Aida İmanquliyeva yaradıcılığının izi ilə
– 81 –
Fikirləşmək filosofun du-
asıdır.
Reyhani
keçən konseptual (nəzəri) fikirdir. Epik üslub isə elmi düşüncə üçün
bir növ baza olduğundan, deməli, həm də Qərb düşüncə tərzinin təməl-
lərindən biridir.
Fikrin ifadə olunması üçün onu bəzəməyə ehtiyac yoxdur. Hansı
isə milli ədəbi dil kifayət qədər zəngindirsə, aşkar şüur səviyyəsində
formalaşmış hər hansı fikir epik üslubda, nəqli yolla ifadə oluna bilər.
Elmi dil də bu qəbildəndir; sadəcə olaraq bir sıra sözlərin daha konkret
anlamda işlədilməsini, yəni anlayışların elmi terminologiya kimi for-
malaşmasını tələb edir. Bənzətmələr, təşbehlər, dolayısı ilə deyimlər,
qafiyənin, ritmin, poetik vüsətin köməyi – yalnız aşkar şüur səviyyə-
sində tam formalaşmamış, qeyri-müəyyən, hələ təhtəlşüurda olan və ya
hətta ancaq hisslər və təəssüratlar səviyyəsində olan yaşantıların ifadə-
si üçün lazım gəlir.
Ənənəvi poeziya məhz hisslərin və təəssüratların, hal və məqa-
mın, subyektiv yaşantıların ifadəsinə xidmət edir. Lakin adi danışıq di-
li, epik üslub, nəqli cümlələr anlayışlar
şəklində formalaşmamış qeyri-aşkar
şüurun və hissiyyatın ifadəsi üçün
yetərli olmur. Hissiyyatın, əhvalın
musiqi və ya rənglər vasitəsi ilə ifa-
də edilməsi təhtəlşüurda olanların üzə çıxarılmasına xidmət edir. Poe-
ziya isə bu məqsədlə dilin imkanlarından istifadə edir; lakin bu dil adi
danışıq dilindən fərqli olaraq, mübaliğələr, məcazlar, təşbehlərlə «bə-
zədilmiş», habelə ritm və ahənglə tamamlanmış xüsusi bir dildir. Bu
mənada poeziya qafiyəyə, ahəngə, ritmə salınmış sözlərdən daha çox,
sözlərlə ifadə olunmuş ritm və ya ahəngdir. Hətta belə demək müm-
kündürsə, sözlərlə çəkilmiş tablo və ya sözlərlə ritmlənmiş musiqidir.
Aida İmanquliyevanın yaradıcılığında əsas məqsəd hissiyyatı,
əhvalı ifadə edən müxtəlif sənət növləri içərisindən məhz poeziyanı
ayırmaq və onun «söz sənəti» olmaqdan başqa, «fikir sənəti» olmaq
iddiasını və bu xüsusda potensial imkanlarını araşdırmaqdır. Bizi bu
cür müqayisəyə sövq edən isə təkcə sözlə yox, fikirlə manevr edən,
Şə
rq ruhunun Qərb həyatı
– 82 –
Bir çiçək bir dünyadır.
Ə
bu Turxan
əsərlərini fikirdən yapan və fikrin daxili aləmini və ritmini ifadə edən
Cübran Xəlil Cübran yaradıcılığıdır.
Qərbdə ruhsuz dünyanı, «obyektiv reallığı» bir qayda olaraq el-
mi dillə, insan ilə dünya arasındakı münasibətləri isə fəlsəfi dillə ifadə
edirlər. İnsan dünyasının ifadə olunmasına isə fəlsəfə ilə yanaşı incəsə-
nət, ilk növbədə poeziya iddialıdır. Lakin elmi-fəlsəfi yanaşma ilə poe-
tik yanaşma arasında köklü fərqlər vardır. Qərb sivilizasiyasının sima-
sı, əlamətdar cəhəti kimi başa düşülən elmi düşüncə sadəcə bir alterna-
tiv təsvir üslubu olmayıb, əlahiddə bir keyfiyyətə malikdir ki, buna ku-
muliyativlik deyilir. Yəni inkişaf müxtəlif şəxslərin gördükləri işlərin
toplanması hesabına gedir.
Şərq poeziyasında da ümumiləşdirmələr vardır. Yəni konkret ha-
disələrin təsvirindən sonra ümumiləşdirici bir fikir hasil olur ki, bu da
Şərq müdrikliyi kimi məlumdur. Lakin bu ümumiləşdirici fikir bir qay-
da olaraq əxlaqi müstəvidə, böyük
nəsihət və ya davranış düsturu, re-
septi kimi təqdim olunur.
Bu üslub Bibliya və Quran da
daxil olmaqla bütün dini kitablarda da aparıcı üslubdur.
Şərq poeziyasının digər bir qolu didaktikadan fərqli olaraq este-
tik hissin, təəssüratların ifadəsi olan lirik poeziyadır. Burada lirika da-
ha çox dərəcədə gerçəkliyin özünü yox, onun insanda doğurduğu emo-
sional vəziyyəti, subyektiv durumu ifadə edir.
Lakin Cübran eyni zamanda həm əxlaqi, həm də estetik müstəvi-
də ümumiləşdirmələr aparır. Onun poeziyasında Xeyir müstəqim mə-
nada «xeyir» kimi yox, daha çox «gözəllik» kimi tərənnüm olunur. Şa-
ir haqq, xeyir və gözəlliyin eyniyyətindən çıxış edir. Aida İmanquliye-
va bu məsələ ilə bağlı ingilis romantik şairi Con Kitsin belə bir fikrini
yada salır: “Gözəllik – həqiqətdir, həqiqətsə gözəllikdir – bizim bütün
bildiyimiz və ümumiyyətlə bu dünyada bilməli olduğumuz hər şey bu-
dur.”
1
Cübran isə «Gözəllik nəğməsi»ndə deyir: «Mən – səadət evi-
yəm, mən – sevinc mənbəyiyəm, mən əmin-amanlığın başlanğıcıyam...
1
Bax: A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 94.
Aida İmanquliyeva yaradıcılığının izi ilə
– 83 –
Gözəllik adlı-sanlı və zən-
gin insanların imtiyazı deyil,
o, «bütün insanlığın müqəd-
dəs mülkiyyətidir.
Aida İmanquliyeva
Mən şairlərin ilhamçısı, sənətkarların rəhbəri, musiqiçilərin müəllimi-
yəm.... mən körpə gözlərinin baxışıyam.... Mən – həqiqətəm, ey insan-
lar! Mən – həqiqətəm.... və bu sizə məlum ola bilənlərin ən yaxşı-
sıdır!»”
1
Şərq poeziyası hadisələrdən, təzahürlərdən təsirlənən şairin ürək
sözlərini ifadə edir. Təəssüratlar təfəkkür prizmasından keçərək həya-
tın, dünyanın ən ümumi qanunauyğunluqlarında iz salmamış, ideyalar
səltənətinə qədəm qoymamış, intellekt süzgəcindən keçməmiş elə bir-
başa, hansı isə obrazlarla, təşbehlərlə, bənzətmələrlə ifadə olunur. Həm
də bu cəhət nə isə bir çatışmazlıq kimi yox, poeziyanın rəmzi tələbi
kimi, bir məziyyət kimi qəbul edilir.
Hiss, duyğu necə yaranıbsa oxucuya eləcə, hələ öz təravətini itir-
mədən, öz bakirəliyində təqdim olunur.
Ancaq hadisələr var, görüntülər var və bu görüntüdən təsirlənən
şair qəlbinin etirafları var! Əlbəttə vəcd məqamında şairin iti nəzərləri
adi adamların görə bilmədiyi incə məqamları, alatoranları da görür.
Canlı bir həyat! Hər təzahürü
bir rəngdə, bir biçimdə, bir formada!
Və şairin təbiətlə, həyatla təmasda
keçirdiyi müxtəlif hallar, qəlb çırpın-
tıları, yaşantılar!
Fərqli yaş dövrlərindən gə-
lən müxtəliflik; gəncliyi, məhəb-
bəti ifadə edən işıqlı notlar, al-əlvan rənglər… Qocalıq çağının yaşan-
tıları: xatirələr, nisgil və s. «Sənsiz»lik, həsrət, həsrətin konkret təza-
hürləri, obrazlı lövhələr, tarixçələr, xatirələr.
Yaxud müxtəlif vüsal səhnələri; hər səhnənin öz rəngi-ruhu və
bu ruhu ifadə edən şair qəlbinin yaşantıları…
Hissi dünya nə qədər zəngin və rəngarəngdirsə, bu cür poeziya-
nın da həddi-hüdudu yoxdur. Çünki dünya mahiyyətlər müstəvisində
yox, təzahür rakurslarında qələmə alınır. Sonsuzluq dərinə, təməldə
dayanan ümumi cəhətlərə getmək hesabına yox, daha çox dərəcədə
1
Yenə orada, səh. 95-96.
Dostları ilə paylaş: |