Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə10/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   6   7   8   9   10   11   12   13   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 32 – 
 
Dahilərin  bioqrafiyası  qı-
sa  olur;  çünki  onların  bütün 
həyatı yaradıcılığındadır.  
Emerson 
 
miş,  mübaliğəli  nitq  və  düşüncə  ilə  uyudulmuş  Şərq  zehni,  təfsilatın 
intəhasızlığını elmi idrak qədər əhatə edə bilməz.”
1
 
Lakin Şərq dünyanın bədii-estetik mənzərəsindən çıxış edir. His-
sədən  yox, bütövdən başlayır. Sonlu olanlar sonsuzluğun, əbədiyyətin 
bir anı, məqamı kimi götürülür. 
Qərb  düşüncə  tərzinə  görə,  bütöv  –  hissələrin  cəmidir.  Əvvəlcə 
hissələr  dərk  edilməli,  sonra  onlardan  bütöv  konstruksiya  alınmalıdır. 
Bunun üçün isə empirik və rasional 
idrakın vəhdəti tələb olunur.  
Rasional idrak Şərq üçün də sə-
ciyyəvidir. Lakin Şərqdə rasional, yə-
ni, əqli fəaliyyət birbaşa bütövün dər-
kinə  yönəldilir.  Düşüncənin  obyekti 
nə  az,  nə  çox,  bütövlükdə  kainat,  ali  məqsəd,  əbədiyyət  və  nəhayət, 
Allahın  özüdür.  Əmin  ər-Reyhani  yazır:  “...Şərqlilərin  psixologiyası 
mahiyyət  etibarilə  deduktivdir.  Bunun,  onlara  dəqiq  bir  qavrayış  ver-
məsi  bir  həqiqətdir,  lakin  eyni  zamanda  onların  koordinasiya  imkan-
larını  da  əllərindən  alır.  ...Onlar  dünyada  yaşamırlar.  Onlar  kainatda 
yaşayırlar. Dağın arxasında nə olduğunu görə bilirlər, lakin gözlərinin 
önündə nə olduğunu görmürlər”.
2
 
Allah  ideyasının  birbaşa  mənimsənilməsi  Qərb  düşüncəsi  üçün 
səciyyəvi  deyil.  Ona  görə  də,  Qərb  ya  dindən  ümumiyyətlə  kənarda 
dayanır, ya da Allah ideyasını sadəcə bir simvol kimi qəbul edərək dü-
şüncənin strukturundan kənarlaşdırır.  
Qərbdə azadlıq nəinki başqa insanların, sosial qurumların, siyasi 
hakimiyyətin  məhdudiyyət  sferasından,  həm  də  Allahın  hər  yerdə  və 
hər şeydə iştirakından irəli gələn daxili nəzarət sferasından kənara çıx-
maqla  əldə  edilmiş  olur.  Ona  görə  də  «Allah  ölmüşdür»  ideyasının 
müəllifləri (Nitsşe, Haydegger və s.) Qərbdə az qala azadlıq idealları-
nın  böyük  daşıyıcıları,  carçıları  kimi  dəyərləndirilirlər.  İnsanın 
                                                 
1
 Ameen  F.Rihani.  The  Oriental  Heritage  //  The  Path  of  Vision,  Platform 
İnternational, Washington, D.C., 2008, p. 83. 
2
 Yenə orada. 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 33 – 
Yalnız  işıq  vardır,  qaran-
lıq işığın yoxluğudur.  
Ə
bu Turxan 
dünyanın mərkəzinə çəkilməsi – Şərq poeziyası üçün ənənəvi olan bu 
mövzu Qərbdə ancaq romantizm dalğalarında gündəmə gəlmişdi.  
U.Bleyk “Peyğəmbəranə kitablar” əsərində yazır:  
 
Sən – insansan, yoxdur Allah daha, 
Öyrən səcdə etməyə öz insanlığına.
1
 
 
Aida İmanquliyeva Bleykin bu misralarını Cübranın “İblis” əsəri 
haqqında danışarkən misal gətirir. “Hekayənin (söhbət “İblis”dən gedir 
–  S.X.)  sətiraltı  mənasında  insandan  ayrılmış,  danılmaz  həqiqət  və 
əbədi qüvvə timsalında mövcud olan, barışmağa və itaət etməyə məc-
bur edən, bununla da insanın azadlıqsevər və yaradıcı ruhunu buxovla-
yan  Allah  obrazı  dayanır.  Bu  ideya 
ingilis  romantiklərinn  də  bütün  yara-
dıcılığına  hopmuşdur”.
2
 Cübran  da  in-
gilis romantikləri kimi, insanı Allahın 
kölgəsindən  çıxarmaq  və  onun  bö-
yüklüyünü  tərənnüm  edə  bilmək 
üçün  İblisin  mühakimələrindən  istifadə  edir.  Beləliklə,  Qərb  şairləri 
İblisə  söykənərək  Allahı  gündəlikdən  çıxarmağa  çalışırdılar.  Lakin 
Şərqi  dərindən  bilsəydilər,  insanı  Allahdan  üz  döndərməklə  deyil, 
Allaha gedən yolda böyüdərdilər.  
Digər tərəfdən, XIX əsrdən başlayaraq Şərq düşüncə tərzinə bö-
yük maraq yaranmış və bu iki sivlizasiyanın gələcək sintezindən xəbər 
verən yeni fəlsəfi və ədəbi-bədii axtarışların əsası qoyulmuşdur.  
Bu  vəhdət  ideyasının  əsas  carçıları  O.Şpenqler,  C.Q.Bayron, 
U.Bleyk, M.İqbal kimi, R.U.Emerson, U.Uitmen, L.N.Tolstoy, Cübran 
Xəlil  Cübran,  Əmin  ər-Reyhani,  Mixail  Nüaymə,  Həsən  bəy  Zərdabi, 
M.Qandi,  Rabindranat  Taqor,  Cəvahirləl  Nehru  kimi  şəxsiyyətlərdir. 
Əslində bu ideyanın beşiyi başında Qərbdə Herder, Kant, Göte, Şərqdə 
A.Bakıxanov,  M.F.Axundov,  Cəmaləddin  Əfqani  kimi  zamanını  qa-
baqlayan böyük düha sahibləri dayanır. XX əsrin əvvəllərində Şərq və 
                                                 
1
 Bax: A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 117. 
2
 Yenə orada. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 34 – 
 
Qərb  dəyərlərinin  birləşdirilməsi,  milli  və  dini  dəyərləri  saxlamaqla 
modernləşmək  mövqeyi  Azərbaycan  ziyalıları  üçün  çox  səciyyəvi  ol-
muşdur. Bu şüarla çıxış edən böyük siyasi xadimlərlə yanaşı, Azərbay-
canda Sabir, M.Hadi, Cavid və Cabbarlı kimi böyük mütəfəkkir-yazı-
çılar da bu mövzunu həmişə öz yaradıcılığının diqqət mərkəzində sax-
lamışlar.  Lakin  Şərq-Qərb  tematikasının  sistemli  şəkildə,  elmi-nəzəri 
səpkidə  araşdırılması  və  bu  sahədə  böyük  xidmətləri  olan  görkəmli 
mütəfəkkir  şairlərin  yaradıcılığının  məhz  bu  kontekstdə  tədqiq  olun-
ması Azərbaycanda çox gec başlanmışdır. 
 Zamanca dünyanın intellektual dərkinin hissi dərkdən sonra gəl-
məsi qanunauyğun haldır. Və bir problem kimi fəlsəfi əhəmiyyət kəsb 
edən ancaq bu iki düşüncə tərzi və mədəniyyət formaları arasında mü-
nasibətin öyrənilməsidir. Coğrafi mənada Şərq və Qərb olsa-olsa geo-
politika problemi sayıla bilər. Sadəcə olaraq, müasir mənada elm Qər-
bi Avropada yaranıb inkişaf etdiyindən elmə əsaslanan sivilizasiya for-
masının şərti olaraq «Qərb» adlandırılması daha məqsədyönlüdür. Re-
allıqda isə bu gün ABŞ və Yaponiya elmi-texnoloji sistemlərin inkişa-
fında liderliyi  ələ keçirdiklərindən, fəlsəfi və  coğrafi bölgü arasındakı 
adekvatlıq  artıq  çoxdan  sıradan  çıxmışdır.  Qərb  sivilizasiyası  hissə-
hissə,  damla-damla  bütün  planetə  paylanmışdır  və  getdikcə  daha  çox 
dərəcədə  planetar  hadisəyə  çevrilmək  cəhdləri  göstərir.  Qloballaşma 
da  məhz  bu  dəyərlər  sisteminin  dünyaya  yayılması,  hamı  tərəfindən 
qəbul olunması və ya hamıya qəbul etdirilməsi proseslərini əhatə edir. 
Dünyada gedən bu proseslərin dərk olunmuş surətdə, təbii-tarixi inki-
şaf  yolu  ilə,  mədəniyyətlərin  yüksəlişi,  sivilizasiyaların  dialoqu  sayə-
sində  həyata  keçməsi  üçün  mütərəqqi  qüvvələrin  birgə  səyi  tələb 
olunur.  


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə