Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə29/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   25   26   27   28   29   30   31   32   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 90 – 
 
 Əgər  Cübranın  dediyi  bu  məcaz  Şərq  və  Qərb  sivilizasiyasına 
tətbiq  edilsə,  belə  qənaətə  gəlmək  olar  ki,  bu  “iki  sahil”,  bu  iki  qütb, 
bu iki düşüncə tərzi və nəhayət, bu iki ruh arasında qarşılıqlı anlaşma 
və məhəbbət əldə edilsə belə, onları eyniləşdirməyə çalışmaq, identik-
ləşdirmək  təşəbbüsləri  yolverilməzdir.  Çünki  biz  vəhdətə  nail  olmağa 
çalışarkən,  müxtəliflikdən  gələn  zənginliyi  itirmək  istəmirik.  Sadəcə 
olaraq,  burada  məhəbbət  ancaq  “tamamlama  məhəbbəti”
1
 formasında 
məqbuldur.  
  
                                                 
1
 Bax: S.Xəlilov. Məhəbbət və intellekt. Fəlsəfi esselər. Bakı, Nurlan, 2006, səh. 
80.  


 
 
 
Əmin ər-Reyhani  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
                                                   1876-1940 
 
Qərblə  Şərq  arasında  uçurum  olması  fikrinin 
geniş yayıldığı bir şəraitdə tərbiyə almış və yetişmiş 
ər-Reyhani,  eyni  zamanda,  özünün  həm  Şərqə,  həm 
də Qərbə mənsubluğunu hiss edirdi. 
 
Aida İmanquliyeva


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 92 – 
 
 
 
 
 
 
 
“Mən Şərqəm” 
 
Mən Şərqəm, 
Mən Allahın ilk yaratdığının təməl daşıyam….
 
Əmin ər-Reyhani 
 
Əmin ər-Reyhani Qərbdə təhsil almasına və uzun müddət Ame-
rikada  yaşayıb-yaratmasına  baxmayaraq,  Şərq  ruhuna  həmişə  sadiq 
qalmış, Şərq dəyərlərini tərənnüm etmiş, insanın mənəvi kamilliyini si-
vilizasiyanın  zahiri  cazibəsindən  uca  tutmuşdur.  O,  bütün  yaradıcılığı 
boyu Şərqin prioritetliyini bu və ya digər formada nəzərə çarpdırmağa 
çalışmışdır.  Lakin  bu  ideyanın  ən  aşkar  və  təsirli  ifadəsi  “Mən  Şər-
qəm” şeirində öz əksini tapmışdır. Aida İmanquliyeva yazır: “Əmin ər-
Reyhaninin “Mən Şərqəm” şeirində Şərqin keçmiş əzəməti barədə dü-
şüncələr  yer  alır,  Şərq  rəmzə  çevrilir;  günəş  buradan  doğur,  həyatın 
başlanğıcı, insan oğlunun yer üzərində ilk addımlarını atdığı yer bura-
dır”.
1
 
Əmin ər-Reyhani heç də sadəcə yazıçı olmayıb, həm də öz döv-
rünün  böyük  mütəfəkkiri  idi.  Şərq  və  Qərbin  sintezi  ideyası  onun  bü-
tün  yaradıcılığından  qırmızı  xətlə  keçir.  Bu  məqsədə  xidmət  etmək 
üçün həm Şərq, həm də Qərb ədəbi-bədii ənənələrini ehtiva edən yeni 
ruhlu bir ədəbiyyatın  yaradılmasında fəal iştirak  edir. Eyni məfkurəli, 
müasir  düşüncəli  ərəb  mühacir  şairləri  öz  səylərini  birləşdirmək  üçün 
“Qələmlər birliyi” adlanan yeni ədəbi təşkilat yaradırlar.  
A.  İmanquliyeva  yazır:  «“Qələmlər birliyinin” üzvləri ərəb ədə-
biyyatında mənsur şeir janrını yaratdılar ki, bu da həm nəsrin, həm də 
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh.166. 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 93 – 
Poeziya  –  sadəcə  söylən-
miş bir fikir deyil. O, qana-
yan yaranın və ya gülümsə-
yən dodaqların nəğməsidir.  
Cübran 
poeziyanın  inkişafında  bir  addım  irəliyə  doğru  hərəkət  idi.  Bu  janrın 
müəllifi ərəb dünyasında tanınmış yazıçı və publisist Əmin ər-Reyhani 
idi».
1
  
Aida xanımın tədqiqatları göstərir ki, ərəb romantikləri arasında 
Cübranın  yaradıcılığı  daha  universal  və  ümumbəşəri  səciyyə  daşıdığı 
halda,  ər-Reyhanidə  realizmə  doğru  ciddi  addımlar  atılmış,  Nüaymə 
isə realizm metodunu tam mənimsəyərək, sanki romantizmlə realizmin 
kəsişmə zolağında yazıb-yaratmışdır. Təsadüfi deyildir ki, A.İmanquli-
yeva M.Nüaymənin yaradıcılığı ilə bağlı “əsl mənada realist ənənələr-
dən”  danışır  və  bunu  klassik  rus  ədəbiyyatının  təsiri  ilə  izah  edir.
2
 
Ümumi planda baxdıqda Cübran əsasən kosmik insan idealını, ər-Rey-
hani klassik Şərqi, Nüaymə isə yaşadığı gerçək ərəb mühitini və onun 
problemlərini tərənnüm edir. 
Əmin  ər-Reyhanidə  romantizm  öz  yaşadığı  dövrdən  daha  çox 
keçmiş dövrə yönəlidir. Bayron yunanların keçmişindən böyük iftixar-
la  yazdığı  kimi,  ər-Reyhani  də  orta  əsr  islam  sivilizasiyasını  bir  ideal 
kimi götürür.
 
“Ər-Reyhaninin milli xa-
rakterlə  şərtlənmiş  maraqların  vəhdəti 
kimi  təqdim  etdiyi  ərəblərin  keçmişi-
nin idealizəsi onun romantizminə özü-
nəməxsusluq  və  xüsusi  kolorit  verir. 
Nə  mübarizə,  nə  ziddiyyət,  nə  istis-
mar, nə ictimai təbəqələşmə onun tə-
rəfindən  nəzərə  alınmır,  o,  bütöv-
lükdə keçmişdə çiçəklənmə və əzəmət dövrünü yaşamış bir millət haq-
qında danışır”.
3
  
Romantik  poeziya  insanları  cari  həyatın  nasiranəliyindən  ayıra-
raq  böyük  ideallar  uğrunda  mübarizəyə  səsləyir,  amma  bu  mübarizə 
çox  vaxt  mücərrəd  olur.  Müxtəlif  romantik  şairlətin  yaradıcılığında 
mübariz  ruhun  real  həyatla  əlaqəsi  fərqli  səviyyələrdə  ortaya  çıxır. 
                                                 
1
 A.İmanquliyeva. «Qələmlər birliyi» və Mixail Nüaymə, Bakı, Elm, 2002, səh. 19.  
2
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 307. 
3
 Yenə orada, səh. 305. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə