ahmedalhasan313.wordpress.com
73
nemət olmayacaq ki, aradan aparmasın. Vay halına ona düşmən olan kəsin! O daim bu
şəkildə olacaq. Nəhayət qələbə çalacaq və qələbəsini mənim itrətimdən olan bir şəxsə
verəcək. O, haqqı deyəcək və haqqı tətbiq edəcək.”
- Əqdüd-dürər: 47; Minhacul-kəramə: 109; İsbatul-Huda: 2/470, hədis 241; Biharul-Ənvar: 8/359;
Bəşarətul-İslam: 45; Ğeybəti-Numani: 278, hədis 4
Qeyd edək ki, hədislərdə keçən Bəni-Abbas höküməti sadəcə bir dövlətə deyil, Abbasi
zehniyyətli bütün dövlətlərə işarət edir. Abbasilər tarix boyunca Şiəlik donuna
bürünərək, Əhlibeyt (ə.s) və şiələrinə zülm etmişlər. Zülmdən məqsəd sadəcə fiziki
işkəncələr deyil, həmçinin dini, mənəvi, əqidəvi məsələlərdə Əhlibeyt (ə.s) adına bidətlər
ortaya çıxararaq şiələri Əhlibeyt (ə.s) yolundan ayrı salmış və onlara ən böyük zülmü
etmişlər. Bəni-Abbas hökumətləri tarix boyu Şiəlik donuna bürünərək şiələrin dinlərini
əllərindən almağa çalışdılar ki, bu dövrdə də buna davam etməkdədirlər. Və bugün Bəni-
Abbas hökuməti İraq dövlətidir.
VƏSİYYƏT_HAQQINDA_AÇIQLAMA__{Sizlərdən_birinə_ölüm_gəldiyi_zaman_qoyub_gedəcəyi_varidatdan_müvafiq_qaydada_vali'>VƏSİYYƏT HAQQINDA AÇIQLAMA
{Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi varidatdan müvafiq qaydada vali-
deynlərə və yaxın qohumlara VƏSİYYƏT ETMƏSİ ona vacib edilmişdir. (Bu,) MÜTTƏ-
QİLƏR ÜÇÜN BİR BORCDUR.} [2:180]
Müttəqilərin ağası Rəsulullah Muhəmməd (s) olduğu halda, ondan (s) sadəcə Ömərin (l.ə)
sözünə görə vəsiyyəti yazmadan getdiyini düşünmək ən azından Rəsulullaha (s)
haqsızlıqdır. Həmçinin başqa bir ayədə Allah Adəmi seçməmişdən əvvəl onun xəbərini
mələklərinə bildirmişdir. Həmçinin Allah xəlifəni Özünün seçəcəyini açıqlayaraq bu işi
insanların və ya məxluqatın öz iradəsinə buraxmamışdır. Allah buyurmuşdur:
{MƏN yer üzündə bir xəlifə bərqərar EDƏCƏYƏM!} [2:30]
Sonra Allah xəlifəni tanıdan digər bir qanunu mələklərinə açıqlayır ki, bu da xəlifəyə
verilmiş ELMDİR:
{(Allah) Adəmə bütün (şeylərin) adlarını ÖYRƏTDİ.} [2:31]
Əmr ibn Əşəsdən nəql edilir: Biz təxminən 20 nəfərlə birgə Əba Əbdillah Cəfər ibn
Muhəmmədin (ə.s) evində idik. Həzrət üzünü bizə tutub buyurdu: “Bəlkə də siz elə hesab
edirsiniz ki, imamət məsələsi bizdən olan bir kəsə verilir və o da onu istədiyi yerə qoyur?
(Elə deyil). Allaha and olsun ki, o Allah tərəfindən olan bir ƏHD'DİR ki, adları (daha
öncədən) bildirilən şəxslərə verməsi üçün Allah Rəsuluna (s) nazil edilmiş və bir-bir
ötürülərək öz sahibinə yetişir.”
- Kəmalud-din: 222/hədis 11; Bihar-ul Ənvar: 23/75, hədis 25; Ğeybət-i Numani, bab 3, hədis 1
Əba Əbdillah (ə.s) Allah Təalanın "Həqiqətən, Allah sizə ƏMANƏTLƏRİ öz sahiblərinə
qaytarmağınızı əmr edir. İnsanlar arasında hömk çıxaranda. ədalətlə hökm çıxarın.
Ansarullah Production
74
Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir" sözü barədə buyurdu: (Ayədəki
əmanət) VƏSİYYƏTDİR, onu bizdən olan şəxs başqa bir şəxsə ötürür.
- Bihar-ul Ənvar: 23/278, hədis 16; Təfsir-ul Burhan: 1/380, hədis 4; əl-Yətimə vəddurrətus-
səminə: 175, hədis 5; Ğeybət-i Numani, bab 3, hədis 2
Əba Əbdillah (ə.s) buyurdu: VƏSİYYƏT səmadan Allah Rəsuluna (s) möhürlənmiş bir
kitab halında endi. Allah Rəsuluna (s) səmadan möhürlənmiş olaraq nazil olan TƏK ŞEY
VƏSİYYƏTDİR. O zaman Cəbrail (ə.s) dedi: Ya Muhəmməd (s), bu sənin Əhlibeytin (ə.s)
barədə ÜMMƏTİNƏ olan VƏSİYYƏTİNDİR. Allah Rəsulu (s) dedi: Hansı Əhlibeytim
barədə, ey Cəbrail? Dedi: Allahın nəcib bəndəsi (yəni İmam Əli ə.s.) və onun övladları
(barədə). O kəslər ki, İbrahimdən əvvəl nübüvvət elmini səndən miras almışlar. O vəsiy-
yətin üzərində möhürlər var idi. Əli (ə.s) birinci möhürü açdı və orada yazılana əsasən
hərəkət etdi. Sonra Həsən (ə.s) ...” Muaz ibn Kəsir deyir: Həzrətə dedim: “Siz həmin
şəxssiniz?” Buyurdu: “Ey Muaz, sənin üzərinə düşən vəzifə gedib bu hədisi məndən nəql
etməyindir, bəli mən o şəxsəm.” Bundan sonra həzrət mənim üçün 12 ad sadaladı, sonra
SUSDU. Dedim: “SONRA KİM?” Dedi: “KİFAYƏTDİR!”
- Biharul-Ənvar: 36/209, hədis 10; Əvamul-Ulum: 3/56, h.4; Ğeybət-i Numani (az): bab 3, h.3
Haris ibn Müğeyrə ən-Nəsri rəvayət edir: Əba Əbdillaha (ə.s) dedim: “İmam nə ilə
tanınar?” Buyurdu: “Aramlıq və vüqar ilə.” Dedim: “Başqa nə ilə?” Buyurdu: “Onu halal
və haram ilə tanıya bilərsən, (həmçinin) insanların ona möhtac olmasından, onun isə heç
kəsə möhtac olmamasından tanıya bilərsən. Allah Rəsulunun (s) silahı da onun yanında
olur.” Dedim: O, VƏSİ VƏ VƏSİNİN OĞLU OLA BİLƏR?” Buyurdu: “O YALNIZ
VƏSİ VƏ VƏSİNİN OĞLU OLA BİLƏR.”
- Təvilul-Ayat: 2/639, hədis 21; İsbatul-Huda: 3/532, hədis 515; Təfsirul-Burhan: 4/268, hədis 1;
Mucəmul-Əhadis: 5/436, hədis 1872; Qeybəti-Numani (azəricə): s.269-270, hədis 40
“Əgər onlara qoşulmasalar və ya onları inkar etsələr, (bunlardan) heç biri onlara zərər
verməyəcək, çünki onlar, Allah Rəsulu (s) tərəfindən olan MƏTNDƏ zikr edilmişdir.”
- Kəmalud-din: 247
Əbu Carud nəql edir: Mən Əbu Cəfər Baqir (ə.s)’dan soruşdum: “Biz İmamı necə tanı-
yaq?” O (ə.s) buyurdu: “Xüsusiyyətləri ilə və onlardan ilki, Allah tərəfindən onun haqda
olan bir MƏTNDİR ki, orada o, insanlar tərəfindən tanınsın deyə TƏYİN EDİLMİŞDİR,
belə ki bu, onlar üzərinə höccət (dəlil) olsun. Çünki Rəsulullah (s) Əli (ə.s)’ı təyin etdi və
onun haqqında camaata danışdı və onu seçdi. İmamlar üçün də bu cürdür, beləliklə ilki
təyin edilməkdir. İKİNCİSİ isə budur ki, ondan soruşulan hər sualı cavablayar.”
- Məaniul-Əxbar (Şeyx Səduq): s.101
Dostları ilə paylaş: |