Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə35/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   31   32   33   34   35   36   37   38   ...   118

Ə
min ər-Reyhani 
 
 
 
 
– 109 –
İnsanın mənəvi varlığı yal-
nız  gözəllik  duyğusu  sayəsin-
də bütövləşir.  
Ə
bu Turxan 
təsəvvürlərimizin məhdudluğu ilə əlaqədardır.  
Bəziləri  Avropa  ilə  bağlı  olan  hər  şeyi  mədəniyyət  hesab  edir, 
müasirliyi  onunla  ayaqlaşmaqda  görürlər.  Lakin  bu  zaman  nədənsə 
Avropanın elmi, texnikası, maddi istehsal və xidmət mədəniyyəti yad-
dan çıxır, Avropanı Avropa edən, onu irəlidə zənn etməyə vadar edən 
əsl  cəhətlər  unudulur,  Qərbin  tərəqqisində  həqiqətən  böyük  rol  oyna-
mış  olan,  onun  maddi  mədəniyyətini  tamamlayan  mütərəqqi  mənəvi 
mədəniyyət  nümunələri  yaddan  çıxır  və  əksinə,  Qərbin  tənəzzülünə, 
süqutuna, mənəvi deqradasiyasına apa-
rıb  çıxara  bilən,  onun  ilkin  tərəqqi 
dövrünün  ənənələrinə  əsaslanmayan, 
yandançıxma  (çox  vaxt  afrikasayaği) 
“mədəniyyət”  nümunələri,  o  cümlə-
dən,  bayağı  rok,  varyete,  pornoqra-
fik  musiqi  lövhələri,  gecə  klubları,  kazino,  striptiz  və  s.  “Avropa  mə-
dəniyyəti” kimi qəbul edilir.  
Təsadüfi  deyildir  ki,  hələ  XX  əsrin  əvvəllərində  –  Bakıda  kapi-
talizmin  meydana  gəldiyi  ilk  dövrlərdə  Qərb  sivilizasiyasına,  Avro-
paya seçkili münasibətin zəruriliyini dərk edən H. Cavid yazırdı: 
 
Avropada işıq da var, zülmət də. 
Orda səfalət də var, fəzilət də. 
O bir əngin dəniz ki, çox qorxuncdur. 
İnsan gah inci bulur, gah boğulur...
1
 
 
Əmin ər-Reyhani də öz əsərlərində Qərb həyatının bu ikili təbiə-
tini  nəzərə  almağa  çağırırdı.  Onun  yaradıcılığında  bu  məqamı  xüsusi 
vurğulayan  Aida  İmanquliyeva  yazırdı:  «Ər-Reyhani  qeyd  edirdi  ki, 
Qərbdən Şərqə elmin və sivilizasiyanın  yalnız nailiyyətləri deyil, həm 
də “alaq otları”, yəni qüsurlar da gəlir».
2
 
Müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan və rasional 
                                                 
1
 H.Cavid. Uçurum // H.Cavid. Əsərləri 4 cilddə, II cild, Bakı, Yazıçı, 1982, səh. 
189. 
2
 А.Н. Имангулиева. Корифеи новоарабской литературы, стр. 190. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 110 – 
 
İnsanın  təbiətdəki  gözəlli-
yə  meyli,  məftunluğu,  aludə-
çiliyi  tamamlanma  hissinin, 
harmoniya  duyğusunun  tə-
zahürüdür.  
Ə
bu Turxan 
düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə 
mənəvi  deqradasiyaya  gətirir.  Lakin  Avropa  böyük  cidd-cəhdlə  bu 
böhrandan xilas olmağa çalışır. Biz isə bəzən onu tərəqqi etdirən amil-
lərdən xəbərsiz halda, onun iflas məqamını Qərb sivilizasiyası ilə qarı-
şıq salır, Qərbin xilas olmaq istədiyi və məmnuniyyətlə bizə ixrac et-
diyi  bayağı  mədəniyyətdən  ikiəlli 
yapışaraq  “müasir”  olmağa  çalışı-
rıq.  İstisinə  isinmədiyimiz  bir  şeyin 
tüstüsünü bəh-bəhlə qəbul edirik. 
Şərq  təfəkkür  tərzini  atıb  Qərb 
təfəkkür tərzindən yapışmaq (yeri gəl-
mişkən,  təfəkkür  tərzi  uzun  müddətə 
formalaşır və onun dəyişilməsi də çox 
mürəkkəb  və  uzun  prosesdir)  nə  deməkdir?  Əsas  məqsəd  hər  hansı 
təfəkkür  tərzinin  zəif  cəhətlərindən,  birtərəfliyindən  azad  olmaq 
deyilmi? 
Məsələ burasındadır ki, müasir dövrdə Şərq və Qərbin qarşılaşdı-
rılması,  onların  fikir  tərzində  olan  özünəməxsusluğun  mütləqləşdiril-
məsi və yalnız bu və ya digər tərəfə üstünlük verilməsi heç bir müsbət 
nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif sivilizasiyaların 
bir-birindən  köklü  surətdə  fərqli  olan  düşüncə  tərzlərini  “barışdırma-
ğı”, onların mütərəqqi cəhətlərini birləşdirməyi nəzərdə tutur. Son za-
manlar  hamını  heyrətləndirən  “Yaponiya  müəmmasının”  açarını  da 
məhz Şərq və Qərb təfəkkür tərzlərinin uğurlu vəhdətində, başqa sözlə, 
Şərqə  məxsus  yüksək  mənəvi  potensialın  Qərbə  məxsus  rasional  dü-
şüncə mədəniyyəti ilə birləşdirilməsində axtarmaq lazımdır. 
Şərq və Qərb mədəniyyətlərinin və müvafiq təfəkkür tərzlərinin 
üstün  cəhətlərinin  aşkar  edilməsi  həm  tarixi,  həm  də  məntiqi  planda 
xüsusi  tədqiqat  tələb  edir.  Müasir  cəmiyyətşünaslığın  vəzifələrindən 
biri də xalqımızın milli mədəniyyətini və təfəkkür tərzini Şərq və Qərb 
mədəniyyətləri  kontekstində  araşdırmaqdan  və  onun  inkişaf  perspek-
tivlərini  müəyyənləşdirməkdən  ibarətdir.  Ciddi  elmi  tədqiqata  əaslan-
mayan qənaətlər, empirik müşahidədən çıxarılan nəticələr isə çox vaxt 
qüsurlu olur.  


Ə
min ər-Reyhani 
 
 
 
 
– 111 –  
 
 
 
Ə L A V Ə 
Ə
min ər-Reyhanidən seçmələr 
 
 
 
“Bəsirət Yolu”  
(Şərq və Qərb esseləri) 
kitabından
 
 
 
Bəsirət Yolu 
 
Zəif və sıxışdırılmış xalqlar əsas etibarilə spiritual olurlar; güclü 
xalqlar isə materialist mövqeyə sahib olurlar. Birincilər, dini ideallara 
ümid bəsləyərək müəyyən ruhi yüksəkliklərdə uçur, hal-hazırda və dai-
ma  öz  süstlük  və  tənbəlliyinə  bəraət  qazandırmaq  üçün  görücü  insan 
yaradırlar;  o  birilər  isə,  maddi  şeylər  axtarır,  öz  xəzinələri  üçün  yer 
kürəsinin dərinliklərini oyur və dinamik gücləri keçilməz sterilliyə ça-
tana və gözlənilməz, dəhşətli bir reaksiyada partlayana qədər enməyə 
davam  edirlər.  Birinci  xalqın  həyatı  qəlbin  xəstə  halının  yalnız  zahiri 
əlamətlərini yox edir. Digərinin həyatı isə mübaliğəsiz onun fiziki gü-
cünü aşındırır. İnkişaf əngəlləyici meyl hər ikisində eyni dərəcədə güc-
lüdür.  Lakin  qəlbsiz  bir  xalq  asket  xalqdan  daha  gülünc  və  daha 
qorxuncdur.  
Mənim məqsədim səthi ümumiləşdirmələrlə oxucunu heyrətə sal-
maq, qıcıqlandırmaq və ya onu yeni libasdakı köhnə doqmalarla aldat-
maq deyil. Bununla belə əvvəlki paraqraf kiçik bir haşiyənin vacibliyi-
ni  zəruri  edir.  Bizim  Amerikada,  əslində,  materialist  olduğumuzu  de-
mək mənasız bir şeyi təkrar etməkdir. Ölkədə dini bir canlanmanın ol-


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə