Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə15/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   11   12   13   14   15   16   17   18   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 47 – 
Gündəlik  qayğılarla  yaşa-
yan  insanlar  çox  zaman  gö-
zəlliyin  yanından  ötüb  keçir-
lər,  şairin  borcu  onların  diq-
qətini gözəlliyə yönəltməkdir.  
Aida İmanquliyeva 
vardır. Hər bir xalq öz milli poeziyasının hüdudları ilə məhdudlaşma-
yaraq, bütövlükdə Şərq (antik və islam) poeziyasının daşıyıcısı və vari-
si  olur.  Bu,  həm  də  Şərq  ruhunun  qorunub  saxlanmasına  xidmət  edir. 
Lakin  bölünmədən,  şaxələnmədən,  diferensiallaşmadan  inkişaf  etmək 
mümkün deyil. Yeni dövrdən başlanan Qərbdə elmin bütün sahələrin-
də  olduğu  kimi,  poeziya  da  hansı  isə  ehkamlara,  qəliblərə,  ənənələrə 
pərçimlənməyərək,  zamanın  tələbinə  uyğun  surətdə  şaxələndi,  yeni 
metod  və  formalar  yarandı.  Ona  görə 
də,  romantik  poeziyada  gördüyümüz 
Şərq ünsürləri onun orijinallığını şüb-
hə  altına  ala  bilməz.  Görünür,  məhz 
buna  görədir  ki,  Aida  İmanquliyeva 
ərəb romantiklərini sadəcə Şərq poetik 
ənənələrinin  davamçısı  və  ya  Şərq 
poeziyasının  inkişafında  yeni  mər-
hələ  kimi  təqdim  etmir,  onların  məhz  Qərb  romantik  poeziyasından 
təsirlənərək yazıb-yaratdıqlarını xüsusilə vurğulayır.
1
  
Romantizm ancaq poeziya miqyasında bir hadisə deyildi. O, yeni 
iqtisadi münasibətlərə keçid nəticəsində əldə olunmuş azadlıq ab-hava-
sının  bütövlükdə  düşüncə  tərzinə,  incəsənətin  bütün  sahələrinə  təsiri-
nin  nəticəsi  idi.  İnsanın  öz  yaradıcı  gücünə,  daxili  potensialına  inamı 
artır və o, əsrlər boyu formalaşmış konservativ ictimai buxovları qırıb 
atmaq, özünün layiq olduğu daha kamil mənəvi-estetik həyat səviyyəs-
inə yüksəlmək əzmi ilə yazıb-yaradır. 
Qərbdə  romantik  poeziyanın  ideya  qaynaqlarının  Şərqdəkindən 
fərqli olması Qərb romantik şairlərinin əsərlərində, onların bədii-este-
tik  ideallarının  təkamül  yolunda  da  özünü  göstərir.  Məsələn,  Uitmen 
üçün Şərq və Qərb əslində Amerikanın iki qütbüdür.
2
 Onun bütün ide-
alları öz vətəni, öz dövləti ilə, bu dövlətdə azadlıq və demokratiyanın 
təntənəsi  ilə  bağlıdır.  Şərq  poeziyasında  da  şəxsi  həyatın,  cari  prob-
                                                 
1
 Məs.: A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 60-67 və s.. 
2
 Г.У.Лонгфелло.  Уолт  Уитмен.  Стихотворения  и  поэмы.  М.,  Худож.лит., 
1986, стр. 320. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 48 – 
 
lemlərin fövqünə qalxmaq və yüksəklərdə uçmaq ənənəsi vardır. Lakin 
Şərq adamı qanad açan kimi, birbaşa Allaha çatmaq üçün uçur. Arada 
millət və dövlət dayanacaqları yoxdur. Çünki klassik Şərqdə poeziyaya 
qanad verən dini hissdir, müqəddəslik duyğusudur.  
Bir  Şərq  tənqidçisi  Qərb  romantiklərinin  yaradıcılığını  təhlil 
edərkən, onları poetik vüsətin yetərsizliyində təqsirləndirərdi. Axı, tək 
bir Amerikanın hüdudlarında fırlanan təxəyyül bütün Yer kürəsini, bü-
tün ulduzlu səmanı, bütün əbədiyyəti ehtiva edən Şərq təxəyyülü mü-
qabilində çox məhdud görünür.  
Başqa bir misal. Corc Bayron “Çayld Harold” poemasında öz öl-
kəsinə sığmayan qəhrəmanı ilə bərabər bütün Avropa boyu Şərqə doğ-
ru  hərəkət  edir  və  bütün  Avropa  xalqlarının  azadlıq  hərəkatına  ilham 
verir.  Onun  xəyalları  düzəngahlara  sığmır  və  o,  yalnız  dağların  yük-
səkliyində  rahat  nəfəs  alır.  Bu  həmin  dağ  cazibəsidir  ki,  Puşkini  və 
Lermontovu da Qafqaz sıra dağlarının zirvələrinə cəlb edirdi. Abdulla 
Şaiqin  romantik  ruhunun  təkamülündə  rus  romantik  poeziyasının  və 
“dağ” mövzusunun rolundan bəhs edən Vəli Osmanlı yazır: “Həm rus, 
həm  də  bizim  Şərq  romantiklərinin  uca  dağlara  pənah  gətirməsinin 
səbəbləri  də  oxşardır.  Uca  dağlar  səmaya,  ulduzlar  dünyasına,  əbədi 
sonsuzluğa  yaxındır”.
1
 Bayrondan  Puşkinə  və  Lermontova,  onlardan 
isə Şaiqə qədər gəlib çatan ədəbi əlaqə dalğaları!   
Bayron yazır: 
 
Mən dağlara qalxdım, dağda yaşadım.  
Mənim üçün həyat yalnız ordadır...
2
 
 
Bəli,  Bayronun  romantizm  yolu  cismani  dünyanın  reallıqların-
dan, təbiətin öz gözəlliklərindən bəhrələnir, yüksəklik təsəvvürü – dağ-
ların  zirvəsindən  keçir.  Lakin  şair  təxəyyülü  burada  da  qərar  tuta  bil-
mir.  
 
Məgər dağlar, dalğalar, səmalar 
                                                 
1
 V.Osmanlı. Abdulla Şaiqin romantizmi. Bakı, “Azərbaycan Universiteti”, 2004, 
səh. 127. 
2
 Дж.Г.Байрон.  Паломничество  Чайльд-Гарольда  //  Собрание  сочинений  в 
4-х томах, т.2, М., «Правда», 1981, стр. 220. 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 49 – 
İlk ilahi söz insan olmuş-
dur. 
Cübran 
Könlümün bir parçası deyilmi?
1
 
 
Belə  düşünmək  olardı  ki,  şair  Şərq  üslubunda  təbiətdən  daha 
yüksək  könül  dünyasına,  oradan  da  Allah  ideyasına  gedib  çatacaqdır. 
Lakin  Qərb  şairinin  buna  nəfəsi  çatmır  və  o,  könülü  kainatın    bir 
hissəsi kimi görür.
2
  
Növbəti  şeirlərindən  birində  Bayron  yenə  də  tarixi  səhnələrin 
təsvirindən,  cismani  dünyanın  nasiranəliyindən  ayrılaraq  poetik  ilha-
mın qanadlarında Şərq idealını fəth edir, – kimi görünür.  
 
Gözəlliyin bütün idealı qarşımızdadır, 
...
 
Biz Tanrını görürük, səsini eşidirik.
 3
   
 
Bəli, nəhayət, şair Tanrı  idealına  yaxınlaşır. Və burada təsəvvüf 
poeziyası  ilə  bir  uyğunluq  görünür.  Lakin  elə  sonrakı  bənddə  aydın 
olur  ki,  Bayron  qədim  yunanların  mərmərdən  düzəltdiyi  Tanrı 
heykəlinin gözəlliyindən bəhs edirmiş.  
 
Bu 
mərmər 
adi 
insan əlində dirilmişdir
Olimpdən  poeziya 
ilə endirilmişdir.
4
   
 
Bayron  “Ənəl-Həqq”  deməsə 
də, insanın yaradıcı qüdrətini, onun qurduqlarının gözəlliyini tərənnüm 
edir  və  Tanrını  da  bu  yaradıcılıqda  görür.  Bu  cür  yanaşma  Qərbin 
təkcə  poeziyasında  yox,  estetik  fikrində  də  öz  əksini  tapmışdır. 
Məsələn, Qərb fəlsəfəsinin zirvəsində duran Hegel özünün «Estetikaya 
dair  mühazirələr»  kitabında  estetikanın  predmeti  kimi  təbiətdəki  gö-
zəlliyi deyil, «incəsənət sahəsini, yaxud, daha dəqiq desək, bədii yara-
dıcılığı»
5
 götürür.  Əlbəttə,  estetikanın  hələ  bir  müstəqil  fənn  kimi 
                                                 
1
 Yenə orada. 
2
 Yenə orada. 
3
 Yenə orada, səh. 283. 
4
 Yenə orada. 
5
 Г.В.Ф. Гегель. Лекции по эстетике. Т.1, СПб, Наука, 2001, с. 79.   


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə