Tunc dövründə təsərrüfat Tunc dövründə sənətkarlıq



Yüklə 21,41 Kb.
səhifə2/2
tarix28.11.2023
ölçüsü21,41 Kb.
#135755
1   2
Tunc dövrü abidələri
Azərbaycan tunc dövrü abidələri ilə zəngindir. Naxçıvanda, Kür və Araz vadilərində, Urmiya gölü hövzəsində, Qarabağ düzənliyində, Muğanda, Qobustanda, Abşeronda və başqa yerlərdə daha çox yayılmış bu abidələr içərisində qəbirüstü abidələr diqqəti daha çox cəlb edir. Həmin dövrdə axirət dünyası ilə bağlı dini görüşlər əhalinin ideologiyasında müəyyən yer tutmağa başlamışdı. Dəfnə həddən artıq diqqət yetirən tayfa üzvləri bir çox hallarda qəbrin üzərində kurqan düzəldirdilər. Qəbirə isə ölü ilə birgə heyvan əti, başqa ərzaq və avadanlıqlar, silahlar qoyurdular. Bunlardan başqa Urmiya gölü sahilində Göytəpə yaşayış yerində və Naxçıvan ərazisində Qızılvəngdə Tunc dövrünə aid daş qutularda dəfnetmə adətinin nişanələrinə də rast gəlinir.
Tunc dövrü əhalisi
Bu dövrdə Azərbaycanda əhalinin sayı artmışdır. Düzən ərazidə yaşayan əhali Erkən Tunc dövründə dağətəyi və dağlıq zonalarda da məskənlər salmışlar. Yaşayış məskənlərində bir neçə qəbilənin birləşdiyi tayfalar yaşayırdı. Yaşayış məskənlərinin sahəsi bəzən 3-5 hektara çatırdı. Yaşayış məskənləri həmişə suya yaxın yerlərdə, çox zaman çay kənarlarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı. Bəzən yaşayış məskənlərinin ətrafına müdafiə divarı çəkilirdi. Belə abidələr Füzuli rayonunda, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Erkən Tunc dövrü yaşayış evləri dairəvi planda olur, bünövrəsi daşdan, divarları çiy kərpicdən tikilirdi. Bəzi bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalarda və yarımqazma evlərdə də yaşamışlar.
Dini ayinlərin icrası üçün ibadətgahlar tikilmişdir. Xaçmaz rayonundakı Sərkərtərə yaşayış məskənində dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Bina səliqə ilə suvanaraq, əhənglə ağardılmışdır. Divarın qarşısında ibadət mehrabı qurulmuşdur. Belə ibadət evləri Qazax rayonunda Badadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlərində də vardır.
Eramızdan əvvəl II minilliyin sonu və I minilliyin əvvəlində tunc emalı yüksək mərhələyə çatır, saxsı qabların istehsalı təkmilləşir. Xış əkinçiliyi geniş vüsət alır. Yaylaq maldarlığının təşəkkülü prosesi başa çatır, düzənliklərdə taxılçılıq, bağçılıq və üzümçülük inkişaf edir. Dağlıq bölgələrin maldar tayfaları metal emalı sahəsində böyük uğurlara nail olur. Dəmirin mənimsənilməsi dövrün mühüm hadisəsinə çevrilir və Tunc dövrü tədricən öz yerini Dəmir dövrünə verir.
ƏDƏBİYYAT

  1. Azərbaycan tarixi, VII cild.

  2. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. BDU nəşriyyatı,2012.

Yüklə 21,41 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə