Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə25/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   21   22   23   24   25   26   27   28   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 78 – 
 
Unutmaq olmaz ki, xətlər 
və  rənglər  gözəldir,  amma 
insan  surətindən  yüksək  heç 
nə yoxdur. 
Uitmen 
lanır və genişlənir, ağlımız isə heyrət və təəccüb içində onu sözlə ifadə 
edə bilməyərək donub qalır. Bu, görənin hissləri ilə görünənin həqiqəti 
arasında gizli zərrəciklər axınıdır; bu, insanın zahirini nurlandıran mü-
qəddəs ruhların ziyasıdır: həyat toxumun dərinliyindən gülün rayihə və 
rənglərinə belə çevrilir; bu, kişi və qadın arasında tam anlaşmadır: bir 
anda yaranaraq, o, ən ali istəyi – məhəbbət adlanan o mənəvi yaxınlığı 
doğurur”.
1
 
C.Cübran və H.Cavidin universal gözəllik və məhəbbət idealına, 
gözəlliyə pərəstiş məqamına hansı yolla gəlməsi məsələsini hələlik bir 
kənara qoyub, Eşq tanrıçılığının ilkin mənbələrinə müraciət etmək is-
tərdik. Əlbəttə, bu mənbə ərəb ro-
mantiklərindən 
də, 
hətta 
Füzulidən  də  daha  əvvəllərə  gedib 
çıxır. 
İslam  dünyasında  eşqin 
universallaşdırılması 
və 
hətta 
ontoloji  mahiyyət  kəsb  etməsi  İbn 
Sinanın  və  Nizaminin  adı  ilə,  ilahi 
eşq konsepsiyası isə daha çox dərəcədə təsəvvüf  fəlsəfəsi və onun ilk 
nümayəndələrindən  olan  Rabiə  əl-Ədəviyyənin  adı  ilə  bağlı  olsa  da, 
Eşq  tanrıçılığı  məhz  İbn  Ərəbi  tərəfindən  bütöv  bir  təlim  səviyyəsinə 
qaldırılmışdır.  
Belə bir cəhət də nəzərə alınmalıdır ki, eşqlə gözəlliyin müqayi-
səsində və ilkinlik, təməl statusunun müəyyənləşdirilməsində Cavid və 
Cübran  İbn  Ərəbidən  fərqli  mövqelərdə  dayanırlar.  İbn  Ərəbi  yazır: 
«Sevginin  səbəbi  gözəllikdir.  …  Zira  gözəllik  təbiətcə  sevilən  şey-
dir…».
2
 Cavid  də  eşq  və gözəlliyi  iki  paritet  əsas  kimi  götürür.  Lakin 
o, üstünlüyü eşqə verir və daha doğrusu, gözəlliyi eşqin nəticəsi, sevən 
məqamda  insanın  hər  şeydə  mahiyyəti,  ideyanı,  ali  məqamı  duymaq 
keyfiyyətinin təzahürü kimi dəyərləndirir: 
 
Həp sevgidir gözəlliyi insana sevdirən 
                                                 
1
 Yenə orada, səh. 79. 
2
 Muhyiddin  İbn‘ul-Arabi.  el-Futuhat  el-mekkiyye.  Tərt.  Prof.  Dr.  Nihat  Keklik. 
Ankara, 1990, səh. 447.  


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 79 – 
Poeziya  –  ürəkləri  məf-
tun 
edən 
müdriklikdir. 
Müdriklik  isə  fikir  himnini 
ifa edən poeziyadır. 
Cübran 
Məhrumi-eşq olunca gözəllik də can sıxar.
 1
 
 
Cübran da gözəlliyin dəyərləndirilməsində subyektiv faktoru nə-
zərə alır:  
 
Quşların oxumasına, yarpaqların xışıltısına,  
bulaqların zümzüməsinə qulaq asın,  
axı, gözəllik – eşidənlərin nəsibidir! 
Körpənin  məsumluğuna,  gəncin  zərifliyinə,  yetkinin  gücünə, 
qüdrətinə, qocanın müdrikliyinə fikir verin,  
axı, gözəllik – diqqət kəsilənlərin heyrətidir! 
Qönçə dodaqları, gül yanaqları, nərgiz gözləri vəsf edin,  
 axı, gözəlliyi onu vəsf edənlər şöhrətləndirirlər!
 2
 
 
«Bədəni gözəllik məbədinə, ürə-
yi eşq qurbangahına çevirin»,
3
 – deyən 
Cübran  da  Cavid  kimi  gözəlliyi  daha 
yaxşı  duymaq  üçün  eşqin,  “həyata 
könül gözü ilə baxmağın” rolunu xü-
susi qeyd edir: “Həyatın qəlbinə ça-
tanda  sən  gözəlliyi  hər  şeydə  gö-
rəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə”.
4
  
Hər yaradılmışın bir xeyri, bir gözəlliyi var: onu üzə çıxaran şə-
rait, zaman və şəxs olanda. «Ərlərin eşqi gözəlliyi təyin etməyin meya-
rıdır. Gözəlliyin üzərindəki pərdəni parçalayan  bu eşq, eyni zamanda 
onu  pərdələyər».
5
 Məhəmməd  İqbalın  bu  sözləri  eşq  ilə  gözəllik  ara-
sında qarşılıqlı münasibətin ifadəsidir. Həm də ilkinlik, subyekt funk-
siyası eşqə verilir.  
                                                 
1
 H. Cavid. Əsərləri 5 cilddə, I cild, Bakı, «Elm», 2005, s. 83. 
2
 
ﻥﺍﺮﺒﺟ  ﻞﻴﻠﺧ  ﻥﺍﺮﺒﺟ
  .
ﺕﺎﻔﻨﺼﻤﻟﺍ
  .
2
 

  .
1

.
 
ﺔﻴﺑﺮﻌﻟﺍ
.
  (C.X.Cübran.  Gözəllik.  //  Musannafat 
(əl-arabiyyə), səh. 22).  
3
 Yenə orada, səh. 23.  
4
 C.X.Cübran.  Seçilmiş  kəlamlar.  //  “Fəlsəfə  və  sosial-siyasi  elmlər”  jurnalı, 
2007, № 4, səh. 80. 
5
 Muhammed İkbal sözlüğü, tərt. A.Albayrak. İstanbul, Lamure, 2005, səh. 91.  


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 80 – 
 
Hiss  –  aşkarlanmamış  fi-
kirdir.  
Ə
bu Turxan 
Cübran eşq və gözəllik sırasına Xeyiri də əlavə edir. Aida İman-
quliyevanın  haqlı  olaraq  qeyd  etdiyi  kimi,  Cübrana  görə,  gözəllik  – 
məhəbbət və xeyir kimi mənəvi anlayışlardan ayrılmazdır.
1
 Göründüyü 
kimi, xeyrin də, həqiqətin də, eşqin də, gözəlliyin də fikir müstəvisində 
və  fərdi  hissi  yaşantı  müstəvisindəki  təzahürləri  fərqlidir.  Bu  məsələ-
nin tədqiqində Aida İmanquliyevanın diqqətini daha çox hansı cəhətlər 
cəlb  edir?  Ərəb  ədəbiyyatında  və  Qərb  romantik  poeziyasında  Aida 
xanım  hansı  məqamları  önə  çəkir?  Şeiriyyətimi,  forma  gözəlliyinimi, 
yoxsa hadisələri, təhkiyə gözəlliyinimi?  
Yox,  bunların  hamısı  Aida  xanımın  yaradıcılığında  arxa  planda 
qalır. 
O, 
öz 
tədqiqatına 
elə 
müəllifləri  və  elə  əsərləri  cəlb  edir 
ki,  burada  fikrin,  ideyanın  gözəlliyi 
önə çıxır.  
Cübran yaradıcılığı da hissi dün-
yadan  daha  çox  ideyalar  aləminin  poetik  tərənnümü  kimi  dəyərlən-
dirilə  bilər.  Gözəlliyin  də  ən  ali  təzahürü  məhz  ideyanın  bilavasitə  öz 
bakirəliyində təqdimatı zamanı üzə çıxır. Romantizmin ən böyük mə-
ziyyəti  də  cismani  həyatın  alatoranından  keçərək,  ideya  dünyasının 
işıqlı  qatına  yüksəlməkdir.  Aida  İmanquliyeva  yazır:  «Romantiklərdə 
gözəllik  və  məhəbbət  şairin  ürəyini  və  təxəyyülünü  işıqlandıran 
mənəviyyat nurudur».
2
  
Ənənəvi poeziya, klassik poeziya harada yaranmasından asılı ol-
mayaraq  mahiyyəti  etibarilə  Şərq  hadisəsidir.  Əlbəttə,  poeziya  geniş 
mənada başa düşüldükdə, yəni nəzmlə yazılan istənilən əsər poeziyaya 
aid edildikdə bu anlayışda lirik poeziya ilə yanaşı epik poeziya da əha-
tə olunur. Epik düşüncə isə Şərqlə Qərbi birləşdirən ortaq sahədir. Bu-
radan elmə və lirikaya doğru yollar ayrılır ki, bu da Şərq və Qərbin di-
ferensiallaşmasına və qütbləşməsinə uyğun gəlir.  
Qərbi simvolizə edən daha çox dərəcədə elmi düşüncədir və  ya, 
başqa  sözlə  desək,  biliklərin  sistemli  və  davamlı  kontekstində  həyata 
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 96.  
2
 Yenə orada. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə