Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşdirilmiş kitabxana sistemi



Yüklə 180,73 Kb.
tarix20.09.2017
ölçüsü180,73 Kb.

Qobustan rayon Mədəniyyət və turizm şöbəsi

Qobustan rayon Mərkəzləşdirilmiş kitabxana sistemi



http://bakuinfo.az/file/pic/news/1424265949_eliaga_vahid.jpg

Əliağa Vahid.

Əliağa Vahid -120 illiyi ilə əlaqəli

Metodiki məktub.

Qobustan 2015.

Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin (Əlağa Məmmədqulu oğlu İsgəndərovun) anadan olmasının 120 illiyi tamam olur. 

Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şair Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli Azərbaycan şairi Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2015-ci il.



Əliağa Vahid.

Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 1895-ci il oktyabr ayının 15-də Bakıda doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, mollaxanada iki il oxuduqdan sonra, yoxsulluq üzündən təhsilini yarımçıq qoyub işləməyə başlamışdır. Atası çox erkən vəfat etdiyi üçün əmisinin himayəsində böyümüşdür. Ədəbi fəaliyyətə 1914-1915-ci illərdən başlamışdır. Məktəbdə təhsil almaq imkanı olmasa da, öz üzərində müstəqil çalışmışdır. Erkən yaşlarından dahi qəzəl ustadı M.Füzulinin bir çox qəzəllərini əzbər bilmiş, M.Ə.Sabirin satiralarını, Seyid Əzimin mənzum hekayələrini, qəzəllərini dönə-dönə oxumuşdur. Qəzet və jurnalları müntəzəm mütaliə etmiş, bədii yaradıcılıqla dərindən maraqlanmış, dövrün problemlərinə, tələblərinə diqqət yetirmişdir. Bir müddətdən sonra mətbuatda Sabiranə şeirlər çap etdirməyə başlamış- dır. 1915-1916-cı illərdən “Məzəli”, “Babayi-Əmir”, “Tuti”, “Molla Nəsrəddin” kimi jurnallarla əməkdaşlıq etmiş və həmin jurnallarda çoxlu satirik şeirlər dərc etdirmiş- dir. Bu şeirlərin həm ideya-məzmununda, həm poetikasında ustadı M.Ə.Sabirin təsiri aydın duyulsa da, getdikcə ahəngdə, məcazlı deyimlərdə və bədii ifadə vasitələrində gənc şairin dəsti-xətti özünü hiss etdirmişdi. Ə.Vahidin 1916-cı ildə ayrıca nəşr olunmuş “Tamahın nəticəsi” adlı ilk kitabçasında uşaqlar üçün nəzmə çəkdiyi üç mənzum hekayəsi verilmişdir. Bu kitabça istedadlı gəncin necə bir ciddiyyət və qətiyyətlə yaradıcılıq aləminə gəldiyini sübut etmişdir. 1919-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti ordusunda xidmət etmiş, yazdığı şeirlərini “Əsgər”, “Əsgər Əliağa Vahid”, “Əxz əsgər şöbəsi əsgərlərindən Əliağa Vahid” imzaları ilə nəşr etdirmiş- dir. Ədəbiyyata “Olmadım bir ləhzə, ya rəbb, mən cahan mülkündə şad” misrası ilə başlanan müxəmməslə gələn şair I Dünya müharibəsinin, 1918-1920-ci illərdə xalqımızın başına gələn faciələrin, 1937-ci ilin repressiyasının, II Dünya müharibəsinin törətdiyi fəlakətlərin şahidi olmuş, əzablarını çəkmişdir. O, 1935-ci ildə “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Nəşriyyatında korrektor olmuşdur. Bakı ədəbi mühitinin tanınmış qəzəl şairi M.Ə.Yusifi Əliağaya “Vahid” təxəl-lüsünü götürməyi məsləhət görmüşdür. O, klassik qəzəl məktəbinin istedadlı yetirməsi kimi, öz dəsti-xətti ilə seçilməyə başlamışdı. XX əsrin 30-cu illərində və sonralar, onun qəzəlləri ədəbi tənqiddəki yanlış meyllər nəticəsində dövri mətbuata buraxılmasa da, xalq arasında böyük sürətlə yayılmış, tanınmış müğənnilərin oxuduqları muğamat və mahnı mətnləri kimi ürəklərə yol tapmış, sevilmiş, dillər əzbəri olmuşdur. Klassik Azərbaycan ədəbiyyatında - Nizami, Xaqani, Fələki və Nəvai poeziyasından tərcümələr etmişdir. II Dünya müharibəsində “Əmək igidliyinə görə” medalı ilə təltif edilmişdir. 1959-cu ilin oktyabr ayından respublika əhəmiyyətli fəxri təqaüd almışdır. Əliağa Vahid 1965-ci il sentyabr ayının 30-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Paytaxtımızda heykəli ucaldılmış, 1991- ci ildə haqqında “Qəzəlxan” adlı tammetrajlı bədii film çəkilmişdir. İlk öncə Vahidimizin həyatı haqqında qısa məlumat vermək istərdim. İsgəndərov Əlağa Məmmədqulu oğlu 1894-cü il fevral ayının 17-də Bakı şəhərinin Masazır kəndində anadan olub. O, könülsüz olaraq getdiyi mollaxanada 2 il təhsil alır. Sonralar yoxsulluq üzündən təhsilini yarımçıq qoyub işləməyə başlayır. Atası çox erkən vəfat etdiyinə görə əmisinin himayəsində böyüyür.

O vaxtlarda Bakı kəndlərində “meyxana” adlanan xalq şeiri növünə geniş maraq var idi. Bir neçə şəxs şənlik məclislərində və ya toylarda toplaşaraq bədahətən (fikirləşmədən) söz qoşmaq qabiliyyətlərini ortaya qoyurdular. Meyxananın sözləri məclis əhlinin çırtma çalması ilə və ya nağara ilə müşayiət olunurdu. Çox güman ki, Əlağanın söz sənətinə marağı yeniyetmə vaxtlarından getdiyi bu meyxana məclislərində yaranmışdır.

Əlağanın şeirə olan marağı onu mütaliəyə sövq edir. Gənc yaşlarından dahi şair Məhəmməd Füzulinin bir çox qəzəlini əzbər bilir, Mirzə Ələkbər Sabirin dahiyanə şəkildə yazdığı kəskin satiralarından təsirlənir, Seyid Əzimin hekayə və qəzəllərini oxuyurdu. O dövrdə bədii parçalara yer ayrılmış qəzet və jurnalları mütaliə edir və bədii yaradıcılıqla məşğul olurdu. Bütün bunların ilkin nəticəsi olaraq bir müddət sonra Vahid özü də Sabiranə şeirlərlə mətbuatda görünməyə başlayır. İstedadli gənc bir çox jurnallarda 1915-1916-cı illərdə satirik şeirlər dərc etdirmişdir. Bu şeirlərin poetikasında ustadı M.Ə.Sabirin təsiri aydın duyulurdu. Bundan əlavə Vahidin bədii üslubunda meyxana poetikasının da izləri aydın sezilirdi.

1916-cı ildə Vahidin “Tamahın nəticəsi” adlı ilk kitabı işıq üzü gördü. Burada Vahidin nəzmə çəkdiyi 3 mənzum hekayəsi verilmişdir. Bu kitab istedadlı gəncin qətiyyətlə yaradıcılıq aləminə gəldiyini sübut edirdi. O, qəzəl janrına xüsusilə maraq göstərdiyi üçün ustad qəzəlxanların toplaşdıqları məclislərdə olmağa daha çox can atırdı. Belə məclislərə “Məcməüş-şüəra” ədəbi məclisini misal göstərmək olar. Vahid klassik şeir ənənələrini, əruz vəzninin bəhrlərini kamil şəkildə mənimsəmişdi. Bədiiliyin şərtlərini yaxşı bilirdi, sözləri vəznə görə, ahəngdar səsləndirmək qabiliyyəti xüsüsilə üstün idi.

“Vahid” təxəllüsünün tarixçəsi

Bakı ədəbi mühitinin tanınmış qəzəl şairi Mirzə Əbdülxaliq Yusif Əlağa ilə görüşlərinin birində bu misranı deyir: “Min qəmim vardır, birin mindən bir adəm bilməyir”. Sonra Əlağadan ikinci misranı deməsini istəyir. Əlağa dərhal bu misranı deyir: “Həm bu bir qəm ki, min adəmdən biri qəm bilməyir”. Bundan sonra Mirzə Əbdülxaliq Yusif Əlağaya “Vahid” təxəllüsünü götürməyi məsləhət bilir. Sonralar Vahid qəzəllərinin birində yazırdı: “Mənə təxəllüsü Yusif verib dedi: Vahid, gərək də fərqlənəsən sən bu xudnimalar ilə”.

Vahidin şeirlərində Bədii dilin klassik poeziya dilinə yaxınlığı müşahidə olunur. Onun satirik şeirlərinin əsas tənqid hədəfi yoxsul və aciz insanlara qənim kəsilən, aqil kəslərə zülm edən cahillər idi. Onlar molla, qoçu libası geyinsələr də mənəviyyatca bir sifətdə idilər və şairin kəskin istehzası ilə ifşa olunurdular. Həmçinin bu satirik şeirlərdə meyxanaya məxsus məzəlilik duyulurdu. Vahid bu xalq şeiri janrını məhəlləçilikdən çıxarıb, ona ictimai məzmun gətirir, mətbuatda çap etdirib yaşadığına hökm verirdi. Göründüyü kimi, gənc Vahidin yaradıcılığı iki istiqamətdə inkişaf edirdi: satirik şeir və qəzəl janrı.

Vahid əvvəl-əvvəl ustad meyxanaçı kimi məşhurlaşsa da, dahi Füzulidən yadigar qalan qəzələ böyük məhəbbət bəsləyirdi. Sosialist cəmiyyətin aparıcı qüvvələri isə “feodalizm cəmiyyətinin qalığı kimi” qəzəli də, əruzu da, hətta Füzulinin özünü də yeni quruluş üçün yararsız hesab edirdilər. Vahid böyük ustada sədaqətində “sabitqədəm” idi. O yaradıcılığında Füzulinin bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, qafiyə və rədiflərdən faydalanaraq bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olmağa səy edir, onun qəzəllərinə nəzirə və təxmislər yazırdı. O, Füzuli ədəbi dili üçün səciyyəvi olan metoforik ifadələr, məcaz və təşbehlər işlədir, lirik məzmunu mürəkkəb ərəb-fars tərkibləri ilə mənalandırmağa xüsusi səy göstərirdi.

Əlağa Vahid öz lirik “mən”-ini də ustadin poetik məcazlarına uyğun “dideyi-giryan” (gözüyaşlı), “hali-pərişan” (pərişan hallı), “qəmi-pünhan” (gizli qəmi olan) deyə adlandırır, gözəlini “zülfi-siyah” (qara saçlı), “çeşmi-xumar” ( xumar gözlü), “mahi-camal” (ay üzlü) deyə təşbehlənd
c:\users\admin\downloads\33_71_.jpg30-cu illərdə və sonralar Vahidin qəzəlləri ədəbi tənqiddəki yanlış meyllər nəticəsində mətbuata buraxılmasa da xalq arasında böyük sürətlə yayılırdı. Tanınmış xanəndələrin oxuduqları muğamat və mahnı mətnləri kimi ürəklərə yol tapır, sevilir, dillərdə əzbər olurdu. Vahidin aşiqanə qəzəl yazmaq yolundakı dəyanəti Füzuli sənətinə böyük məhəbbətin bədii təsdiqi idi. O yazırdı: “Cahanda baqi olan eşq mülküdür, ondan qalan nə varsa da viranədir mənə”.

Görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədovun təbiri ilə desək “Vahidin qəzəlləri sevən aşiqin psixologiyasının saysız-hesabsız təzahürləri haqqında təsəvvür yaradır: şikayət, sevinc, şuxluq, qürur, küskünlük, ümid, peşmanlıq, xeyir-dua, tənqid, məşuqəyə valehlik, istehza, zarafat, dialoq, hətta qarğış…”. Belə zəngin mənəvi-hissi rəngarənglik qəzəllərin həm obrazlı deyim tərzində, həm də ritmik ahəngində təkrarsız poetik vasitələrlə bədiiləşirdi: “Bu şirinlik, bu lətafət ki, sənin var, gözəlim, sənə güldən də mən əla deməyim, bəs nə deyim?!…”. Yaxud: “Heç kəs ki, yeni meyvəsin istərsə baharın, baxsın bu gözəl dilbərə, xalis çiyələkdir”.

Vahidin qəzəllərində sadə, adi xalq danışıq dilində işlənən söz və ifadələr yeni məzmun kəsb edir, səmimi, zarafatcıl bir aşiq obrazı yaranırdı. O, əlçatmaz gözələ olan məhəbbəti sarıdan ah-nalə etməkdən çox, adi insani hiss və münasibətlərdən bəhs açır. Şairin “Bir dənəsən”, “Kimin istəkli yarısan” və s. qəzəlləri geniş yayılmış və müəllifinə şöhrət qazandırmışdır. Bundan başqa şair vətənə, xalqa məhəbbətini də əruzun ritmik bəhrləri ilə qoşa misralarda nəzmə çəkmişdir. Yalnız ona xas dərin bir səmimiyyətlə yazırdı: “Xalqına fürsət var ikən xidmət et, Vahid, müdam, ta ki, sən də bu sədaqətlə cahanda ad qıl”.

Vahidin bir sıra qəzəllərində xalqın taleyi ilə bağlı elə beytlər vardır ki, onları bütün dövrlər üçün əhəmiyyətli sayıla biləcək müdrik kəlamlar cərgəsinə qoşmaq mümkündür: “Xalqın evi bərbad olamaz, bil bunu, Vahid, hərgah onu təmir edə memari-ədalət”. Ə.Vahid ömrünün kamil çağında böyük təvazö ilə yazmışdır: “Deyərdim, əhli-qələm, Vahid, əfv edərsə məni, böyük Füzulimizin yadigarı mən özüməm”.

Əlağa Vahid 1965-ci ildə vəfat etmişdir. Xalqın istəyi ilə “Fəxri xiyaban”-da dəfn olunmuşdur. Mənim ən çox sevdiyim şairlərdən biri olan Vahid haqqında məlumat verməklə, sanki, öz borcumu yerinə yetirmiş oldum. Allah Vahidə rəhmət etsin, ruhu şad olsun, qəbri nurla dolsun.

.


https://fbcdn-profile-a.akamaihd.net/hprofile-ak-xap1/v/t1.0-1/c9.0.112.112/75660_167872326576423_4498805_n.jpg?oh=28fda820d5567d2db8cf621c33405b6c&oe=5613192b&__gda__=1444735484_996690a620d48f76133410a7f9e58ccf

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.Xalqımızın bu böyük və sevimli şairi 1965 – ci ilin oktyabr ayının 1 – də Maştağada 1№-li xəstəxanada vəfat etmişdir. Bakıda, Fəxri xiyabanda dəfn olunmuşdur. 1990 – cı ildə Bakıda Vahid adına bağda şairə əzəmətli heykəl ucaldılmışdır. Bakıdakı küçələrdən biri onun adını daşıyır. Əliağa Vahidin həyatını əks etdirən “Qəzəlxan” kinofilmi çəkilmişdir. 1991 – ci ildə Maştağa qəsəbəsi ağsaqqalların təşəbbüsü ilə Maştağa mədəniyyət evində Respublika Vahid cəmiyyəti yaradılmışdır. Bu yaxınlarda həmin bağda bərpaçılıq işləri aparılmış və Əliağa Vahidin heykəli şəhərin tam mərkəzinə “İçəri şəhər”ə köçürülmüşdür.Bu il görkəmli sənətkarımızın 120 illiyi münasibətilə bir çox məktəb və kitabxanalarda, ümumiyyətlə mədəni-maarif ocaqlarında “Əliağa Vahid – 120” şüarı altında tədbirlər keçiriləcək. Keçirilən tədbirlərdə ilk növbədə “Vahid, hələ qarşında böyük bir gələcək var!”, “Vahid – məhəbbət ocağı”, “Vahidəm, mən də bu elin, bu yurdun şairiyəm”, “Xalqın böyük söz ustadı – Əliağa Vahid” və s. kimi başlıqlarla kitab sərgiləri tərtib olunmalıdır. Sərgidə Vahid irsini təbliğ edən qəzəllərin toplusu, Vahid haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto-surətindən də istifadə etmək olar. Həmçinin sərginin oxucu tərəfindən marağının daha da cəlb edilməsi üçün şairin qəzəllərindən parçalar, görkəmli şəxsiyyətlərin şair haqqında deyilmiş sitatları vermək olar. Sərgidə sitatlardan əlavə yazıçının həyat və yaradıcılığının əsas tarixlərinin qeyd olunduğu siyahı da vermək olar. Kitabxanada oxucu konfransı,şairin qəzəllərinin müzakirəsi, sual-cavab gecəsi, ədəbi-bədii gecə və s. keçirmək olar.

Əliağa Şıxlinskinin-120 illiyi ilə əlaqədar kitab sərgisi.


1.Sərancam.


2.c:\users\admin\downloads\images.jpg

3.

c:\users\admin\downloads\images.jpg

4.

c:\users\admin\downloads\images.jpg

5.Sitat.

6. c:\users\admin\downloads\images.jpg

7.

c:\users\admin\downloads\images.jpg

8. c:\users\admin\downloads\images.jpg

Əliağa Şıxlinskinin-120 illiyi ilə əlaqədar kitab sərgisi.

1.Seçilmiş əsərləri.-B.: Azərnəşr, 1975.-295s.

2.Seçilmiş əsərləri.-B.: “Lider nəşriyyatı”, 2005, 472s.

3.Ə.Vahid. Aforzimlər.Epitafiyalar.-B.:Azərnəşr, 1990.-73s.

4.Ə.Vahid haqqında bildiklərimiz.-B.: “Şərq-Qərb”, 1995.-240s.

5.Sitat.GÖZƏLDİR



Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,


Can ver elə cananə ki ilqarı gözəldir.

6.Ə.Vahid.Qəzəllər.-B.: “Azərnəşr”, 1964.-363s.



7.Azərbaycan ədəbiyyatı tarixi, 2 cilddə, B.: 1967.-302s.
: front -> files -> libraries -> 1665 -> documents
documents -> Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşmiş kitabxana sistemi
documents -> " Novruz-2016" adlı Novruz bayram şənliyinin
documents -> Mәdәniyyәt haqqında azәrbaycan respublikasinin qanun 26 Noyabr, 2015
documents -> Multikulturalizm ILI
documents -> 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur
documents -> Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası
documents -> 2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
documents -> Azərbaycan qadınlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə