Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə27/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   23   24   25   26   27   28   29   30   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 84 – 
 
Həyatın  nəsrlə  yazdığını 
mən şeirlərimlə vəsf edirəm. 
Cübran 
üfüqi  müstəvidə  hərəkət  hesabına,  hadisələrin  müxtəlifliyi  sayəsində 
əldə edilir. 
Poeziyaya bu cür münasibət Azərbaycanda o qədər dərin kök at-
mışdır ki, ayrı-ayrı hallarda şairlər bu ənənədən uzaqlaşaraq mahiyyət-
ləri,  ümumiləri  tərənnüm  etmək  «iddiasına»  düşdükdə,  ədəbi  tənqid 
hətta  onların  şöhrətindən,  nüfuzundan  çəkinməyərək,  kəskin  mövqe 
tutmuş, onları «fəlsəfəçilikdə» günahlandırmışdır.  
Lakin  XX  əsr  Azərbaycan  poeziyasında  bu  tabunu  pozmaq 
meylləri  də  güclü  olmuşdur.  Səməd  Vurğun  da,  Rəsul  Rza  da  bütün 
«fəlsəfəçilik»  ittihamlarına  baxmayaraq, vaxtaşırı konkretlikdən  ümu-
miyə, mahiyyətə doğru addımlar atmış və fəlsəfi poeziyanın gözəl nü-
munələrini yaratmışdırlar.  
Düzdür,  Səməd  Vurğunda 
fəlsəfilik  tamam  başqa  üslubda  və 
istiqamətdə,  Rəsul  Rzada  isə  xeyli 
fərqli  formada  özünü  göstərir.  Lakin 
formalar  fərqli  olsa  da,  məğzi  eyni-
dir:  poeziya  fəlsəfi  qata  yüksəlir.  Səməd  Vurğun  fəlsəfə  mərtəbəsinə 
poetik  vüsət  qanadlarında  qalxır.  Rəsul  Rza  isə  mahiyyət  dünyasına 
təhlil və düşüncə qapısından keçir. Lakin heç biri bu mərtəbədə həmi-
şəlik  lövbər  salmır  və  yenidən  hissi  dünyanın  konkret  yaşantılarına 
qayıdaraq axıradək öz şair missiyalarını yerinə yetirirlər.  
Cübran isə heç vaxt bizim ənənəvi surətdə başa düşdüyümüz mə-
nada şair olmamışdır. Və ona dünya şöhrəti qazandıran da  yazdıqları-
nın şeiriyyəti yox, mənası olmuşdur. Təsadüfi deyildir ki, onun əsərləri 
başqa dillərə bir qayda olaraq nəsrlə tərcümə olunur. Zira, nə pafos, nə 
qafiyə, nə də təəssüratın konkretliyi və təravəti… Cübran üçün önəmli 
deyil. Önə çəkilən fikrin özüdür.  
O  başqa  məsələ  ki,  Cübranda  fikir  dünyasının  öz  ahəngi,  öz 
ritmi,  melodiyası  üzə  çıxır.  Cübran  hansı  isə  hikmətamiz  bir  fikir 
söyləmək  üçün  əvvəlcə  hansı  isə  hadisədən  təsirlənməyə  ehtiyac 
duymur. Ümumi mahiyyətlər, ideyalar arasında elə münasibətlər aşkar 
edilir  ki,  insan  fikir  qatından  keçərək  özünəməxsus  bir  hissi  dünyaya 
daxil olur.  


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 85 – 
Sənət  əsəri  –  təbiətin  mi-
niatürdə  əksi,  yaxud  təcəs-
sümüdür. 
Emerson 
Şairlər  hisslərin  qanadında  ideya  mərtəbəsinə  yüksəldikləri  hal-
da, Cübran kimi mütəfəkkirlər oxucunu ideya dünyasının öz gözəlliyi 
ilə heyrətləndirir, fikrin gözəlliklərindən yaranan heyrət poetik bir əh-
val-ruhiyyə yaradır. Lakin əslində bunun poeziyaya bir o qədər də dəx-
li  yoxdur.  Bu,  rəngsiz-boyasız,  çılpaq  fikirlərin  öz  daxili  gözəlliyidir. 
(Maraqlıdır  ki,  Cübran  bir  rəssam  olaraq  da  insanları  paltarda,  bərli-
bəzəkli çəkmir, həmişə alt qatdakı məzmunu ifadə etməyə çalışır.)  
Böyük  şairlər  hətta  ən  ənənəvi  mövzularda  da  yeni  fikir  söylə-
məyi bacarırlar. Məsələn, şairlərin diqqətini ən  çox çəkən  çiçək möv-
zusuna və çiçəklərin içərisində  «bənövşə» obrazına həm xaricdə, həm 
də  Azərbaycan  ədəbiyyatında  kifayət  qədər  müraciət  olunmuşdur. 
Bunların  ən  məşhurlarından  biri  İ.V.Götenin  «Bənövşə»  şeiridir.  Onu 
fərqləndirən  cəhətlərdən  biri  bundan 
ibarətdir  ki,  burada  ənənəvi  münasi-
bətdən fərqli olaraq bənövşə obrazının 
təsvirindən  və  onun  şairdə  yaratdığı 
hisslərdən  bəhs  edilmir.  Bu  şeirdə 
bənövşə  özü  subyektə  çevrilir  və 
onun keçirdiyi hisslərdən söhbət açılır. Məqsəd əslində insanlara, insa-
ni  mahiyyətə  aid  olan  keyfiyyətlərin  bənövşə  obrazı  vasitəsilə  təqdim 
olunmasıdır, yəni şeirin məğzi təəssüratla yox, ideya ilə ifadə olunur.  
Maraqlıdır ki, C.X.Cübran da bənövşə obrazına eyni ilə Göte ki-
mi müraciət edir. O da bənövşənin arzularından danışır. Hətta şeirlərin 
başlanğıcında elə böyük oxşarlıq var ki, kim isə Cübranı təqliddə təq-
sirləndirə  bilər.  Lakin  Cübran  da  Göte  kimi,  ideya  xiridarıdır.  Onun 
«İddialı  bənövşə»  şeiri  formaca  Götenin  şeirinə  və  üslubuna  bənzəsə 
də,  ideya  fərqlidir  və  hətta  diametral  əks  situasiyanın  işıqlandırılma-
sına xidmət edir. Götenin bənövşəsi də iddialıdır. O, çəmənlikdə ahəs-
tə həyatından bezərək bir gözəl qızın yaxasını bəzəməyi, onun ürəyinə 
yaxın olmağı tərcih edir. Lakin qız onun arzu və iddialarından xəbərsiz 
halda onu tapdalayıb keçir. Amma yazıq bənövşə gözəl qızın ayaqları-
na belə toxunduğu üçün özünü xoşbəxt sayır. Burada biz öz vəziyyəti, 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 86 – 
 
 Romantik şair ağlı intui-
siya  ilə,  hisslə  birləşdirir,... 
dünyanı  ilhamla,  «bədii  şə-
kildə» mənimsəyir. 
Aida İmanquliyeva
 
statusu ilə razılaşmayan  çiçəyin son nəticədə  yenə də aza qane olmaq 
taleyi ilə barışmaq xisləti ilə rastlaşırıq.  
Cübran  sanki  bu  məqamla  razılaşmayaraq  bənövşənin  arzusunu 
ən  yüksək  səviyyədə  yerinə  yetirir  və  bu,  bənövşəyə  həyatı  bahasına 
başa  gəlsə  də,  o,  heç  olmasa  bir  anlığa  yaşadığı  yüksəlişdən  məmnun 
qalır. Bu – ideya yolunda, azadlıq yolunda canını qurban verməyə ha-
zır olanların fəlsəfəsidir.  
Zahirən  Götenin  «Bənövşə»sini  xatırladan  bu  əsər  öz  ideyasına 
və  ruhuna  görə  daha  çox  dərəcədə  M.Qorkinin  «Şahin  nəğməsi»ni 
xatırladır.  Yerdə  sürünmək  və  ya  boynunu  büküb  yerə  sığınmaq 
aqibəti  ilə  razılaşmayanların  bir  anlıq  uçuşu  və  yüksəlişi!  Və  bu  ani 
yüksəlişin səadəti! 
Təsadüfi  deyildir  ki,  Cübra-
nın  ruhuna  yaxşı  bələd  olan  Azər-
baycan  tədqiqatçısı  Aida  İmanquliye-
va  əsərdən  məhz  bu  misraları  iqtibas 
gətirir:  «Mən  indi  ölürəm.  Mən  ölü-
rəm,  ancaq  mənim  qəlbimdə  heç  bir 
vaxt  heç  bir  bənövşənin  keçirmədiyi 
bir  hiss  var.  Mən  ölürəm,  ancaq  mən  doğulduğum  dar  dünyanın  hü-
dudlarından  kənarda  nələr  olduğunu  bilirəm.  Həyatın  məqsədi  də  elə 
budur. Gündüzlərin və gecələrin təsadüfləri arxasında gizlənən mahiy-
yət də elə budur».
1
  
Bəli,  Cübran  bir  azadlıq  carçısıdır.  Lakin  azadlığa  çatmaq  üçün 
əvvəlcə idealların dərk olunması lazımdır. Aydın aqibət üçün əvvəlcə 
ideya dünyasının özündə bir aydınlıq olmalıdır. 
Cübranın  bütün  üstünlüyü  məhz  ideya  aydınlığında  və  fikirləri-
nin ahəngdarlığındadır. Bir çox Şərq filosofları kimi o da öz fəlsəfəsini 
kiçik hekayətlər və şeirlər vasitəsilə ifadə edir. Fərq isə bundan ibarət-
dir ki, onun poeziyasında hissiyyatdan fikir yox, fikirdən bir hissiyyat 
yaranır və bu fikirlər bir-birini tamamlayaraq şairin fəlsəfi dünyagörü-
şünü bütövləşdirir.  
                                                 
1
 Bax: A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 124. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə