Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə26/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   22   23   24   25   26   27   28   29   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 81 – 
Fikirləşmək  filosofun  du-
asıdır. 
Reyhani 
keçən  konseptual  (nəzəri)  fikirdir.  Epik  üslub  isə  elmi  düşüncə  üçün 
bir növ baza olduğundan, deməli, həm də Qərb düşüncə tərzinin təməl-
lərindən biridir.  
Fikrin ifadə olunması üçün onu bəzəməyə ehtiyac yoxdur. Hansı 
isə  milli  ədəbi  dil  kifayət  qədər  zəngindirsə,  aşkar  şüur  səviyyəsində 
formalaşmış hər hansı fikir epik üslubda, nəqli yolla ifadə oluna bilər. 
Elmi dil də bu qəbildəndir; sadəcə olaraq bir sıra sözlərin daha konkret 
anlamda  işlədilməsini,  yəni  anlayışların  elmi  terminologiya  kimi  for-
malaşmasını  tələb  edir.  Bənzətmələr,  təşbehlər,  dolayısı  ilə  deyimlər, 
qafiyənin,  ritmin,  poetik  vüsətin  köməyi  –  yalnız  aşkar  şüur  səviyyə-
sində tam formalaşmamış, qeyri-müəyyən, hələ təhtəlşüurda olan və ya 
hətta ancaq hisslər və təəssüratlar səviyyəsində olan yaşantıların ifadə-
si üçün lazım gəlir.  
Ənənəvi  poeziya  məhz  hisslərin  və  təəssüratların,  hal  və  məqa-
mın, subyektiv yaşantıların ifadəsinə xidmət edir. Lakin adi danışıq di-
li, epik üslub, nəqli cümlələr anlayışlar 
şəklində  formalaşmamış  qeyri-aşkar 
şüurun  və  hissiyyatın  ifadəsi  üçün 
yetərli  olmur.  Hissiyyatın,  əhvalın 
musiqi və ya rənglər vasitəsi ilə ifa-
də edilməsi təhtəlşüurda olanların üzə çıxarılmasına xidmət edir. Poe-
ziya isə bu məqsədlə dilin imkanlarından istifadə edir; lakin bu dil adi 
danışıq  dilindən  fərqli  olaraq,  mübaliğələr,  məcazlar,  təşbehlərlə  «bə-
zədilmiş»,  habelə  ritm  və  ahənglə  tamamlanmış  xüsusi  bir  dildir.  Bu 
mənada poeziya qafiyəyə, ahəngə, ritmə salınmış sözlərdən daha çox, 
sözlərlə  ifadə  olunmuş  ritm  və  ya  ahəngdir.  Hətta  belə  demək  müm-
kündürsə, sözlərlə çəkilmiş tablo və ya sözlərlə ritmlənmiş musiqidir.  
Aida  İmanquliyevanın  yaradıcılığında  əsas  məqsəd  hissiyyatı, 
əhvalı  ifadə  edən  müxtəlif  sənət  növləri  içərisindən  məhz  poeziyanı 
ayırmaq  və  onun  «söz  sənəti»  olmaqdan  başqa,  «fikir  sənəti»  olmaq 
iddiasını  və  bu  xüsusda  potensial  imkanlarını  araşdırmaqdır.  Bizi  bu 
cür  müqayisəyə  sövq  edən  isə  təkcə  sözlə  yox,  fikirlə  manevr  edən, 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 82 – 
 
Bir çiçək bir dünyadır.  
Ə
bu Turxan 
əsərlərini fikirdən yapan və fikrin daxili aləmini və ritmini ifadə edən 
Cübran Xəlil Cübran yaradıcılığıdır. 
Qərbdə ruhsuz dünyanı,  «obyektiv  reallığı»  bir qayda olaraq el-
mi dillə, insan ilə dünya arasındakı münasibətləri isə fəlsəfi dillə ifadə 
edirlər. İnsan dünyasının ifadə olunmasına isə fəlsəfə ilə yanaşı incəsə-
nət, ilk növbədə poeziya iddialıdır. Lakin elmi-fəlsəfi yanaşma ilə poe-
tik yanaşma arasında köklü fərqlər vardır. Qərb sivilizasiyasının sima-
sı, əlamətdar cəhəti kimi başa düşülən elmi düşüncə sadəcə bir alterna-
tiv təsvir üslubu olmayıb, əlahiddə bir keyfiyyətə malikdir ki, buna ku-
muliyativlik  deyilir.  Yəni  inkişaf  müxtəlif  şəxslərin  gördükləri  işlərin 
toplanması hesabına gedir.  
Şərq poeziyasında da ümumiləşdirmələr vardır. Yəni konkret ha-
disələrin təsvirindən sonra ümumiləşdirici bir fikir hasil olur ki, bu da 
Şərq müdrikliyi kimi məlumdur. Lakin bu ümumiləşdirici fikir bir qay-
da  olaraq  əxlaqi  müstəvidə,  böyük 
nəsihət  və  ya  davranış  düsturu,  re-
septi kimi təqdim olunur.  
Bu  üslub  Bibliya  və  Quran  da 
daxil olmaqla bütün dini kitablarda da aparıcı üslubdur. 
Şərq poeziyasının digər bir qolu didaktikadan fərqli olaraq este-
tik hissin, təəssüratların ifadəsi olan lirik poeziyadır. Burada lirika da-
ha çox dərəcədə gerçəkliyin özünü yox, onun insanda doğurduğu emo-
sional vəziyyəti, subyektiv durumu ifadə edir. 
Lakin Cübran eyni zamanda həm əxlaqi, həm də estetik müstəvi-
də  ümumiləşdirmələr  aparır.  Onun  poeziyasında  Xeyir  müstəqim  mə-
nada «xeyir» kimi yox, daha çox «gözəllik» kimi tərənnüm olunur. Şa-
ir haqq, xeyir və gözəlliyin eyniyyətindən çıxış edir. Aida İmanquliye-
va bu məsələ ilə bağlı ingilis romantik şairi Con Kitsin belə bir fikrini 
yada salır: “Gözəllik – həqiqətdir, həqiqətsə gözəllikdir – bizim bütün 
bildiyimiz və ümumiyyətlə bu dünyada bilməli olduğumuz hər şey bu-
dur.”
1
 Cübran  isə  «Gözəllik  nəğməsi»ndə  deyir:  «Mən  –  səadət  evi-
yəm, mən – sevinc mənbəyiyəm, mən əmin-amanlığın başlanğıcıyam... 
                                                 
1
 Bax: A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 94.  


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 83 – 
 Gözəllik  adlı-sanlı  və  zən-
gin  insanların  imtiyazı  deyil, 
o,  «bütün  insanlığın  müqəd-
dəs mülkiyyətidir. 
Aida İmanquliyeva
 
 
Mən şairlərin ilhamçısı,  sənətkarların rəhbəri, musiqiçilərin müəllimi-
yəm.... mən körpə gözlərinin baxışıyam.... Mən – həqiqətəm, ey insan-
lar!  Mən  –  həqiqətəm....  və  bu  sizə  məlum  ola  bilənlərin  ən  yaxşı-
sıdır!»”
1
 
Şərq poeziyası hadisələrdən, təzahürlərdən təsirlənən şairin ürək 
sözlərini ifadə edir. Təəssüratlar təfəkkür prizmasından keçərək həya-
tın, dünyanın ən ümumi qanunauyğunluqlarında iz salmamış, ideyalar 
səltənətinə qədəm qoymamış, intellekt süzgəcindən keçməmiş elə bir-
başa, hansı isə obrazlarla, təşbehlərlə, bənzətmələrlə ifadə olunur. Həm 
də  bu  cəhət  nə  isə  bir  çatışmazlıq  kimi  yox,  poeziyanın  rəmzi  tələbi 
kimi, bir məziyyət kimi qəbul edilir. 
Hiss, duyğu necə yaranıbsa oxucuya eləcə, hələ öz təravətini itir-
mədən, öz bakirəliyində təqdim olunur. 
Ancaq hadisələr var, görüntülər var və bu görüntüdən təsirlənən 
şair qəlbinin etirafları var! Əlbəttə vəcd məqamında şairin iti nəzərləri 
adi adamların görə bilmədiyi incə məqamları, alatoranları da görür. 
Canlı  bir  həyat!  Hər  təzahürü 
bir rəngdə, bir biçimdə, bir formada! 
Və  şairin  təbiətlə,  həyatla  təmasda 
keçirdiyi müxtəlif hallar, qəlb çırpın-
tıları, yaşantılar! 
Fərqli  yaş  dövrlərindən  gə-
lən  müxtəliflik;  gəncliyi,  məhəb-
bəti ifadə edən işıqlı notlar, al-əlvan rənglər… Qocalıq çağının yaşan-
tıları:  xatirələr,  nisgil  və  s.  «Sənsiz»lik,  həsrət,  həsrətin  konkret  təza-
hürləri, obrazlı lövhələr, tarixçələr, xatirələr. 
Yaxud  müxtəlif  vüsal  səhnələri;  hər  səhnənin  öz  rəngi-ruhu  və 
bu ruhu ifadə edən şair qəlbinin yaşantıları… 
Hissi dünya nə qədər zəngin və rəngarəngdirsə,  bu cür poeziya-
nın  da  həddi-hüdudu  yoxdur.  Çünki  dünya  mahiyyətlər  müstəvisində 
yox,  təzahür  rakurslarında  qələmə  alınır.  Sonsuzluq  dərinə,  təməldə 
dayanan  ümumi  cəhətlərə  getmək  hesabına  yox,  daha  çox  dərəcədə 
                                                 
1
 Yenə orada, səh. 95-96. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə