Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə43/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   39   40   41   42   43   44   45   46   ...   59

Ansarullah Production 
92 
 
olan, yaxınlarından ayrılan və atası "məvtur" olan şəxs bayraqların sahibidir. O ƏMİSİ 
İLƏ KÜNYƏLƏNİB, ADI DA PEYĞƏMBƏRİN ADIDIR.” 
24 - ..."Bu işin sahibi qovulub didərgin düşən şəxsdir, atası məvturdur, ƏMİSİNİN (ADI 
İLƏ) KÜNYƏLƏNMİŞDİR və yaxınlarından aralı düşəcək şəxsdir. Onun adı PEYĞƏM-
BƏRİN adıdır. 
-  Dəlailul  İmamə:  261;  İsbatul-Huda:  3/535,  h.478;  Biharul-Ənvar:  51/37,  h.9-11;  Mucəmul-
Əhadis: 3/235, h.762; Ğeybəti-Numani (azəricə): bab 10, s.193-194, hədis 22 və 24 
İsa  əl-Xəşəb  dedi:  Mən  Hüseyn  ibn  Əli  (ə.s)’a  dedim:  “Sən  bu  işin  sahibisən?”  O  (ə.s) 
buyurdu:  “Xeyr,  lakin  bu  işin  sahibi  qovulub  yurdsuz  qalandır,  atası  məvtur  olandır, 
ƏMİSİ İLƏ KÜNYƏLƏNMİŞDİR və qılıncı çiynində SƏKKİZ AY daşıyacaqdır.” 
- Kəmalud-Din: s.318 
Allah  Rəsulu  (s)  buyurdu:  “Mənim  adım  ƏHMƏDDİR,  mən  Abdullaham  və  mənim 
adım İsraildir.” 
- Təfsirul-Əyyaşi: 1/44; Burhan: 1/95; Bihar: 7/178 
Əmirəl  möminin  (ə.s)  buyurdu:  “O  kitabı  açacaq  və  cavabları  oxuyacaq.  Ey  ƏBU  ƏL 
ABBAS, sən insanların İMAMISAN.” 
- İlzamun-Nəsib (Yəzdi əl-Hairi): cild 2 
Və bu hədisdə də Qaimin künyəsi Əbu əl Abbas olaraq zikr edilir ki, bu da İmam Mehdi 
(ə.s)’ın künyəsi deyildir. Və ƏL ABBAS İmam Əhməd əl Həsən (ə.s)’ın künyəsidir. Zira 
onun böyük oğlunun adı Abbasdır. Və tanıyanlar onu (ə.s) Əbu Əl Abbas deyə çağırırlar.  
{Bir  zaman  Məryəm  oğlu  İsa  demişdi:  'Ey  İsrail  oğulları!  Həqiqətən,  mən  Allahın  sizə 
göndərdiyi,  məndən  əvvəl  (nazil  edilmiş)  Tövratı  təsdiqləyən  və  məndən  sonra  gələcək 
ƏHMƏD ADLI ELÇİSİ ilə (sizi) müjdələyən bir elçisiyəm!'} [Saff Surəsi: 6] 
İmam Əhməd əl Həsən (ə.s) “İmam Mehdi (ə.s) ilə Görüş” xütbəsində belə buyurmuşdur: 
“...  mən  Mehdi  (ə.s)'dan  Müsəlmanlara,  İsa  (ə.s)'dan  Xristianlara  və  İlyas  (ə.s)'dan 
Musəvilərə göndərilmiş bir Elçiyəm.” 
Və bu ayə həm Rəsulullah Muhəmməd (s) haqqında, həm də Axırzamanda gələcək olan 
Qurtarıcı haqda enmişdir ki, adı Əhməddir.   
İsa (ə.s) buyurmuşdur:  
[Sizə  həqiqəti  deyirəm,  mənim  gedişim  sizin  xeyrinizədir.  Getməsəm,  YARDIMÇI  sizə 
gəlməz.  Amma  getsəm,  onu  sizə  göndərərəm.  O  gəlincə  dünyanın  günah,  doğruluq  və 
gələcək hökm barədəki günahını dünyaya göstərəcək.] [İncil, Yuhanna, 16:5-11] 


ahmedalhasan313.wordpress.com 
93 
 
ATASI ÖZÜNDƏN ÜSTÜN OLAN MEHDİ 
Allah Rəsulu (s) Hüseyn (ə.s)’dan tutub buyurdu: “Ey Səlman! Dünya haqsızlıq və zülmlə 
dolduqdan sonra onu haqq və ədalətlə dolduracaq olan, ümmətimin Mehdisi mənim bu 
övladımın  nəslindəndir.  İmam  oğlu  İmamdır,  alim  oğlu  alimdir,  vəsi  oğlu  vəsidir. 
Özündən öncəki atası İmam, vəsi və alimdir.” Səlman dedi: “Ey Allahın Rəsulu, Mehdi 
üstündür  yoxsa  atası?”  Buyurdu:  “ATASI  ONDAN  ÜSTÜNDÜR.  Onların  ilkində 
onların hamısının savabı var, çünki Allah onları onun vasitəsilə hidayət etmişdir.” 
- Süleym ibn Qeysin kitabı: s.429 
Əbi  Əbdillah  Cəfər  Sadiq  (ə.s)  atalarından  nəql  edir:  Allah  Rəsulu  (s)  buyurdu:  “Və  O 
(Allah) məndən Əlini, Həsəni, Hüseyni və Hüseynin soyundan 12 İmamın geri qalanını 
seçdi.  Onların  (Hüseyn  (ə.s)’ın  soyundan  olan)  doqquzuncusu  (onların)  batinidir,  və 
(onların) zahiridir, və ONLARIN ƏN YAXŞISIDIR, və o Qaimdir.” 
- Ğeybəti-Numani: s.73 
Əbi  Amir  Səid  ibn  Qəzvandan,  o  da  Əbu  Bəsirdən,  o  da  Əbi  Əbdillah  (ə.s)’dan,  o  da 
atalarından  nəql  edir  ki,  Allah  Rəsulu  (s)  belə  buyurdu:  “Vəsilər  Hüseyn  (ə.s)’dandır, 
onlar  Hüseyn  (ə.s)’ın  övladlarından  olan  doqquz  nəfərdir.  Onlar  dini  mübaliğəçilərin 
bidətlərindən, azğınların hiylələrindən və cahillərin təfsirlərindən arındıracaqlar. Onların 
doqquzuncusu onların ən zahir olanı və onların  natiqidir. O, Qaimdir və o, ONLARIN 
ƏN YAXŞISIDIR.” 
- İstibsar: s.8-9 
Şiə aləmində İmamların (ə.s) fəzilət və üstünlükləri haqda məlumat sahibi olanlar bilirlər 
ki, İmam Hüseyn (ə.s)’ın nəslindən olan doqquzuncu İmam, yəni İmam Mehdi (ə.s) digər 
səkkiz İmamdan (ə.s) üstün sayılır. Odur ki, bu hədislərə diqqət etdiyimiz zaman ilk hədis 
ilə sonrakı iki hədisdə bəhsi keçən Mehdinin əslində bir nəfər olmadığı ortaya çıxır. İlk 
hədisdə  Mehdinin  atasının  özündən  üstün  olduğu  bildirilir,  digər  hədislərdə  isə 
hamımızın da bildiyi kimi Qaimin özündən əvvəlki səkkiz İmamdan (ə.s) üstün olması 
açıqlanır.  Odur  ki,  ilk  hədisdə  bəhsi  keçən  Mehdinin  atasının  heç  şübhəsiz  İmam 
Muhəmməd  ibn  əl-Həsən  əl-Mehdi  (ə.s)  olduğu  inkaredilməz  həqiqətdir.  Və  bu 
hədislərdən  ortaya  çıxan  nəticə  budur  ki,  İmam  Mehdi  (ə.s)’ın  oğlu  var  və  o,  dünyanı 
ədalətlə dolduracaq olan Mehdidir. Və bu Mehdi, vəsiyyət hədisində keçən ilk Mehdidən 
başqası deyildir. Və o, Əhməd əl Həsən (ə.s)’dır. 
İmam  Əli  ibn  Hüseyn  (ə.s)  buyurdu:  “Sanki  SİZİN  SAHİBİNİZİ  Nəcəfin  zirvəsində, 
ATASININ ƏNSARLARI ilə birlikdə, Allah  Rəsulunun  BAYRAĞINI qaldırdığı yerdə 
görürəm. O elə bir tayfadan keçməyəcək ki, onu məhv etmiş olmasın.” 
 - Yəvmul-Xələs li Kəmal’i Süleyman: s.248 


Ansarullah Production 
94 
 
{Sonra Quzunun Sion Dağında dayandığını gördüm. Onunla birlikdə 144 000 nəfər vardı. 
Alınlarında ONUN və ATASININ adları yazılı idi.} [İncil: Vəhy bölümü, 14:1] 
İncildən olan bu pasajda keçən Quzu, Əhməd əl Həsən (ə.s)’dır. 
ALLAHIN NÜMAYƏNDƏSİNİN OĞLU YƏMANİDİR 
1)  İlahi,  Öz  nümayəndənə  və  NÜMAYƏNDƏNİN  OĞLUNA  -  itaət  və  haqları  vacib 
etdiyin, çirkinliklərdən uzaqlaşdırdığın... 
- Məfatihul-Cənan: s.1260 
2)  İlahi,  Öz  nümayəndən  və  NÜMAYƏNDƏNİN  OĞLUNUN  fərəc  və  zühurunu 
tezləşdir, ONLARIN fərəci ilə bizim də işimizə fərəc ver... 
- Məfatihul-Cənan: s.1144-1145 
İmam Zaman (ə.f) haqqında Məfatihul Cənan kitabında keçən dualara nəzər yetirsəniz, 
"nümayəndə"  sözünün  məhz  onun  haqda  keçdiyini  görərsiniz.  BƏS  BURADAKI 
NÜMAYƏNDƏNİN OĞLU KİMDİR??? 
İkinci duaya fikir versəniz, bu duada bir FƏRƏCDƏN söhbət gedir, və bildiyimiz kimi 
fərəcini  gözlədiyimiz  şəxs  İmam  Zamandır  (ə.s),  lakin  burada  onun  oğlunun  da  fərəc 
edəcəyindən danışılır ki, bu şəxs İmam Mehdi (ə.s)’ın OĞLU, Əhlibeytin (ə.s) Yəmanisi, 
İlk Mehdi, Əhməd Əl Həsəndir (ə.s). 
“Sənin  vəsinə  (İmam  Mehdi  ə.s.),  və  sənin  əhdini  daşıyanlara  və  ONUN  ÖVLADLA-
RINDAN OLAN İMAMLARA salam olsun...” 
- Biharul-Ənvar: 99/114 və 52/20 
İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Əgər sizə bir nəfər haqqında bir şey desək, onda deyil, 
ONUN OĞLUNDA VƏ YA OĞLUNUN OĞLUNDA çıxarsa İNKAR ETMƏYİN.” 
- Biharul-Ənvar: 26/225; Nimətullah Cəzairi: s.435 
İmamlardan  nəql  edilən  Sahibəzzaman  duasında  belə  buyurulur:  “Allahım,  ona  və 
AİLƏSİNƏ,  OĞLUNA,  SOYUNA,  ümmətinə  və  bütün  rəiyyətinə,  onların  razı  və 
məmnun olduqlarını ver.” 
- Məfatihul-Cənan: s.616 və ya s.778 
İmam Rzanın duasında keçən İmam Mehdinin zühur əsri haqqındakı bəyanatında belə 
buyurulur: “Allahım, ona və AİLƏSİNƏ, OĞLUNA, SOYUNA və ümmətinə, və bütün 
rəiyyətinə onların razı qalacağı şeyi ver...” Ta ki belə buyurdu: “Allahım, onun dövrünün 
hökmdarlarını  və  ONDAN  SONRAKI  İMAMLARI  mübarək  qıl  və  onları  ümidlərinə 
çatdır və onların həyatını uzun et və onların zəfərini əziz qıl.” 
- Misbahul-Mütəhacid: s.409 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə