Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə11/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

ahmedalhasan313.wordpress.com 
25 
 
təhriflərə görədir. Çünki bəzi hədislərə “YƏMƏNDƏN” sözü mötərizə içi qeyd edilsə də, 
növbəti  nüsxə  və  çaplarda,  “YƏMƏNDƏN”  sözü  mötərizə  içində  olsa  da  və  bundan 
dolayı  hədisin  mətnindən  deyil,  yazarın  şərhi  sayılsa  da,  bəzi  çaplarda  mötərizə 
götürülür və elə təəssürat yaranır ki, guya İmamlar (ə) HİDAYƏT BAYRAĞININ SAHİBİ 
OLAN YƏMANİ ÜÇÜN “YƏMƏNDƏN” ifadəsini zikr ediblər. Halbuki köhnə çaplara 
nəzər  saldıqda,  “YƏMƏNDƏN”  sözü  ilə  rastlaşmırıq.  Əslinə  qalsa  bu  məsələ  sadəcə 
olaraq mötərizə içi qeyd edilmiş məsələdir. Və mötərizə içi olan şey, dəlil sayılmaz. Necə 
ki bir hədisdə deyilir: 
ج يتلا ملسم نب دمحم نع دمحم نع
)ملاسلا هيلع(رفعج يبأ نع اهيف ءا
 
 :)ملاسلا هيلع( لاقف مئاقلا ركذ يف
…(
 رصني هنأو
(يناميلا جورخو ماشلا نمينايفسلا جورخ هجورخ تاملاع نم نإو ةيار هل درت لا هنأو ،بعرلابو فيسلاب
نميلا نم
 ةحيصو )
ا لامك هيبأ مساو ءامسلا نم همساب يداني ِدانمو ،ناضمر رهش يف ءامسلا نم
ص نيدل
319
 
Muhəmməd  ibn  Muhəmməd  ibn  Muslim  Əbu  Cəfərdən  (ə.s)  Qaim  (ə.s)  haqqında  belə 
nəql edir: “Ona qılınc və səyhə (nida) ilə kömək edilmişdir. Ona qarşı heç bir bayraq qalib 
gəlməyəcəkdir.  Zühur  əlamətlərindən  Şamda  Sufyaninin  xürucu,  Yəmaninin  (
Yəmən-
dən
)  xürucu  və  Ramazan  ayında  səmadan  bir  nida  onun  və  atasının  adının  səslənəcək 
olmasıdır.”  
- Kəmalud-Din: səhifə 319 
Və  son  olaraq  bildirmək  istərdik  ki,  bəzi  şəxslər  deyə  bilər:  “Axı  bəzi  hədislərdə,  açıq 
aşkar  Yəməndən  çıxacaq  bir  şəxsə  işarət  edilir.  Və  həmin  şəxsin,  məhz  hədislərdə  zikr 
edilən məşhur “Yəmani” ləqəbli şəxs olmadığını necə sübut edə bilərsiniz?” 
Əslində bu sualın da cavabı aşikardır. Zühur dövründə bir çox şəxsin Yəməndən çıxması, 
onun  məhz  hədislərdə  zikr  edilən  HİDAYƏT  BAYRAĞININ  SAHİBİ  OLAN  YƏMANİ 
olduğu  mənasına  gəlməz.  Elə  olsaydı,  onda  Muhəmməd  (s)  özünün,  yəni  Axırzaman 
Peyğəmbərinin Yəmani olmasını  vurğulayandan sonra, ətrafındakılar  da ona rahatlıqla 
kəzzab  deyə  bilərdi.  Çünki  zahirən,  Muhəmməd  (ə)  Yəməndə  doğulmamışdı.  Halbuki 
hədisdə özünə Yəmani deyir! Və bunu ona görə edir ki, öz nəsil-nəcabətinə işarət etmiş 
olsun. 
Ona görə də bir şəxsin İRAQDA DOĞULUB HİDAYƏT BAYRAĞININ  SAHİBİ OLAN 
YƏMANİ  olması  məsələsi,  yuxarıda  da  zikr  etdiyimiz  kimi,  soyunun  Peyğəmbərin  (s) 
nəslindən gəlməsinə işarətdir sadəcə! 
Amma  zahirən,  Yəməndə  doğulan,  elə  özü  Yəməndən  olan  və  zühur  dövründə 
Yəməndən çıxacaq bir şəxs varmı sualına isə, qəti cavab verirəm: Bəli var! Amma həmin 
şəxs  HƏDİSLƏRDƏ  ZİKR  EDİLƏN,  “HİDAYƏT  BAYRAĞININ  SAHİBİ  OLAN 
YƏMANİ” DEYİL! Nəyə görə? Cavabını buyurun hədisdən oxuyun: 
İmam Sadiq (ə.s) buyurur: “Haqqı tələb edən Yəməndən xüruc edincə…” burada onun 
bəzi  səhabələri  belə  söylədilər:  “Ümid  edirik  bu  gözlədiyimiz  Yəmanidir.  İmam  Sadiq 


Ansarullah Production 
26 
 
(ə.s) buyurdu: “XEYR! Yəmani Əlini (ə.s) sevən biridir, LAKİN Yəməndən çıxan Yəmani, 
BELƏ DEYİLDİR!” 
- Əmalut-Tusi, səhifə 661 
Allah Rəsulu (s) Abbasın əlini və Əli (ə.s)'ın əlini tutdu və buyurdu: “Bu kişinin (Abbas) 
nəslindən  bir  nəfər  olacaq  ki,  dünyanı  ədalətsizlik  və  zülm  ilə  dolduracaqdır.  Və  bu 
kişinin  (Əli  ə.s.)  nəslindən  bir  nəfər  çıxacaq  ki,  dünyanı  ədalət  və  əmin-amanlıqla 
dolduracaqdır. Əgər bunun baş verdiyini görsəniz, üzərinizə düşən məsuliyyət budur ki, 
ŞƏRQDƏN GƏLƏCƏK YƏMANİ OLAN KƏSƏ tərəf gedəsiniz. Çünki o, MEHDİNİN 
BAYRAĞI ilə olandır.” 
- əl-Məhdiyyil-Məv'ud əl-Muntəzər", bab 4, səh.107, hədis 3 
Məsələ olduqca aşkar və möhkəmdir. Və həmişə olduğu kimi, yenə də muxalif cəbhəyə 
dəlil  və  sübutlara  cavab  veririk.  Hər  kim  qəbul  edir  və  ya  inkar  edirsə,  haqq  üzrə  və 
insafən  təfəkkür  etməsini  ümid  edirik  və  bizə  lənət  göndərənlərə,  Allahdan  hidayət 
diləyirik! 
Və son olaraq sizə Şeyx Koraninin açıqlamasını təqdim edirik: Şeyx Əli Korani Mucəmul-
Əhadisil-İmam Mehdi (ə.s) kitabında belə nəql edir: “Mehdi QÜREYŞDƏN olmalıdır və 
xilafət onların arasındadır və ONUN ƏSİL-NƏCABƏTİ YƏMƏNDƏNDİR.” 
- Mucəmul-Əhadis: 1/299  
QAİMİN QEYBƏTİ DÖVRÜNDƏ ONUNLA 
ƏLAQƏDƏ OLANLAR 
Bəziləri  deyirlər  ki,  Əhməd  əl  Həsən  (ə.s)  İmam  Mehdi  (ə.s)  ilə  necə  görüşə  bilər  ki, 
Səməridən  nəql  edilən  hədisdə  Süfyaninin  xürucundan  və  səmadan  gələcək  nidadan 
əvvəl onu gördüyünü söyləyənlər yalançıdır deyilir. Halbuki hədisin ərəbcəsinə diqqət 
etdiyimizdə,  orada  qəsd  edilən  şeyin  insanların  qəsd  etdiklərindən  fərqli  olduğunu 
görmüş olarıq. Hətta bununla yanaşı qeybət dövründə İmam Mehdi (ə.s) ilə görüşənlərin 
olduğunu da açıq şəkildə deyirlər, və üstəlik bu haqda kitablar yazıb filmlər çəkirlər. 
Səməri öz ölümündən altı gün əvvəl, İmam Mehdi (ə.s)’ın əl yazması və dəsti-xətti ilə bir 
yazı yayınladı, orada belə deyilirdi: “Ey Əli ibn Muhəmməd Səməri! Allah sənin müsibə-
tində qardaşlarının mükafatını artırsın, sən altı gün sonra dünyadan köçəcəksən… Zühur 
ancaq Onun izni ilə olacaq. Bu da ancaq uzun zamandan sonra, qəlblərin daşlaşması və 
yer  üzünün  zülmlə  dolmasından  sonra  olacaq.  Çox  keçməyəcək  təqibçilərimdən  məni 
gördüyünü  iddia  edənlər  gələcək.  Amma  bilin  ki,  Süfyaninin  xürucundan  və  göydən 
gələn seyhədən (nidadan) əvvəl məni gördüyünü iddia edən kəslər iftiraçı bir yalançıdır. 
Güç və qüvvət yalnız Allahdandır.” 
Gəlin cümlənin ərəbcəsində keçən ‘məni gördüyünü iddia edən kəslər’ ifadəsini incələyək. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə