Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə8/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   4   5   6   7   8   9   10   11   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 26 – 
 
Şair  üçün  təbiət  gözəllik 
və  ilham  mənbəyi,  əbədi  və 
hər  şeyi  əhatə  edən  həqiqə-
tin ifadəçisidir.  
Aida İmanquliyeva 
malik deyil. Ona görə də ən asan yol bu işi kimlərin isə öhdəsinə bura-
xaraq,  ictimai  axına  kor-koranə  surətdə  qoşulmaqdır.  Lakin  bu  yol 
insanların azadlıq və xoşbəxtliyini nə dərəcədə təmin edir? 
Hegelə  görə  azadlıq  dərk  olunmuş  zərurətdir.  Başqa  sözlə,  adi 
insanlar  azad  olmaq  üçün  mövcud  cəmiyyətin  qanunlarını,  onların  tə-
məlində  duran,  onları  zəruri  edən  prinsipləri  mənimsəməlidir.  Şəxsi 
ideyalar, şəxsi fəaliyyət planları da ictimai zərurətlə uyğunlaşdırılmalı-
dır.  Lakin  elə  şəxslər  də  olur  ki,  onlar  ictimai  zərurətin  özünü,  onun 
əsasında  duran  ideyanı  dəyişmək  yolunda  mübarizə  aparırlar.  Bütün 
maddi  təzahürlər  kimi  ictimai  gerçəklik,  qərarlaşmış  ictimai  münasi-
bətlər sistemi də hansısa ideyanın təzahürü olduğundan, ictimai həya-
tın hər hansı bir struktur səviyyəsindəki islahatlar da ilk öncə ideyalar 
iyerarxiyasının  adekvat  pilləsində 
dəyişiklik olmasını tələb edir. 
Hər  bir  şəxs  öz  fərdi  həyatını 
yaşamaqla  yanaşı,  cəmiyyətin  bir  üz-
vü  kimi  böyük  miqyaslı  ictimai  pro-
seslərin də iştirakçısı olur. Əlbəttə, bu 
şans  hamıya  eyni  dərəcədə  verilmir. 
Kim  isə  ictimai  hadisələrdə  aparıcı  rol  oynayaraq  bəşər  tarixinə  daxil 
olduğu  halda  minlərlə  insan  ictimai  həyatda  subyektdən  daha  çox  bir 
obyekt olaraq iştirak edir və tarixdə heç bir iz qoymur.  
Bununla  belə,  minlər,  milyonlar  olmasa,  kütlə  olmasa,  ayrı-ayrı 
şəxslər nə qədər böyük düha sahibi olsalar da, cəmiyyəti inkişaf etdirə 
bilməzlər.  Çünki  cəmiyyət  əhalinin  şəxsiyyətlərlə,  kütlənin  ideya  ilə 
sintezidir. Kim isə o zaman böyük şəxsiyyətə çevrilə bilər ki, onun qə-
rarlaşmış ictimai şüurdan kənara çıxan, fərqli ideyası olsun və bu ideya 
təkcə keyfiyyətcə, sanbalca deyil, həm də məhz kəmiyyətcə, miqdarca 
böyük proseslərin hərəkətverici qüvvəsinə çevrilmək əzmində olsun. 
Bütün bunlar Qərb sivilizasiyasında nəzərə alınmış, bütün səylər 
cəmiyyətin təkmilləşdirilməsinə yönəldilmişdir. Sosiologiyanın müstə-
qil  bir  elm  kimi  yaranması  və  inkişafı  da  müasir  Qərb  cəmiyyəti  ilə 
bağlıdır. Və hətta fəlsəfi fikri kölgədə qoyan, ona nisbətən daha geniş 
planda təbliğ və tətbiq olunan sosiologiya çağdaş Qərb düşüncə tərzi-


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 27 – 
Sübhə yalnız gecənin cığırı 
ilə gedərək çatmaq olar. 
Cübran 
nin  mühüm  tərkib  hissəsinə  çevrilmişdir.  O  dərəcədə  mühüm  ki,  cə-
miyyətin prioritetliyi insanı da, Allahı da arxa plana keçirmişdir. Daha 
doğrusu, bu ən çox sosioloqların dünyagörüşündə öz əksini tapır. Orte-
qa-i-Qassetin dediyi kimi, Qərbin ən böyük sosiloqlarından olan Dürk-
heym üçün “Allah – cəmiyyətdir”.
1
 
Beləliklə,  nə  ənənəvi  Şərq,  nə  də  ənənəvi  Qərb  düşüncəsi  ayrı-
ayrılıqda optimal inkişaf modelinin yaradılması üçün yetərli deyil; bu-
nun üçün hər iki tərəfin üstün cəhətləri birləşdirilməlidir.   
XIX  əsrdə  bu  iki  mədəniyyət,  iki  düşüncə  tərzi  arasında  körpü 
atmaq cəhdləri geniş vüsət almışdır. Lakin bu işi görmək üçün hər iki 
mədəniyyətə dərindən bələd olmaq lazım idi.  
XVIII-XIX  əsrlərdə  Avropada  orta  əsrlər  İslam  mədəniyyətinin 
öyrənilməsi daha ancaq latın mənbələri 
əsasında  deyil,  bilavasitə  ərəb  mən-
bələrinə istinadla və o vaxtın islam öl-
kələrində  klassik  Şərqin  qalıqlarının 
əyani  surətdə  araşdırılması  yolu  ilə 
həyata keçirilməyə başladı. Qərb sivilizasiyası nümayəndələrinin Şərqi 
öyrənmək  cəhdləri,  onların  Şərq  ölkələrinə  səfərlər  etməsi,  müvafiq 
dillərin  və  adət-ənənələrin  öyrənilməsi  orientalizm  deyilən  xüsusi  bir 
tədqiqat  sahəsinin,  şərqşünaslıq  institutlarının  formalaşmasına  gətirib 
çıxardı.  
XIX əsrdə həm də tərs proses getməyə başladı. Yəni Şərq ölkələ-
rindən  Avropaya  və  Amerikaya  səfər  edən  insanlar  Qərb  dünyasının 
özəlliklərini  mənimsəməyə  cəhd  göstərməyə  başladılar.  Onların  ingi-
lis,  fransız  və  s.  dilləri  öyrənməsi  Qərb  ölkələrində  yaranmış  nisbi 
müstəqil  sivilizasiyanı  və  mədəniyyəti  mənimsəməyə  imkan  yaratdı. 
Lakin Şərq ölkələrindən Qərbə səyahətlər pərakəndə xarakter daşıyırdı 
və xüsusi məqsədyönlü surətdə təşkil olunmamışdı. Qərbşünaslıq insti-
tutları yox idi və maləsəf indi də yoxdur.  
                                                 
1
 Ортега-и-Гассет Х. «Дегуманизация искусства» и другие работы. Эссе о 
литературе и искусстве. М., Радуга, 1991, стр. 383. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 28 – 
 
Dünyanın  dərki  əslində 
qəlbin  dərinliklərindəki  gizli 
qatların  oyanışı  sayəsində 
mümkün olur
Aida İmanquliyeva
 
 
Belə bir şəraitdə Şərq ruhlu insanların: Cübran,  Reyhani,  Nüay-
mə  kimi  yaradıcı  simaların  –  ABŞ-a,  Avropaya  köçərək  Qərb  həyatı 
ilə tanış olmaları və bu iki sivilizasiyanın qovşağında yazıb-yaratmala-
rı çox əlamətdar hadisə idi. Bu şəxslər bir tərəfdən Qərb dünyasındakı 
mədəniyyətin Şərq yönlü aspektlərini öyrənir və özləri ilə onlar arasın-
da bir doğmalıq tapırdılar. Digər tərəfdən də, Qərbdə öyrəndiklərindən 
bəhrələnərək öz vətənlərində, özlərinin mədəni-mənəvi həyatında olan 
kəm-kəsirləri düzəltmək, yaranmış sintez imkanından bəhrələnmək is-
təyirdilər. 
Son  əsr  ərzində  Şərqdə  milli  dövlətlərin  yaranması,  milli-fəlsəfi 
fikrin oyanışı yeni bir sintez perspektivindən xəbər verir. Bu yeni fəl-
səfi  fikir  isə  daha  artıq  orta  əsr  İslam  fəlsəfəsinin  sadəcə  davamı  ola 
bilməz,  çünki  Şərqin  tənəzzül  dövründə  Avropa  ümumbəşəri  fəlsəfi 
fikrin  inkişafı  sahəsində  misilsiz  nailiyyətlər  əldə  etmiş  və  fəlsəfəni 
yeni  intellektual  səviyyəyə  qaldır-
mışdır.  
Belə olan halda yenidən velosi-
ped  icad  etməkdənsə,  bir  tərəfdən, 
Qərb  fəlsəfəsini  mənimsəmək,  digər 
tərəfdən  də  Şərq  fəlsəfi  düşüncəsinin 
rasional  xəttini  bərpa  etmək  yolu  ilə 
yeni  dövrün  tələblərinə  cavab  verən  sintetik  fəlsəfi  sistem  yaradılma-
lıdır. Bu sistem millilik və ümumbəşəriliyi ehtiva etməli, ənənəvi mə-
nəviyyatın müasir intellektual texnologiya ilə uzlaşması üçün yeni op-
timal  ideya  mühiti  formalaşdırılmalıdır.  Bu  ictimai-tarixi  vəzifə  indi 
həm də ona görə aktuallaşıb ki, Qərbin daxili mənəvi potensialı tükən-
mək  üzrədir  və  bəşəriyyət  yeni  ideya  səviyyəsinə  qalxmasa,  böyük 
böhranlarla üzləşə bilər.  
Son  əsrdə  dəfələrlə  Qərbin  mədəni-mənəvi  süqutundan  bəhs 
edilməsi heç də təsadüfi olmayıb, Qərb həyat tərzinin ümumbəşəri fəl-
səfi  düşüncə  ənənəsindən  fərqli  istiqamətdə  davam  etməsinə,  fəlsəfə-
nin getdikcə daha çox dərəcədə praqmatik və utilitar düşüncə metodo-
logiyası ilə əvəzlənməsinə, onun yerinə təbiət elmlərindən törəmə olan 
pozitiv  intellektual-məntiqi  sistemlərin,  psevdofəlsəfi  təlimlərin  gəl-


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə