Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə19/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   15   16   17   18   19   20   21   22   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 59 – 
Bədən  ruh  ilə  vəhdət  ha-
lında  yaşayır;  beləliklə  ci-
simləşmiş  ruh  saf  Düşüncə 
ilə  vəhdət  halında  yaşayır. 
Bu,  ruhaniliyin  ən  ali  for-
masıdır. 
Reyhani 
proseslərin adı çəkilən ərəb yazıçılarının yaradıcılığında bədii ifadəsini 
araşdıraraq yazır: «Onlara əzəldən Şərq xalqlarının mədəniyyətinə xas 
olan ümumbəşəri və humanist ideallar əsasında öz doğma mədəniyyət-
lərində bu dəyərlərin təsdiqi üçün müvafiq üsullar tapmaq asan idi. Ey-
ni zamanda, heç vaxt unutmaq lazım deyil ki, bu  yazıçıları öz vətəni-
nin  adət-ənənələrini  və  öz  dilini  qoruyub-saxlayan  mühacirlər  mühiti 
əhatə  edirdi.  Buna  görə  də,  onlar  iki  mədəni  ənənənin  –  həm  Şərqin, 
həm də Qərbin mədəni əlaqələrinin daşıyıcıları oldular».
1
 
Həmin dövrdə vəhdət idealı Azərbaycan ədəbiyyatı və ictimai-si-
yasi  fikri  üçün  də  səciyyəvi  idi.  Milli 
özünüdərk  tələbi  ilə  yanaşı  müasirləş-
mək tələbi də irəli sürülürdü ki, bu da 
müəyyən  mənada  Qərb  sivilizasiyası-
nın  mənimsənilməsi  kimi  başa  düşülə 
bilər.  
Azərbaycan  coğrafi  baxımından 
Şərq və  Qərbin qovşağında  yerləşir. 
Rasional  və  mənəvi  dəyərlərin  nis-
bəti baxımından da Azərbaycan bu iki müxtəlif dəyərlər sisteminin bir-
gə  mənimsənilməsi  və  ortaq  məxrəcə  gətirilməsi  sahəsində  qabaqcıl 
mövqe tutur. Tarixən bir Şərq ölkəsi olaraq inkişaf edən və son min il 
ərzində  islam  mədəni-mənəvi  dəyərlərini  mənimsəmiş  və  özününkü-
ləşdirmiş  olan  Şimali  Azərbaycan  XIX  əsrdən  başlayaraq  Rusiya  im-
periyasının tərkibində yeni mədəni-mənəvi dəyərlər sistemi ilə sıx əla-
qəyə girmiş və onları bəzən icbari yolla qəbul etmək məcburiyyətində 
qalsa da, bəzən könüllü olaraq mənimsənilmişdir. Rusiya vasitəsilə qa-
baqcıl Avropa ictimai-siyasi fikrinin və maarifçilik ideyalarının Azər-
baycana  keçməsi  bu  ölkədə  Şərq  və  Qərb  dəyərlər  sisteminin  qovuş-
ması üçün münbit şərait yaratmışdır. A.Bakıxanov, Mirzə Kazım bəy, 
Mirzə Şəfi Vazeh, Həsən bəy Zərdabi kimi simalar bu iki sivilizasiya 
arasında  körpü  rolunu  oynayan  böyük  şəxsiyyətlər  idi.  Mirzə  Kazım 
bəy təzə-təzə qərbləşən Rusiya mədəniyyətini Şərq təfəkkür ənənənləri 
                                                 
1
 Yenə orada, səh. 55. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 60 – 
 
Poeziyanın missiyası ilahi 
gözəlliyi onun təzahürlərin-
də görməkdir. 
Ə
bu Turxan 
və ədəb-bədii fikri ilə zənginləşdirir və özünəməxsus yeni bir Avrasiya 
mədəniyyətinin yaradılmasına xidmət edirdi. Mirzə Şəfi Vazehin poe-
ziyası  Bodenştatın  tərcüməsində  Avropanı  məftun  etmişdi.  Çünki  o 
dövrdə  Qərbdə  Şərq  ruhuna  böyük  ehtiyac  duyulurdu.  Belə  misalları 
artırmaq  da  olar.  Lakin  məhz  Mirzə  Fətəli  Axundov  Şərq  və  Qərbin 
vəhdət simvolu kimi götürülmək üçün daha uyğundur. Çünki onun si-
masında hər iki mədəniyyət və düşüncə tərzi zirvədə birləşir. Eyni za-
manda  Axundov  öz  şəxsi  timsalında  vəhdətə  nail  olmaqla  qalmır  və 
bütövlükdə  xalqın  yeni  dəyərlər  sisteminə  yiyələnməsi  uğrunda  fəal 
mübarizə aparırdı. Onun bütün elmi-fəlsəfi və bədii  yaradıcılığı məhz 
bu amala xidmət edir. Əgər Axun-
dov  yeri  gələndə  hətta  ifrata  varır-
dısa, bütövlükdə Şərq poeziya ənənə-
lərindən,  sevgi-məhəbbət  dastanla-
rından,  romantik  meyllərdən  uzaqla-
şıb diqqəti gerçək ictimai həyatın ak-
tual  problemlərinə  yönəltməyə  səsləyirdisə,  dini  xurafata  qarşı  kəskin 
mövqe tuturdusa, bunu heç də onun sadəcə qərbpərəstliyi kimi qələmə 
vermək və guya Şərq poeziyasını dəyərləndirə bilməməsi kimi yozmaq 
düzgün  olmazdı.  O,  öz milli  mahiyyətini  dərindən  dərk  etdiyindən  və 
məhz  millətini  ürəkdən  sevdiyindən  ətalətdən  xilas  olmağa  və  sivili-
zasiyanın  yeni  nailiyyətlərinə  yiyələnməyə  səsləyir,  öz  həmvətənləri 
arasında maarifçilik ideyalarını yaymağa çalışırdı. 
Şərq və Qərb sivilizasiyalarının vəhdətindən yaranmış yeni dün-
yagörüşü Azərbaycanda da məhz XIX əsrin axırları, XX əsrin əvvəllə-
rində formalaşırdı. «Vəhdət» ideyasının tərənnümçüləri nə ardıcıl idea-
list, nə də ardıcıl materialist idilər. Onlar həqiqətlər dünyası ilə hadisə-
lər  dünyası  arasında,  ideya  ilə  reallıq  arasında,  mütləq  və  nisbi  həyat 
arasında da vəhdət, tarazlıq, tənasüb axtarırdılar. Zira fikir və cismani 
həyatın dialektikası əslində yalnız idealist və materialist fəlsəfi təlimlə-
rin fərqindən deyil, həm də Şərq və Qərb düşüncə tərzinin fərqindən və 
ziddiyyətindən hasil olur. 
Əmin  ər-Reyhani  (1876-1940),  Məhəmməd  İqbal  (1876-1937), 
Hüseyn Cavid (1882-1937/1941) və Cübran Xəlil Cübran (1883-1931) 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 61 – 
 Mən  –  səadət  eviyəm, 
mən  –  sevinc  mənbəyiyəm, 
mən əmin-amanlığın başlan-
ğıcıyam...  Mən  şairlərin  il-
hamçısı,  sənətkarların  rəh-
bəri,  musiqiçilərin  müəlli-
miyəm.... mən körpə gözləri-
nin  baxışıyam....  Mən  –  hə-
qiqətəm, ey insanlar!  
Cübran
 
təxminən eyni dövrdə  yazıb-yaratmaqla xeyli ümumi cəhətlərə malik-
dirlər. Hər kəsin öz ölkəsi miqyasında konkret problematikası olsa da, 
bu  böyük  düha  sahibləri  bütövlükdə  bəşəriyyətin  taleyinə  biganə  qal-
mayıb,  onun  yeganə  nicat  yolu  olan  «vəhdət»  ideyasından  çıxış  et-
mişlər. 
Lakin  biz  onların  bütövlükdə  həyatına,  yaxud  bu  həyatın  geniş 
bir zaman kəsiyinə  yox,  ancaq bir illik fraqmentə – o dövrdə  yaşayan 
dahilərin simvolikləşmiş qürub çağına – 1937-ci ilə nəzər salmaq istər-
dik. Nə qədər işıqlı həyatların sonu olan, özü ilə nə qədər parlaq sima-
ları yaradıcı dünyadan qoparıb aparan, tarix salnaməsində şəxsiyyətlə-
rin  və  milliyyətlərin  taleyinə  qəsd  məqamı  kimi  qalan  acılı-ağrılı  hə-
min 37-ci il, sən demə təkcə, Sovetlər çərçivəsində yox, bütün planet-
də; Şərqdə və Qərbdə, Şimalda və Cə-
nubda  –  hər  yerdə  öz  məhşum  mis-
siyasını yerinə yetirirmiş. 
Həmin bu dəhşətli ildə Avropa-
da  faşizmin  timsalında  gələcək  faciə-
lərin  təməli  qoyulurdu.  Hərbiləşmiş 
qüvvələr, təpədən dırnağa qədər silah-
lanmış,  beyni  zəhərli  gənclər  təkcə 
yəhudiləri  deyil,  bütün  parlaq  düşün-
cə  sahiblərini  sıxışdırıb  qovmaqdan, 
qətlə  yetirməkdən  həzz  alırdılar. 
Haqq sözünü deməyə çalışanlar Av-
ropanın mərkəzində bir yolla, Sovetlərdə isə başqa yolla təqib olunur-
du; mahiyyət isə eyni idi. İşıqlı simalar qaba qüvvətin, diktaturanın qə-
zəbinə  tuş  gəlmişdi.  Böyük  düşüncə  adamları,  söz  sahibləri  ya  qətlə 
yetirilir, ya da Avropanın mərkəzindən Qərbə, oradan da Amerikaya – 
uzaq Qərbə doğru, Sovetlərin mərkəzindən isə uzaq Şərqə – Sibir çöl-
lərinə doğru sıxışdırılırdılar. 
Lakin hadisələr formaca eyni, simmetrik olsa da, nəticələr fərqli 
oldu. Uzaq Şərqə sürgün edilənlər «qaranlıq» dünyasına, uzaq Ameri-
kaya qaçıb gedənlər isə «işıq» dünyasına düşdülər. Kimlərsə yaradıcı-


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə