Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə32/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   28   29   30   31   32   33   34   35   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 100 – 
 
 
 
 
 
 
 
Əmin ər-Reyhani yaradıcılığında 
Şərq-Qərb məsələləri 
 
 
Əmin  ər-Reyhani  üçün  Şərqdən  Qərbə,  yaxud  Qərbdən  Şərqə 
getmək eyni bir ideala – vəhdətə aparan iki fərqli yoldur. Şərq və Qərb 
bölgüsü  isə  coğrafi  mənadan  daha  çox,  insanın  öz  daxili  aləmindəki 
fərqli  bölgələr  mənasında  işlədilir.  Şərqin  simvolu  kimi  ruh,  Qərbin 
simvolu  kimi  ağıl  götürülür.  “Əsl  lider  və  xilaskar  o  kəsdir  ki,  onda 
Şərqin ruhu və Qərbin ağlı var.”
1
 Burada XX əsrin əvvəllərində yazıb-
yaratmış başqa bir Şərq dahisinin – Cəfər Cabbarlının obrazlı sözlərini 
xatırlamamaq mümkün deyil: “Beyni kitab arasında Parisdən, ürəyi isə 
mizraq ucunda Altay dağlarından alınmışdır”.
2
 Məqsəd fikir ilə duyğu-
nun vəhdətinə nail olmaqdır. Əmin ər-Reyhani vəhdət ideyasından çı-
xış  etməklə  yanaşı,  Şərq  və  Qərbin  mahiyyətlərini  də  fərqləndirməyə 
çalışır.  Bununla  yanaşı,  şair  sivilizasiyalar  bölgüsünü  başqa  rakursda 
da  aparır  və  ona  maddiyyatla  mənəviyyatın  qarşılaşdırılması  kimi  də 
baxır:  “Mən  iki  dünyanın  vətəndaşıyam...  Bəli,  mən  eyni  dərəcədə 
həm maddi olana, həm ruhi-mənəvi olana tapınmışam”.
3
  
“Cəmiyyətin mənəvi həyatı və maddiyyat” problemləri XX əsrin 
əvvəllərində Azərbaycan ədəbiyyatında da ən aktual mövzulardan idi. 
Ola  bilsin  ki,  insanın  mənəvi  kamilliyi  və  maddi  mühit  arasındakı 
qarşılıqlı əlaqə məsələləri heç də həmişə bu iki tərəfin qütbləşməsi və 
müəyyən məqamda Şərq-Qərb dilemması şəklində üzə çıxmırdı, lakin 
                                                 
1
 Ameen F. Rihani/ The Book of Khalid, Beirut, 2000, səh. 300. 
2
 C.Cabbarlı. Aydın // Seçilmiş əsərləri, Bakı, Çaşıoğlu,  2004, səh. 191. 
3
 Ameen F. Rihani/ The Book of Khalid, səh. 237.  


Ə
min ər-Reyhani 
 
 
 
 
– 101 –
Tolerantlığa  laqeydlik  sə-
bəb  olanda  o  heç  zərrə  qə-
dər də fəzilət deyil... laqeyd-
lik dərəcəsində olan toleran-
tlıq  çox  vaxt  əxlaqi  süqutun 
xəbərvericisi olur. 
Reyhani 
insanın,  onun  daxili  aləminin  önə  çəkilməsi  və  xilas  yolunun  məhz 
vicdanda, mənəviyyatda axtarılması kimi ənənəvi Şərq mövqeyi üstün-
lük  təşkil  edirdi.  Hüseyn  Cavidin  bütün  yaradıcılığı  boyu  əsas  ideya 
kimi keçən həqiqət və güc qarşıdurması əslində həm də mənəviyyat və 
maddiyyatın  qarşılaşdırılmasıdır.  Əmin  ər-Reyhani  bu  fərqi,  bu  qarşı-
durmanı xalqlar və sivilizasiyalar müstəvisinə keçirir və vicdana, haq-
qa, ədalətə söykənən bir xalq, bir millət və hətta bir sivilizasiyanın, gü-
cə,  zora  söykənən  xalq,  millət  və  sivilizasiya  ilə  rəqabətdə  aqibətini 
dəyərləndirməyə çalışır.  
“Kim güclüdürsə, o haqlıdır” fəl-
səfəsinə  qarşı  çıxan  və  “kim  haqlıdır-
sa,  o  güclüdür”  mövqeyinin  təntənə-
sinə  üfüqdə  bir  ideal  kimi  baxan 
H.Cavid  kimi,  Əmin  ər-Reyhani  də 
güclülərin  bu  cismani  dünyada,  hadi-
sələr  dünyasında  üstün  olmaq  şans-
larını  aldadıcı  və  müvəqqəti  bir  üs-
tünlük  kimi  dəyərləndirir.  Gücə  arxalananların  zahiri  qələbəsi  əslində 
bir dünyagörüşü məsələsidir: “Zəif və əzilən millətlər əsasən spiritual-
dırlar (ruhani); güclü xalqlar, əksər vaxt, ən çox materialistdirlər. Biri 
dini  idealları  əziz  tutur,  bəzi  ruhi-mənəvi  yüksəkliklərə  qalxır  və  indi 
və sonra öz həvəssizliyinə və tənbəlliyinə haqq  qazandırmaq üçün bir 
kahin  yaradır;  o  birisi  isə  maddi  şeyləri  araşdıraraq  yerin  xəzinələrini 
əldə etmək üçün yeri deşir, dərinə gedir və o vaxta qədər dərinə gedir 
ki,  onun  dinamik  qüvvələri  nüfuz  edilə  bilməyən  bir  qısırlığa  çatır  və 
ani, dəhşətli bir reaksiyada partlayır. Belə bir xalqın həyatı ruhun xəstə 
bir halının əlamətidir.”
1
  
Maləsəf, haqlılar əzilirlər. Reyhani də həmin bu həyatın acı ger-
çəklərini görür. Və bunu görə-görə, yenə də üstünlüyü haqqa, ruha, in-
sanın  ruhani  xislətinə  verir:  “Lakin  ruhu  olmayan  bir  millət  asket  bir 
                                                 
1
 Ameen F. Rihani. The Path of Vision, Platform İnternational, Washington, D.C., 
2008, p. 9. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 102 – 
 
Mərdliyi  az  olanın  bicliyi 
çox olar. 
 Bleyk 
millətdən  daha  qorxunc,  daha  iyrəncdir”.
1
 Bu  fikri  düzgün  anlamaq 
üçün əzilənin zavallı olmasının, əzənin isə iyrəncliyinin şərin müxtəlif 
tərtibli təzahürləri kimi dəyərləndirildiyini nəzərə almaq lazımdır. Yə-
ni əzilmək və zavallılıq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib 
güclü olmaq lazımdır.  
Gücə  nifrət  etmək,  ondan  qaçmaq  yox,  onu  mənimsəmək,  ona 
yiyələnmək  lazımdır.  Əzənlərin  arxalandığı  gücə  qarşı  meydana  daha 
böyük  bir  güc  çıxarılmalıdır.  Həyatın  qaranlıqlarını,  problemlərini 
ancaq  təsvir  edə  bilən  realistlər-
dən  fərqli  olaraq  Cavid  bu  qaran-
lıqlara işıq salmağın yollarını arayır. 
İşıq bulmaq üçün isə mühitin zaman-
məkan  kontiniumunu  genişləndir-
mək, onun fövqünə qalxmaq, zamanı keçmişə və gələcəyə doğru uzat-
maq (ekstrapolyasiya) lazım gəlir. 
Yaxud da məkanı... Cavidin qəhrəmanı Azər də ərəb mühacirləri 
Cübran və Reyhani kimi Qərbə səyahət edir və burada hər şeyin gücə, 
qüvvətə tapındığının şahidi olur.  
Azərin Berlin təəssüratı:  
 
Gözəl!... Şu nəşələr dolu həşmət dünyası pek gözəl, 
Hürriyyət gizləyən geniş, sağlam havası pek gözəl, 
Yer deyil, göyləri sarsan yılmaz dehası pek gözəl, 
Böyük-küçük hep tapınır ancaq və ancaq qüvvətə.
 2
  
 
Lakin  bu  diyarda  insanların  qüvvətə  tapınması  ilk  təəssüratdır. 
Çünki böyük uğurların əldə edilməsi böyük enerji və qüvvət israfı tə-
ləb edir. Bu qüvvət isə öz bətnində əql və fəzilət eşqi saxlayırmış: “Fə-
qət həp üstündür fəzilət eşqi zillətə.”
 3
  
Bu  ideya  daha  çox  Qərb  düşüncə  tərzini  ifadə  edir.  Lakin  onun 
lirik-bədii planda qoyuluşuna biz məhz Şərqdən getmiş romantik şair-
də – Əmin ər-Reyhanidə də rast gəlirik.  
                                                 
1
 Yenə orada.  
2
 H. Cavid. Əsərləri 5 cilddə, I cild, Bakı, Elm, 2005, səh. 198. 
3
 Yenə orada.  


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə