Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə21/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   17   18   19   20   21   22   23   24   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 65 – 
bildirmişdir: 
 
ﺕﻳﻭﻗ
 
ﻥﺇ
  
 ْ◌
ُﺡﺍﻭﺮ  
ﻷﺍﻭ
 
ﻡﺰﻌﻠﻠ
 
ّﻖﺤﻠﺍﻭ
  
1
.
ﺮﻳﻐﻟﺍ
 
ﺎﻬﺒ
 
ﺕﻟﺤ
 
ﺕﻔﻌﺿ
 
ﻥﺇ
 
ﺕﺪﺎﺴ
  
 
Biz bu şeir parçasına ona görə ərəb orijinalında istinad edirik ki, 
onun türkcəsində və ruscasında müəllif mövqeyi bir qədər fərqli ifadə 
olunur.  
Məsələn, bu misralar türkcəyə belə çevrilmişdir: 
 
Güclü haqlıdır hep bu dünyada 
Ruh güclüyse yönetir, zayıfsa yönetilir.
2
  
 
Bizi narahat edən məhz ilk misranın “Güclü haqlıdır hep bu dün-
yada”  kimi  tərcümə  olunmasıdır.  Belə  ki,  bütün  mübahisə  məhz  bu 
fikrin  üzərində  gedir.  Cübran  belə  deyə  bilməzdi.  Ruscasında  isə  bu 
misralar belə tərcümə olunmuşdur: 
 
– Кто крепок духом – правит, Слабодушные 
превратностям судьбины подвергаются.
3
 
 
Deməli,  diqqət  ümumiyyətlə  gücə  deyil,  ruhun  gücünə  yönəldi-
lir. Bu, məqbul görünə bilərdi, lakin ikinci misranı da nəzərə aldıqda, 
belə  çıxır  ki,  söhbət  taleyi  idarə  etməkdən  gedir,  zəif  ruhlular  isə  ta-
leyin haqsızlığına məruz qalırlar.  
Amma hərfi tərcümə belədir: 
 
Haqq əzmindir, ruhlar güclü olanda idarə edir, 
Zəif olanda isə onları başqaları yönəldir. 
 
Türkcəyə  tərcümədə  bizi  qane  etməyən  ancaq  birinci  kəlmədir: 
“Güclü haqlı” ola bilməz, söhbət əslində əzmin haqq sahibi olmasın-
dan  gedir.  “Əzm”  isə  məhz  iradə,  ruhun  gücü  mənasında  başa  düşül-
                                                 
1
 
ﻥﺍﺮﺒﺟ ﻞﻴﻠﺧ ﻥﺍﺮﺒﺟ
 .
ﺕﺎﻔﻨﺼﻤﻟﺍ
 .
2
 

 .
1

.
 
ﺑﺮﻌﻟﺍ
ﺔﻴ
.
 (C.XCübran. əl-Məvakib // Musannafat 
(əl-arabiyyə), səh. 8).  
2
 Halil  Cibran  –  Mihail  Nüaymə.  Gözlerin  fısıltısı,  İstanbul,  Kaknüs,  2008,  səh. 
138. 
3
 Дж.Х. Джебран. Избранное, стр. 277. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 66 – 
 
məlidir. Bu mənada şərh edildikdə Cübranın mövqeyi də Cavidin möv-
qeyi ilə üst-üstə düşür.  
Biz bu bir beytin tərcüməsi üzərində xüsusi dayanmaqla və oriji-
naldakı hər bir incə mənanı olduğu kimi çatdırmağın necə çətin oldu-
ğunu  göstərməklə  bərabər,  Aida  xanımın  gördüyü  işin  əhəmiyyəti  ilə 
yanaşı, məsuliyyət yükünü də nəzərə çarpdırmış olduq.   
Sivilizasiyaların  qarşıdurmasından  tolerantlığa,  bir-birinə  dö-
zümlü münasibətə, tolerantlıqdan dialoqa və dialoqdan əməkdaşlığa və 
qarşılıqlı  tamamlanmaya  keçid  üçün  mühüm  amillərdən  biri  də  ade-
kvat ədəbi-bədii tərcümə sayəsində qarşı tərəfin bədii təxəyyülü və po-
etik  düşüncəsi  ilə  tanışlıqdır.  Tərəf-müqabilin  ruhunu  və  hissiyyatını 
duymaq üçün ədəbiyyat ən vacib körpüdür.  
 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 67 – 
  
 
 
 
 
 
Romantik poeziyanın fəlsəfə qatı 
və ya fikrin gözəllik məqamı
 
 
 
Həyat onun ürəyini oxuyan müğənni tapa bilməyəndə,  
onun ağlı ilə danışan filosof yaradır
C.X.Cübran
 
 
Romantik poeziya özlüyündə bir ədəbiyyat hadisəsi olmaqla ya-
naşı, həm də fəlsəfi fikrin mühüm qaynaqlarından biridir. Düzdür, ro-
mantizmin  ən  görkəmli  nümayəndələrindən  biri,  yeni  ərəb  ədəbiyyatı 
korifeyi  Cübran  Xəlil  Cübran  fəlsəfənin  payına  ən  çox  düşüncəni  aid 
edir, hiss dünyasını isə şairlər üçün saxlayır: “Filosofun ruhu onun dü-
şüncələrindədir, şairin ruhu – ürəyində!” Gözəl deyilmişdir! Amma tək 
düşüncədən fəlsəfə hasil olmaz. Düşüncədən hasil olan elmdir. Fəlsəfə 
isə  ürəklə  başın  ittifaqını  tələb  edir.  Necə  ki,  romantik  poeziya  məhz 
ona  görə  romantikdir  ki,  burada  fikir  ürək  çırpıntıları  ilə  ritmlərin  və 
hissiyyatın  qanadlarında  adi  şüur  üçün  əlçatmaz  bir  mərtəbəyə  yük-
səlir. 
 
Romantik  poeziyada  Haqq,  Həqiqət,  Gözəllik  və  Xeyrin  eyniy-
yət  məqamı  tərənnüm  olunur.  Romantik  ədəbiyyat  maddiyyatı,  var-
dövləti,  pulu,  rəyasəti,  gücü,  şöhrəti  həyatının  mənası  hesab  edənlər-
dən  fərqli  olaraq,  fani  dünyanın  aldadıcı  cazibəsindən  uzaq  duran,  bu 
dünyaya  daha  ali  məqsədlər  prizmasından  baxan  insanlar  tərəfindən 
yaradılmışdır.  Şərq  və  Qərbin  idealları  da  bu  yüksəklikdə  –  zirvədə 
birləşir.  


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 68 – 
 
Poeziyada  bariz  şəkildə 
üzə çıxan çılpaq fikir emosi-
onal yaşantının ahəngini po-
za bilər. 
Ə
bu Turxan 
Professor  Aida  İmanquliyeva  bütün  yaradıcı  ömrünü  məhz  bu 
yüksəlişin  fəthinə  həsr  etmişdir.  O,  öz  əsərlərində  “bütün  varlıqların 
dönmədən irəliyə – həqiqətə və gözəlliyə doğru hərəkət etməsinə olan 
romantik inamı”
1
 tərənnüm edir. Aida xanim romantik poeziyanı onun 
Qərbdə  C.Q.Bayron,  U.Bleyk,  R.Emerson,  U.Uitmen  kimi  və  Şərqdə 
C.Cübran,  Ə.Reyhani,  M.Nüaymə  kimi  ən  böyük  nümayəndələrinin 
timsalında araşdırmış və bir tərəfdən hiss və əqlin, digər tərəfdən Şərq 
ilə Qərb düşüncə tərzlərinin, vəhdət məqamlarını üzə çıxararaq, bəşə-
riyyətin məhz bu vəhdətə doğru inkişaf etmək əzmini təsbit etmişdir.  
Öz  tədqiqatlarında  da  poetik  ruhla  fəlsəfi  düşüncənin,  roman-
tizmlə realizmin vəhdətindən çıxış edən Aida xanım Azərbaycan ədəbi 
və  fəlsəfi  fikrində  ilk  dəfə  olaraq  Şərq  və  Qərb  romantiklərinin  geniş 
müqayisəli  təhlilini  vermişdir.  Onun  yaradıcılığında  Qərb  ədəbiyyatı-
nın  özünə  də  diferensial  münasi-
bət  bəslənir  və  yeni  ərəb  ədəbiy-
yatının  görkəmli  nümayəndələrinə 
təsir  baxımından  Amerika  transsen-
dentalizmi  və  Avropa  romantizmi 
ayrılıqda  nəzərdən  keçirilir.  «Tran-
ssendentalistlərin  fikrincə,  intuisiya 
və təxəyyül həqiqətin dərk olunmasında mücərrəd məntiqə, yaxud elmi 
metoda nisbətən daha düzgün vasitədir. Dünyanın əzəli, həqiqi səbəbi-
ni  açıb  göstərmək  iqtidarında  olan  şair  rolunun  özünəməxsus  anlamı 
da  buradan  gəlir.  Şair  yüksək  mənəvi  dəyərlərin  daşıyıcısı  olur  ki,  bu 
da  onu  Allaha  yaxınlaşdırır.  O,  həqiqəti  insanlara  açan  söz  ustasıdır, 
kahindir».
2
  
Aida  xanım  konkret  olaraq  Cübran  və  ər-Reyhanidən  bəhs  edə-
rək  yazır  ki,  «əgər  onlar  transsendentalistlər  kimi,  təbiətdə  yaradılışın 
– insan da bu yaradılışın ayrılmaz bir hissəsi hesab olunurdu – ən dərin 
mənasını  dərk  edirdilərsə,  Avropa  romantiklərinin  ardınca  onlar  tə-
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, s. 98. 
2
 Yenə orada, səh.
 62.  


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə