Tunc dövründə təsərrüfat Tunc dövründə sənətkarlıq



Yüklə 21,41 Kb.
səhifə1/2
tarix28.11.2023
ölçüsü21,41 Kb.
#135755
  1   2

PLAN

  1. GİRİŞ

  2. Tunc dövründə təsərrüfat

  3. Tunc dövründə sənətkarlıq

  4. Tunc dövrü abidələri

  5. Tunc dövrü əhalisi

Tunc dövrü


GİRİŞ
Eramızdan əvvəl III minilliyin sonlarından başlayan Tunc dövründə Azərbaycan və bütün Zaqafqaziya qəbilələrinin ictimai-iqtisadi və mədəni inkişafında əhəmiyyətli irəliləyişlər baş verir. İnkişaf etmiş əkinçi-maldar təsərrüfatları əsasında böyük yaşayış məskənləri yaranır. Yerli xammaldan tunc məmulatların istehsalı genişlənir. Əkinçilik və maldarlığın inkişafı əhalinin artmasına və patriarxal münasibətlərin güclənməsinə gətirib çıxarır. Hakimiyyət və mülkiyyət qəbilə başçılarının əlində cəmlənir, sinfi təbəqələşmə intensivləşir. Tunc dövründə Azərbaycanda Qobustan, Qaraköpəktəpə, Günəştəpə, Çardaxlıtəpə, Mişarçay, Qəflə təpələri, Sərkərtəpə, Çüttəpə, Şortəpə və digər yeni yaşayış məskənləri yaranır. Zaman keçdikcə onlar müdafiə hasarı ilə əhatəyə alınır.
Tunc dövründə təsərrüfat
Azərbaycan əhalisinin Tunc dövrü fəaliyyətində əsas yeri əkinçilik tuturdu. Yerli sakinlər buğda və arpa, darı və kətan, noxud becərirdilər. Səpin üçün toxumluq taxıl seçilməsi bu dövrün əkinçilik mədəniyyətində böyük tərəqqi idi. Məhsulun biçilməsində tunc oraqlardan istifadə olunurdu. Kür-Araz mədəniyyəti qəbilələrinin iri buynuzlu heyvanları qoşquda istifadə etməsi və çörək bişirməsi məlumdur.
Tunc dövründə Azərbaycan ərazisində təşəkkül tapan qəbilələrin maldarlıq təsərrüfatlarında iribuynuzlu heyvanlar üstünlük təşkil edirdi. Bütün Qafqazda olduğu kimi Azərbaycanda da yayda heyvanlar dağlara, alp otlaqlarına sürülürdü.
Əkinçi-maldarlıq təsərrüfatının inkişafı yeyinti məhsullarının istehsalında irəliləyişə yol açır. İlk dəfə gildən nehrə düzəldilir. Maraqlıdır ki, nehrə öz ilkin formasını bu günə qədər saxlayıb və ondan indi də istifadə olunmaqdadır.
Tunc dövründə sənətkarlıq
Metal alətlər. Eramızdan əvvəl IV minilliyin sonlarından başlayaraq Eneolit dövrü Tunc dövrü ilə əvəz olunmuşdur. Azərbaycanda bu dövr e.ə. II minilliyin sonlarına qədər davam etmişdir. Tuncun meydana gəlməsi ibtidai cəmiyyətin tələbatından doğmuşdu. Azərbaycanda mis yataqları olması Azərbaycanda metalişləmə və metallurgiyanın inkişafına şərait yaratmışdı. Təmiz misdən hazırlanan alətlər gövrək olduğu üçün davamsız idi və tez xarab olurdu. Onu görə də qədim sənətkarlar misin tərkibinə müxtəlif qatışıqlar, məsələn, mərgümüş, sürmə, nikel, daha sonralar qalay qataraq daha möhkəm metal-tunc əldə etdilər.
Əmək alətlərinin, silahların, məişət və bəzək əşyalarmm çoxu tuncdan hazırlandığından bu dövr Tunc dövrü adlanır.Tunc dövrü ibtidai icma quruluşunun inkişaf tarixində çox mühüm yer tutur. Cəmiyyətin həyatının bütün sahələrində böyük dəyişikliklər baş vermiş, ağır zəhmət tələb edən kişi əməyi(xış əkinçiliyi, maldarlıqla, metalişləmə ilə məşğul olmaq) irəli keçmiş, anaxaqanlığı ataxaqanlığı (patriarxat) ilə əvəz olunmuşdur. Təsərrüfatın yeni sahələri meydana gəlmiş, əmək bərabərsizliyi və sosial bərabərsizlik yaranmışdır. Tunc dövründə Azərbaycanda böyük mədəni-etnik birliklər - böyük tayfalar və tayfa birləşmələri meydana gəlmişdir.Azərbaycanda tunc dövrü bir neçə mərhələyə erkən, orta və tunc dövrü mərhələlərinə bölünür.
Azərbaycanın Erkən tunc dövrü əhalisi sənətkarlığın dulusçuluq, metalişləmə, toxuculuq və s. sahələri ilə məşğul olmuşdur. Dulusçuluq daha çox inkişaf etmişdir. Müxtəlif saxsı qab nümunələri hazırlanmış, onların forma və bədii tərtibatına xüsusi diqqət verilmişdir. Onların bir qismi xörək və mətbəx qabları olmuşdur. Ərzaq ehtiyatı və ağartı xüsusi qablarda saxlanırdı. Tuncdan hazırlanan alətlərin, əşyaların keyfiyəti yaxşılaşmışdır. Arxeoloji qazıntılar zamanı Erkən tunc dövrünə aid abidələrdən metal ərintisini tökmək üçün qəliblər və metalişləmə sənətkarlığı ilə bağlı tunc əşyalar aşkar olunmuşdur. Tuncdan əmək alətləri, silahlar, habelə bəzək şeyləri (muncuq, qolbaq və s.) və məişət əşyaları (biz, iynə, bıçaq və s.) hazırlanmışdır. Bəzi sənətkarlar qızıl əşyalar da hazırlamışlar. Tuncun kəşfinə baxmayaraq, məişət və təsərrüfatda daş, sümük alətlərdən hələ də istifadə olunurdu. 

Xış əkinçiliyi. Tunc dövrünün ilk mərhələsindən başlayaraq əkinçilik və maldarlıq, habelə sənətkarlıq sahələrində xeyli inkişaf olmuşdur. Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz edilmişdir. Əkin sahələri daha da genişlənmiş, süni suvarma yaranmışdır. Torpağın xışla şumlanması məhsuldarlığı artırmışdır. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilirdi. Taxılın biçilməsi, döyülməsi və üyüdülməsində daha mükəmməl alətlər tətbiq olunurdu. Taxılın biçilməsində daş lövləhərdən quraşdırılmış oraqlarla yanaşı, tuncdan hazırlanmış bütöv oraqlardan da istifadə edilirdi. Taxıl xüsusi quyularda və böyük təsərrüfat küplərində saxlanılır, həvəngdəstələr, dən daşları (kirkirə) və sürtkəclərin köməyi ilə üyüdülürdü.


Maldarlığın əkinçilikdən ayrılması. Maldarlığın inkişafında mühüm irəliləyiş var idi. Ev heyvanlarının növü və sayı qat-qat artmışdı. Davarların (qoyun, keçi) sayının artması, habelə atdan istifadə nəticəsində maldarlığın yeni sahəsi - köçmə (yaylaq) maldarlığı meydana gəlmişdi. Mal-qara yaz-yay aylarında dağ çəmənlərində otarılır, payızda soyuqlar düşəndə isə qışlaqlara qaytarılırdı. Əkinçilik və maldarlığın belə sürətli inkişafı nəticəsində təsərrüfatın bu sahələri bir-birindən ayrılmışdır. Tarixdə birinci böyük ictimai-əmək bölgüsü baş vermişdi. Maldar və əkinçi tayfalar daha çox öz sahələri ilə məşğul olmağa başlamışlar. Maldar tayfalar əkinçilərə nisbətən daha əlverişli şəraitə malik olduğundan tez varlanmışlar. Maldarlığın sürətlə inkişafı şəxsi tələbatdan artıq məhsul istehsal etməyə imkan vermişdir. Artıq qalan məhsul alış-verişin genişlənməsinə imkan yaratmışdır. Maldarlıqla məşğul olan tayfaların daxilində əmlak bərabərsizliyi meydana gəlmişdir.
Tunc dövrü yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin inkişafı ilə də diqqəti cəlb edir. Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis mədənlərinin məlum olduğu həmin dövrdə Azərbaycanda mis-mədən işləri geniş vüsət alır. Yerli metal istehsalı məmulatı içərisində ən mühüm alət küplü tunc baltalar idi. Beləliklə, Azərbaycanda metal istehsalı və metal əşyaların hazırlanması sənətkarlığın mühüm sahələrindən birinə çevrilir. Tunc dövründə duluzçuluq sənəti də inkişaf edirdi. Müxtəlif formalı kiçik qablardan tutmuş taxıl saxlanan iri küplərədək bir sıra məmulatlar hazrlanırdı. Manqallar və müxtəlif sacayaqlar da saxsı məmulatların istehsalında xüsusi yer tuturdu.

Yüklə 21,41 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə