Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə31/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   27   28   29   30   31   32   33   34   ...   118

Ə
min ər-Reyhani 
 
 
 
 
– 97 – 
Fəzilətli  insan  həmişə  Tə-
biətin  yaradıcılığı  ilə  harmo-
niyadadır  və  kainatda  mər-
kəzi yer tutur.  
Emerson 
Ərəbiyə salam olsun, Həqiqətin dilinə, 
Peyğəmbərin həqiqətdə gözünə.
1
 
 
Göründüyü kimi, Reyhani İslam dünyasının böyük mütəfəkkirlə-
rindən  biri  məşhur  sufi  şairi  İbn  Ərəbini  Həqiqətin  dili  hesab  edir  və 
Peyğəmbər dedikdə Cübran kimi, o da Məhəmməd Mustafanı nəzərdə 
tutur.  Onun  ingilis  dilində  yazdığı  şeirlərinin  çoxunda  tanrıdan  bəhs 
olunarkən “God” yox, məhz “Allah” sözü işlənir ki, bu da İslam dininə  
bağlılıqdan irəli gəlir.  
 
Allah rəhmandır, Allah mehribandır, 
Onun qəlbi yerin göz yaşlarında qorunub saxlanır.
2
 
 
Digər misralarında işlətdiyi “Allah rəhmandır, Allah mehribandır”, 
“Allah rəhimdir, Allah şəfqətlidir”, “Allah görəndir, Allah müdrikdir” ifa-
dələri birbaşa Qurandan götürülmüşdür.  
Mənşəcə xristian olmasına baxmayaraq, özünü dərk etdikcə, isla-
mi dəyərlər onun yaradıcılığının əsas motivinə çevrilir.    
O,  Qərb  sivilizasiyasına  alterna-
tiv olaraq klassik Şərqə qayıdış ideya-
sını irəli sürəndə məhz İslam mədəniy-
yətinin ilk dövrünü nəzərdə tutur.   
Bununla  belə,  Reyhaninin  ədəbi 
irsi ancaq İslam mədəniyyəti və hətta 
bütövlükdə  Şərq  dəyərləri  ilə  məh-
dudlaşdırıla  bilməz.  Burada  Qərb  romantik  poeziyasının  böyük  təsiri 
də mütləq nəzərə alınmalıdır.     
Qərbin elm və mədəniyyətinə yiyələndikdən sonra geriyə – vətə-
nə  qayıtmaq  və  qalxdıqları  yeni  səviyyənin  imkanlarından  öz  xalqı 
üçün istifadə etmək, Şərqi düçar olduğu xəstəliklərdən müalicə etmək 
təşəbbüsləri Reyhaninin  əsərlərində də öz əksini  tapmışdır. O. Öz hə-
                                                 
1
 Ameen F. Rihani. A Chant of Mystics // A Chant of Mystics and Other Poems, 
Beirut, The Rihani House, 1970, p. 102. 
2
 Ameen  F.  Rihani.  The  Song  of  Rain  //  A  Chant  of  Mystics  and  Other  Poems, 
The Rihani House, Beirut, 1970, p.52. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 98 – 
 
Bədii  obraz  ölçü,  kəmiy-
yət  hüdudları  ilə  məhdud-
laşmır.  
Ə
bu Turxan 
yatı ilə bir nümunə olmaqdan başqa, Şərq adamı üçün Qərbə münasi-
bətin ideya əsaslarını da müəyyən etmiş, öz elmi-fəlsəfi və bədii yara-
dıcılığında bu problemləri açmağa çalışmışdır.  
Reyhaninin  tədqiqatçılarından  Naci  Oucan  onu  Bayronla  müqa-
yisə edərək yazır: “Xalidin Şərqdən Qərbə ziyarəti və geriyə Şərqə qa-
yıtması  ilə,  Çayld  Haroldun  Qərbdən  Şərqə  ziyarəti  və  geriyə  Qərbə 
qayıtması  arasında  bir  çox  yöndən  paralelliklər  var.  Hər  ikisi  də  tipik 
romantik məsələlərdir ki, özünü liberallaşdırma və özünü universallaş-
dırma  məqsədini  daşıyır”.
1
 Burada 
heç  də  zahiri  bənzəyişdən  söhbət 
getmir. Söhbət heç də bir mədəniy-
yət nümayəndəsinin başqa bir mədə-
niyyət məkanına keçib geri qayıtma-
sından  getmir.  Özünü  axtaran  insan 
öz  yaşadığı  maddi  və  ictimai  mühit-
də özünü tapa bilməyən insan bu hüdudları keçməyə çalışır. Və ancaq 
bu  zaman  öz  daxili  mənəvi  potensialının  gücü  ilə  ənənə  divarlarını 
aşır.  Coğrafi  mənada  sərhədlərin  keçilməsi,  başqa  bir  sivilizasiyanın 
bərqərar olduğu məmləkətə səfər etmək burada əslində simvolik səciy-
yə daşıyır. Düzdür, həm Bayronun, həm də Reyhaninin qəhrəmanı ha-
disələr dünyasında da yerlərini dəyişirlər. Bu, özünü öz muhitinin föv-
qündə tapmaq təşəbbüsüdür. Bax, buna görə də qəhrəmanların hərəkət 
istiqamətləri  bir-birinə  tam  əks  olsa  da,  hərəkətin  motivi  eynidir  və 
eyni mahiyyətin açılışına xidmət edir.  
Əmin  ər-Reyhaninin  “Xalidin  kitabı”  əsərinin  Bayronun  Çayld 
Harold əsəri ilə müqayisəsi romantik vüsət baxımından, habelə müəy-
yən ideya paralelləri olması baxımından məqbul sayıla bilsə də, Çayld 
Harold hər halda Qərb yaradıcılıq ənənəsinin məhsuludur. “Xalidin ki-
tabı”  isə  ictimai  həyat  hadisələrinin  təsvirindən  çıxan  bir  dramatizmi 
deyil, insan düşüncəsinin daxili dramatizmini ifadə edir. Yəni əslində, 
dünyanı  seyr  edən  insanın  düşüncələri  ictimai  həyatdan  intixab  edilsə 
                                                 
1
 Naji Oueijan. The formation of a universal self: Rihani and Byron // Ameen Ri-
hani: Bridging East and West, New-York, University Press of America, 2004, səh.84.  


Ə
min ər-Reyhani 
 
 
 
 
– 99 – 
Sevinc  və  kədər  böyü-
yəndə bütün dünya kiçilir.  
Cübran 
də, bu həyatın özü arxa planda qalır, önə çıxan isə onun interpretasiya-
sı  və  hətta  xeyli  dərəcədə  mücərrəd  və  ümumi  fikirlər  səviyyəsindəki 
interpretasiyasıdır.  Burada  müxtəlif  xarakterli,  müxtəlif  düşüncəli  və 
fərqli  həyat  tərzləri  və  məqsədləri  olan  insanlar  arasındakı  münasibət 
yox, bir şəxsin baş verən hadisələrə, həyata, dünyaya münasibəti təcəs-
süm olunur. Başqa sözlə desək, müəllifin ideyası poliloq və  ya dialoq 
şəklində  deyil,  monoloq  şəklində 
açılır.  Bu  üsluba  biz  Qərb  yazıçıların-
dan  daha  çox  məhz  şərqlilərin  yaradı-
cılığında  rast  gəlirik.  Ə.  Reyhaninin 
dostu  və  həmkarı  C.  X.Cübranın 
“Peyğəmbər”i  də  bir  şəxsin  düşüncələri  –  monoloq  üslubunda  qurul-
muşdur.  Maraqlıdır  ki,  Azərbaycan  ədəbiyyatında  öz  janrına  və  üslu-
buna  görə,  unikal  əsər  kimi  görünən  “Azər”  (Hüseyn  Cavid)  poeması 
da  bu  qəbildəndir.  Əsərin  qəhrəmanı,  əslində  iri  həcmli  bu  poemanın 
yeganə fəal obrazı və subyekti olan Azərin bütün fəaliyyəti də düşün-
cələrdən mülahizələrdən ibarətdir. Belə qəhrəmanlar nəzərimizdə istər-
istəməz müəllifin öz obrazı kimi canlanır. Cəmiyyət ancaq bir tablo ki-
mi nəzərdən keçirilir, bir kitab kimi vərəqlənir və biz hər bir səhifədə 
müəllifin hökmlərini eşidirik.  
Aida  İmanquliyeva  yeni  ərəb  ədəbiyyatı  korifeylərinin  nümunə-
sində romantik poeziyanın və hətta inqilabi düşüncənin geniş təhlilini 
verir  ki,  bu  təhlil  həmin  dövrdəki  Azərbaycan  ədəbiyyatının  metodo-
loji  baxımdan  düzgün  dəyərləndirilməsi  üçün  də  çox  qiymətlidir.  Ən 
başlıcası  isə  odur  ki,  Aida  xanım  müvafiq  problematika  ilə  əlaqədar 
Qərb mütəfəkkir-şairlərinin dünyagörüşünü, baxışlarını tədqiqata daxil 
etməklə Qərbin ictimai və kulturoloji təcrübəsini nəzərə almağa imkan 
verir.  Aida  xanın  sadəcə  təhlil  etmir,  o,  Şərqi  fitrən  duyduğuna  görə, 
Qərb romantik ədəbiyyatında düşüncədən deyil, ruhdan, könüldən gə-
lən  məqamları,  Qərbin  ədəbi-bədii  gerçəkliyində  iz  qoymuş  Şərq  mo-
tivlərini asanlıqla ayırd edir.  
Aida  xanımın  timsalında  Şərq  ruhu  yenidən  Qərbin  fikir  dün-
yasına səyahət edir.  


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə