Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə39/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

Ansarullah Production 
84 
 
deyəcəyini  dedi:  “Bu  adam  sayıqlayır!”  Rəsulullah  da  qəzəblənərək  yazmaqdan  vaz 
keçdi.” Təlhə dedi ki: “Bəli, mən şahidəm.” [Kitabi Süleym ibn Qeys: s.211; Gaybet-i Numani 
Bölüm 4, hadis 11] 
Və Rəsulullahın (s) yazmaq istədiyi, zəlalətə qarşı qoruma olan bu kitab (mətn) haqqında 
rəvayət  edilən  tək  mətn,  Sünni  kitablarının  ən  orijinal  olanlarında  da  sübut  edildiyi 
şəkildə  (Müslim  və  Buxari),  Şeyx  Tusinin  Qeybət  kitabında  keçməkdədir.  Və 
Muhəmmədin (s) vəsiyyətini daşımış olanlar, onun Əhlibeytidir:  
Rəsulullah (s) vəfat gecəsi belə buyurdu: … “Ya Əli, məndən sonra 12 İmam olacaq və 
onlardan sonra da 12 Mehdi. Sən, Ya Əli, 12 İmamın ilkisən. Allah səni səmalarda Əli 
Əl-Murtəza,  Möminlərin  Əmiri,  Ən  Doğru  danışan  (Siddiq’ul  Əkbər), Ən  şəffaf  və 
aydın  qərar  verən,  Haqla  batil  arasında  hakim, ən  güvənilən  və  hidayətçi 
(Mehdi) adları ilə adlandırmışdır. Bu sifətlər (həqiqi mənada) səndən başqa heç kimə 
aid  deyildir.  Ya  Əli,  sən  (məndən  sonra) ailəmin üzərinə,  onların  həyatlarında  və 
ölümlərində və qadınlarımın üzərinə Vəsimsən. Kimi təsvib (təsdiq) etsən, sabah məni 
tapar  və kimi rədd  etsən,  mən ondan nifrət  edərəm  və  məni  görməz. Və  sən  mənim 
ümmətimə, məndən sonra Vəsisən. Əgər ölüm sənə yaxınlaşsa,  vəsiyyəti xeyirli olan 
oğlum Həsənə və onun ölüm zamanı gəldiyində vəsiyyəti oğlum Hüseynə, şəhid, təthir 
və məqtul olana təslim etsin. Sonra ölüm ona yaxınlaşsa, onu oğluna, ibadət edənlərin 
Mövlası  (Zeynəl  Abidin)  olan  Əliyə təslim etsin.  Onun da  vəfat  zamanı  gəldiyində, 
onu  oğluna,  Muhəmməd  Baqirə  təslim  etsin.  Onun  da  vəfat  zamanı  gəldiyində, onu 
oğlu Cəfər Sadiqə təslim etsin. Onun da vəfat zamanı gəldiyində, onu oğlu Museyi-
Kazıma  təslim  etsin.  Onun  da  vəfat  zamanı  gəldiyində,  onu  oğlu  Əli  Rzaya  təslim 
etsin.  Onun  da  vəfat  zamanı  gəldiyində, onu  oğluna,  Əmin  və  Təqva  Sahibi  olan 
Muhəmməd  Təqiyə  təslim  etsin.  Onun  da  vəfat  zamanı  gəldiyində,  onu oğlu  Əli 
Nəsihə  (Nəqi)  təslim  etsin.  Onun  da  vəfat  zamanı  gəldiyində,  onu oğlu  Saleh  olan 
Həsən Fazilə təslim etsin. Onun da vəfat zamanı gəldiyində, onu oğluna, Müstəhfəz 
(Muhəmməd  Ailəsinin  Əmanətçisi)  olan  Muhəmmədə  təslim  etsin.  Bunlar  12 
İmamdır.  Və onlardan sonra 12 Mehdi gələcək. Əgər onun (Höccət ibn əl-Həsən) vəfat 
zamanı gələrsə vəsiyyətimi oğluna təslim etsin. Onun üç adı var; birinci adı mənim və 
atamın  adı kimi,  Abdullah  və 
ƏHMƏD
, üçüncü  adı  da  Mehdidir.  O iman  edənlərin 
ilkidir.” 
– Ğeybəti-Tusi: s.150, hədis 111; İsbatul-Xuda: 1/549; Biharul-Ənvar: 53/147, həmçinin 36/260; 
Mucəmul-Əhadis: s.301, h.13 və digər mənbələr. 
Rəsulun  (s),  vəsiyyət  haqqında,  onun  əbədi  olaraq  zəlalətdən  qoruyucu  olduğunu 
söyləməsi, yalançıların vəsiyyəti iddia etmələrini qeyri-mümkün qılar. Və yalançı birinin 
bu vəsiyyətlə gəlməsi mümkündür deyən kəs, ona möhkəm tutunanlar üçün zəlalətdən 
bir  qoruyucu  olaraq  təsvir  edən  Allahı,  vəsiyyəti  lazımi  şəkildə  qoruya  bilməməsi  ilə 
ittiham etmiş ya da yalan deməklə günahlandırmış olar. Çünki O (s.v.t) kitabı (vəsiyyəti) 


ahmedalhasan313.wordpress.com 
85 
 
əbədiyyən zəlalətdən qoruyucu olaraq təsvir etmişdir və sonra da belə olmadığı ortaya 
çıxarsa,  Allahı  cəhalətlə  günahlandırmış  olar.  Çünki  Onun  (s.v.t)  cahilliyindən  dolayı 
vəsiyyətə uyğun olmayan bir açıqlama ilə bir kitab göstərmişdir. Və Allah Təala bunun 
kimi  tanımlamalardan  münəzzəhdir.  Və  Allah  Təala  cahillərin  dedikləri  şeylərdən  çox 
Ucadır.  
Yəni Mütləq Aqil, Mütləq Qadir, Mütləq Dürüst, Mütləq Hökm və Hikmət Sahibi, mətni; 
onun sahibi onu iddia edib öz məqsədinə nail olana qədər, saxtakarlar tərəfindən iddia 
edilməsindən  qorumaq  məcburiyyətindədir.  Əks  halda  O  (s.v.t)  cahil,  ağılsız,  yalançı 
yaxud  da  aldadıcı  olacaq  və  Onun  sözünə  möhkəm  tutunanların  yalançıları  izləmələri 
üçün onları yoldan çıxarmış olacaq (haşa). Və Allah Təalanın cahil ya da ağılsız olması 
mümkün  deyil,  çünki  O  (s.v.t)  Mütləq  Alim  və  Mütləq  Müqtədirdir.  Və  Haqqın,  Allah 
Təalanın  yalançə  olması  mümkün  deyil.  Çünki  O  (s.v.t)  Mütləq  Dürüst  və  Mütləq 
Hakimdir. Və Onun, yalançı olaraq təsvir edilməsi mümkün deyil, əks halda Onun dediyi 
hər hansı bir şeyə etimad etmək mümkün olmazdı və din ziddiyyət içində qalardı. 
Və mətn Allahın Xəlifəsini, Onun ərzində kimin izləyəcəyindən bəhs edən  və onu, ona 
möhkəm  tutunanlar  üçün  zəlalətə  düşməkdən  qoruyucu  olaraq  təsvir  edən;  ilahi  bir 
mətndir. Və onun sahibi iddia edənə qədər də, yalançıların yalnışlıqla iddia etməsindən 
Allah  onu  qorumalıdır.  Əks  halda  bu  bir  yalan  və  imtahan  olunanlar  üçün  də,  batili 
izləmələri  üzrə,  onları  (batilə)  yönləndirmək  olacaqdır.  Və  bu  məsələ  Mütləq  Alim, 
Dürüst,  Müqtədir  və  Hikmət  Sahibindən  əsla  çıxmayacaq  bir  haldır.  Bütün  həmdlər 
Onadır. 
Çünki qeybi və məsələlərin nəticələrini bilən bir insan “əgər su içmək istəyirsinizsə, elə 
isə burdan için və mən bu yerdən heç zəhər içməyəcəyinizə sizi təmin edirəm” deyərsə 
və sonra bu yerdən zəhər içsəniz, sonra sizə bu təminatı verən kəs nə olar? Ya cahil, ya 
birinci dərəcəli yalançı, ya bunu təmin etməkdən aciz, yaxud da sözünü tuta bilməyən bir 
şəxs olar. 
Beləliklə Allaha inanan kəs, Allahı cahil və ya yalançı  və ya aciz yaxud da sözünü tuta 
bilməyən  olaraq  qəbul  edir?  Allah  bütün  bunlardan  münəzzəhdir.  Və  onlardan  (ə.s) 
rəvayət  edildiyinə  görə,  Allah  Quranda  ilahi  mətni  batil  insanların  iddia  etmələrindən 
qoruyacağına  söz  vermişdir,  batil  əhli  onu  iddia  etməkdən  məhrum  edilmiş  və  Allah 
Təalanın bu əmri ilə onlara izn  verilməmişdir: {Əgər o, bəzi sözləri özündən uydurub 
Bizə  aid  etsəydi,  Biz  onu  sağından  yaxalayar,  sonra  da  şah  damarını  qopardardıq!
[Haqqə (69): 44-46]. 
Və Allaha istinadən ilahi sözlərin uydurulması (Allah adına yalan söyləmək) həm zaman 
var idi və Allah bunun qarşısını almadı və Allaha istinadən söz uyduranların həmin anda 
həlak edilmələrinə də ehtiyac yoxdur. Doğrusu, O (s.v.t) onlara möhlət vermişdir. Və bu 
hal, Müsəylimənin dəvəti kimi, bariz yalan olan dəvətləri izləyənlərlə də aşikar olmuş və 
bilinmişdir.  Beləliklə,  qətidir  ki,  ayədə  qəsd  edilən  şey  Allah  adına  yalan  isnad  etmək 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə