Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə30/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   26   27   28   29   30   31   32   33   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 94 – 
 
Şərq  təfəkkürü  təəssürat-
çılıqla, Qərb təfəkkürü təfər-
rüatçılıqla səciyyələnir.  
Ə
bu Turxan 
Amma bir həqiqət danılmazdır. İnsanın mənəvi həyatı daxili çarpışma 
və ziddiyyətlərdən məhrum olanda o, inkişaf impulsunu itirir, durğun-
luq  vəziyyətinə  düşür.  Mənəvi  qadağalarla  rasional  düşüncə  və  fə-
aliyyət, ətalət qüvvəsi ilə hərəkətverici qüvvə bir-birinə tən gələndə isə 
insanın birtərəfli inkişafına, mənəvi deformasiyasına yol verilmir. 
İnsan  təbii  ki,  həmişə  yeniliyə  can  atır.  Lakin  hər  bir  yeniliyə 
qarşı  daxili  müqavimət  hissi  də  olmalıdır.  Bu  hiss  həddindən  artıq 
olanda durğunluq, zəif olanda – özbaşınalıq, anarxiya yaranır.  
Şərq  təfəkküründə  ənənəçilik  çox  güclüdür.  O  hər  cür  yenilikçi 
fəaliyyət  qarşısında  böyük  sədlər 
çəkir.  Şərqə  məxsus  ətalət  də  bu-
radan yaranır. Lakin bu ətalətə qeyd-
şərtsiz pis hadisə kimi, geriliyimizin 
səbəbi  kimi  qiymət  vermək  dayaz-
lıqdır, metafizik yaxınlaşmadır. Əta-
lət həm də vəznin ağırlığı deməkdir (“ağır otur, batman gəl”). Əlbəttə, 
fizikadan məlum olan “ətalət – kütlə ölçüsüdür” fikrini kor-koranə su-
rətdə sosial-mənəvi həyata aid etmək düzgün olmazdı. Lakin buradakı 
açıq-aşkar uyğunluğu da inkar etmək mümkün deyil. Şərqdə fikir sahə-
sində,  mənəvi  sferada  dəyişkənlik,  mütəhərriklik  “yüngüllük”  kimi  – 
mənfi mənada; sabitlik, ətalətlilik isə “ağırlıq” kimi – müsbət mənada qiy-
mətləndirilir. 
Bu, doğrudur ki, insanı insan edən məhz mənəvi qadağalar, əxla-
qi sədlərdir, nəfsi buxovlayan ətalət qüvvəsidir. Lakin bu sədlər özü də 
hər  bir  inkişaf  mərhələsində  ağıl  süzgəcindən  keçməli,  bir  növ  filtr  – 
təmizləyici rolunu oynamalıdır.  
Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici 
qüvvənin  kiçikliyidir;  mənəvi  sədlərin  yüksəkliyi  yox,  intellektual 
cəhdlərin zəifliyidir.  
Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri da-
ğıtdı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf etdi-
rərək onun üzərindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və 
intellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sər-
vətimiz  olan  mənəvi  səddin  üstündən  keçə  bilmədiyimizdən  onun  al-


Ə
min ər-Reyhani 
 
 
 
 
– 95 – 
Gözəlliyin  meyarı  bütöv 
təbiətdir. 
Emerson 
tından keçməyə çalışırıq.  
Lakin görəsən bünövrəsi artıq oyulmaqda olan bu nəhəng səddin 
tarixin sınağına davam gətirəcəyinə ümid etmək olarmı? 
Bizcə, neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlə-
rin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın tufan-
larından, dağıdıcı təsirlərindən qorunub saxlanması, “milli-mənəvi də-
yərlərin ümumbəşəri dəyərlərlə birləşdirilməsi” üçüncü minilliyin asta-
nasında Şərq xalqları qarşısında duran ən böyük tarixi vəzifədir.  
Vaxtında bu problemə diqqət verilmədiyindən İslam Şərqi texni-
ki inkişaf sahəsində Qərblə rəqabətdə çox geri qalmışdı. Ərəb Xilafəti-
nin  son  dövrlərində  olduğu  kimi,  Os-
manlı  dövründə  də  elmə  münasibət 
məsələsində  tutulmuş  qüsurlu  mövqe 
öz acı bəhrələrini vermişdi. Bu cəhət 
Əmin  ər-Reyhaninin  də  yaradıcılı-
ğında öz əksini tapmışdır. Şairin fikrinə görə, elmi-praktik düşüncəyə 
etinasızlıq  nəinki  ərəblərin,  bütövlükdə  Şərqin  geri  qalmasını  şərtlən-
dirən səbəblərdən biridir. Heç olmazsa, bundan sonra “onlar əqli-elmi 
xüsusiyyət əldə etməli və özlərini planetimiz haqqında sosioloji və əx-
laqi  tətbiqləri  də  olan  müəyyən  təməl  həqiqətlərə  uyğunlaşdırmalıdır-
lar”.
1
 
Ancaq dini kitabların öyrənilməsi ilə kifayətlənərək Təbiət kita-
bını  oxumağa  səy  göstərmədikləri  üçün  İslam  dünyasında  elm  doğru-
dan  da,  çox  geri  galmışdı.  Əmin  ər-Reyhani  bu  məsələni  də  diqqətə 
çatdırmağa çalışırdı. “Xalidin kitabı” da – əslində Xalidin dünyası mə-
nasındadır. Dünya, təbiət özü də bir kitabdır. Əsərin adı seçilərkən Qu-
ran ilə Təbiətin bir-birinə adekvat kitablar olması barədə ideyaya işarə 
edilmişdir.  
Əmin ər-Reyhani “Xalidin kitabı” əsərində yazır: “Burada, Təbi-
ətin  bu  böyük  Məscidində  mən  öz  Quranımı  oxuyuram.  Mən,  Xalid, 
həyatın  səhrasındakı  bir  bədəvi,  düşüncə  yolunda  bir  divanə,  mənə 
                                                 
1
 Ameen  F.Rihani.  The  Oriental  Heritage  //  The  Path  of  Vision,  Platform 
İnternational, Washington, D.C., 2008, p. 83. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 96 – 
 
Mən  işığa  çıxan  zaman 
bədənimin  kölgəsi  arxamca 
sürünür. 
Cübran 
açıq  yeganə ibadət məkanı olan bu möhtəşəm Məscidə onun ilahi gö-
rünüşünün  ətirli  aurasında  sınmış  könlümü  müalicə  etmək  üçün  gəli-
rəm. Burada mehrablar nə bu, nə də başqa yöndədir. Lakin burada han-
sı tərəfə dönürsən dön, Allahın canlı ruhunun hər zaman mövcud oldu-
ğu bir sığınacaq vardır.”
1
 
İstər bu mühakiməsində, istərsə də başqa yazılarında ər-Reyhani 
əslən xristian olmasına baxmayaraq, daha çox dərəcədə  İslam dininin 
rəmzlərindən  istifadə  edir.  Çünki  vəhdət  ideyası  məhz  İslamda  təhrif 
olunmadan, ən yüksək səviyyədə, hətta belə demək mümkündürsə, ro-
mantik poeziyanın ruhuna uyğun surətdə ifadə olunur.  
Ərəb  romantik  şairləri  üçün 
din  ancaq  mənəvi  aləmə  aid  ol-
maqla  texnogen  sivilizasiyadan  asılı 
olmadan  mövcuddur.  Əmin  ər-Rey-
hani  daha  çox  dərəcədə  dinin  əxlaqi 
funksiyasını  önə  çəkir  və  yaxud  bu 
iki mənəvi dəyərin eyniyyəti prinsipindən çıxış edirdi. Bununla əlaqə-
dar  Aida  İmanquliyeva  yazır:  «Ər-Reyhaninin  dini  “əxlaqi  hiss”  kimi 
anlaması  bilavasitə  mənəviyyat  problemləri  ilə  əlaqədardır.  Onun 
nəzərində Allah ən ali mənəvi qanundur».
2
  
Əmin ər-Reyhani Şərq ruhunun da ən çox dinlərdə yaşadığını nə-
zərə alır, İslam dəyərlərinə, xüsusən, təsəvvüf fəlsəfəsinə böyük rəğbət 
bəsləyirdi. “Mən Şərqəm,” – deyən şair təsəvvüfə biganə qala bilməz-
di. Çünki Şərq düşüncəsinin mahiyyəti, mənəvi kamilləşmə  yolu özü-
nün  nəzəri-konseptual,  habelə  bədii-estetik  və  prakrik-həyati  təcəssü-
münü ən çox sufi fəlsəfəsində tapmışdı. Əmin ər-Reyhaninin bütün ya-
radıcılığına  təsir  edən  təsəvvüf  ideyaları  ən  çox  “Mistiklərin  nəğmə-
si...” kitabında tərənnüm olunur. O, öz təsəvvüf ideyalarına bağlılığını 
böyük sufi mütəfəkkirlərinə həsr etdiyi şeirlərində də ifadə edir.  
 
Əttara salam olsun, müşk ətirli sözlərilə 
Nəğmə deyən quşların vəziri. 
                                                 
1
 Ameen F. Rihani, The Book of Khalid, Beirut, 2000, pp. 190-191.  
2
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 304. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə