Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə23/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   19   20   21   22   23   24   25   26   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 72 – 
 
 Romantiklər  dünyanı  il-
hamla,  yaradıcı  şəkildə  tə-
rənnüm  edir,  hadisə  və 
predmetlərin üzərindən adi-
lik  pərdəsini  götürərək,  on-
ların  arxasındakı  gözəlliyi 
aşkara çıxarırlar.  
Aida İmanquliyeva
 
 
yətin gücü. Düşünən, fəaliyyət göstərən, kamilləşən cəmiyyət! Maddiy-
yata yox, əqlə, intellektə tapınan cəmiyyət!  
Bir tərəfdə maddiyyatdan imtina edən və mütləq ideyaya bilava-
sitə qovuşmağa çalışan – fərd, digər tərəfdə cismani həyatı qəbul edən 
bir  fərd  kimi  yox,  toplum  halında  cəmiyyət  olaraq  daha  mükəmməl 
ideyaya tapınan və səadəti cəmiyyətin bir üzvü olaraq axtaran insan!  
Əslində islam dini  yeganə dindir ki, o, həm Şərq, həm də Qərb 
düşüncəsini  özündə  saxlayır,  Şərq  düşüncəsi  isə  ən  çox  induizmdə, 
buddizmdə və xristianlıqda təbliğ olunur.  
Sufilər  əgər  küfr  edirdilərsə, 
ancaq  iddialarının  böyüklüyü  mə-
nasında  edirdilər.  Onların  günahı  Al-
lahı  həddindən  çox  sevmələrində,  öz 
vücudlarını  və  şəxsi  iradələrini  unut-
malarında idi. Allahı sevmək, əlbəttə, 
günah ola bilməz. Öz vücudunu unut-
maq  günahdır.  Allahın  qurbana  ehti-
yacı  yoxdur. Əsas məsələ, əgər lazım 
gələrsə,  daha  ülvi  bir  məqsəd  üçün, 
Allah  yolunda  özünü  qurban  vermək  əzminin  olmasıdır.  Zərurət  ol-
madıqda bu addımı atmaq ifrata varmaqdır.  
Unutmaq olmaz ki, insan bir ruh olaraq yox, ruhani-cismani var-
lıq olaraq yaradılmışdır. Maddi, mənəvi və sosial ünsürlərdən hər han-
sı birini tam inkar etmək gerçəkliyin təhrif olunmasıdır.  
Ruhun bədənə nisbətən ilkinliyi, hərəkətverici qüvvə olması heç 
də bədənin tamamən inkar olunmasına əsas vermir. 
Bəli,  insan  ruhdan  pay  almışdır.  Dünyanı  idarə  edən  İdeyaya 
analoji  olaraq,  insan  da  öz  miqyasında  özünü  və  mühitini  öz  ideyası 
əsasında idarə etmək şansı qazanmışdır. Lakin bütün məsələ bundadır 
ki, bu İdeya ilə o ideya eyni təbiətli olsa da, tam eyni deyildir. İnsanın 
imkanları,  təsir  dairəsi,  iradi  gücü  məhduddur.  Böyük  ideyaya  qovuş-
mağın  yolu  isə  şəxsi  ideyanın  müstəqilliyinin  itirilməsi  sayəsində 
mümkündür. Şəxsi ideya böyük ideyaya qovuşmaq üçün ona tabe olur. 
Şəxsi nəfs istisna olunur və ruhla əvəzlənir. Şəxsi iradə istisna edilir və 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 73 – 
Burada,  Təbiətin  bu  bö-
yük Məscidində mən öz Qu-
ranımı  oxuyuram.  Burada 
mehrablar nə bu, nə də baş-
qa  yöndədir.  Lakin  burada 
hansı  tərəfə  dönürsən  dön, 
Allahın  canlı  ruhunun  hər 
zaman  mövcud  olduğu  bir 
sığınacaq vardır. 
Reyhani 
insan bütövlükdə ilahi iradəyə tabe olur.  
Lakin bu hal ancaq müəyyən şəraitdə əldə edilir. Belə bir məqa-
ma yüksəlmiş insan bütün həyatı boyu bu məqamda qala bilməz. Ruh 
yenidən bədənə dönmək, insan yenidən cəmiyyətə, ictimai və təbii mü-
hitə qayıtmaq məcburiyyətindədir. (Sufilər, görünür, bu qayıdışın zəru-
rətini nəzərdən qaçırır və qayıdış məqamında fəaliyyət prinsipləri haq-
qında heç düşünmək də istəmirdilər. Bu ifrat Şərq mövqeyi idi. Mahiy-
yəti etibarı ilə islamdan daha çox xristianlığa yaxındır. Bu yol siviliza-
siya yolundan fərqlidir.) 
Bəli,  İşıqdan  başlayan  Zərdüşt 
və Sührəvərdi, İdeyadan başlayan Pla-
ton  və  Hegel,  İradədən  başlayan  Şo-
penhauer  və  Nitsşe,  Xeyirdən  başla-
yan  Sokrat  və  Nizami,  Hərəkətdən 
başlayan  Heraklit  və  Molla  Sədra  ki-
mi,  Harmoniyadan  başlayan  Cübran 
və Reyhani də dünyanın yeni modelini 
yeni  terminlər  əsasında,  yeni  metafo-
rik zəmində qurmağa çalışırdılar. 
 
Haqq  ilə  Həqiqət  eyni  tərtibli  ideyalardır.  Birincisi  –  aksioloji 
yanaşmada,  etik  müstəvidə,  ikincisi  –  ontoloji  və  evristik  yanaşmada, 
elmi-metodoloji müstəvidə zirvə, etalon, mütləq məqamdır. Və mütləq 
varlıqdır.  
Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir. Nisbi gözəllik 
varlığın da nisbiliyinə dəlalət edir.  
Hər hansı bir şeyin gözəlliyi onun öz ideyasına adekvatlıq dərə-
cəsi ilə ölçülür. İdeyalar fərqli olduğu kimi, gözəlliklər də fərqlidir.  
Bir var, hər hansı növ üçün gözəllik etalonu olsun; yəni almala-
rın ən gözəli, qızların ən gözəli və s. Bir də var, konkret olaraq hər bir 
şeyin daşıdığı gözəllik.  
Gözəllik  fərdi  hadisədir.  Yəni  bir  alma  növünün  digər  alma  nö-
vünə nəzərən daha gözəl olması yox, həmin növ daxilində konkret gö-


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 74 – 
 
Gözəlliyin  hüdudlarından 
kənarda nə din var, nə elm.  
Cübran 
türülmüş bir almanın öz həmcinsləri arasında gözəllik baxımından se-
çilməsi onun öz ideyasını, yəni öz növünü daha yüksək dərəcədə, daha 
adekvat şəkildə təmsil etməsi deməkdir.  
Yaradılmış hər bir şey müəyyən bir layihə, plan, proqram əsasın-
da yaradılır. Əgər söhbət insanın yaradıcılığından gedirsə, etalona uy-
ğunluq  ikipilləli  olur:  birincisi,  layihənin  öz  mükəmməllik  dərəcəsi, 
ikincisi isə, düzəldilmiş predmetin layihəyə adekvatlıq dərəcəsi.  
«Təbii»  cisimlərin  mükəmməlliyi  və  gözəlliyi  də  onların  «layi-
həyə» uyğunluq dərəcəsi ilə müəyyənləşir. Lakin bu layihənin müəllifi 
artıq insanlar deyil. O, ilahi başlanğıca malikdir. İlahinin «layihəsi» isə 
kamil olmaya bilməz. Deməli, burada söhbət ancaq «layihəyə» uyğun-
luq mərhələsindən gedə bilər. Bəli, hər hansı alma növünün öz gözəlli-
yi var. Lakin burada söhbət konkret bir almanın rüşeymdə nəzərdə tu-
tulmuş inkişaf yolunu keçərkən uğradığı kənar təsirlərdən gedir. Mühi-
tin  naqisliyi,  qida  çatışmazlığı, 
xəstəlik və s. – məhsulun ilkin ide-
yadan bir qədər uzaqlaşmasına, «çir-
kinləşməsinə»  gətirib  çıxarır.  Maddi 
dünyada  ilahi  ruh  olaraq  üfürülmüş 
«layihə», – proqramın enerji təminatı və maddi realizasiyası prosesin-
dəki sapmalar ancaq bir istiqamətdə – ilkin ideyadan uzaqlaşma istiqa-
mətində baş verir. Mühit optimal olduqda, kənar təsirlər ideyanın rea-
lizasiyasına  daha  çox  təminat  verdikdə  isə,  alınan  məhsul  ilahi  «layi-
hə»yə daha yaxın olur.  
Yəqin buna görədir ki, «təbiətində gözəllik olmayan heç nə yox-
dur» – deyirlər. Hər bir insanın da ilahi ruhdan payı və deməli, özünə-
məxsus  gözəlliyi  vardır.  Sadəcə  olaraq,  cismani  yetkinlik  dövründəki 
ideyadan  sapmalar  bu  ilkin  gözəlliyi  pərdələdiyindən  onu  adi  gözlə 
görmək mümkün olmur.  
Amma kimsə görür. Görənlər də öz könüllərinin gözünə, ruhları-
nın ehtiyacına uygun görürlər. Cübran  yazır ki, gözəllik onu duyanla-
rın  halından  və  məqamından  asılı  olaraq  müxtəlif  cür  dəyərləndirilə 
bilər:  
 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə