Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə11/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   7   8   9   10   11   12   13   14   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 35 – 
 
 
 
 
 
 
Aida İmanquliyevanın yaradıcılığında  
ədəbiyyatşünaslıq məsələləri  
və ədəbi-bədii komparativistika
  
 
 
Belə yanaşma Şərq ədəbiyyatında...  
çox məhsuldar ola biləcək sonrakı müqayisəli  
bədii təhlil üçün yol açmağa imkan verir.  
Aida İmanquliyeva 
 
Aida İmanquliyevanın yaradıcılığını ona görə ərəbşünaslıq və ya 
şərqşünaslıq  çərçivəsində  nəzərdən  keçirməklə  məhdudlaşmaq  olmaz 
ki, burada ümumiyyətlə ədəbiyyatşünaslıq, xüsusən ədəbiyyat nəzəriy-
yəsi baxımından maraq doğuran çox ciddi məsələlər qaldırılır.  
Aida  xanımın  ədəbiyyatşünaslıq  sahəsindəki  xidmətlərini  aşağı-
dakı kimi qruplaşdırmaq olar: 
1.
 
Ədəbiyyatın missiyası və poeziyanın mahiyyəti məsələsi.  
2.
 
Ədəbi-bədii  cərəyanlar  və  onların  mahiyyəti.  Bir  tərəfdən, 
maarifçi  realizm  və  sensualizmlə  romantizm  arasında,  digər  tərəfdən,   
romantizm və tənqidi realizm arasında qarşılıqlı keçidlər. 
3.
 
Ədəbi-bədii komparativistika. 
4.
 
Dünya  ədəbiyyatı  tarixində  mühüm  bir  dövrün  işıqlandırıl-
ması. Romantik poeziyanın Qərbdə və Şərqdə yaranması və inkişafı.  
 
Bütün  bu  məsələlər  üzrə  A.  İmanquliyevanın  Azərbaycan  ədə-
biyyatşünaslığı üçün  yeni, orijinal baxışları var. Aida xanım, görünür, 
təbiətən  ona  xas  olan  nəzəri-fəlsəfi  düşüncə  tərzindən  irəli  gələn  bir 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 36 – 
 
Poeziya  –  sevinc,  ağrı,  tə-
əccüb  və  bir  azca  da  lü-
ğətdən sözlərin axınıdır. 
Cübran 
xüsusiyyət  kimi,  hansı  məsələdən  bəhs  edirsə  etsin,  mütləq  onun  ma-
hiyyətini  açmağa  çalışır.  Məsələn,  onun  əsərlərində  bu  qəbildən  olan 
fundamental suallara tez-tez rast gəlmək olar: «Bir yaradıcılıq növü ki-
mi bədii əsər özlüyündə nə ifadə edir? Nədir bu: təsəvvürün, təxəyyü-
lün  məhsulu,  yoxsa  gerçəklik  mənzərəsinin  dəqiq  təsviri?»
1
 
Postmodernizmin  məşhur  nümayəndələrindən  biri  Rolan  Bart  da 
diqqəti  bu  problemə  yönəldir:  “Doğurdan  da,  əvvəlcə  ədəbiyyatın 
mahiyyəti  haqqında  düşünmədən,  ədəbiyyat  tarixini  necə  yazmaq 
mümkün ola bilər?”
2
  
Problemi  qoyduqdan  sonra 
Aida 
xanım 
ədəbiyyatşünaslıq 
tarixinə 
müraciət 
edərək 
V.Q.Belinskinin 
estetik 
kon-
sepsiyasını  yada  salır  və  burada 
həmin  suallara  cavab  axtarır:  «Canlı 
gerçəklikdə  çox  gözəlliklər  var,  …ancaq  bu  gerçəklikdən  həzz  almaq 
üçün  biz  əvvəlcə  öz  fikrimizdə  ona  yiyələnməliyik.  …İstedadlı  bir 
rəssamın  kətan  üzərində  yaratdığı  mənzərə  təbiətdəki  hər  hansı  bir 
gözəl mənzərədən daha  yaxşıdır. Bəs nəyə görə? Ona görə ki, burada 
heç bir təsadüfi və gərəksiz şey yoxdur, bütün hisslər bütövə tabe olub, 
hər şey bir məqsədə istiqamətlənib, hər şey özlüyündə bir gözəl tam və 
fərdi olanı yaradır».
3
 Əslində bu izahat Şərq düşüncə tərzini ifadə edir. 
Amma nə etmək olar ki, poeziya özü bütövlükdə Şərq hadisəsidir. Bu-
nu  Qərb  mütəfəkkirləri  özləri  də  etiraf  edirlər.  Təsadüfi  deyildir  ki, 
Hegel: «Şərq şüuru Qərbinkinə nisbətən daha poetikdir…»,
4
 – deyirdi. 
Qərb ədəbiyyatı nə qədər inkişaf etsə də, o öz kökləri ilə Şərq ruhuna 
bağlıdır. Bu məsələ mübahisəli olduğu qədər də, önəmli bir məsələdir. 
Aida xanım poeziyanın mahiyyəti ilə əlaqədar düşüncələrində bir daha 
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 207. 
2
 Р.Барт. Избранные работы: Семиотика. Поэтика. Пер. с фр. М., Прогресс, 
1989, стр. 218. 
3
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 207.  
4
 Г.В.Ф. Гегель. Лекции по эстетике в 2-х томах, т. II, СПб., Наука, 2001, стр. 
311.    


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 37 – 
İnsanın  meymun  mənşə-
yini  Qərbdə,  İnsanın  Tanrı 
mənşəyini  Şərqdə  kəşf  edib-
lər. 
Yaşar Qarayev 
bu problemə toxunur. Belə ki, onun bəhs etdiyi şairlər həm də görkəm-
li  mütəfəkkir  olduqlarına  görə,  onların  fikir  dünyasını  işıqlandırmaq 
üçün  müəllif  özü  də  bir  sıra  elmi-nəzəri  kateqoriyaları  təhlil  edir  və 
Azərbaycan  ədəbiyyatşünaslığı  üçün  yeni  olan  belə  məsələlərdə  əlavə 
izahat verməli olur. “Bir çox ingilis və amerikan romantikləri bu möv-
zunun  bədii  təcəssümünü  şəxsiyyət  və  onun  həqiqəti  intuitiv  dərki 
problemləri ilə əlaqələndirirdilər. Kainat və Dünya ruhunun mahiyyəti 
rasional  idrak  üçün  əlçatmazdır  və  gündəlik  təcrübəyə  tabe  deyildir, 
buna  görə  də,  əsas  vasitəsi  yalnız  şairin  qadir  olduğu  təxəyyül  və 
bəsirətdir”.
1
   
 
M.Nüaymənin «Şair və poeziya» 
adlı  məqaləsini  təhlil  edərkən  Aida 
İmanquliyeva 
onun 
mövqeyini 
V.Q.Belinskinin  mövqeyi  ilə  müqa-
yisə edir: «Bu məqalədə Belinskinin 
tənqidi  görüşlərinin  təsiri  hiss  olu-
nacaq  qədər  özünü  göstərir.  Nüaymə  poeziyanı  insanın  üzvi  tələbatı 
hesab  edir.  O,  yazır:  “Poeziya  bütün  dövrlərdə  insanın  yanında  olub. 
İnsan  dünyaya  gəldiyi  andan  poeziya  onun  beşiyinin  başında  du-
rub…”».
2
 Maraqlıdır  ki,  XX  əsrin  böyük  filosoflarından  biri  Martin 
Haydegger də poeziyanın ilkinliyini, ontoloji funksiyasını önə çəkmə-
yə  çalışır.  O,  yazır:  «Poeziya  varlığın  sözlə  yaradılmasıdır.  O,  sadəcə 
“mədəniyyətin  ruhu”nun  ifadəsi  olmayıb,  həm  də  hər  şeyin  ilkin  ma-
hiyyətini  ifadə  edir».
3
 Və  bu  ideya  M.Haydeggerin  yeni  fikirlərindən 
biri  hesab  olunur.  Halbuki,  Aida  xanımın  tədqiqatından  gətirdiyimiz 
misaldan  göründüyü  kimi,  eyni  ideya  M.Nüaymə  tərəfindən  daha 
əvvəl və daha arqumentli şəkildə irəli sürülmüşdür. Lakin M.Nüaymə 
də  öz  növbəsində  bu  ideyaya  ənənəvi  Şərq  düşüncəsi  zəminində 
gəlmişdir. «Varlığın sözlə yaradılması» tezisinin kökləri nə az, nə çox 
–  Füzulinin  «söz  –  candır»  ideyasına  gedib  çıxır.  Mir  Cəlalın  yazdığı 
                                                 
1
 А.Н. Имангулиева. Корифеи новоарабской литературы, стр. 81-82. 
2
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 206. 
3
 М.Хайдеггер. Истоки художественного творения / Пер с нем. Михайлова 
А.В. – М.: Академический Проект, 2008, стр. 12. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə