Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə38/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

Ansarullah Production 
82 
 
Və əsasən, Allah Təala istədi və istədiyini etdi və Muhəmməddən (s) sonra mələkləri yer 
üzündə Xəlifələr etdi və onlar Muhəmmədin (s) ailəsi, İmamlar və Mehdilərdir (ə.s). Bu 
səbəbdən, Allah Təala belə buyuraraq sonlandırdı: {Həqiqətən o, Saat üçün bir elmdir
Onun haqqında şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!}. Yəni, Muhəmmədin 
(s)  vəfat  gecəsində  diqtə  etdiyi  vəsiyyət  mətni  və  bu  ilahi  təyinat  {sizdən  …  edərdik}; 
Allahın haqq dininin qiyamətə qədər bunlarla bilindiyinin əlamətidir. Yəni, Rəsulullahın 
(s)  vəsiyyət  haqqında,  onun  bizi  əbədiyyən  zəlalətə  düşməkdən  qoruyacaq  olduğunu 
açıqladığı üzrə, {Həqiqətən o, Saat üçün bir elmdir}, və Allah buyurur ki, bu doğrudur. 
Elə  isə  bunun  Kiçik  Qiyamət  Saatında  sizi  batilə  və  zəlalətə  düşməkdən  bir  qoruyucu 
olduğundan  şübhə  etməyin.  Və  bu  mətnlə  gələn  və  onu  irəli  sürən  kəs,  bu  mətnin 
sahibidir. Əks təqdirdə mətni, ondan möhkəm yapışanları azğınlıqdan uzaqlaşdıracaq bir 
qoruyucu olaraq tanıtmaq doğru olmazdı.  
Çünki əgər sahibi iddia edənə qədər, yalançılar tərəfindən idda edilməməsi üçün, Allah 
tərəfindən qorunmamış olsaydı, o halda onu, batilə düşməkdən qoruyan bir şey olaraq 
adlandırmaq,  yalan  danışmaq  olmuş  olardı.  Və  bu,  imtahan  olunanları,  batili  izləməli 
üçün  yanıltmaq  olardı.  Və  bu,  heç  cürə  Mütləq  Elm  Sahibinin,  Mütləq  Dürüstlüyün, 
Mütləq Qüdrətin, Mütləq Hikmət Sahibinin edə biləcəyi bir şey deyil, və bütün həmdlər 
sadəcə Onadır. Bu səbəbdən, bu mətnin sahibi onu qaldırdığı zaman {şəkk etməyin}, Kiçik 
Qiyamət  Saatında  şübhə  etməyin,  çünki  o  yazını  yüksəldən,  onun  sahibidir.  Beləliklə, 
əgər  zəlalətə  düşməkdən  və  batilə  düşməkdən  xilas  olmaq  istəyirsinizsə,  elə  isə 
Muhəmmədi  (s);  əbədi  xilas  olmağınız  üçün  lazımi  elmə  sahib  olan  və  içində  Saatın 
elminin yer aldığı, qiyam zamanında haqqı bilənin vəfat gecəsi yazdığı vəsiyyətini qəbul 
edərək;  onu  izləyin.  Və  yolu  azmaqdan  bir  qoruma  olaraq  təsvir  edilən  bu  yazı, 
qaldırıldığı zaman, iddiaçının xarakterini təsvir edər: {Mənə tabe olun. Budur, düz yol!}. 
Yəni,  Muhəmmədi  (s),  özündən  sonra  bəhs  etdiyi  və  ona  zəfər  verəcəyi  şəxslə  bağlı, 
izləyin deməkdir. 
Və  bu  vəsiyyət,  Allah  Rəsulunun  (s),  Allahın  bu  kəlamına  istinadən,  həyatının  son 
dəqiqələrində yazdığı və ondan möhkəm yapışanlar üçün zəlalətə düşməkdən qoruyucu 
olaraq  bildirdiyi  bir  mətndir:  {Sizlərdən  birinə  ölüm  gəldiyi  zaman  qoyub  gedəcəyi 
varidatdan müvafiq qaydada vali-deynlərə və yaxın qohumlara VƏSİYYƏT ETMƏSİ 
ona vacib edilmişdir. (Bu,) MÜTTƏQİLƏR ÜÇÜN BİR BORCDUR.} [2:180] 
Və mən vurğulamaq istəyirəm ki, bu, onun həyatının son dəqiqələrində olmasıdır. Çünki 
o,  mürsəl  bir  nəbidir.  Və  həyatının  son  anlarında  buyurduğu  hər  hansı  bir  şey,  onun 
özündən sonra dini qoruyacaq olan risalətinin bir xülasəsi idi. Yəni əslondə xəstəliyinin 
şiddəti və ciyərini parçalayan zəhərin verdiyi ağrılara baxmayaraq, o bu mətni (vəsiyyəti) 
yazmaqda və onu azğınlıqdan qoruyucu olaraq açıqlamaqda çox diqqətli oldu. Bu mətn 
o  qədər  vacib  idi  ki,  Muhəmmədə  (s)  çox  mərhəmətli  olan  Allah  Təala,  onun  bədənini 
əziyyətə  salan  ibadətlərinin  çoxluğundan  dolayı  ona  (s)  acıdı  və  ona  (s)  işarətlə  belə 
buyurdu: {Ta. Ha. Biz Quranı sənə məşəqqət çəkəsən deyə nazil etmədik.} [Bəqərə (2): 


ahmedalhasan313.wordpress.com 
83 
 
180]. Uca Allahın, Hz. Muhəmmədə (s) olan mərhəmətinə və şəvqətinə baxmayaraq, ona 
(bu)  kitabı  (vəsiyyəti)  ömrünün  son  anlarında,  şahidlərin  hüzurunda  diqtə  etmə  və 
zəlalətə  düşməkdən  qoruyucu  olaraq  tanıtma  vəzifəsini  verdiyini  görürük; 
Muhəmmədin  (s)  bədənində  gəzən  və  ciyərini  parçalayan  zəhərin  ağrısından  iztirab 
çəkməsinə baxmayaraq. 
Və  bunlar  da,  Nəbi  Muhəmmədin  (s)  həyatının  son  anlarında,  vəsiyyət  mətnini, 
azğınlıqdan qoruyucu olaraq təsvir etdiyi bəzi mətnlərdir. Cümə Axşamı bütün ümmət 
üçün yazmaq istədi və xalqı da şahid tutmaq istədi, lakin bir qrup insan tərəfindən qarşısı 
alındı. Və onun ağıl sağlığından şübhə etdilər və dedilər ki, sayıqlayır. Beləliklə, Nəbi (s) 
onları qovdu  və Cümə Axşamından sonra  vəfat etdiyi günə,  yəni Bazar Ertəsinə qədər 
heç nə etmədi. Beləliklə vəfat etdiyi gecə, Əli (ə.s)’a diqtə etdi və bunu dəstəkləyən bəzi 
səhabələr, onun yazılmasına şahidlik etdilər: 
Sünni Kitablarında: 
İbn  Abbas  dedi:  “O  Cümə  axşamı  (nə  fəna  gün  idi!),  o  cümə  axşamı...  Cümə  axşamı 
Rəsulullahın ağrılarının şiddəti artdı və o (s) belə buyurdu; mənə qələm kağız gətirin. Sizə 
elə  bir  vəsiyyətnamə  yazdırım  ki,  ondan  sonra  yolunuzu  azıb  həlak  olmayasınız!  Və 
Allahın  peyğəmbərinin  yanında  mübahisə  olmaması  gərəkdiyi  üçün  orada  olanlar 
(yazılıb yazılmaması üstündə) ixtilaf etdilər və dedilər ki, Allah Rəsulu (s) sayıqlayır. Və 
bunun üzərinə Allahın Peyğəmbəri buyurdu: “Tək qalmaq, mənə atdığınız bu iftiralardan 
daha xeyirlidir, qalxın gedin və məni tək buraxın” və ölümü əsnasında da 3 şeyə vəsiyyət 
etdi. birincisi: Müşrikləri ərəb yarımadasından qovun. İkincisi: Kitab Əhli olanlardan mən 
necə  vergi  alıramsa,  siz  də  o    cür  alın  və  üçüncüsünü  də  dedi  yoxsa  demədi,  mən 
unutdum.” [Səhih Müslim Vəsiyyət kitabı: Vəsiyyət qoyacaq bir şeyi olmayanın bölümü, hədis 
4319 və 4320] 
İbn Abbas dedi: “Ah o cümə axşamı, o nə fəna gün idi!” Sonra yerdəki qumları isladacaq 
qədər ağladı və dedi: “Allah Rəsulu (s) belə buyurdu: Mənə qələm və kağız gətirin. Sizə 
bir  vəsiyyətnamə  yazdırım  ki,  ondan  sonra  yolunuzu  itirib  həlak  olmayasınız.”  Sonra 
dedilər: “Bu adam sayıqlayır!” [Səhih Muslim – Vəsiyyət kitabı] 
Şiə Kitablarında: 
Süleym ibn Qeys, Salmandan rəvayət edir: “O adam (Ömər) nə dedisə, dedikdən sonra 
Rəsulullahı (s) qəzəbləndirdikdən və Rəsulullahın (s) kağızı itələməsindən sonra Əli (ə.s) 
belə buyurdu: Rəsulullahdan (s) bu kağıza yazdıracağı, heç kimi zəlalətə düşürməyəcək 
və iki nəfəri belə ixtilafa düşürməyəcək olan şeyin nə olduğunu soruşmayacaqsınız? ...” 
[Kitabi Suleym ibn Qeys: s.398] 
Süleym  ibn  Qeys,  İmam  Əlinin  (ə.s)  Təlhəyə  belə  dediyini  nəql  edir:  “Ey  Təlhə!  Sən, 
Rəsulullahın (s) bizə bir kağız parçası gətirməyimizi buyuraraq, özündən sonra ümmətin 
azmamağı  üçün  bir  şey  yazacağını  dediyinə  şahid  olmadınmı?  Sənin  dostun  da 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə