Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə20/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   16   17   18   19   20   21   22   23   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 62 – 
 
Böyük  qəhrəmanlıq  poe-
ziyası olması üçün bizə qəh-
rəman  oxucular  lazımdır  – 
auditoriya qəhrəmanlığa su-
samış olmalıdır. 
Uitmen 
lıqdan məhrum edildi, kimlərsə yaradıcılıq üçün daha əlverişli bir mü-
hit  əldə  etdi.  Qərbin  yeni  inkişaf  potensialı  yarandı  və  onun  ağırlıq 
mərkəzi Avropadan Amerikaya köçdü. ABŞ-ın timsalında bu gün dün-
yada ən böyük güc mərkəzinə çevrilmiş olan ifrat Qərb ideologiyası və 
texnologiyası  formalaşdı.  Sibir  sindromu  isə  qoca  Şərqin  dərdlərinə 
daha bir dərd gətirdi.  
Bu gün nə Hitler var, nə Stalin, nə də sürgünlər. Lakin parlaq si-
maların köçü yenə də davam edir. Bu dəfə köç əsasən Şərqdən Qərbə-
dir.  Qərbdən  Şərqə  kapital,  yeni  ideologiya  və  «kütləvi  mədəniyyət» 
Şərqdən Qərbə isə fərdi azadlıq vurğunları keçir. «SS» və «ÇK» öz işi-
ni gördü – getdi. Lakin əsası hələ o vaxt qoyulan proseslərin təsiri hələ 
də tam silinib getməmişdir. Bu gün dünya ikiqütblü yox, birqütblüdür. 
Şərqə sürgün edilənlər yoxdur, an-
caq Qərbə  «könüllü»  gedənlər var 
və bu  yolun  yolçuları  yenə də işıqlı 
simalar,  parlaq  zəka  sahibləridir.  Bu 
gün  bu  prosesin  adı  dəyişmiş  – 
«ağılların axını» olmuşdur. 
1937-ci  ildə  Cavid  uzaq  Şərqə 
sürgün  edilmiş,  könüllü  uzaq  Qərbə 
gedən  M.İqbal  da  elə  həmin  ildə  ömrünü  başa  vurmuşdu.  Lakin  bu 
şəxsiyyətləri  birləşdirən  sadəcə  il  deyil,  həyat  amalı,  tale  yolu,  ideya 
yaxınlığıdır.  
«Həqiqət və güc», «Peyğəmbər və iblis» mövzusu bu böyük mü-
təfəkkirlər üçün bir növ ümumi mövzu olmuşdur. Aida Imanquliyeva-
nın  Cübranın  «Şeytan»  hekayəsinə  işarə  ilə  yazdığı  kimi,  «iki  mütləq 
başlanğıcın – xeyir və şərin əbədi birgə mövcudluğu və mübarizəsinin 
labüdlüyü»
1
 demək olar ki, bu şəxsiyyətlərin hamısı üçün əsas yaradı-
cılıq problemi idi. Cübranda da, Caviddə də «İIblis» («Şeytan») əslin-
də dövrün naqis cəhətlərinin ümumiləşmiş obrazı idi. Hər ikisinin ya-
ratdığı «peyğəmbər» obrazı isə haqqın, ədalətin ifadəsinə xidmət edir-
di.  Cavid  konkret  tarixi  gerçəkliyi  daha  çox  saxlamış  və  ümumbəşəri 
                                                 
1
 Yenə oradasəh116. 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 63 – 
İnsan fikrin gücü ilə təbi-
ət qüvvələrinə qalib gələ bi-
lər  və  fikrin  gücündən  də 
üstün bir güc – sevginin gü-
cünü tapa bilər. 
Reyhani 
problemləri tarix kontekstində şərh etmiş, Cübran isə tarixi və coğrafi 
konkretlikdən, habelə hətta milli və dini müəyyənlikdən azad, ümumi-
ləşmiş peyğəmbər obrazı yaratmışdır. Cübranda bu obraz əslində şəx-
siyyətdən daha çox ideyadır, müəyyən bir idealdır. Burada böyük dini 
idealların  XIX  əsr  konkretliyində  həm  Şərqi,  həm  də  Qərbi  ehtiva  et-
mək əzmi ifadə olunur, ümumiyyətlə insan idealının panoramını yarat-
maq təşəbbüsü göstərilir. 
Maraqlı  burasıdır  ki,  həm  şair, 
həm  də  filosof  olmalarına  baxmaya-
raq, daha çox şair kimi tanınan Cavid 
və Cübrandan fərqli olaraq məhz filo-
sof və siyasi xadim kimi tanınan Mə-
həmməd  İqbal  yaradıcılığında  da 
eyni problemlər və hətta eyni süjet-
lər nəzərə çarpır. M.İqbalın fəlsəfi görüşlərini təhlil edən alman tədqi-
qatçısı  Annemari  Şimmel  peyğəmbər  mövzusunun  şərhi  ilə  bağlı  onu 
İ.Göte ilə müqayisə edərək yazır: «İqbalın Göte ilə olan münasibəti da-
ha  genişdir  –  ümumi  fikir  bənzərliklərinə  xüsusi  əhəmiyyət  verməsək 
belə, Götenin  «Məhəmmədin tərənnümü»  adlı məşhur bir şeirini oxu-
yarkən  istər-istəməz  M.İqbalın  «Cavidnamə»də  Zinderud  (yaşayan  ir-
mak) ismi ilə ifadə  etdiyi təsəvvürlər  yada düşür. Həqiqi mömin pey-
ğəmbərdə ən yüksək mərtəbədə mövcud olan bu irmak sifətini özündə 
görməlidir».
1
 
Peyğəmbər və İblis mövzusunun, haqqa, düz yola çağıran və düz 
yoldan azdıran qüvvələrin ümumiləşmiş obrazlarının neçə əsr keçdik-
dən  sonra,  onların  yenidən  gündəmə  gəlməsi  təsadüfi  deyil.  Xeyir  və 
Şər, İşıq və Qaranlıq, Əql və Nəfs, Zəka və Ehtiras əsrlər boyu ancaq 
qarşı-qarşıya  duran,  mübarizə  aparan  tərəflər  kimi  təqdim  və  təsvir 
edilmişdi.  Vəhdət  məqamı  hələ  çatmamışdı.  Bu  mübarizə  XIX  əsrdə 
də davam edirdi. C.X.Cübran «Peyğəmbər» əsərinin «Zəka və Ehtiras» 
bölməsində  Peyğəmbərin  dili  ilə  deyir:  «Sizin  qəlbiniz  çox  vaxt  zəka 
                                                 
1
 A.Şimmel. Ön söz // M.İkbal. Cavidname. (Çeviren A.Shimmel), Ankara, Kültür 
Bakanlığı, 1989, səh. 17. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 64 – 
 
İnsanın etdiyi xeyirxahlıq 
zahiri mərasimlərə riayət et-
məkdən  yüksəkdə  durur  və 
buna  görə  onu  mükafatlan-
dıran  Allah  üçün  daha  əziz, 
daha istəniləndir. 
Aida İmanquliyeva
 
 
və  düşüncənin  ehtiras  və  aludəçiliyə  qarşı  müharibə  apardığı  döyüş 
meydanını xatırladır».
1
  
Cavidin  İblisi  də  müəyyən  mənada  inteqrativ  xarakter  daşıyır. 
Həyatda Şərin, pisliyin bir zərurət olması və onun sanki Xeyir, Haqq-
Ədalət ideyasını canlandırmağa xidmət etməsi əsas xətlərdən biri kimi 
çıxış  edir.  Şər  o  zaman  ayaq  açıb  yeriyir  ki,  ona  müqavimət  yoxdur. 
Yəni Haqqı müdafiə etməmək, məzlumluq göstərmək özü də şərə xid-
mətdir.  
Cavidə görə, əzilənlərin faciəsinin kökündə onların zəifliyi daya-
nır. Haqqı müdafiə etmək üçün bu haqqın keşiyində duran güc-qüdrət 
lazımdır.  Cavidin  «əzməyən  əzilər»  tezisi  əslində  heç  də  əzməyin  tə-
rənnümü olmayıb, əzilməyən anti-
tezi kimi ortaya çıxır. Onun «Məz-
lumlar  üçün»  şeirində  irəli  sürdüyü 
«kim ki, məzlum olursa, zalım odur» 
fikri  olduqca  dərin  dialektik  bir  zid-
diyyəti, təzadı ifadə edir. İlk baxışda 
ağla  gələn  budur  ki,  məzlum  hara, 
zalımlıq hara? Yəni Cavidin müddə-
ası  ağlabatmaz  görünür.  Ən  böyük 
həqiqət  də  bu  ağlabatmazlıqda,  bu  təzadda  gizlənmişdir.  Mübarizə 
aparmayan,  haqqını  müdafiə  etməyən,  passiv,  ətalətli  olan  tərəf  özü 
məzlum olmaqla yanaşı, öz soydaşlarına, nəslinə, xalqına qarşı nə kimi 
bir miras qoyduğunu, onları nə kimi bir fəlakətin ixtiyarına buraxdığını 
anlayarsa, bu məzlumluğun əslində kimlərə qarşı  nə kimi bir zalımlıq 
olduğu üzə çıxar. Kimsə özü əziyyətə qatlaşmağı tərcih edə bilər. Am-
ma onun öz övladları üçün bu aqibəti seçmək haqqı varmı? 
Bu kontekstdə çox mühüm bir məsələ də ortaya çıxır. Axı, gücün 
müsbət dəyəri də vardır. Güclə ancaq əzmirlər. Haqqı qorumaq, əzilən-
ləri müdafiə etmək üçün də güc lazımdır.  
“Həqiqət  və  güc”  probleminə  C.X.Cübran  öz  münasibətini  belə 
                                                 
1
 Дж.Х.Джебран. Избранное: Пер. с араб., англ. – Л.: Худож.лит., 1986, стр. 
363. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə