Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə18/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   14   15   16   17   18   19   20   21   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 56 – 
 
Mən  daxilən  ən  az  sivili-
zasiyalaşmış adamam. 
Reyhani 
yox, həm də mənəvi bütövlüyə qayıdışın zəruri məqamı kimi baxmağa 
başlamışdır.  Daha  doğrusu,  bu  tendensiya  bütövlükdə  Avropaya  yox, 
onun ayrı-ayrı uzaqgörən mütəfəkkirlərinə və ədiblərinə aiddir. İ.Göte-
nin  hələ  1819-cu  ildə  işıq  üzü  görmüş  «Qərb-Şərq  divanı»  bu  istiqa-
mətdə atılmış ən cəsarətli addımlardan biri idi.  İ.V.Göte bir çox məh-
dud düşüncəli həmvətənlərindən fərqli olaraq, xristianlığı Qərb hadisə-
si  kimi  dəyərləndirmək  və  Şərqə  qarşı  qoymaq  iddiasından  uzaq  idi. 
İ.S.Braqinski yazır: «Herder kimi Göte üçün də Şərq mədəniyyəti Bib-
liya və Quranın məxsusi dini qavrayışdan azad olmuş poetik obrazları 
və  farsların,  habelə  ərəb  və  türklərin,  daha  sonra  müəyyən  dərəcədə 
çinlilərin klassik poeziyası demək idi»
1
. Biz bu iqtibası ona görə gətir-
dik ki, Göte bu poeziyanın arxasında Şərqin özünəməxsus dünyagörü-
şünü və mədəni-mənəvi dəyərlər sistemini də görürdü və dini inancları 
da bura əlavə edirdi. Şərqin böyüklüyü məhz poeziyada daha gözəl ifa-
də  olunduğundan,  texniki  tərəqqi 
fonunda  mənəvi  yoxsullaşma  ke-
çirən  Qərb  dünyası  üçün  ən  yaxşı 
çıxış yolu, ən yaxşı əlac ilk növbədə 
Şərq poeziyasına müraciət idi.  
Əlbəttə, Göteyə qədər də belə müraciətlər var idi: Volterin Şərq 
mövzusunda dramları, Monteskyönün «Fars məktubları» və s. Təəssüf 
ki, bu müraciətlər mahiyyəti ifadə etmirdi və çox vaxt formal və epizo-
dik səciyyə daşıyırdı. Lakin məhz Göte «Şərq və Qərb mədəniyyətləri-
nin  nailiyyətlərini  üzvü  surətdə  birləşdirməyə  –  vəhdətə  nail  olmuş-
dur».
2
  
Qərb mütəfəkkirləri və şairlərinin Şərq düşüncə tərzi və dəyərlər 
sisteminə  olan  ehtiyacı  əsla  təsadüfi  deyildir.  Böyük  rus  yazıçısı 
L.N.Tolstoy  da  dəfələrlə  Şərq  mövzusuna  müraciət  etməklə  bərabər, 
Şərq  və  Qərbin  sintezini  öz  yaradıcı  təfəkküründə  də  ifadə  etmişdir. 
Təsadüfi  deyildir  ki,  onun  əsərləri  bir  çox  Şərq  ölkələrində,  xüsusilə, 
ərəb ölkələrində az qala milli yaradıcılıq nümunəsi kimi qəbul olunur-
                                                 
1
 Yenə orada, səh. 573. 
2
 Yenə orada. 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 57 – 
 Şair  missiyası  –  görücü, 
həqiqət carçısı və peyğəmbər 
missiyasıdır. 
Aida İmanquliyeva
 
du. A.N.İmanquliyeva diqqəti bu mövzuya yönəldərək yazır: «Ərəblər 
arasında Tolstoyun yaradıcılığına maraq, onun əsərlərinin ərəb dilində 
nəşr  olunması  şərqşünaslıq  elmində  dərin  və  hərtərəfli  tədqiqat  pred-
meti olmuşdur»
1
.  
XIX  əsrin  axırlarında  Mirzə  Şəfi  Vazeh  poeziyasının  Avropada 
böyük  populyarlıq  qazanması  da  hə-
min  dövrdə  məhz  Şərq  poeziyasına 
müəyyən  daxili  zərurət  yaranmasın-
dan  xəbər  verir.  Düzdür,  M.Ş.Vazeh 
Avropa oxucularına bilavasitə deyil, 
bir qərblinin tərcüməsində və ünva-
nında təqdim olunmuşdu. Lakin həmin dövrdə Şərq ruhunun bilavasitə 
daşıyıcılarının da Qərbdə təhsil alması və orada yazıb-yaratması bu iki 
mədəniyyətin  sintezi  üçün  əlavə  imkanlar  açmışdır.  Belə  şəxsiyyətlər 
arasında ən məşhurları milliyyətcə ərəb olan Əmin ər-Reyhani, Cübran 
Xəlil Cübran və Mixail Nüaymə idi; onların poeziyası Şərq və Qərbin 
vəhdətindən  doğmaqla  yanaşı,  həm  də  öz  məzmunu  və  pafosu  etibarı 
ilə bu vəhdətə xidmət edirdi.  
O  dövrün  vəhdət  yönümlü  ədəbi-bədii  ruhu  Azərbaycanda  da 
özünü  göstərirdi.  Bu  vəhdət  çağrışını  Abdulla  Şaiq  gözəl  tərənnüm 
edir: 
 
Hamımız bir yuva pərvərdəsiyiz! 
Hamımız bir günəşin zərrəsiyiz! 
 
Şairin  fikrinə  görə,  insanlığı  birləşdirən  cəhətlər  o  qədər  güclü-
dür ki, hətta coğrafi-siyasi müxtəliflik və dini fərqlər də bu yolda əngəl 
ola bilməz:  
  
Ayırmaz bizləri İncil, Quran, 
Ayırmaz bizləri sərhəddi-şəhan! 
Ayırmaz bizləri həşmətli cibal, 
Ayırmaz Şərq, Cənub, Qərb, Şimal! 
 
Sadəcə ayrı-ayrı şəxslərin deyil, bütövlükdə zamanın və  roman-
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 227. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 58 – 
 
 Kağız  üzərində  mürək-
kəblə yazılan hər şey ədəbiy-
yat  deyil,  qəsidə  qoşan,  ya-
xud  məqalə  yazan  hər  kəs 
də ədib deyil. Biz o şeyi ədə-
biyyat adlandırırıq ki, həyat 
torpağından,  onun  işıq  və 
havasından qida alır.  
Nüaymə
 
tik  poeziyanın  ruhunu  ifadə  edən  bu  vəhdət  çağırışlarına  biz  həmin 
dövrün digər romantik şairlərinin yaradıcılığında da tez-tez rast gəlirik.  
Məsələn, Cavid belə deyir: 
 
Din bir olsaydı yer üzündə əgər, 
Daha məsud olardı cinsi bəşər.
1
 
 
XIX əsr Avropa ədəbi mühitində Şərq poetik ənənələrinə və Şərq 
dəyərlər  sisteminə  marağın  artması,  etnik  və  ya  mədəni-mənəvi  sər-
hədlərlə  məhdudlaşan  əyalət  ədəbiyyatından  fərqli  olaraq,  bütün  dün-
yanı  ehtiva  etməyə  qalxışan  romantik  poeziyanın  və  bu  prosesdə 
Bleyk,  Emerson,  Uitmen  və  s.-lə 
yanaşı, ərəb mənşəli şairlərin də fə-
al  iştirakı  və  bu  yeni  keyfiyyətli  sin-
tez hadisəsinin elmi-nəzəri şərhi Aida 
İmanquliyevanın  tədqiqatlarında  öz 
geniş  əksini  tapmışdır.  Aida  xanım 
ərəb-amerikan romantik poeziyasında 
sadəcə  olaraq  Qərbdə  başlamış  bir 
prosesin davamını görmürdü. O, ərəb 
romantiklərinin simasında həm də ye-
ni keyfiyyətli bir ədəbi-bədii prosesin 
təməlini görürdü: «Cübran və ər-Reyhaninin yaradıcı potensialı Qərbin 
romantizm dəyərlərinin mənimsənilməsi sayəsində güclənirdi ki, bu da 
ərəb yazıçılarını daha geniş, qlobal, ümumbəşəri problemlər qoya bil-
mək səviyyəsinədək yüksəldir və son nəticədə onları yalnız dünya ədə-
bi prosesinin bərabərhüquqlu iştirakçısı deyil, həm də yeni bədii dəyər-
lərin  carçısı  edirdi»
2
.  A.İmanquliyeva  sadəcə  olaraq  C.X.Cübran,  ər-
Reyhani  və  M.Nüaymə  ədəbi-bədii  yaradıcılığını  təhlil  etməklə  kifa-
yətlənməyib,  onların  timsalında  bütövlükdə  planetimizdə  gedən  yeni 
tipli proseslərin; Şərq və Qərb dünyagörüşlərinin və ədəbi-bədii dəyər-
lər  sisteminin  vəhdəti  məsələsinin  elmi-fəlsəfi  təhlilini  verir.  O,  bu 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, Bakı, Çaşıoğlu, 2004, səh. 287. 
2
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 63. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə