməyini istəyirik, dedilər. Yüklərinin hər birini ayrı 
torbalarda və yüklüklərin içindəki malları alıb yola düşdüm. Qarmisiynə çatdığım zaman 
içində yaşayan Əhməd ibn Həsəni ziyarət etdim. Məni görüb çox sevindi. Hara getdiyimi 
və nə götürdüyümü dediyim zaman mənə 1000 Dinar və içində nə olduğunu bilmədiyim, 
içi  dolu  yüklük  verdi.  Bunları  sənə  dəlil  gətirə  bilməyən  heç  kəsə  vermə,  deyə  təmbeh 
etdi.  Bağdada  çatdığım  zaman  İmamın  vəkilini  tapmaq  üçün  çox  əlləşməyə  başladım. 
Araşdırmalarım nəticəsində Bağdadda üç nəfərin vəkillik iddia etdiyini eşitdim. Əhməd 
ibn  Abdullah  əl-Bəxtani,  İshaq  əl-Əhmər,  Osman  ibn  Səid  adındakı  şəxslərin  vəkillik 
iddiasında olduqlarını öyrəndim.  
İlk əvvəl əl-Baxtaninin evinə getdim. Onun, heybətli, yaşlı əlinin altında xidmətçiləri olan 
geniş bir evdə yaşayan varlı bir şeyx olduğunu gördüm. Ona İmamın vəkilinə verilməli 
mallarla  bərabər  gəldiyimi  dediyim  zaman  vəkilin  özü  olduğunu  və  malları  özünə 
verməyim lazım olduğunu dedi. Malları verə bilməyim üçün vəkilin özü olduğuna dair 
mənə dəlil göstərməyi lazım olduğunu dediyim zaman gözləməyimi istədi. Yanında üç 
gün qalmağıma baxmayaraq heç bir dəlil göstərə bilmədiyi üçün yanından ayrılıb İshaq 
əl-Əhmərin yanına getdim.  
İshaq  əl-Əhməri  əl-Bəxtanidən  daha  gənc  və  daha  zəngin  gördüm.  Ona  da  İmamın 
vəkilinə verilmək üzrə mallarla bərabər gəldiyimi dediyim zaman vəkilin özü olduğunu 
və malları ona verməyimi istədi. Malları verə bilməyim üçün vəkilin o olduğuna dair dəlil 
istədiyim zaman mənə gözləməyimi dedi. Yanında üç gün qalmağıma baxmayaraq heç 
bir dəlil göstərə bilmədiyi üçün yanından ayrılıb Osman ibn Səidin yanına getdim. 
Osman ibn Səidi digərlərinin əksinə mütəvazi, kasıb, kiçik  və  xidmətçiləri olmayan bir 
evdə yaşayan bir şeyx olaraq gördüm. Halımı soruşdu, mən də İmamın vəkilinə verilmək 
üzrə  mallarla  bərabər  gəldiyimi  dəlil  gətirən  kəsə  verəcəyimi  dedim.  Bu  malı  sahibinə 
vermək  istəyirsənsə  Səmərraya  get,  sahibi  Səmərrada  FİLAN  OĞLU  FİLANDIR.  Sən 
orada axtardığını tapacaqsan dedi. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə