ahmedalhasan313.wordpress.com
75
Əli ibn Hüseyn (ə.s) buyurdu: “İmam məsum olmalıdır, və məsumluğu zahiri xüsusiyyət-
lə olmamalıdır ki, sonra ona görə tanınsın. Ona görədir ki, gərək ona MƏTNLƏ İSNAD
EDİLSİN.”
- Məaniul-Əxbar: s.132
İmam Rza (ə.s) Məmunun sarayında olarkən bir nəfər ondan soruşdu: “Ey Allah
Rəsulunun oğlu (ə.s), hansı halda İmamət, onu iddia edən tərəfindən doğru olar?” O (ə.s)
buyurdu: “MƏTN və dəlillə.” O dedi: “Bəs İmam(lığın)ın dəlili nədir?” O (ə.s) buyurdu:
“ELMİ və tələb edilənə cavab verməsi.”
- Uyuni-Əxbarir-Rza (ə.s): 2/216
Haris ibn Müğirə Əbi Əbdillah (ə.s)’a belə dedi: “Əmrin Sahibini necə tanıyaq?” O (ə.s)
buyurdu: “Sükunət, şərəf, ELM və VƏSİYYƏT ilə.”
- Bəsairud-Dərəcat: s.509; Kafi: 1/378; Biharul-Ənvar: 62/217
Cabir əl Cufi nəql edir: Əbu Cəfər (ə.s) belə buyurdu: “Hər nə səni çaşqınlığa salsa da,
Allah Rəsulunun ƏHDİ, BAYRAĞI VƏ SİLAHI səni çaşqınlığa salmasın, və Al-i
Muhəmməddən (ə.s) olan azğın insanlardan ehtiyatlı ol, zira Al-i Muhəmməd (ə.s) və Əli
(ə.s) üçün bir bayraq vardır, və qalan başqa bayraqlar da vardır. Olduğun yerdə qal və
heç kimi izləmə, ta ki Hüseyn (ə.s) oğullarından bir nəfər Allah Rəsulunun ƏHDİ,
BAYRAĞI VƏ SİLAHI ilə gələnə qədər.”
- Biharul-Ənvar: 52/224
Son hədisə diqqət yetirdiyimizdə ƏHD, BAYRAQ və SİLAHDAN bəhs edildiyini
görürük. Bir daha qeyd edək ki, əslində bu Allahın Höccətini tanıma qanununun üç
şərtidir ki, bütün Allah Xəlifələri, Peyğəmbərlər və Vəsilərin hamısı bu üç dəlillə insanlara
höccəti tamamlamışdır. Və bu burada keçən ƏHD Vəsiyyətdir ki, hər bir Allah xəlifəsi
özündən sonra hakimiyyətə keçəcək olan höccətin və ya höccətlərin adlarını yazılı olaraq
o vəsiyyətdə açıqlayır. İkinci – BAYRAQDIR ki, bütün Xəlifələrin bayraqı bir məqsəd
uğruna qaldırılmışdır, bu da Allahın yer üzündəki hakimiyyətini təmsil edir və Qaimin
bayrağın üzərində də buna istinadən “Beyət Allahadır” sözləri yazılmış olacaqdır,
Əhlibeyt (ə.s)’dan olan hədislərdə də açıqlandığı kimi. SİLAH isə xəlifənin ELMİDİR ki,
zamanının bütün alimlərini susdursun və öz haqqaniyyətini ortaya qoysun, o şəkildə ki,
soruşulan elə bir məsələ olmayacaq ki, ona cavab verməkdə qalsın.
İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Biz Əhlibeyt (ə.s) üçün bir bayraq var ki, ondan önə
keçən şərr əhlidir, geriyə qalan isə azmışdır, onu izləyən hidayət olunmuşdur. Üzərində
“ƏL-BEYƏTULİLLAH (Beyət Allahadır)” yazılmışdır.”
- 250 Əlamət (Şeyx Korani): s.15
Bu hədislərə görə Allahdan Rəsulullaha (s) bir ƏHD və ya VƏSİYYƏT endilirmiş və bir-
biri ardınca onun (s) Vəsilərinə ötürülmüşdür. Bu ƏHD ya da VƏSİYYƏT nədir? Və bu
Ansarullah Production
76
əhd elə bir yazıdır ki, Rəsulullahın (s.a.a) özündən sonraki Vəsilərinin adlarını açıqlayır.
Çünki İmam Sadiq (ə.s) imamətin verilməsindən bəhs edir və onun bu ƏHD ilə əlaqəli
olduğundan danışır. Bu ƏHD Peyğəmbərin (s) vəfat gecəsi İmam Əliyə (ə.s) yazdırdığı
Vəsiyyət deyilsə bəs nədir? Və bu vəsiyyət indi haradadır? Əgər bu vəsiyyət və ya Əhd
öz sahibinin, yəni Qaim (ə.s) zamanına gəlib yetişməyəcəksə o zaman bu vəsiyyətin
yazılmasının nə anlamı qalır? Və əgər bu vəsiyyət yazıldısa, o halda haradadır və onun
sahibi bugün kimdir? Və ƏN ÖNƏMLİSİ bu VƏSİYYƏT ÜMMƏTİN ZƏLALƏTƏ
DÜŞMƏKDƏN QURTULMASI ÜÇÜN YAZILMIŞDIR. Həmçinin üçüncü hədisdə İmam
Sadiq (ə.s) 12 ad sadaladıqdan sonra SUSDU. Və Muaz sonra kim olduğunu soruşduqda
KİFAYƏTDİR deyə buyurdu. Buradan məlum olur ki İmam Sadiq (ə.s) 12 nəfərdən sonra
gələcək kəsləri açıqlamaq İSTƏMİR. Çünki bu Al-i Muhəmmədin (ə.s) sirridir ki,
Qaimdən (ə.s) başqası açıqlamamalı idi.
O əhd yazıldı və bugün onun sahibi Qaim və Yəmani olan Əhməd əl Həsən (ə.s) o
vəsiyyəti ortaya çıxardı və vəsiyyətin sahibi olduğunu rədd edilməsi mümkün olmayan
dəlillərlə sübut etdi. Və 12 nəfərdən sonra gələcək kimsələrin 12 Mehdilər olduğunu
açıqladı ki, bu zamana qədər heç kim bu açıqlamaları etməmişdi.
Həmçinin digər hədisdə qeyd edilir ki, “İMAM YALNIZ VƏSİ VƏ VƏSİNİN OĞLU OLA
BİLƏR”. Vəsi vəsiyyət sahibi olan şəxsə deyilir. Buradan da bizə məlum olur ki, əgər bir
kəs İmamlıq iddiası edirsə, onun bir VƏSİYYƏTİ olmalıdır. Və bəhs edilən vəsiyyət
budur:
Bir qrup insan, Əbu Abdullah Hüseyn ibn Əli ibn Süfyandan, o da Əli ibn Sinan əl-Musəli
əl-Ədlidən, o da Əli ibn Hüseyndən, o da Əhməd ibn Muhəmməd əl-Xəlildən, o da Cəfər
ibn Əhməd əl-Məsridən, o da Həsən ibn Əlidən, o da atasından, o da Əbu Abdullah Cəfər
ibn Muhəmməddən (ə), o da atası Muhəmməd ibni Əlidən (ə), o da atası Əli ibn
Hüseyndən (ə), o da Hüseyn ibn Əlidən (ə), və o da atası Əmirəl-Möminin Əli ibn Əbu
Talibdən (ə) bu cür nəql edir: Rəsulullah (s) vəfat etdiyi gecə belə buyurdu: … “Ya Əli,
məndən sonra 12 İmam olacaq və onlardan sonra da 12 Mehdi. Sən, Ya Əli, 12 İmamın
ilkisən. Allah səni səmalarda Əli Əl-Murtəza, Möminlərin Əmiri, Ən Doğru danışan
(Siddiq’ul Əkbər), Ən şəffaf və aydın qərar verən, Haqla batil arasında hakim, ən
güvənilən və hidayətçi (Mehdi) adları ilə adlandırmışdır. Bu sifətlər (həqiqi mənada)
səndən başqa heç kimə aid deyildir. Ya Əli, sən (məndən sonra) ailəmin üzərinə,
onların həyatlarında və ölümlərində və qadınlarımın üzərinə Vəsimsən. Kimi təsvib
(təsdiq) etsən, sabah məni tapar və kimi rədd etsən, mən ondan nifrət edərəm və məni
görməz. Və sən mənim ümmətimə, məndən sonra Vəsisən. Əgər ölüm sənə yaxınlaşsa,
vəsiyyəti xeyirli olan oğlum Həsənə və onun ölüm zamanı gəldiyində vəsiyyəti oğlum
Hüseynə, şəhid, təthir və məqtul olana təslim etsin. Sonra ölüm ona yaxınlaşsa, onu
oğluna, ibadət edənlərin Mövlası (Zeynəl Abidin) olan Əliyə təslim etsin. Onun da
vəfat zamanı gəldiyində, onu oğluna, Muhəmməd Baqirə təslim etsin. Onun da vəfat
zamanı gəldiyində, onu oğlu Cəfər Sadiqə təslim etsin. Onun da vəfat zamanı
Dostları ilə paylaş: |