Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə12/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

ahmedalhasan313.wordpress.com 
27 
 
Əvvəla  onu  da  qeyd  edək  ki,  Əli  ibn  Muhəmməd  Səmərinin  İmam  Mehdi  (ə.s)’dan 
rəvayət  etdiyi  hədis  haqqında  nəql  edilən  bir  söhbət  var.  Onun  mətni  belədir:  …  Mən 
dedim ki, “Ey mövlam, həqiqətən də bizim alimlərimiz Əmrin Sahibi (ə.s) haqqında bəzi 
hədisləri  nəql  etdilər.  Böyük  qeybətə  girməsi  əmr  edildiyi  zaman  o  demişdir,  “Böyük 
qeybətimdə  məni  gördüyünü  iddia  edən  kəslər  yalançıdır.”  Buna  baxmayaraq  bir  çox 
şəxslər  onu  görmüşdür,  hətta  sizin  belə  aranızdan.”  O  da  belə  dedi:  “Doğru  söylədin, 
lakin o (ə.s) bunu o zamanda demişdir, çünki Bəni-Abbas fironları ilə yanaşı öz ailəsindən 
də xeyli düşmən var idi, hətta o qədər ki, Şiələr bir-birini İmam haqqında danışmaqdan 
çəkindirdi.  İndiki  zamana  gəlincə,  xeyli  zaman  keçdi  və  düşmən  ümidini  kəsdi.  Bizim 
torpaqlarımız  onların  idarəçiliyi  xaricindədir  və  biz  də  onların  zülmündən  qorunmaq-
dayıq. Həmçinin İmam (ə.s)’ın bərəkətilə düşmənlərinin heç birinin bizə əli çata bilməz.”
 
Ğeybəti Numani: s.187; Təfsiri-Əyyaşi: 2/56, Biharul-Ənvar: 52/341, Mücəmul-Əhadis: 5/2
 
Məntiq  prinsiplərinə  əsasən  insanların  qəbul  etdiyi  əqli  qaydalardan  biri  də  budur  ki, 
“Naməlum bir məsələ və xüsusi bir məsələ eyni statusdadır”. Və “Süfyaninin xürucun-
dan  və  göydən  gələn  seyhədən  (nidadan)  əvvəl  məni  gördüyünü  iddia  edən  kəslər 
iftiraçı  bir  yalançıdır”  şəklində  olan  Səmərinin  rəvayətində  mövcud  olan  məsələ 
naməlum bir məsələdir. Şübhəsiz o, xüsusi bir məsələ ilə eyni statusdadır, yəni belə də 
deyilə bilər: “Süfyaninin xürucundan və göydən gələn seyhədən (nidadan) əvvəl məni 
gördüyünü  iddia  edən  kəslərin  bir  qismi  iftiraçı  bir  yalançıdır.”  Onsuz  da  hədisdə 
ümumiyyətə  işarə  edən  açıq  bir  ibarə  yoxdur,  əksinə  xüsusa  işarə  edən  açıq  bir  ibarə 
vardır. O ibarə İmam Mehdi (ə.s)’ın qiyamından əvvəlki dövrdə onu təmsil edəcək birini 
göndərəcəyini açıqlayan rəvayətlərdir. Onların arasında məzkur rəvayət (bu, İmam Baqir 
(ə.s)’dan  nəql  edilən  rəvayətdir)  və  Yəmani  barədə  olan  rəvayətlər  vardır,  həmçinin 
bundan başqaları da çox saydadır.  
Xüsusilə də məntiq prinsiplərilə tanış olmayan kəslər üçün məsələni  daha geniş şəkildə 
açıqlamaq  üçün  deyirəm:  Bu  məsələ  ya  müəyyən  (məlum)  ya  da  qeyri-müəyyən 
(naməlum)  olmalıdır.  Məlum  olan  şey  isə  ya  ümumiyyəti,  ya  da  xüsusiyyəti 
müəyyənləşdirməlidir. Çünki “…məni gördüyünü iddia edən kəslərin HAMISI iftiraçı 
bir yalançıdır” deyilsəydi, bu ümumiyyətə işarə edən bir məsələ olardı. Çünki cümlədə 
“hamısı” ifadəsi keçmişdir. Əgər “…məni gördüyünü iddia edən kəslərin BİR QİSMİ 
iftiraçı bir yalançıdır” deyilsəydi, bu da xüsusiyyətə işarə edən bir məsələ olardı. Çünki 
bu  cümlədə  “bir  qismi”  ifadəsi  keçmişdir.  Lakin  məsələni  qeyri-müəyyən  olaraq 
saxlasanız və (hamısı, bir qismi kimi) bir işarə (indikator)  işlətməsəniz, onda bu, xüsusi 
bir məsələ ilə eyni statusda olacaq. Bu səbəbdən ümumiyyətinə işarə edən açıq bir işarə 
olmadıqca,  ümumiyyətdən  söz  edilə  bilməz.  Çünki  bu  işarə  yoxdursa  və  var  olan  şey 
xüsusiyyətə işarə edirsə, bu məsələ həqiqətən də xüsusi bir məsələdir. Yuxarıdakı məsələ 
isə, qeyri-müəyyən bir məsələdir və onun ümumiyyətinə işarə edən heç bir işarə yoxdur, 
əksinə  onun  xüsusiyyətinə  işarə  edən  bir  işarə  vardır  (və  bu,  İmamların  (ə.s) 


Ansarullah Production 
28 
 
rəvayətləridir).  Ona  görə  də  bu  məsələ  xüsusi  məsələlərdən  biridir  və  həmçinin 
Səmərinin rəvayəti hər cür elçiliyin kəsildiyinə işarə etməməkdədir.  
Elə isə onlar necə möhkəmi mütəşabihə çevirirlər? Nə haqla möhkəmi bir kənara atırlar?!” 
Və bugün təqlidçilər bəzi müctehidlərin İmam Mehdi (ə.s)’ın bəzi şəxslərə göründüyünü 
qəbul etdikləri halda necə olur ki, Əhməd əl Həsən (ə.s)’a gəldikdə bunu inkar edirlər.  
İshaq  ibn  Əmmar  əs-Seyrəfi  nəql  edir:  Əba  Əbdillah  (ə.s)’ın  belə  dediyini  eşitdim: 
“Qaimin iki qeybə çəkilməsi olacaqdır. Onlardan biri uzundur, digəri isə qısa. Birincidə 
onun yerini xüsusi şiələri biləcək, DİGƏRİNDƏ İSƏ ONUN YERİNİ YALNIZCA XAS 
DİN DOSTLARI BİLƏCƏK.” 
-  Kafi:  1/340,  hədis  19;  Təqribul-Məarif:  190;  İsbatul-Huda:  3/445,  hədis  29;  Biharul-Ənvar: 
52/155, hədis 10 və 11; Ğeybəti-Numani (azəricə): s.184, hədis 1 
Əbu  Bəsir  nəql  edir:  Əba  Əbdillah  (ə.s)  buyurdu:  “Bu  işin  sahibinin  mütləq  qeybə 
çəkilməsi  olacaq.  Qeybə  çəkildiyi  zaman  da  mütləq  insanlardan  uzaq  olacaq.  Nə  gözəl 
mənzildir  Təyyibə  (Mədineyi-Münəvvərənin  adlarından  biridir).  OTUZ  NƏFƏRLƏ 
BİRGƏ heç bir vəhşət və tənhalıq yoxdur.” 
- Kafi: 1/34, hədis 16; Təqribul-Məarif: 190; Biharul-Ənvar: 52/157, hədis 20; Ğeybəti-Numani 
(azəricə): s.205, hədis 41 
Beləliklə, inkarçılara özlərinin dəlil gətirdiyi hədisin açıqlamasını verərək bunu Əhməd 
əl Həsən (ə.s)’a qarşı istifadə edə bilməyəcəklərini açıqladıqdan sonra, daha bir həqiqəti 
də açıqlayacağıq.  
MUHƏMMƏD İBN NUSEYR 
Həqiqət budur ki, İmam Mehdi (ə.s)’ın kiçik qeybəti dövründə sadəcə bir naibi olmuşdur 
ki,  o  da  Muhəmməd  ibn  Nuseyr  əl-Numeyr  olmuşdur.  Lakin  onun  barədə  yalan  və 
iftiralar ortaya çıxararaq haqqı qəsb edilmiş və tərk edilmişdir. Beləliklə insanlar həqiqi 
naibdən  uzaqlaşıb,  Hüseyn  ibn  Ruh  və  Əli  ibn  Muhəmməd  Səməri  kimi  Bəni-Abbasa 
çalışan  saxtakar  hökumət  adamlarına  və  onların  naib  olduqlarına  inandılar.  Nəticədə 
haqdan tamamilə uzaqlaşaraq batilə yuvarlandılar. Və həqiqi naib olan Muhəmməd ibn 
Nuseyri  tərk  etdilər.  Halbuki  İmamlardan  (ə.s)  olan  hədislərdə  Nuseyrin  bab  olacağı 
öncədən  xəbər  verilmiş, onun şəxsiyyəti təriflənmiş  və  xas  Şiələrdən olduğu  vurğulan-
mışdı.  Lakin  bunlara  baxmayaraq  insanlar  iftira  və  böhtanlara  uyaraq  onun  naibliyini 
inkar etdilər.  
Əbu  Muhəmməd  Həsən  Əskəri  (ə.s)  buyurdu:  “MUHƏMMƏD  İBN  NUSEYR  biz 
Əhlibeytin  (ə.s)  möminlər  üzərində  höccətidir.  O  gizlədilmiş  inci  kimidir  və  Səlmanın 
məqamındadır. Höccətlərimizdən bir  höccəttir. Kim onun  məqamına şübhə edər, onun 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə