Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə36/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   32   33   34   35   36   37   38   39   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 112 – 
 
duğunu, bizim yenidən həyatın daha yüksək şeyləri üçün can atan, on-
ları  axtaran  ruhi  ehtiyaclara  sahib  olmağa  başladığımızı  demək  hal-
hazırkı narahat və narazı vəziyyətimizin aydın olmayan ifadəsinin tək-
rarlanmasıdır. 
Bu ruhi canlanmanın səmimiyyətini və ya möhkəmliyini qəbul et-
məkdən  və  yaxud  da  ondan  şübhələnməkdən  əvvəl  ilk  olaraq  “ruhi” 
məfhumunun  mənasını  tədqiq  etməyimizə  icazə  verin.  O,  dönüşündə 
rəhbərlik  və  təskinlik  üçün  Şərqə  və  ya  xristianlığa,  spiritizmə  və  ya-
xud da Ruhi Tədqiqatlar Cəmiyyətinə, ya da teosofiya və mistik biliyə 
əsaslanırmı?  Hal-hazırkı  dövrün  bu  anlarında  sözdə  və  rəngarənglik 
üçün olsa belə şübhəsiz ki, materializmdən dönmək üçün ümumi bir is-
tək var. Lakin “ruhi” məfhumunun bütün tərifləri əsaslı surətdə bir-bi-
rindən fərqlənir. 
Belə bir sual ortaya çıxır ki, görəsən bizim ruhi istəklərimiz yal-
nızca Məsihə və ya Kilsə Anaya dönməkləmi həyata keçir? Onlar (ruhi 
istəklərimiz) möhkəm elmi əsasa malik olmalıdırlarmı? Onlar həqiqə-
tənmi yalnız şərqdən gəlib? Ya da zəruri olaraq mistisizmin və okkul-
tizmin gizli mənbələrindənmi törəyib? Ya da onlar, yalnızca “tıqqılda-
yan  masa”

  və  ya  vasitəçinin  məxmər  pərdəsinin  arxasıyla  əlaqəli 
olandamı həqiqi, möhkəm və sarsılmaz olurlar? 
Əgər mövzunun aydınlanmasının araşdırılmasından kənara çıx-
saydım, onda özümü ruhi xülyalar qalantereyasında və ya saxta orien-
talizm  mağazasında  tapardım.  Xeyr,  hörmətli  oxucu,  mən  sənə  belə 
mənasız, hətta bəzən əyləndirici olan bir macəranı təlqin eləməyə ha-
zırlaşmıram. Bununla belə, icazə ver elə güman edim ki, sən də mənim 
kimi artıq dini libası üzərindən çıxartmısan və doqmanın buxovundan 
xilas  olmusan;  (yenə  icazə  ver  elə  güman  edim  ki,)  sən  bəzən  şüşə 
otaqlarda  nümayiş  etdirilən  öz  mövhumat  və  əcdadını  görmək  üçün 
muzeyə və ya protoplazma barəsində və həyatın kimyəvi bazisi haqqın-
da mühakimə yürüdən bir professoru dinləmək üçün mühazirə salonu-
na  gedirsən.  Hətta  sən  hal-hazırda  dinlənmək  və  yüngülləşmək  üçün 
kilsəyə də gedə bilərsən. Çox yaxşı! Elə isə bizə bir şey qalıbdırmı?  
                                                 

 Ölülərin ruhlarından xəbər almaq üçün istifadə edilən bir metoddur.  


Ə
min ər-Reyhani 
 
 
 
 
– 113 –  
Bütövlükdə  materializmlə  kifayətlənmiriksə,  elmin  bəhrələrində 
kifayət qədər qida tapmırıqsa, kilsə küləklərin oyuğu, əqidələr isə döl-
süzlük biyabanına çevrilibsə, onda mən səndən soruşuram: biz daxili-
mizdəki maddi olmayan bir şeyin istəməsi və çox arzu etməsi ilə rahat-
lıq və təskinlik tapacağıqmı? Spirituallıqları qəzet sütunlarına və kas-
sa aparatına məlum olan günümüzdə şərqşünas adlandırılanların mis-
tik dairələrindəmi (rahatlıq tapacağıq)? Bir vaxtlar kilsənin şöhrət və 
gücü  ilə  parlayan  kafedranın

  payladığı  bayağılıq  və  məzmunsuzluq-
damı (rahatlıq tapacağıq)? Narahatlığımızın yavaşca çiyninə toxunul-
duğu, qəlb susuzluğumuzun qışqırtısının prozektor otağının şkafındakı 
pendir buterbrodu ilə susdurulduğu və yaxud da təsnif edilmiş anoma-
liyaların vitrinindəki bir oyuncaqla aldadıldığı psixoanalitikin kitabın-
da və ya Ruhi Tədqiqatlar Cəmiyyətinin qeydlərindəmi (rahatlıq tapa-
cağıq)? Əsla yox! 
Elə isə ruhi olan nə deməkdir və biz onu niyə axtaraq? Elə düşü-
nürəm  ki,  artıq  bunu  aydınlaşdırmışam.  Belə  ki,  azad  düşünən  azad 
varlığın daha yüksək amalları nə keçmişin dini doqmatizmində, nə də 
hal-hazırkı  ruhi  axtarış  və  hallarda  öz  tələblərinə  cavab  verən  ifadə 
gücü tapa bilməz. Bir vaxtlar biz dua edərdik, indi isə filosofluq edirik. 
Bir vaxtlar biz yaxşıydıq, çünki gələcəkdəki mükafata (cənnətə) inanır 
və ya yenə gələcəkdəki cəzadan (cəhənnəmdən) qorxurduq. Lakin indi 
biz nə birincisinə inanır, nə də ikincisindən qorxuruq və çox nadir hal-
larda xeyirxahlığın tez-tez səbəb olduğu şeylər uğrunda fədakarlıq et-
məyə  meyilli  oluruq.  Yaxşını  və  həqiqəti  əldə  etmə  istəyimizdə  –  mən 
belə  bir  istəyin  varlığını  və  hətta  səmimiliyini  inkar  edə  bilmərəm  – 
tez-tez ən kiçik müqavimət xəttini seçirik. Biz praktiki olmaq və dünyə-
vi  nemətlərə  sahib  olmaq  məcburiyyətindəyik.  Üstəlik  biz  gündəlik 
mətbuatda boşboğazlıq sütunundan ibarət olsa belə bu dünyanın mad-
di  şeyləri  içərisində  müəyyən  bir  vaxtda  mükafatımızı  əldə  etməyə 
ümid və israr edirik. Nə səmaya (Tanrıya) bir çek və borc öhdəliyi, nə 
də əxlaqi çəkinmə yoxdur. Biz çox məşğul olan tələsik praktiki insanla-
rıq. Bizim əxlaq üçün heç bir vaxtımız yoxdur.  
                                                 

 Kafedra – bir yeparxiyanı idarə edən yepiskop vəzifəsi. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 114 – 
 
Bu  bizim  müqəddəs  hesab  etdiyimiz  ticarət  İncilidir.  Ticari  mü-
badilə (barter) isə onun əsas ehkamlarından biridir. Biz artıq o qədər 
axmaqlaşmışıq  ki,  çörəyimizi  suya  atır,  yaxud  da  yaxşılığımızı  küləyə 
sovururuq. Şübhəsiz ki, biz xəyalpərəst deyilik. İndi, bizimki instinktiv 
bir təsir yaradan, bizim prinsip və fakt kimi ehtiramla müdafiə etdiyi-
miz məhz bu mövqe və bu ticarət şüurudur. Mən təsdiq edirəm ki, ma-
terializmin cavab vermədiyi bizim bütün narahatlıq və narazılığımızın, 
axtarış  və  həsrətlərimizin  qaynağı  budur.  Barter  prinsipi  bizi  nəticə 
etibarilə təsəllidən, şəfqətdən və başqalarının halına acımaqdan məh-
rum edir. 
Biz bəsirət yolundan məhrum olan bir dünyadayıq. Keçmiş sadə-
cə  düçüncədə  qaldığı  müddətcə  sevinc  tapmayacağıq.  Praqmatizm  və 
mənfəətpərəstlik bizim tanrılarımızdır. Biz dinə küçələrimizi süpürtdü-
rür  və  viranəliklərimizi  təmizlətdiririk.  Biz  kataraktada  göz  suyu  itir-
məkdən və  elektrik fırtınasında enerji itirməkdən gileylənirik. Biz mü-
cərrəd bir ideyanın, zehni bir təsəvvürün səmərəsizliyinə təəssüf edirik. 
Biz  qəlb  və  zehin  üçün  heç  bir  şey  saxlamazdıq.  Hətta  sırf  ruhi  olan 
ideyaları belə ötəri və şübhəli bir ehtiyaca xidmət etməsi üçün maddi-
ləşdiririk. 
Halbuki,  məsələn,  sufi  ona  öz  bəsirət  yolunda  bələdçilik  edən 
rənglər nəzəriyyəsini inkişaf etdirib. Bu, mistisizm kitabının oxunması-
nı olduqca gözəlləşdirir. Onlara görə rənglər qəlbin müxtəlif hallarına 
işarə edir və müxtəlif məqsədlərə – qismən və ya bütünlüklə, insanlıqla 
və ya ilahiliklə vəhdətə gedən yola və yaxud da birindən digərinə doğ-
ru olan mütərəqqi vəhdətə və sairəyə – işarə edir. İnandırıcı olmayan 
bu  nöqteyi-nəzər  bizim  üçün  nə  qədər  də  mənasızdır.  Lakin  rəngləri 
gözü yumulu görən sufi  xromatik dairənin açıq-qırmızı nöqtədən baş-
layan inkişafından etibarən bütün variasiyalarını fərqləndirə bilir. Be-
ləcə  o,  inkişaf  və  təsdiqin  fərqinə  vararaq  yerə-göyə  sığmayan  sevinc 
tapır və əgər belə demək mümkündürsə, onun tərəqqisi vəhdət və bəsi-
rət yolundadır. 
Bir  sanskrit  aforizmi  “Gözlərə  görmə  qabiliyyətini  qəlb,  qəlbə 
isə  Şiva  verir”,  –  deyir.  Sufi  Şivanı  Allahla  əvəz  edərək  bunu  qəbul 
edir. Ona görə, rənglər gözdə olduğu kimi, qəlbdə də mövcuddur. La-


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə