Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə37/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   33   34   35   36   37   38   39   40   ...   118

Ə
min ər-Reyhani 
 
 
 
 
– 115 –  
kin dövrümüzün hansı elm və incəsənət xadimi bir rənglər nəzəriyyəsi 
inkişaf  etdirib?  Onlar  yalnızca  məsələnin  maddi  və  fiziki  tərəfini  diq-
qətə alırlar. Onlar rəngləri ancaq gözlərlə görürlər. Bununla belə, on-
ları aşağıdakı üç qismə bölüblər: yüngülləşdirici (palliativ), həvəslən-
dirici  (stimulativ)  və  təhrikedici  (ekskitativ).  Çox  gözəl  bir  şəxsiyyətə 
və elmə sahib olan bir xanım tanıyıram. O, rənglərlə əlaqəli elmi nəzə-
riyyəni  öz  gəlir  mənbəyi  halına  gətirib  və  bu  onun  gözəllik  haqqında 
görüşünü inkişafdan qoyur. Şəxsən mən, mövzunun maddi tərəfini gör-
məkdən çox, onun haqqındakı fikirləri eşitməyi üstün tuturam. Doğru-
dan da, sırf qəlb və zehnlə əlaqəli olan şeylər var. Onların sahib oldu-
ğu  gözəllik  və  cazibə  tamamilə  maddiləşdirmə  içərisində  itib  batmış-
dır.  
Umapati “Qəlbin aydınlanması” fəslində “bədən qəlblə vəhdət-
də yaşayır; demək ki, cisimləşmiş qəlb xalis düşüncə ilə vəhdətdə yaşa-
yır”, – deyir.  
Bu spirituallığın ən yüksək və ən gözəl formasıdır. Bu ilahi əsasa 
yalnızca  bəsirət  yolunu  sədaqətlə  izləyənlər,  göz  və  qəlb  arasındakı 
qaranlığı körpü ilə birləşdirən, işığı axtaranlar nail ola bilərlər. Zira, 
bu işıqsız heç bir görmə mümkün deyil. Lakin bütün qarşında olanlar-
da  mövcud  olan  və  adi  spirituallıq  adlandıra  biləcəyimiz  şey  də  var. 
İçimizdəki işığı kəşf etmək üçün dövrlərin praktiki ruhuna güzəştə get-
məkdən  qorxmamalıyıq.  Səbr  və  fədakarlığa  yol  göstərməyəndə,  bəsi-
rət yolu fərdi müəyyən müddət təcrid edir, lakin nəticədə onun sufidəki 
kimi, insanlıqla Tanrının vəhdətini tamamlamasına səbəb olur. 
O zaman ona aydın olacaq ki, hansısa bir əvəz gözləmədən ver-
mək günəşin, havanın və dağ çaylarının hədiyyəsini qəbul etmək qədər 
təbiidir. Həqiqətən də, biz din şüura sahib olmadan dindar ola bilərik; 
dinilik olmadan dindar ola bilərik. Toronun dediyi kimi, qəlb sərmayə-
mizi  insanlığın  fitri  yaxşılığına  qoymaq,  batan  üzgüçünü  xilas  edərək 
yolumuza davam etmək (lazımdır). Bu, bizə bəsirət yolunu göstərən və 
yaxud da daha böyük bir mükafat olan və dünyadakı hər hansı bir şe-
yin  verəcəyindən  daha  çox  dözümlülük  verən,  öz  gizli  sirlərindən  bir 
və  ya  daha  çoxunu  aydınlanma  dərəcəmizə  görə  önümüzə  qoyan  adi 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 116 – 
 
praktiki  spirituallıqdır.  Bu,  öz  daxilimizdə  əldə  etdiyimiz  harmoniya, 
sağlamlıqla hiss etdiyimiz məmnuniyyət, dözümlülük verən təsir, bütün 
nəcib və təmənnasız hərəkətləri meydana gətirən bilik və güc, zəfərlə-
rimizin nəticəsindəki yeganə mükafat və məğlubiyyətimizdəki tək təsəl-
lidir. 
Üstəlik,  öz  içində  harmoniyaya  nail  olanlar  üçün  məğlubiyyət 
adında bir şey yoxdur. Ən nəcib fitri daxili mənliyi doğuran fədakarlı-
ğı sevməyə davam edənlər üçün ümidsizlik adında bir şey yoxdur. Qəlb 
idealının  potensialına  sərmayə  qoyanlar  üçün  müvəffəqiyyətsizlik 
adında bir şey yoxdur. Fərqi yoxdur, nə qədər təvazökar və donuq, ye-
rin maddi şeyləri baxımından nə qədər kasıb və ya varlı olursa olsun, 
ruhla  idarə  olunan  insanlar  tarixin  dahiləri  arasında  sayılmamaları 
mümkün olsa da, insanlığın həqiqi qəhrəmanları, Ruh Dünyasının təm-
silçiləridir. 
 
 
Gerçəkliyin mistisizmi 
 
Təcrübə  bilikdir;  lakin  bilik  təkcə  maddi  bir  resurs  kimi  axtarı-
landa, hər vaxt dəyərli və faydalı bir şey olmur. Təcrübə müdriklikdir; 
lakin  müdriklik  uzaqgörənlikdən  məhrum  olanlarda  mövcud  olanda, 
hər vaxt güc ifadə etmir. Təcrübə tolerantlıqdır; lakin tolerantlığa la-
qeydlik səbəb olanda o heç zərrə qədər də fəzilət deyil. Təcrübə daha 
çox arsızlığa xidmət etsə, laqeydlik dərəcəsində tolerantlığa səbəb olsa 
və qorxaqlıq yaratsa da, onun içində biliyin, uzaqgörənliyin və gücün 
toxumları var.  
Kimsə, əlbəttə, bizim nə  bildiyimizi özümüzdən daha yaxşı bilir. 
Kimsə  bizim  nədən  iztirab  çəkdiyimizi  özümüzdən  daha  yaxşı  dərk 
edir.  Düşüncə  həyatın  qəlibinə  girəndə  dünyanın  düşüncəsində  qərq 
olur; bir öndərin çıxdığı pillələr ən sonda bir millətin əsas yoluna, şos-
sesinə çevrilir; bir fərdin qəhrəmanlığı bir irqin qət etdiyi yola, cığıra 
çevrilir.  İstər  kollektiv,  istərsə  də  başqa  formada  olsun,  hər  bir  insan 
hərəkəti yaradıcı və ya dağıdıcı bir güc imkanına malikdir. Biz işimizi 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 117 –  
qurtarırıq,  lakin  biz  işimizin  həqiqətən  harada,  nə  vaxt  qurtardığını 
bilmirik, bilə bilmirik. Ola bilər ki, o hətta heç vaxt qurtarmasın. Ax-
maqlıqların işıq saçan səmimiyyəti sayəsində illüziyaların ilğımı, ger-
çəkliyin işıqlanmamış labirintləri, bizli və ya bizsiz, özünü və öz mura-
dını əbədiləşdirməyə davam edir. Düzdür, biz çox vaxt onun vasitəsilə 
soyuq, məhsul verməyən zirvələrə qaldırılırıq və yaxud qorxu kamera-
sına aparılırıq. Elə bu səbəbdəndir ki, qorxaqlıq çox vaxt hakim möv-
qeyə  yüksəlir,  laqeydlik  dərəcəsində  olan  tolerantlıq  çox  vaxt  əxlaqi 
çökmənin xəbər vericisi olur.  
Təcrübənin çoxşaxəli olması, əlbəttə ki, həyatı zənginləşdirir; la-
kin  meyar  ruhun  daha  ali  ehtiyaclarından  məqsədli  şəkildə  qopardı-
landa, şüurlu formada həyatın mükafatını arayanların həyat tərəfindən 
mükafatlandırılması həyatın vədi ilə nadir hallarda uyğun gəlir. Məq-
sədlərimiz  reallaşsa  da,  ümidlərimiz  boşa  çıxsa  da,  biz  məlum  olma-
yan  imkanların  məsafələrində  təcrübənin  bizə  göstərdiyi  reallıqların 
hüdudları  xaricindəki  bir  şeyə  çatmaq  üçün  səylərimizi  davam  etdiri-
rik.  Bəs  ruhun  geniş  üfqü  olmadan  və  üfqü  görməyə  bir  göz  olmadan 
həyat nədir? Biz özünüdərkin lunatikliyindən, sevgi, təminat və sülhün 
həyat  verən  içkisindən  ayılan  zaman,  həyatın  bizə  ilğımın  cazibəsi  ilə 
və  reallığın  qatı  donuqluğu  ilə  verdiyi  əsrarəngizlik  imkanı  olmadan 
həyat nədir?  
Lakin müasir dövrdə biz azad və sərbəst olmağımızla öyünürük; 
biz daxilimizdəki işığın arxasınca getmək hüququ ilə fəxr edirik, hansı 
ki,  bu  işıq  yüksək  dərəcədə  təkamül  keçirmiş  cəmiyyətin  təzyiqləri  al-
tında  bizi  nadir  hallarda  “mən”in  xaricinə  yönəldir.  Və  biz  onu  xoş-
bəxtlik arayışı hesab edirik. Hansı ki, biz bu xoşbəxtlik arayışında hə-
qiqətən də, təcrübənin kiçik daxili həyəcanları və ürək ağrıları vasitə-
silə illüziyaları bir-bir məhv edirik.  
Biz  belə  bir  yolun  daha  böyük  bir  azadlığa  və  daha  sağlam  bir 
şüura  xidmət  edib  etmədiyini  özümüzdən  soruşmağa  nadir  hallarda 
son veririk. Biz həmçinin çox vaxt unuduruq ki, “Mən” kultunda ənə-
nəvi olmayan sitayiş özü daha sərt və qatı bir ənənəviliyə çevrilir. Bu, 
faktiki olaraq seçilmişin ənənəviliyidir – ali ənənəvilik.  


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə